Vətəndaşın siyasi sosiallaşması və prosesə təsir edən faktorlar



Yüklə 148,48 Kb.
Pdf görüntüsü
tarix05.06.2023
ölçüsü148,48 Kb.
#124951
Vtndasin siyasi sosiallasmasi v prose



Vətəndaşın siyasi sosiallaşması və prosesə təsir 
edən faktorlar 
http://cemiyyet.org/v%C9%99t%C9%99ndasin-siyasi-sosiallasmasi-v%C9%99-proses%C9%99-
t%C9%99sir-ed%C9%99n-faktorlar/
 
Günel Abdullayeva 
Sosiologiya c
əmiyyəti öyrənir. Politolgiyanın da tətqiqat obyekti siyasi proses, siyasi 
reall
ıqdır. Siyasi sosiologiya is
ə siyasi prosesdə yer alan insanı araşdırır. Yəni siyasi fəal 
v
ətəndaşla sistem arasında olan qarşılıqlı əlaqəni tədqiq edir. 
Əvvəlcə “sosiallaşma nədir?” sualına cavab tapaq. 
Bu proses insanın c
əmiyyətinə adaptasiyası deməkdir. Yəni o artıq cəmiyyətin fəal bir üzvünə 
çevrilir ki ba
şqa cür t
ərif versək – sosiallaşma insanın fəal vətəndaş, bir şəxsiyyət kimi 
formala
şma prosesidir. (liderlik is
ə şəxsiyyət kimi formalaşmanın ən yuxarı pilləsidir (super 
ego 
– Z.Freyd)) Çünki ş
əxsiyyət kimi formalaşmada bioloji və psixoloji faktorlarla yanaşı 
sosial t
əsir faktoru da mövcuddur. Sosial faktor dedikdə ictimai-siyasi fəaliyyət nəzərdə 
tutulur ki n
əticədə bu da fəal vətəndaşı yaradır. 
Sosiallaşma üçün aşağıdakı amill
ər mütləqdir: 
1.
Mühit-
cəmiyyət 
2.
İnsanın buna psixoloji hazırlığı (nəticədə uğurlu və uğursuz sosiallaşmaya səbəb olur) 
3.
Və sosiallaşmaya olan ehtiyacı 
 
 
B
əs siyasi sosiallaşma nədir? Prosesi formalaşdıran faktorlar hansılardır? Bu 
proses hans
ı c
əmiyyətlərdə realdır? 
Siyasi sosiallaşma insanların siyasi münasib
ət və davranışlarda bulunduğu uzunmüddətli 
b
əzən də ömürlük bir prosesdir. Prosesin pik nöqtəsi də siyasətdə birbaşa iştirak və ya siyasi 
q
ərarlara təsir etmə gücüdür. 
Siyasi sosiallaşma üçün vacib ilk amil “siyasi dil”dir. Y
əni ümumən siyasəti 
anlamaq, maraqlanmaq, fikir yürütm
ək və məsələlərə münasibət bildirmək. Məhz siyasi 
sosialla
şmanı iki m
ərələyə ayırsaq birinci mərhələnin, vətəndaşın ictimai-siyasi proseslərə 
mara
ğının olması v
ə onlarla yaxından maraqlanması, mərhələsi olduğunu qeyd etməliyik. 
Çünki c
əmiyyətdən kənarda bir sistem mövcuddur ki, birbaşa və dolayısı yolla cəmiyyətə təsir 
gücün
ə malikdir. Əslində isə həmin sistem ümumi mühitin bir hissəsidir. Və hər bir vətəndaş 
h
əmin mühitin, cəmiyyətin və sistemin tam hüquqlu bir üzvüdür. Təbii olaraq da onun 

əyyən sosial və siyasi funksiyaları, öhtəlikləri vardır. Cəmiyyətin siyasi həyatı da məhz 
insanlar aras
ındakı siyasi 
əlaqələrin təcəssümü və cəmidir. 


Prosesd
ə ikinci mərhələ ya da başqa cür desək prosesin formalaşmasında vacib rol oynayan 
“sosial siyasi agentlikl
ər”dir. Hansıdır bu agentliklər? 
1.
ailə 
2.
məktəb/universitet 
3.
sosial qruplar, siyasi təssisatlar (bunlara siyasətin sosial əsasları da demək olar) 
4.
media 
Y
əni ailədən siyasi sosiallaşmaya maraq başlayır, sonra bu maraq təhsil dövrünü əhatələyir, 
daha sonra h
əmfikir mühit ya sosial qruplarda möhkəmlənir ki bu da nəticədə vətəndaşı siyasi 
prosesl
ərdə real iştirakçıya çevirir. Beləliklə proses vətəndaşda siyasi fikri, vətəndaşların 
c
əmində isə ictimai-siyasi rəyi formalaşdırır. Medianın prosesdəki rolu olduqca 
əhəmiyyətlidir. Hətta jurnalistləri siyasi sosiallaşmanın aktiv iştirakçıları da adlandırmaq 
olar. KİV hakimiyy
ətin IV qoludur. Yəni KİV həmçinin siyasi təsisatdır. 
Siyasi sosiallaşma üçün siyasi etika v
ə siyasi etibarlılıq da mühüm və təsiredici faktorlardır. 
Siyasi etika siyasi sistemin simas
ı kimi çıxış ed
ərək vətəndaşın siyasətdə iştirak normalarını 
formala
şdırır, siyasi etibarlılıq is
ə vətəndaşın siyasi proseslərdə gedəcəyi yolu, “döyəcəyi 
qap
ını” mü
əyyənləşdirir. 
Dig
ər bir məsələ, vətəndaşın sistemə olan təbii cavab reaksiyası onun siyasi fəal və ya qeyri-
f
əal vətəndaş olduğundan asılıdır ki bu da insanların qarşısına “hər kəs siyası fəal vətəndaş 
olmal
ıdır” kimi bir m
əcburiyyət qoymur. Lakin insanların təbii olaraq öz hüquq və 
öht
əliklərini bilməsi, özünü cəmiyyətin və sistemin tamhüquqlu bir üzvü kimi hiss etməsi, 
laz
ım g
əldikdə vətəndaş mövqeyini ortaya qoya bilməsi birmənalı şəkildə dəstəklənəndir. 
V
ətəndaş bilməlidir ki o azad, intelektual fiziki şəxsdir və onun hər hansı bir 
sistemd
ən asılılığı yoxdur, heç nəyə tabe deyil sadəcə tamın bir hissəsidir. Və təbii olaraq da 
m
əsələlərdə öz fikrini ortaya qoya bilmə, tələb etmə hüququ vardır. Vətəndaş hüquq və 
v
əzifələrini bilməlidir – anlayışı tələb və təklif prosesinin obyektivliyini təmin edir. Bu 
v
ətəndaşın cəmiyyət və sistem qarşısında məsuliyyətini və məlumatlılığını artırır ki hər bir 
v
ətəndaş da zatən ən azından yaşadığı cəmiyyəti tanımalıdır. Həmçinin dövlətin məsuliyyəti 
art
ır. Aydındır ki b
əzi dövlətlərə öz hüquqlarından bixəbər vətəndaşlarını idarə etmək daha 
asand
ır. Ona gör
ə də bu məsələdə, maariflənmədə ilk növbədə fərd və cəmiyyət maraqlı 
olmal
ıdır. Bir növ v
ətəndaş öz müqəddəratını özü həll etməlidir və sistem də bu yolda kömək-
vasit
əçi rolunu oynamaqdadır. 
Siyasi sosiallaşma prosesi c
əmiyyətə və sistemlərə görə fərqlənir. Totalitar və avtoritar 
c
əmiyyətlərdə siyasi sosiallaşmadan söz gedə bilməz. Çünki şəsxiyyətin azadlığı 
m
əhdudlaşdırılır. Demokratik cəmiyyət isə bütün həlləri yuxarılar ilə aşağıların konsesusunda 
görür. V
ə bu tip cəmiyyətlər fərdin şəxsiyyət-vətəndaş kimi formalaşmasında maraqlıdır. 
Dig
ər bir tərəfdən prosesə olan mikro və makro mühitin təsiri də danılmazdır. Çünki mikro 
mühitd
ə, plüralizmin olmadığı yerdə sən olmasan belə siyasət özü səninlə məşğul olur. 
Müxt
əlifliyin olduğu yerdə isə situasiya fərqlidir. 
Sosiallaşma il
ə siyasi sosiallaşmanın fərqi nədir? İnsan ilk növbədə sosiallaşma prsosesini 
seçir. Ikinci m
ərhələ artıq vətəndaş kimi siyasi sosiallaşma prosesinə qoşulmaqdır ki bu da 
onun siyasi f
əal vətəndaş olub-olmamasından, bunu istəyib-istəməməsindən asılıdır. 
Az
ərbaycanı təhlil etsək fikrimcə cəmiyyətimizdə ictimai həyatın və siyasi proseslərin ən aktiv 
i
ştirakçıları g
ənclər və onların yaratmış olduğu sosial qruplardır. Bu gün Azərbaycanda əksər 


insanlar
ın siyasi sosiallaşma prosesin
ə qoşulması məhz yeniyetməlik və gənclik yaşlarına 
t
əsadüf edir. Çox nadir hallarda ailələr övladlarının siyasi-ictimai proseslərdə aktiv olmasına 
mara
ğlı olurlar. Ona gör
ə də azərbaycanlı gəncin bu proseslərdə sərbəst mövqeyi ya onun 
t
ələbəlik illərinə ya da ictimai fəallıq dövrünə təsadüf edir. Çünki gənclərin sosial-siyasi 
prosesl
ərə qoşulması onlara bir növ ictimai-siyasi dəyərlərin təlqini ya da özləri tərəfindən 
özl
əri üçün yeni ideologiya, dəyərlər sistemini yaratması deməkdir. Media və sosial qrupların, 
üzvü oldu
ğumuz t
əşkilat və ya müxtəlif adda qurumların prosesdəki rolu danılmazdır, 
effektivdir v
ə bu prosesin davamlı olmasını sığortalayır. Gənclərin fəal sosial siyasi vətəndaş 
mövqeyi
ən azı nəsil dəyişməsi (generation replacement) yanaşmasından ölkədə 50 il bundan 
sonrak
ı v
ətəndaş cəmiyyətinin fərqli olacağından xəbər verir. Bu cəmiyyətin nə dərəcədə 
demokratik, hüquqi, 
əxlaqi dəyərlərə sahib olub-olmayacağı başqa mövzunun predmetidir 
lakin optimist olmaq q
əbahət sayılmamalıdır. 

Document Outline

  • Vətəndaşın siyasi sosiallaşması və prosesə təsir edən faktorlar

Yüklə 148,48 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin