Xəbər bülleteni № 27
http://transparency.az/cnews/
Ünvan: AZ1001, Bakı, Cəfər Cabbarlı, 16, mən. 7
Tel: (+994 12) 497 81 70; 497 68 15; Fax: (+994 12) 596 20 38
E-mail: info©transparency.az
Mart 2016
Gömrük hüquqpozmalarının statistikası
17.03.2016
-cı ilin yanvar və fevral ayı üzrə gömrük hüquqpozmalarının statistikası açıqlanıb. Transparency.az-ın məlumatına görə, Dövlət Gömrük Komitəsinin hesabatında bildirilir ki, ötən iki ayda gömrük orqanları cinayət xarakterli 89 fakt aşkarlayıb. Bunun 50-si qaçaqmalçılıq faktı, 13-ü narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar faktlar, 4-ü gömrük ödənişlərindən yayınma, 12-si aksiz markası ilə markalanmalı olan malları belə marka olmadan idxal etmə, 25-i digər cinayət xarakterli faktlardır.
Ötən iki ayda gömrük hüquqpozmalarında 93 şəxs təqsirləndirilib.
Hesabat dövrü ərzində Dövlət Gömrük Komitəsi 1443 inzibati xəta faktı ortaya çıxarıb.
Dostları ilə paylaş: |