Obyektiv müayinə



Yüklə 0,49 Mb.
tarix26.12.2016
ölçüsü0,49 Mb.
#3616

Otorinolarinqoligiya üzrə situasiya məsələləri.
Məsələ №1.

23 yaşlı qadın xəstə təcili yardım maşını ilə növbətçi otorinolarinqoloji şöbəyə gətirilmişdir. Şikayətləri: udqunma və ağzı açmağa cəhd zamanı artan boğaz ağrısı, ağız suyu ifrazının artması, ağızdan xoşagəlməz qoxunun gəlməsi, ümumi halsızlıq və bədən hərarətinin 400 С olmasındandır. 4 gündür ki, özünü xəstə hesab edir. Anamnezində il ərzində periodik boğaz ağrıları qeyd edilir.



Obyektiv müayinə: ağzı açmaq çətinləşmişdir, sağ tərəfdən yumşaq damağın infiltrasiyası hesabına kəskin udlaq asimmetriyası qeyd olunur, sağ damaq badamcığı ödemli və dilçəyə yaxınlaşmış, sola doğru yerini dəyişmişdir. Sol damaq badamcığının ölçüləri dəyişilməmişdir. Çənəarxası limfa düyünləri əsasən sağ tərəfdə böyümüşlər, palpasiya zamanı ağrılıdırlar.

Cor –tonlar aydındır, ritmikdir, küy yoxdur.



Suallar:

  1. Ən optimal diaqnostik və ya əlavə müayinə metodu hansıdır?

  2. Klinik diaqnoz nədir?

  3. Müalicə taktikası: Ən optimal müalicə taktikasını qeyd edin.

Ədəbiyyat: В.Т. Пальчун, А.И.Крюков «Оториноларингология»: Руководство для врачей. М.: Медицина, 2001



Məsələ №2.

52 yaşlı qadın xəstə səsin xırıldaması şikayəti ilə qəbula gəlmişdir. 2 ay əvvəl endotraxeal narkoz altında xolesistektomiya əməliyyatı keçirmişdir. Əməliyyatdan sonra boğazda kəskin ağrılar və bir neçə gün qanlı bəlğəm ifrazatı olmuşdur. O zamandan da səsdə xırıltı əmələ gəlmişdir. 2 həftə sonra boğaz ağrıları tamamilə keçmiş, səsi öncə yaxşılaşmış, sonra isə tədricən yenidən dəyişmişdir.



Obyektiv müayinə: qırtlağın dəhliz şöbəsi dəyişiksiz, səs büküşləri bozumtul rəngdə, fonasiya və tənəffüs zamanı hərəkətlidirlər. Qırtlağın arxa hissəsində sağ çalovabənzər qığırdağın səs büküşü çıxıntısı üzərində (sağ səs büküşünün arxa 1/3-i) təxminən 6-8 mm diametrli kiçik ayaqcıqlı tünd qırmızı rəngli törəmə aşkar olunur. Regionar limfa vəziləri böyüməmişlər.

Kliniki qan göstəriciləri norma hüdudlarındadır.



Suallar:

  1. Ən optimal diaqnostik və ya əlavə müayinə metodu hansıdır?

  2. Klinik diaqnoz nədir?

  3. Müalicə taktikası: Ən optimal müalicə taktikasını qeyd edin.

Ədəbiyyat: В.Т. Пальчун, А.И.Крюков «Оториноларингология»: Руководство для врачей. М.: Медицина, 2001




Məsələ №3.

6 yaşlı uşaqda 2 il ərzində səs batıqlığı, respirator xəstəliklər zamanı tənəffüs çətinləşməsi var.

Son zamanlar afoniya, yuxu zamanı döş qəfəsi köməkçi əzələlərinin iştirakı ilə səsli tənəffüs qeyd

edilir.


Obyektiv müayinə: Burun və udlaqda iltihabi proses yoxdur - selikli qişa çəhrayı və təmizdir.

Qırtlağın mənfəzində ön komissura və sol səs büküşü üzərindən çıxan gül kələminə bənzər,t ənəffüs

zamanı hərəkətli, təpəcikvari çəhrayı rəngli törəmə aşkar olunur. Büküşlərarası sahə 2/3-ə kimi

daralmışdır.


Suallar:

  1. Ən optimal diaqnostik və ya əlavə müayinə metodu hansıdır?

  2. Klinik diaqnoz nədir?

  3. Müalicə taktikası: Ən optimal müalicə taktikasını qeyd edin.


Ədəbiyyat: В.Т. Пальчун, А.И.Крюков «Оториноларингология»: Руководство для врачей. М.: Медицина, 2001
Yüklə 0,49 Mb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin