Viruslu hepatit A
Törədici — RNT-tərkibli virusdur, onun genomu birsaplı RNT-dən ibarətdir, mərkəzi hissəsi və qişası yoxdur. Picornaviridac ailəsi, Hepatovirus cinsinə aiddir. Ətraf mühitdə nisbətən davamlıdar. Suda 3 aydan 10 aya qədər, ifrazatlarda — 30 sutkaya qədər sağ qalır. Bu, törədicinin suda, qida məhsullarında, çirkab sularında və digər ətraf mühit obyektlərində həyat qabiliyyətini uzun müddət saxlanmasını təmin edir. Virus 1000C temperaturda 5 dəqiqə ərzində inaktivasiya olunur, 0,5-1,0 ml/litr dozada xlorun təsiri ilə pH 7,0 olduqda 30 dəqiqə ərzində sağ qalır.
İnfeksiya mənbəyi — xəstə şəxsdir (xəstəliyin istənilən formaları ilə: sarılıqlı, sarilıqsız, simptomsuz və inapparant): yoluxduruculuq dövrü — inkubasi a dövrünün son 7-10 günü, bütün sarılıqönü dövr və sarılıqlı dövrün 2-3 günüdür. Virusun xronik gəzdirənliyi müəyyən edilməmişdir. İnkubasiya dövrü orta hesabla 15-30 gün 17 gündən 50 günə qədər) təşkil edir.
Yoluxma mexanizmi fekal-oral mexanizmdir, su, qıda, çırklənmiş əşyalar vasitəsilə həyata keçir. Bu yoluxma yollarından hər birinin rolu müxtəlif şəraitlərdə fərqlənir. Su yolu, bir qayda olaraq, xəstəliyin alovlanmalarına səbəb olur. O, keyfiyyətsiz sudan istifadə edən əhali kütləsini əhatə edir. Qida alovlanmaları ictimai iaşə obyektlərinin heyəti arasında aşkar edilməmiş xəstələr tərəfindən qida məhsullarının törədicilərlə çirkləndirilməsi sayəsində baş verir. Plantasiyaları çikrab suları ilə suvardıqda və ya peyinlə gübrələdikdə törədicilərlə çirklənmiş meyvə və giləmeyvələrlə də yoluxmaq mümkündür. Təmas-məişət yoluxma yolu bir sıra obyektlərdə, məsələn uşaq məktəbəqədər müəssisələrində, ailələrdə, hərbi hissələrdə sanitar-gigiyenik rejimin pozulması zamanı realizə oluna bilər.
A hepatitinə qarşı təbii həssaslıq yüksəkdir - o, dünyada ən geniş yayılmış “bağırsaq infeksiyalarına aiddir. ÜST-ün məlumatlarına əsasən hər il, dünyada təqribən 1,4 mİn hepatit A ilə xəstələnmə hadisəsi qeydə alınır. Aşağı və orta xəstələnmə göstəriciləri olan ərazilərdə əhalinin əksriyyətində 20-30 yaşında keçirilmiş hepatit nəticəsində immunitet əmələ gəlir. Bundan fərqli olaraq, yüksək xəstələnmə səviyyəsi qeyd olunan rayonlarda postinfeksion immunitet artıq 4-6 yaşlarda formalaşır.
Hepatit A zamanı epidemik prosesə ayrı-ayrı ərazilərdə xəstələnmənin qeyri-bərabər paylanması, çoxillik dinamikada dövrülük, mövsümilik səciyyəvidir, Xəstəlik hər yerdə yayıldıqda yüksək, orta və aşağ) xəstələnmə göstəricilən qeydə alınana ərazılər müşahidə olunur.
Xəstəliyə yay-payız mövsümiliyi xasdır. Xəstələnmənin artması iyul-avqust aylarında başlanır, oktyabr-noyabr aylarında ən yüksək rəqəmlərə çatır və sonra növbəti ilin birinci yarısında azalır. Əsas etibarilə 3-6 yaşda olan uşaqlar xəstələnir, lakin son illər böyüklərin də xəstə ənməsi müşahidə olunur. Şəhər və kənd əhali arasında xəstələnmə praktik olaraq bərabərləşmişdir. Ailə ocaqları nadir hallarda qeydə alınır. Xəstələnmənin dövrülüyü aşkar edilmişdir: ayrı-ayrı ərazilərdə xəstələnmənin artması 3-10 ildən bir, böyük ərazilərdə isə ümumilikdə 15-20 ildən bir baş verir.
Profilaktik və əksepidemik tədbirlər digər bağırsaq infeksiyalarında olduğu kimi epidemik prosesin ikinci həlqəsinə — törədkinin yoluxma mexanizminə qarşı yönəldibmişdir. Bəzən A hepatti zamanı əksepidemik Tədbirlər gecikir. Sarihlqlı forma ilə xəstənin izolyasiyası heç də həmişə ətrafdakıları qorumur, çünki yoluxduruculuq dövrü həmişə xəstənin izolyasiyasından əvvəl artıq öz işini görür. Öcaqlarda sarıhasız formalı xəstələrin və virusgəzdirənlərin klinik, biokimyəvi (qanda transaminazaların səviyyəsinin müəyyən edilməsi) və immunolon (spesifik M-immunoqlobulinlərin təyin edilməsi) metodlarla aktiv aşkarlanması isə müsbət nəticə verə bilər. Lakin yadda saxlamaq lazımdır ki, hepatit A zamanı təmas-məişət yoluxma yolu dominant deyildir və yoluxma bilavasitə xəstələrlə təmas nəticəsində deyil, su təchizatı sisteminin keyfiyyətcə qeyri-qənaətbəxş olması sayəsində baş Verir. Ona görə də, alovlanma zamanı ilk növbədə kollektrvdə hamının Zərərsizləşdirilmiş su ilə təmin olunması (su qaynama anından etibarən 3 dəqiqə qaynamalıdır) vacibdir. Uşaq müəssisəsində alovlanma baş verdikdə törədicinin təmas-məişət yolu ilə ötürülməsinin qarşısının alınması üzrə aşağıdakı tədbirlər həyata keçirilməlidir: yeməkdən əvvəl və ayaqyoluna getdikdən sonra əllərin yuyulması, oyuncaqların və
əldən-ələ keçən digər əşyaların .Zərərsizləşdirilməsi məqsədilə müasir dezinfeksiya vasitələrinin işlədilməsi, mətbəx və yemək qablarının, mətbəx avadanlığının və s. tam Zarərsizləşdirilməsi, Ən mühüm profilaktik tədbir əhalinin keyfiyyətli (yəni həm parazitlərin bakterial formalarından, həm də davamlı viruslardan (enteroviruslar, viruslu hepatid A) təmizlənmiş) su ilə təchiz olunmasıdır.
Dostları ilə paylaş: |