Xəbər bülleteni №23


İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin əsasnaməsi strukturu təsdiqləndi



Yüklə 464,64 Kb.
səhifə14/23
tarix28.04.2017
ölçüsü464,64 Kb.
1   ...   10   11   12   13   14   15   16   17   ...   23

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin əsasnaməsi strukturu təsdiqləndi


16.02.2016

nk 1
Prezident İlham Əliyev fevralın 16-da fərman imzalayaraq Nazirlər Kabineti yanında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin əsasnaməsini və qurumun strukturunu təsdiq edib. İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi aparatdan (şöbələr, sektorlar) və regional bölmələrdən ibarətdir.

Transparency.az xəbər verir ki, əsasnaməyə görə, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi icbari tibbi sığortanın tətbiqini təmin edən, baza (əsas xidmətlər) zərfi çərçivəsində tibbi xidmətlərin maliyyələşdirilməsi üçün vəsaitləri özündə cəmləşdirən, səhiyyə xidmətlərinin alıcısı olan və bununla bağlı zəruri xərclərin ödənilməsini təmin edən icra hakimiyyəti orqanıdır.

Agentliyin müstəqil balansı, istifadəsində olan dövlət əmlakı, xəzinə və bank hesabları, üzərində Azərbaycan Respublikası dövlət gerbinin təsviri və öz adı həkk olunmuş möhürü, ştampları və blankları var. Qurumun saxlanma xərcləri və fəaliyyəti Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti, icbari tibbi sığorta haqları, büdcədənkənar vəsaitlər, kreditlər və qrantlar, ianələr hesabına maliyyələşdirilir.

Bakı şəhərində yerləşən agentliyin fəaliyyət istiqamətləri icbari tibbi sığorta sahəsində vahid dövlət siyasətinin formalaşmasında iştirak etmək və bu siyasətin həyata keçirilməsini təmin etmək; icbari tibbi sığorta sahəsinin inkişafını təmin etmək; tibbi xidmətlərdən istifadə edilməsində əhali üçün bərabər şərtlərin yaradılması, onun əlçatan olması, əhalinin sağlamlığının qorunması və yaxşılaşdırılması məqsədi ilə tibbi xidmətlərin keyfiyyət və səmərəliliyinin artırılması istiqamətində tədbirlər görməkdir.

Agentliyin fəaliyyətinə prezidentin təyinatı ilə direktor rəhbərlik edir. Onun prezident təyinatı ilə vəzifə tutan iki müavini var.

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin əsasnaməsi

Üç-dörd vəzifə daşıyan hər kəs başqasının imkanlarına zərbə vurur”


16.02.2016

zahid oruc 1Ötən il parlamentə seçilmiş bəzi şəxslər rəhbər vəzifələrdə çalışır. Rövnəq Abdullayev Dövlət Neft Şirkətinin prezidenti, Cavid Qurbanov “Azərbaycan Dəmir Yolları” QSC-nin, Muxtar Babayev “Azərkimya” İstehsalat Birliyi Müşahidə Şurasının, Mirzəcan Xəlilov “Azərsutəchizattikinti” ASC-nin, Mirkazım Kazımov “Qasid” Mətbuat Yayımı ASC-nin sədridir.

Azərbaycan Konstitusiyası elmi, pedaqoji və yaradıcılıq fəaliyyəti çıxılmaqla başqa ödənişli fəaliyyətlə məşğul olan şəxslərin Milli Məclisə seçilməsini yasaqlayır.

Bəzi deputatlar isə elmi müəssisələrdə rəhbər vəzifələrdə çalışır. İsa Həbibbəyli Milli Elmlər Akademiyasının vitse-prezidenti, Gövhər Baxşəliyeva Şərqşünaslıq İnstitutunun, Rafael Hüseynov Ədəbiyyat İnstitutunun, Aytən Mustafayeva İnsan Hüquqları üzrə Elmi-Tədqiqat İnstitutunun direktoru, Eldar Quliyev Azərbaycan Kooperasiya Universitetinin rektorudur. Onların deputat olması qanunidirmi?

Transparency.az-ın sualına cavab verən Milli Məclisin deputatı Zahid Oruc deyib ki, parlament üzvlərinin başqa vəzifələr tutması məsələsini plenar iclaslarda qaldırıb, amma müsbət reaksiya olmayıb: “1995-ci ildə Azərbaycan Respublikasının ilk parlamenti seçilərkən konstitusiya deputatların 15 faizinin icra orqanlarında vəzifə tutmasına imkan verirdi. 2000-ci ildən 15 faizlik kvota qüvvədən düşüb, deputatların yalnız elmi və yaradıcılıq fəaliyyəti ilə bağlı ödənişli işlərdə çalışmaq hüququ tanınır. Amma daha sərt məhdudlaşdırıcı normaya ehtiyac var. Universitet rektorlarına parlamentdə təmsil olunmaq, ya vəzifədə qalmaq seçimi verilməsi məqsədəuyğun idi. Başqaları da qanunverici orqanda təmsil oluna-oluna digər vəzifə tutmalı deyillər. Bu, müxtəlif qurumlarda gəncləri inkişafdan saxlayır, onlar vəzifə pillələrində irəliləyə bilmirlər. Məsələn, hamıya bəllidir ki, bu və ya digər nazir müavini universitet kafedrasında post tutur, amma bir dəfə də olsun auditoriyaya girmir. Elədirsə, niyə elmi ştatı zəlil edirik? Axı adam fiziki olaraq yalnız bir sahədə məhsuldar çalışıb fayda verə bilər” .

Deputat qeyd edir ki, hər bir iş yerinin fonunda insan taleyinin dayandığı nəzərə alınaraq konkret qaydalar yaradılmalıdır: “Xüsusilə gənc nəslin idarəçilik sistemində fəal təmsil olunmasını istəyiriksə, islahata getməliyik. Fərqi yoxdur parlament üzvüdür, ya yox, üç-dörd vəzifə daşıyan hər kəs başqasının imkanlarına zərbə vurur, karyera pilləkəninin qarşısında maneəyə çevrilir, planlarının reallaşmasına sədd çəkir, rotasiyanın getməsinə mənfi təsir göstərir, insanların ən məhsuldar, enerjili, təşəbbüskar dövründə hakimiyyət orqanlarında çalışmasını əngəlləyir”.

Ekspert bir qanuna iki yöndən baxır


16.02.2016

vuqar bayramovİqtisadçı ekspert Vüqar Bayramov “Antidempinq, kompensasiya və mühafizə tədbirləri haqqında” qanun layihəsinə münasibət bildirib. Transparency.az-ın məlumatına görə, ekspert layihədə fərqli nəticələrə hesablanan iki təklifin olduğunu vurğulayıb: “Pozitiv odur ki, layihəyə əsasən, ixracla məşğul olanlar büdcədən subsidiya alacaq. İxrac edilən malın dəyərinin 3, bəzi hallarda isə 5 faizi məbləğində subsidiya veriləcək. Təbii ki, ixrac olunan məhsulun xammalının ən azı 50 faizinin yerli mənbələrdən alınması, qeyri-neft sektorunda fəaliyyət göstərməsi, ödənişi bank vasitəsilə alması kimi şərtlər də olacaq. Belə subsidiya ixracın stimullaşdırılması üçün əhəmiyyətlidir, şəffaf mexanizmlərinin formalaşdırılması da olduqca vacibdir”.

Vüqar Bayramov antidempinq tədbirlərinə də diqqət çəkərək bu məqamı neqativ təklif kimi qiymətləndirir: “İnkişaf etmiş ölkələrdə belə tədbirlərin məqsədi idxal olunan mallara yüksək vergi və rüsum tətbiq etməklə daxili istehsalı qorumaqdır. İstehlak etdiyimiz malların 80 faizindən çoxunu xaricdən gətiririk. Əvvəlcə daxili istehsalı formalaşdırmalı, sonra onu qorumaq haqqında düşünməliyik. Əks halda bu addımla istehlak bazarında qiymətlər yüksələcək və idxalla məşğul olan iş adamlarının bir qismi bazardan sıxışdırılıb çıxarılacaq. İdxaldan asılılıq inzibatı metodlarla deyil, bazarla aradan qaldırılmalıdır.

Yüksək vergi ilə xarici istehsal mallarını ölkəyə buraxmamaq idxaldan asılılığın aradan qaldırılması anlamına gəlməməlidir. İdxal mallarının qarşısını vergilərin artırılması deyil, yerli istehsalın inkişafı ilə almaq mümkündür. Bütövlükdə “Antidempinq, kompensasiya və mühafizə tədbirləri haqqında” qanun layihəsinin redaktə edilməsi və antidempinq tədbirlərinin tətbiqinin təxirə salınması məqsədəuyğundur. Əks halda o, yerli istehsalın inkişafını deyil, qiymət artımlarını stimullaşdıracaq. Ümid edək ki, fərqli nəticələrə hesablanan iki fərqli təklifdən birincinin qısa zamanda qəbulu, ikincinin isə redaktəsi həyata keçiriləcək”.



Yüklə 464,64 Kb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2020
rəhbərliyinə müraciət

    Ana səhifə