Məsələ: 1
11 yaşlı oğlan uşağı kəskin xəstələnib: bədən temperaturunun 38°C qədər qalxması, sağ tərəfdə
qulaqətrafı vəz nahiyəsində şişkinlik, çeynəmə zamanı ağrıların olması qeyd olunurdu. Qarnın
epiqastriy nahiyəsində ağrılardan şikayət edib. 2 gündən sonra sol qulaqətrafı vəz nahiyəsində
şişkinlik və ağrı əmələ gəlib. Anası həkimə müraciət etməyib, uşağı evdəki vasitələrlə, isti
kompesslərlə müalicə edib. Xəstəliyin 5-ci günü uşaq xayada və sağ qasıq nahiyəsində ağrılardan
şikayət edib, ağrılar gəzəndə güclənirdi. Uşaq xəstəxanaya yerləşdirilmişdir.
An.Vitae - Xəstənin heç bir dərmana allergiyası yoxdur.
Obyektiv: Vəziyyəti orta ağır, bədən temperaturu-39°C. Sağ xayanın ölçüsü 2 dəfə böyüyüb,
bərkdir, ağrılıdır, dərisi hiperemiyalaşıb. Digər orqanlar tərəfindən dəyişikliklər yoxdur. Hər iki
qulaqətrafı vəzlər böyüyüb.