Xəstəlik tarixi
Pasport hissə
Adı,soyadı,ata adı:İsmayilov Bəxtiyar Qafar oğlu
Təvəllüdü:22.09.1981
Milliyyəti:Azərbaycanlı
Vəzifəsi:Hərbçi
Daimi yaşadığı ünvan:Bakı şəhəri,Nizami rayonu
Daxil olma tarixi:06.05.22
Diaqnoz:Dəmir defsitli anemiya
Xəstənin şikayətləri:Ümumi zəiflik,yorğunluq,yuxululuq,fiziki iş zamanı təngnəfəslik,qulaqlarda küy,gözlərin qarşısında sayrışmanın olması,yaddaşın zəifləməsi,əzələlərdə ağrı
Anamnesis morbi:
Xəstəlik 5 il bundan əvvəl başlayıb.Şikayətlərin əvvəl az olmasına baxmayaraq,son illər daha çox üzə çıxmağa başlayıb. Xəstənin gözlərinin önündə sayrışmanın olması daha çox üfüqi vəziyyətdən şaquli vəziyyətə keçərkən baş verir, təngnəfəslik fiziki işlə məşğul olarkən olur.
Anamnesis vitae:
22 sentyabr 1981-ci ildə Gəncə şəhərində anadan olub.Uşaqlıq dövrü sağlam keçib .Gənclik dövründə xəstəliyi olmayıb . Evli və dörd uşağı var.Bina evində yaşayır.Mənzil şəraiti normaldır.Genetik xəstəlik və irsi meyillik yoxdur.Ciddi keçirdiyi xəstəlik yoxdur.
Obyektiv müayinə:
Baxma: Xəstənin vəziyyəti kafidir.Huşu aydın,psixi vəziyyəti ruhdan düşmə,vəziyyəti passivdir.Normostenik bədən quruluşuna malikdir.Boyu 1,85m,çəkisi 72 kq-dır.Yerişi normal,qaməti düzgündür.Dildə və ağız bucağında kiçik yaralar görsənir.Dəri örtüklərində avazımış rəng müşahidə olunur, piy qatı zəif inkişaf edib. Sümük-oynaq,əzələ,limfa sistemi normal inkişaf edib.
Sistemlər üzrə müayinə
Ürək-damar sistemi:
Baxma:Ürək nahiyəsində gözlü görünən bir dəyişiklik yoxdur.
Palpasiya:Zirvə vurğusu solda 5-ci qabırğaarası sahədə orta körpücük xəttindən 1,5sm içəridə yerləşir.
Perkussiya:Ürəyin nisbi və mütləq kütlük sərhədləri təyin olunur.
Ürəyin nisbi kütlük sərhədləri: Sağ nisbi kütlük sərhədi-4-cü qabırğaarası sahədə döş sümüyünün sağ kənarından 1-sm qədər sağ tərəfdə(barmağın bayır kənarı)alınır.Sol nisbi kütlük sərhədi- zirvə vurğusu ilə üst-üstə düşür.Bu da 5-ci qabırğaarası sahədə sol orta körpücük xəttindən 1-1.5sm içəriyə doğru yerləşir.Yuxarı nisbi kütlük sərhədi- barmağın yuxarı kənarında 3-cü qabırğa bərabərliyində yerləşir.Aşağı nisbi kütlük sərhədi təyin olunmur.
Ürəyin mütləq kütlük sərhədləri:Sağ mütləq kütlük sərhədi- 4-cü qabırğaarası sahədə sol döş xəttinin üzərində yerləşir.Sol mütləq kütlük sərhədi- nisbi sol kütlük sərhədindən 1-1.5sm içəridə yerləşir.Yuxarı mütləq kütlük sərhədi-yuxarı nisbi kütlük sərhədindən bir qədər aşağıda,4-cü qabırğa bərabərliyində yerləşir.
Auskultasiya: I ton zirvə vurğusu ilə üst-üstə düşür.Döş sümüyünün sol tərəfində 5-ci qabırğaarası sahədə dinlənilir. II ton ürəyin əsasında ən yaxşı dinlənilir.Sağ tərəfdə 2-qabırğaarası sahədə aorta üzərində eşidilir.Sol tərəfdə 2-qabırğaarası sahədə ağciyər arteriyası üzərində eşidilir. III ton zirvə və ya döş sümüyünün yaxınlığında dinlənilir. Botkin-Erba nöqtəsi 3-cü qabırğaarası sahədə döş sümüyünün sol tərəfində dinlənilir.
Nəbzin müayinəsi:Mil arteriyasında yoxlanılan nəbz hər iki əldə simmetrikdir.Tezliyi və ritmi normaldır.
Tənəffüs sistemi:
Baxma:Döş qəfəsi nahiyəsində gözlə görünən bir dəyişiklik yoxdur.
Palpasiya:Döş qəfəsi üzərində səs titrəməsi normaldır.Döş qəfəsinin elastikliyində heç bir dəyişiklik yoxdur.
Perkussiya:
Müqayisəli perkussiya:
Sağ ağciyər zirvəsində sola nisbətən səs qısalır.Solda 3-4 qabırğarası nahiyədə,sağda 6-ci qabırğarası sahədə səsin qısalması müşahidə edilir.
Topoqrafik perkussiya:
Ağciyər zirvəsi-Aşağı sərhədləri
Auskultasiya:
Ağciyərlər üzərində vezikulyar tənəffüs eşidilir.
Həzm sistemi:
Ağız boşluğuna və əsnəya baxma: Ağız dəhlizi avazımış çəhrayı rəngdə, nəmli, parıltılı, səthi düz və hamardır.Dilin selikli qişası erplidir. Dişlərin hamısı yerindədir, rəngi solğun sarımtıldır. Karies və diş daşı yoxdur.
Palpasiya:
Epiqastral nahiyede ağrı hissiyyatın olmaması
Epigastral nahiyede qarnın ön divarının əzələlərinin yüngül rigidliyi təyin edilir
Mədənin böyük əyriliyinin kənarı göbəkdən 3 sm yuxarıda yerləşir. Mədə çıxacağı ardıcıl hiss olunan və itən qurultu səsi verən,kiçik slindr formasında təyin edildi.Mədə cismi səthi hamar,elastikdir.
“S”ə bənzər bağırsaq sol qalça çuxurunda yerləşir,orta dərəcədə sərtliyə malikdir,hamar səthli,qurultu verməyən,hərəkətli elastik slindr şəklində təyin edilir.
Kor bağırsaq sağ qalça çuxurunda yerləşmişdir.Təxmini olaraq diametri 3 sm ağrısız,yumşaq,hamar səthli,armudabənzər formadadır.Qurultuludur.
Çənbər bağırsağın qalxan şöbəsi sağ nayihədə yerləşmişdir,hərəkətli, zərif,yumşaq,ağrısız qurultu verməyən,qayışabənzər formada hiss olunur.
Çənbər bağırsağın enən şöbəsi sol nayihədə yerləşmişdir,hərəkətli,zərif yumşaq,ağrısız qurultu verməyən,qayışabənzər formada hiss olunur.
Köndələn çənbər bağırsaq göbəkdən 2 sm aşağıda yerləşmişdir. Səthi hamar,konsistensiyası elastikdir,hərəkətlidir.Ağrısızdır və qurultu vermir.
Perkussiya:
Çalxalanma küyü təyin olunmadı, Timpanik səs göbəkdən 2 sm yuxarıda itdi.Məhdud ağrılı sahə təyin olunur.
Auskultasiya:
Peristaltik küylər təyin olunmur.
Qaraciyərin müayinəsi
Perkussiya:
Nisbi kütlük:
1. Sağ orta körpücük xətt V qabırğaarası sahədə
2. Orta qoltuqaltı xətt VII qabırga
3. Kürək xətti IX qabırğaarası
Mütləq kütlük:
Yuxarı sərhəddi :
1. Orta Körpücük xətti – VI qabırğaarası
2. Ön qoltuqaltı xətt – VIII
3. Kürək xətti – X
Aşağı sərhəddi :
1. Sağ orta-körpücük xətt – Qabırğa qövsü kənarında
2. Sağ parasternal xətt – qabırğa qövsü kənarından 2 sm aşağı
3. Sağ ön qoltuqaltı xətt – X qabırğa
4. Ön orta xətt – Xəncərəbənzər çıxıntının kənarından 4 sm aşağı
5. Sol parasternal xətt – IIX qabırğa
Kurlov üsulu ilə :
• Birinci ölçü – 11 sm
• İkinci ölçü – 8 sm
• Üçüncü ölçü – 7 sm təyin olundu
Qaraciyər Orta körpücük xətti ilı qabırğa qövsü kənarında təyon edilir. Əksər hissələrdə əllənmir. Elastikdir, səthi hamar, düz, kənarı itidir və ağrısızdır.
Öd kisəsi perkussiya və palpasiya olunmur.
Sidik-ifrazat sistemi
Böyr
Dostları ilə paylaş: |