Xəbər bülleteni №11


Qırğızıstanda mandatlar bölüşdürüldü



Yüklə 5,79 Mb.
səhifə14/21
tarix23.12.2016
ölçüsü5,79 Mb.
1   ...   10   11   12   13   14   15   16   17   ...   21

Qırğızıstanda mandatlar bölüşdürüldü


15.10.2015

qirgiz parlamenti
Oktyabrın 15-də Qırğızıstan Mərkəzi Seçki Komissiyası 11 gün öncə keçirilmiş parlament seçkisinin qəti yekunlarını açıqlayıb. Novator.az xəbər verir ki, parlamentə düşən 6 partiyadan ən çox mandatı prezidentin başçılıq etdiyi Sosial Demokrat Partiyası qazanıb – 38 mandat.

120 yerlik parlamentdə Respublika — Ata Yurd Partiyası 28, Qırğızıstan Partiyası 18, Tərəqqi Partiyası 13, Bir Bol Partiyası 12, Ata Məkan Partiyası 11 yer alıb.

4 oktyabr seçkisində ümumilikdə 14 partiya iştirak edib.

9 aylıq makroiqtisadi göstəricilər


15.10.2015

faizTransparency.az xəbər verir ki, Dövlət Statistika Komitəsi 2015-ci ilin yanvar-sentyabr aylarına aid makroiqtisadi göstəriciləri açıqlayıb. Rəsmi açıqlamaya görə, yanvar-sentyabr aylarında ölkədə fəaliyyət göstərən müəssisə, təşkilat və fiziki şəxslər 40,7 milyard manatlıq və ya əvvəlki ilin müvafiq dövründəkindən 3,7 faiz çox ümumi daxili məhsul istehsal (ÜDM) edib. Əlavə dəyərin 34,2 faizi sənayedə, 13,5 faizi tikintidə, 10,1 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 6,5 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 5,7 faizi nəqliyyat və anbar təsərrüfatı, 2,6 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə, 2 faizi informasiya və rabitə, 17,9 faizi isə digər sahələrdə istehsal olunub. Məhsula və idxala xalis vergilər ÜDM-in 7,5 faizini təşkil edib. Ümumi daxili məhsulun əhalinin hər nəfərinə düşən həcmi 2,5 faiz artaraq 4275,2 manata bərabər olub.

Sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fiziki şəxslər yanvar-sentyabr aylarında 19,7 milyard manatlıq və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 2,1 faiz çox sənaye məhsulu istehsal edib.

Oktyabr ayının 1-nə kimi payızlıq və yazlıq dənli və dənli paxlalı bitkilərin (qarğıdalısız) 915,2 min hektar əkin sahəsinin 914 min hektarı biçilib və həmin sahələrdən 2782,4 min ton məhsul götürülüb. Orta hesabla hər hektardan əldə edilmiş məhsul 7,6 sentner artaraq 30,4 sentner təşkil edib. 28,5 min hektar dən üçün qarğıdalı sahəsindən 168,2 min ton məhsul götürülüb.

Məhsul yığımı başlanandan oktyabr ayının 1-dək sahələrdən 822,3 min ton və ya əvvəlki ilin müvafiq dövrünə nisbətən 13,4 min ton çox kartof, 1172,7 min ton (47,7 min ton çox) tərəvəz, 481,5 min ton (41,6 min ton çox) bostan məhsulları, 533,4 min ton (1000 ton çox) meyvə və giləmeyvə, 111,7 min ton (5,6 min ton çox) üzüm, 556,5 ton (152,3 ton çox) yaşıl çay yarpağı, 40,8 min ton (11,7 min ton çox) şəkər çuğunduru, 2819,6 ton (585,9 ton çox) tütün yarpağı yığılıb.

Sahələrdən 14,3 min ton pambıq yığılaraq tədarük müəssisələrinə təhvil verilib, 18,8 min ton dən üçün günəbaxan yığılıb.

Oktyabrın 1-nə təsərrüfatlarda 2703,9 min baş qaramal və 8743,4 min baş qoyun və keçi mövcud olub. 2015-ci il yanvarın 1-i ilə müqayisədə qaramal 6,4 min baş, qoyun və keçi isə 98 min baş artıb.

2015-ci ilin yanvar-sentyabr aylarında 331,4 min ton, yaxud əvvəlki ilin yanvar-sentyabr aylarına nisbətən 2 faiz çox diri çəkidə ət, 1469,5 min ton (3,8 faiz çox) süd, 1157,4 milyon ədəd (0,6 faiz az) yumurta, 16,5 min ton (1,6 faiz çox) yun istehsal olunub.

Bu dövrdə bitkiçilik məhsulları istehsalının 10,4 faiz, heyvandarlıq məhsulları istehsalının 2,5 faiz artması nəticəsində kənd təsərrüfatının ümumi məhsulu üzrə artım tempi əvvəlki ilin yanvar-sentyabr ayları ilə müqayisədə 6,7 faiz təşkil edib.


2015-ci ilin yanvar-sentyabr aylarında əsas kapitala 11831,2 milyon manat məbləğində, yaxud əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 0,5 faiz çox vəsait yönəldilib.

Maliyyə Nazirliyinin məlumatlarına əsasən, 2015-ci ilin yanvar-avqust aylarında dövlət büdcəsinə 10,7 milyard manat vəsait daxil olub, büdcədən 10,8 milyard manat vəsait xərclənib, büdcənin icrasında yaranmış 127,0 milyon manatlıq kəsir ümumi daxili məhsulun 0,35 faizi səviyyəsində qərarlaşıb.

Mərkəzi Bankın təqdim etdiyi statistikaya görə, 2015-ci il sentyabr ayının 1-nə ölkənin bank sektorunun kredit portfeli milli valyuta ekvivalentində 20,1 milyard manat təşkil edib. Kreditlərin həcmi 2014-cü il sentyabr ayının 1-i ilə müqayisədə 16,1 faiz artıb. Ödəmə vaxtı keçmiş kreditlərin məbləği ümumi kredit portfelinin 6,6 faizi həcmində olub.

Əhalinin banklardakı əmanətlərinin milli valyuta ekvivalentində məbləği əvvəlki ilin eyni dövrü ilə müqayisədə 4,7 faiz artaraq 2015-ci il sentyabr ayının 1-nə 7,3 milyard manat təşkil edib.

İlin əvvəlindən əhalinin sayı 73 min nəfər və ya 0,8 faiz artaraq 2015-ci il sentyabr ayının 1-i vəziyyətinə 9 milyon 666 min nəfərə çatıb.

Fond rəsmisi sosial sığorta hesabatı verib


15.10.2015

nigar penahovaBu ilin yanvar-sentyabr aylarında sığortaolunanların fərdi uçot sisteminin qurulması tədbirləri davam etdirilib və 1 oktyabr 2015-ci ilə sosial sığorta nömrəsi almış şəxslərin sayı 3 milyon 136 min nəfəri ötüb. Transparency.az xəbər verir ki, bunu jurnalistlərə Dövlət Sosial Müdafiə Fondunun (DSMF) fərdi uçotun təşkili şöbəsinin müdiri Nigar Pənahova deyib.

Nigar Pənahovanın bildirdiyinə görə, fərdi uçot sistemində qeydiyyata alınan sığortaolunanların sayı ilin əvvəlinə nisbətən 160,1 min nəfər artıb. Şöbə müdiri qeyd edib ki, əhalinin elektron xidmətlərə çıxış imkanlarının daha da genişləndirilməsi məqsədilə fond bu ilin sentyabr-oktyabr aylarında 5 yeni elektron xidmət — “Sığortaedənin (hüquqi şəxs) onlayn uçota alınması”, “Sığortaedənin (fiziki şəxs) onlayn uçota alınması”, “Dövlət sosial sığorta şəhadətnaməsinin dəyişdirilməsi və ya dublikatının verilməsi üçün müraciətin qəbulu”, “Ailə kəndli təsərrüfatının onlayn uçota alınması” və “Kənd təsərrüfatına yararlı torpaq sahəsi olan şəxsin onlayn uçota alınması” elektron xidmətlərini istifadəyə verib. Bununla da sığortaedən və sığortaolunanların uçotu sahəsində əhaliyə təqdim edilən xidmətlərin tam elektronlaşdırılması təmin edilib.

Nigar Pənahova sosial sığorta iştirakçılarının ən çox müraciət etdiyi elektron xidmətlərdən olan “Sığortaolunanın onlayn uçota alınması” xidməti barədə məlumat verib: “Bu ilin 9 ayında bu xidmət vasitəsi ilə elektron şəkildə daxil olmuş müraciətlər əsasında 99 min 981 nəfər sığortaolunana sosial sığorta nömrəsi verilərək fərdi şəxsi hesab açılıb”.



Yüklə 5,79 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   21




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2020
rəhbərliyinə müraciət

    Ana səhifə