TƏHLÜKƏSİZLİK NAMİNƏ BİRLİKDƏ
NATO-nun təqdimatı
TƏHLÜKƏSİZLİK NAMİNƏ BİRLİKDƏ
NATO-nun təqdimatı
S04
|
Giriş
S06
|
Dəyişən dövrana cavab
S14
|
Böhran vəziyyətlərində başlıca oyunçu
S22
|
Tərəfdaşlıqların genişləndirilməsi
S28
|
Açıq qapı siyasətinin davam etdirilməsi
S30
|
Yeni təhdidlər üçün yeni imkanlar
S32
|
Təşkilatın dinamikası
S35
|
Gələcəyə doğru
S04
|
Giriş
Mövcud olduğu yarım əsrdən çox bir
müddətdə həm Alyans, həm də geniş
dünya NATO banilərinin düşünməyəcəyi
istiqamətlərdə inkişaf etdilər.
Strateji mühitin inkişafının davam etdiyi bir
vaxtda, NATO-nun transformasiya yolu da
genişlənir. NATO keçmişdəkindən daha geniş
miqyaslı təhlükəsizlik təhdidlərinə cavab
verir və öz əhalisini həm evdə, həm də onun
xaricində müdafiə etmək məcburiyyətindədir.
Kütləvi qırğın silahlarının yayılması və
terrorçuluq kimi təhdidlər heç bir sərhəd
tanımırlar və bu da NATO-nun Əfqanıstanda
olduğu kimi, uzaq məsafələrdə qüvvə işlətmək
və saxlamaq qabiliyyətinə malik olmasını tələb
edir. Paralel olaraq, o, bu yeni tələblərə cavab
vermək üçün lazımı vasitə və imkanları inkişaf
etdirir və bu kimi çoxsaylı təhdidlərlə üzləşməyi
nəzərdə tutan beynəlxalq səylərə töhfə verir.
Üzv ölkələrin üzləşdiyi təhdidlərin təbiətinin
və NATO-nun onlarla mübarizə yollarının
dəyişməsinə baxmayaraq, Alyans tərkibində
başlıca əməkdaşlıq qaydaları Vaşinqton
Müqaviləsinin prinsiplərinə sadiq qalır.
Kollektiv mübarizə prinsipi Alyansın əsasını
qoyan müqavilənin mərkəzi xəttini təşkil
edir. O, öz üzvlərini birgə bağlayan, bir-
birini müdafiə etməyə təhrik edən yeganə və
möhkəm prinsip olaraq qalır. NATO, Avropa
və Şimali Amerika maraqlarını əlaqələndirən
təhlükəsizlik təhdidlərinin idarə olunması
üçün siyasi-hərbi çərçivəni təmin edir və
gələcək nəsillərin faydası naminə anlaşma
və əməkdaşlığa əsaslanan təhlükəsizliyin
qurulması məqsədini güdür.
TƏHLÜKƏSİZLİK NAMİNƏ BİRLİKDƏ
NATO-nun təqdimatı
Şimali Atlantika Alyansı
Giriş
|
S05
Bu nəşrdəki Keçmiş Yuqoslaviya Respublikası
Makedoniyaya olan istinadlar ulduz (*) şəklində işarə
ilə qeyd olunmuşdur və növbəti yazıya istinad edir:
“Türkiyə Makedoniya Respublikasını onun konstitusiya
adı ilə tanıyır”.
Dəyişən dövrana cavab
S06
|
Dəyişən dövrana cavab
1949-cu ildə Şərq və Qərb arasında ideoloji
mübarizənin sürətləndiyi bir vaxtda Atlantik okeanın
hər iki sahilindən olan 12 ölkə Şimali Atlantika
Müqaviləsi Təşkilatını yaratdı. İlkin məqsəd Sovet
İttifaqının Şərqi Avropa üzərində mövcud olan
nəzarətini qitənin digər hissələrinə də yaymaq
istəyi hədəsinə qarşı olaraq qarşılıqlı yardım paktı
yaratmaqdan ibarət idi.
Alyansın mənşəyi
1961
B
erl
in Di
varı
nı
n u
ca
lm
ası
1949
V
aşi
nq
to
n M
üqa
viləsi
ni
n i
m
za
lan
m
ası
, 4 A
pr
el
Dəyişən dövrana cavab
|
S07
O zamanlar Avropa hələ də İkinci Dünya Müharibəsinin səbəb olduğu dağıntıları bərpa etməkdə
idi. Bununla belə, 1947 və 1952-ci illərdə ABŞ-nın maliyyələşdirdiyi Marşal Planı Qərbi Avropa
iqtisadiyyatlarını sabitləşdirəcək vasitələri təmin etdi. Kollektiv müdafiə prinsipinə sadiq olmaqla NATO,
demokratiya və iqtisadi artımın inkişafı naminə təhlükəsiz mühitin qorunub saxlanılmasına yardımçı
olaraq bu rolu tamamladı. O vaxtkı ABŞ prezidenti Harri S.Trumanın sözləri ilə desək Marşal Planı və
NATO “bir qozun iki yarısı” idi.
“ Alyans vasitəsilə Qərbi
Avropa və Şimali Amerika bu
günədək görünməmiş sabitlik
səviyyəsini əldə etdilər ”
1950-ci illərin əvvəllərində Koreya Müharibəsi ilə kulminasiya nöqtəsinə çatan beynəlxalq hadisələr
Qərbin Sovet İttifaqının ekspansiya məqsədləri ilə bağlı qorxusunu təsdiqləmiş oldu. Buna uyğun
olaraq, NATO üzv ölkələri birgə müdafiə öhdəliklərinin yerinə yetirilməsi üçün tələb olunan hərbi və
mülki strukturların inkişafı ilə bağlı səylərini artırdılar. Avropa Hökumətlərinin müraciəti əsasında Şimali
Amerika qüvvələrinin Avropa torpağında mövcudluğu Sovet İttifaqı təcavüzünü karıxdırmağa yardım
etdi. Bundan əlavə, vaxt keçdikcə daha çox ölkə Müttəfiq oldu.
Alyans vasitəsilə Qərbi Avropa və Şimali Amerika bu günədək görünməmiş sabitlik səviyyəsini əldə
etdilər və bununla da, Avropanın iqtisadi əməkdaşlığı və inteqrasiyasının əsasını qoydular. 1990-cı
illərin əvvəllərində, Soyuq Müharibə yekunlaşdıqdan sonra Alyans keçmiş düşmənlərə əl uzatmaqla və
təhlükəsizliyə olan birgə yanaşmanı davam etdirməklə Avropanın köhnə Şərq-Qərb bölgüsünün aradan
qaldırılmasına fəal şəkildə töhfə verdi.
S08
|
Dəyişən dövrana cavab
Soyuq Müharibə dövründə NATO-nun rolu və
məqsədi açıq şəkildə Sovet İttifaqının törətdiyi
təhdidin mövcudluğu ilə müəyyən olunurdu. 1990-cı
illərin əvvəllərində Varşava Paktı buraxıldı və Sovet
İttifaqı dağıldı. Ənənəvi düşmənlərinin yox olması
ilə əlaqədar bəzi şərhçilər, NATO-ya olan ehtiyacın
da aradan qalxdığına və gələcək müdafiə xərclərinin
və silahlı qüvvələrə qoyulan sərmayənin da əsaslı
şəkildə azalacağına inanırdılar.
Soyuq Müharibənin
sonu
1989
B
erl
in Di
varı
nı
n da
ğıl
m
ası
Dəyişən dövrana cavab
|
S09
Bir çox NATO Müttəfiqləri öz müdafiə xərclərini azaltmağa başladılar, bəziləri hətta bunu 25 faizədək
etdi. Lakin tezliklə aydın oldu ki, Soyuq Müharibənin sonu hərbi işğal təhlükəsini aradan qaldırmış olsa
da Avropanın bir çox hissələrində qeyri sabitlik artmışdı. Keçmiş Yuqoslaviya və keçmiş Sovet İttifaqının
ərazilərində bir çox hallarda etnik gərginlik ilə qızışdırılan çoxsaylı regional münaqişələr baş qaldırdı və
yayılma hədəsi meydana çıxdı.
“ Avropada sülh və
sabitliyin qorunması və
regional münaqişələrin
yüksəlməsinin qarşısının
alınması ”
Avropada sülh və sabitliyin qorunması və regional münaqişələrin yüksəlməsinin qarşısının alınması
üçün indi siyasi və hərbi əməkdaşlığın yeni formaları tələb olunurdu. Həqiqətən də, NATO əməkdaşlıq
üçün yeni mexanizmlər yaradaraq keçmiş düşmənləri ilə institutlaşmış münasibətlər qurdu. O həmçinin,
üzv ölkələrin fundamental müdafiə rollarının yerinə yetirilməsi imkanlarının davamlı şəkildə təmin
edilməsinə əlavə olaraq, böhranların idarə olunması, sülhməramlılıq və sülhə dəstək əməliyyatları kimi
yeni vəzifələr üçün onları təchiz etmək məqsədilə hərbi strukturları və qabiliyyətləri uyğunlaşdırmaq
naminə əsaslı daxili islahatlar həyata keçirdi. Bu təhlükəsizlik təhdidlərinə cavab olaraq NATO, nəinki
kollektiv müdafiə üçün cavabdeh olan möhkəm bağlı Alyans olaraq qaldı, o həmçinin, geniş təhlükəsizlik
sahəsində yaxın əməkdaşlıq edən müxtəlif mədəniyyətli ölkələrin tərəfdaşlığı mərkəzinə çevrildi.
1995
N
AT
O ö
zü
nü
n il
k
böh
ranı
n idar
ə ol
un
m
ası
əm
əl
iy
ya
tın
a başla
yı
r
© MOD UK
9/11
S10
|
Dəyişən dövrana cavab
1999-cu il Vaşinqton Zirvə Görüşündə qəbul olunmuş
Strateji Konsepsiya gələcək təhdidləri “çoxistiqamətli
və bir çox hallarda qabaqcadan xəbər verilməsi çətin
olan” kimi təsvir etdi və xüsusi diqqəti kütləvi qırğın
silahlarının və onların təminat vasitələrinin yayılması
hədəsinə ayırdı. O həmçinin, terrorçuluq aktları,
təxribat və mütəşəkkil cinayətkarlıq, eyni zamanda
həyati təbii ehtiyatların axınında təfriqə kimi daha
geniş təbiətli digər hədələrin Alyansın təhlükəsizlik
maraqlarına təsir göstərə biləcəyini açıqladı.
Baş verən hadisələr Alyansın necə də qabaqgörən
olduğunu göstərdi. 2001-ci ilin 11 sentyabr tarixində
terrorçular ABŞ-dakı hədəflərə qarşı sərnişin
təyyarələrindən kütləvi qırğın silahı kimi istifadə
etdilər. Hücumun sarsıdıcı qəddarlığı və məqsədə
nail olmaq üçün istifadə olunan vasitələr açıq və
demokratik cəmiyyətlərin assimmetrik müharibənin
yeni formasına olan zəifliyini nümayiş etdirdi. Növbəti
gün həmrəylik aktı olaraq Müttəfiqlər NATO-nun
kollektiv müdafiə qərarı olan Vaşinqton Müqaviləsinin
5-ci maddəsini işə saldılar və bununla da, bir və ya
bir neçə üzvə qarşı hücumun hamıya qarşı edilmiş
hücum olduğunu təsdiq etdilər.
11 Sentyabr
NATO tarixində
ilk dəfə olaraq 5-ci
Maddəni işə salır
2001-
ci
il N
yu-
Yo
rk v
ə V
aşi
nq
to
nda g
eni
ş
miqy
asl
ı t
er
ro
r h
ücu
mları
Dəyişən dövrana cavab
|
S11
Alyans bir qədər sonra Birləşmiş Ştatları dəstəkləmək üçün tədbirlər qəbul etdi. O, terrorçuluq
fəaliyyətindən şübhəli hesab olunan gəmilərin dayandırılması və axtarışı üçün oktyabr ayının
əvvəllərində Şərqi Aralıq Dənizinə gəmilər göndərməklə cəld hərəkət etdi. Bu fəaliyyət hazırda Fəal
Cəhd Əməliyyatı kimi davam edir və indi o, bütün Aralıq dənizini əhatə edir. Həmçinin, qəbul olunmuş
tədbirlər sırasında Müttəfiqlər ABŞ-ın 11 sentyabr hücumlarına cavabdeh olan Al-Qaida terrorçu qrupu
və onlara sığınacaq verən Taliban rejiminə qarşı apardığı əməliyyata dəstək olaraq Əfqanıstana
qüvvələrini göndərdi. 2003-cü ilin avqust ayından etibarən Alyans Beynəlxalq Təhlükəsizliyə Yardım
Qüvvələri, sülhməramlı əməliyyatına rəhbərlik edir.
11 sentyabr hücumu Alyansın ərazisində törədilən miqyasına görə daha kiçik, lakin eyni qərəzkar təbiətə
malik digərləri ilə müşayiət olundu.
Tərəflər razılaşırlar ki, Avropa və ya Şimali Amerikada
onlardan biri və ya bir neçəsinə qarşı edilmiş silahlı
hücum onların hamısına edilmiş hücum hesab
ediləcək və nəticə etibarilə onlar razılaşırlar ki, belə
bir silahlı hücum baş verərsə onlardan hər biri BMT
Nizamnaməsinin 51-ci Maddəsinə uyğun olaraq fərdi
və kollektiv özünü müdafiə hüququndan istifadə
edərək, hücuma məruz qalmış Tərəf və ya Tərəflərə
dərhal fərdi və digər tərəflər ilə birgə Şimali Atlantika
ərazisinin təhlükəsizliyinin qorunub saxlanılması və
bərpa edilməsi naminə silahlı qüvvələrdən istifadə
də daxil olmaqla ehtiyac duyulan tədbirlər şəklində
yardım edəcəkdir.
Hər hansı bu kimi silahlı hücum və onun nəticəsində
görülmüş tədbirlər barədə dərhal Təhlükəsizlik
Şurasına hesabat veriləcəkdi. Bu tədbirlər
Təhlükəsizlik Şurası tərəfindən beynəlxalq sülhün
və təhlükəsizliyin qorunub saxlanılması və bərpa
olunması üçün lazımı tədbirlər görülən zaman
dayandırılacaqdır.
5-ci Maddə
S12
|
Dəyişən dövrana cavab
İlk olaraq, 21-ci əsrdə Transatlantik
cəmiyyətə olan hədələr təbiətcə
daha çox assimmetrik olacaq və
dövlətlərin müstəqil ordularından
daha çox alt dövlət qurumları
tərəfindən maliyyələşdiriləcək.
Onların qarşısını almaq üçün
Müttəfiq qüvvələrin hərbçiləri daha
yaxşı açılan, hərəkətli və bacarıqlı
olmalıdırlar.
İkinci, bu yeni təhdidlər Avro-
Atlantik ərazidən kənarda
formalaşa bilər. Bu səbəbdən,
NATO hədələrin harada meydana
çıxmasından asılı olmayaraq
onların cavablandırılması
məcburiyyətini başa düşən
qlobal tərəfdaşları olan Alyansa
çevrilməlidir.
Sonuncu, NATO bu təhlükələrlə
təkbaşına üzləşə bilməz.
Transatlantik Alyans BMT, Avropa
İttifaqı, Avropada Təhlükəsizlik
və Əməkdaşlıq Təşkilatı kimi
beynəlxalq və qeyri-hökumət
təşkilatları ilə birgə işləyərək
hərtərəfli siyasi, iqtisadi və hərbi
həll yollarının inkişafına töhfə
verməlidir. Yalnız bu kimi yanaşma
münaqişənin iqtisadi, həmçinin,
siyasi və ideoloji köklərini
cavablandıra bilər.
Bu amilləri nəzərdə tutaraq NATO
rəhbərləri Alyansın fəaliyyəti və işçi
proseduralarının icmalı üzrə işə
başladılar. Bu proses aşağıdakı bir
sıra təşəbbüslərlə nəticələndi:
“ hərtərəfli siyasi, iqtisadi
və hərbi həll yollarının
inkişafına töhfə ”
NATO Cavab Qüvvələrinin
yaradılması – yer, su və hava
elementlərini özündə birləşdirən
qabaqcıl texnologiyaya malik,
çevik, açıla bilən, qarşılıqlı operativ
uzlaşan və davamlı qüvvələr
Növbəti on və on beş il ərzində
Alyansın strateji prioritetləri üçün
çərçivəni təmin edəcək Hərtərəfli
Siyasi İcmalın qəbul olunması
Əfqanıstanda bütün ölkəni
əhatə etmək üçün əməliyyatların
genişləndirilməsi, yerli
təhlükəsizlik qüvvələrinin təlimi və
yenidənqurma işləri
Təhlükəsizlik qüvvələrinin təlimi
vasitəsilə İraq Hökumətinə
yardım göstərilməsi, habelə Afrika
Ittifaqına dəstək və piratlara qarşı
mübarizənin başlanması
İstanbul Əməkdaşlıq Təşəbbüsü
vasitəsilə Yaxın Şərq ölkələri
ilə institutlaşmış münasibətlərin
qurulması
Paralel olaraq, Alyansa üzvlük
və öz tərəfdaşlıq proqramlarına
dəvətlərin genişləndirilməsi
ilə NATO Avro-Atlantik
inteqrasiyanı davam etdirir və
beləliklə də, çox sayda ölkələrin
təhlükəsizlikdən əldə etdikləri
faydanı artırır.
axarlı hərbi komandanlıq strukturu
Strateji daşıma və havan yeri
müşahidə kimi müasir hərbi
əməliyyatlar üçün əhəmiyyətli
sahələrdə qabiliyyətlərin
təkmilləşdirilməsi
Dəyişən dövrana cavab
|
S13
N
AT
O A
W
A
C
s t
əy
yar
ələ
ri başl
ıc
a
had
isələ
rin v
ə b
öh
ran v
əzi
yy
ət
lə
rini
n
ha
va n
əz
ar
ət
ini t
əmi
n e
di
r
© Boeing
Böhran vəziyyətlərində
başlıca oyunçu
S14
|
Böhran vəziyyətlərində başlıca oyunçu
11 sentyabr hücumlarından dərhal sonra ABŞ
repressiv Taliban rejimini devirən Əfqanıstanda
terrorçuluğa qarşı əməliyyat - Azadlığa Dəstək
Əməliyyatına başladı. Əfqan təhlükəsizlik
qüvvələrinin təkbaşına ölkənin sabitliyini təmin
edə bilməyəcəyi narahatlığı artırdı. Bununla
əlaqədar olaraq, təhlükəsizlik qüvvələrinin təsis
edilməsi və təliminə kömək edə biləcək qüvvənin
BMT tərəfindən təsdiq olunması tələbi ilə çıxış
edən Bonn Konfransı 2001-ci ilin dekabr ayında
təşkil edildi. 20 dekabr 2001-ci ildə qəbul olunmuş
BMT Təhlükəsizlik Şurasının 1386 qətnaməsi
Beynəlxalq Təhlükəsizliyə Dəstək Qüvvələrinin
(İSAF) yaradılmasını və onların Kabil və ətraf
bölgələrdə yerləşdirilməsini təmin etmişdir. İSAF
və Əfqan milli hökumətinin sələfi olan Əfqan Keçid
Hakimiyyəti 2002-ci ilin yanvar ayında İSAF-ın
vəzifələrini təfsilatı ilə müəyyən edən Hərbi Texniki
Sazişi razılaşdırdılar.
Əfqanıstan
2003
N
AT
O Əf
qanı
stan
da İS
A
F ü
zr
ə
öh
də
çil
iy
i ö
z ü
zə
rin
ə g
öt
ür
ür
© MOD Canada
Böhran vəziyyətlərində başlıca oyunçu
|
S15
İlkin olaraq, İSAF nə NATO, nə də BMT qüvvəsi yox, BMT Təhlükəsizlik Şurasının himayəsi altında
yerləşdirilmiş könüllülər koalisiyası olmuşdur. Könüllü ölkələr İSAF-a altı aylıq rotasiya ilə rəhbərlik
etmişlər (ilk olaraq Böyük Britaniya, Türkiyə, Almaniya və Niderland).
Bu missiyaların tərəqqi əldə etdiyi bir vaxtda onlar vahid sistemin çatışmazlığından irəli gələn
maneələrlə üzləşdilər və nəticədə, 2003-cü ilin avqustunda Alyans missiyanın strateji idarəsi, nəzarət
və əlaqələndirilməsini öz üzərinə götürərək Kabildə İSAF-ın Daimi Qərargahının təsis edilməsinə
şərait yaratdı.
“ İSAF və Əfqan Milli Hökuməti
sıx əlaqələndirmə şəraitində
fəaliyyət göstərir ”
İlk növbədə, İSAF-ın mandatı
paytaxt Kabil və ətraf ərazilərlə
məhdudlaşdırılırdı, lakin
getdikcə o, bütün Əfqanıstan
ərazisi üzrə genişləndi:
o əvvəlcə şimala, qərbə,
sonradan cənuba və sonda
Əfqanıstanın ən təhlükəli və
qeyri-sabit bölgəsi olan şərqə
genişləndi.
İSAF-ın əsas rolu Əfqan
hökumətinə onun ölkə üzrə
hakimiyyətinin yayılması
və təhlükəsiz mühitin
yaradılmasına dəstək
verməkdən ibarətdir.
Bununla o, ordu və polisin
təlimi vasitəsilə Əfqan
təhlükəsizlik qüvvələrinin
inkişafına dəstək verir; mülki
təsisatların yenidən qurulması
ehtiyaclarını müəyyən edir;
qeyri-qanuni silahlı qrupların
silahsızlaşdırılması və
narkotiklərə qarşı səylərdə
hökuməti dəstəkləyir;
və humanitar yardım
fəaliyyətlərini dəstəkləyir.
O eyni zamanda, mülki və
hərbi qurumlar arasında
qarşılıqlı əlaqənin
genişləndirilməsinə və
yerlərdə aparılan əməkdaşlığa
daha sistematik yanaşmanın
inkişaf etdirilməsinə çalışır.
Bunun nümayiş etdirilməsi
üçün, Əyalət Bərpa
Qruplarından bəzisi – İSAF-ın
öhdəçiliyi altında olan mülki
və hərbi heyətdən ibarət kiçik
qruplar – ölkə boyu məktəb
və yetimxanaların tikilməsi,
yolların təmiri, silahların
hesabdan silinməsi, minaların
zərərsizləşdirilməsi və bu kimi
mülki layihələrdə işləyirlər.
İSAF Əfqan Milli Hökuməti
ilə sıx əlaqələndirməni
həyata keçirir. Misal üçün,
2003-cü ilin dekabrında
və 2004-cü ilin yanvarında
o, böyük şura qismində
Əfqan konstitusiyasını qəbul
etmiş konstitusional Loya
Jirga-nın toplanmasının
təhlükəsizliyinin təminatında
Əfqan Hakimiyyətinə yardım
etdi. 2006-cı ilin sentyabrında
NATO və Əfqanıstan
müdafiə islahatları, müdafiə
təsisatlarının yaradılması
və Əfqan Milli Ordusu və
NATO üzvləri arasında hərbi
uyarlığın təşviqinə yönələn
“Tərəfdaşlıqda Əməkdaşlığa
Dəstək Çərçivəsi” sənədini
qəbul etdilər. Buna əlavə
olaraq, NATO-nun Ali Mülki
Nümayəndəsi birbaşa Əfqan
Hökuməti və digər beynəlxalq
təşkilatlarla, həmçinin qonşu
ölkələrlə əlaqə saxlayaraq
Alyansın siyasi və hərbi
məqsədlərini müəyyən edir.
S16
|
Böhran vəziyyətlərində başlıca oyunçu
Keçmiş Yuqoslaviyanın parçalanması nəticəsində 1995-ci
ildə Bosniya və Herseqovinada, 1999-cu il Kosovoda
və 2001-ci ildə keçmiş Yuqoslaviya Respublikası
Makedoniyada (*) münaqişələrin qarşısının alınması və ya
dayandırılması məqsədilə hərbi müdaxilə etdi.
Bosniya və Herseqovinada NATO Müttəfiqləri 1995-ci
ilin avqust və sentyabrında Bosniyanın Serb qüvvələrinə
qarşı hava əməliyyatları keçirmişlər. Bu addım yerdə olan
qüvvələr arasında güc tarazlığının dəyişilməsinə kömək
etmiş və Bosniyanın Serb rəhbərliyini Deyton, Ohayoda
razılaşdırılmış sülh sazişini qəbul etməyə sövq etmişdir.
NATO sülhməramlıları Bosniya və Herseqovinaya
1995-ci ilin dekabr ayında Həyata Keçirmə Qüvvələri
(İFOR) altında gəldilər. İFOR on il sonradan, 2005-ci
ilin dekabrında uğurlu sonluqla yekunlaşan Sabitləşmə
Qüvvələri (SFOR) ilə əvəz edilmişdir. Sülhməramlılıq
mandatı sonradan Avropa İttifaqına ötürülmüşdür.
Balkanlar
NATO Bosniya
və Herseqovinada
aparılan on illik
sülhməramlı
əməliyyata rəhbərlik
etmişdir
© Belgian MOD
Böhran vəziyyətlərində başlıca oyunçu
|
S17
“ Kosovonun gələcək
inkişafı naminə sabit
mühitin yaradılması ”
NATO-nun Kosovoya hərbi
müdaxiləsi, artmaqda olan
zorakılıq və BMT Təhlükəsizlik
Şurasının Kosovonın Alban
əhalisinə qarşı repressiyasına
son qoymağa çağıran
qətnamələrini Belqradın
dəfələrlə pozduğu bir ildən
çox bir müddətdə davam etdi.
1999-cu ilin martında Alyans
repressiyaya cavabdeh olan
Yuqoslav hökumətinin hərbi
və hərbiləşmiş strukturlarına
qarşı havadan hərbi əməliyyata
başlamağa qərar verdi. Bütün
digər seçim yolları tükəndikdən
və Belqradın barışmaz
mövqeyinin qarşısının alınması
ilə bağlı sülh danışıqları iflasa
uğradıqdan sonra belə bir qərar
verildi.
Hava əməliyyatı 78 gün davam
etdi və münaqişə tərəflərinin
bütün hərbi fəaliyyətə son
qoyması ilə nəticələndi;
Yuqoslav Ordusu və Serb
polis və hərbiləşmiş qüvvələri
Kosovonu tərk etdi; Kosovoda
beynəlxalq hərbi iştirakın
yerləşdirilməsi üzrə razılıq əldə
olundu; qaçqın və məcburi
köçkünlərin şərtsiz və sağ-
salamat yerlərinə qayıtması ilə
bağlı razılıq əldə olundu; və
bütün tərəflərin Kosovo üzrə
siyasi razılığın əldə olunması
üçün birgə işə hazır olması
razılaşdırıldı.
NATO-nun rəhbərlik etdiyi
Kosovo Qüvvələrinin (KFOR)
mandatı hər ikisi 1999-cu il
mart tarixli olan həm NATO
və Yuqoslav komandirləri
arasında imzalanmış Hərbi-
Texniki Razılıq, həm də BMT
Təhlükəsizlik Şurasının 1244
Qətnaməsi ilə müəyyən olunur.
KFOR yeni düşmənçiliyin
qarşısının alınması, təhlükəsiz
mühitin yaradılması və
Kosovo Azadlıq ordusunun
hərbsizləşdirilməsi üzrə
məsuliyyət daşıyırdı. Bundan
əlavə KFOR, Kosovonun
gələcək inkişafı naminə
sabit mühitin yaradılması
üçün beynəlxalq humanitar
səyləri dəstəkləyir və BMT-
nin Kosovodakı Müvəqqəti
İnzibati Missiyası (UNMİK) kimi
beynəlxalq mülki qurumlarla
birgə işləyir.
2008-ci il 17 fevral tarixli
müstəqillik bəyannaməsinin
ardınca NATO KFOR-un BMT
Təhlükəsizlik Şurası digər
qərar verənədək BMT TŞ 1244
əsasında Kosovoda qalacağını
bir daha təsdiq etdi. Bu mövqe
NATO-nun 2009-ci il aprel
tarixli Strazburq/Kel Zirvə
Görüşündə bir daha bildirildi.
Onar həmçinin bildirdilər
ki, Alians razılaşdırılmıış
formada Kosovoda multi
etnik təhlükəsizlik sisteminin
yaradılmasına tam olaraq
sadiqdir. Onlar həmçinin
Kosovoya Avropa İttifaqı
Qanunun Aliliyi Missiyasının
(EULEX) göndərilməsini və
indiyə qədər götürülmüş
öhdəliklərin lazımi standartlara
uyğun olaraq icra edilməsini,
xüsusilədə qanunun aliliyinin
təmin edilməsi, etnik azlıqların
və tarixi və dini abidələrin
qorunmasını, cinayyətkarlıqla
və korrupsiya ilə mübarizəni
yüksək qiymətləndirdilər.
S18
|
Böhran vəziyyətlərində başlıca oyunçu
2001-ci ilin avqust ayında
keçmiş Yuqoslav Respublikası
Makedoniyanın (*) prezidenti ölkənin
sabitliyini poza biləcək etnik Alban
qruplarının silahsızlaşdırılmasında
NATO-nun yardımını xahiş etdi.
NATO, hökumətin bəzi azlıqların
hüquqlarını bərpa etməsi şərt
ilə bu xahişi qəbul etdi. NATO
daxil olmaqla müxtəlif beynəlxalq
təşkilatlar və ABŞ-dan xüsusi
nümayəndələrin vasitəçiliyi ilə
ölkənin etnik Alban icmasının
nümayəndələri və hökumət
arasında siyasi razılıq əldə
olundu. Bu, NATO-ya könüllülük
əsasında etnik albanların
silahsızlaşdırılması üçün
3 500 qüvvədən 30 günlük
missiya çərçivəsində istifadəsinə
yol açmış oldu.
Skopyenin xahişi əsasında
NATO qüvvələri, Avropa ittifaqı
və Avropada Təhlükəsizlik
və Əməkdaşlıq Təşkilatı
nəzarətçilərinin müdafiəsini təmin
ötmək 2003-cü ilin martında
missiya Avropa İttifaqı tərəfindən
qəbul edilənədək ölkədə qaldı.
Bu təşəbbüslər ölkədə mülki
münaqişənin qarşısının alınması
və bərpa və barışıq üçün zəmin
yaradılmasına yardımçı oldu.
NATO-nun Sarayevo və
Skopyedə ev sahibi hökumətlərinə
müdafiə islahatlarında kömək
etmək məqsədilə qərargahlar
saxlamasına baxmayaraq,
KFOR hazırda Balkanlarda qalan
yeganə geniş miqyaslı Müttəfiq
qüvvələridir.
Qərbi Balkanlarda uzun müddətli
sabitliyi gücləndirmək məqsədi
ilə NATO region ölkələrini
Avro-Atlantik strukturlara
inteqrasiyaetməyə çalışır.
Albaniya və Xorvatiya 2009-cu ilin
Aprelində NATO-ya daxil oldular,
keçmiş Yuqoslav Respublikası
Makedoniya (*) NATO-ya
üzvlüyə namizəddir və Bosniya
və Herseqovina, Monteneqro və
Serbiya 2006-cı ilin 14 dekabrında
NATO-nun Tərəfdaşı oldular.
“ Qərbi Balkanlarda uzun müddətli
sabitliyi gücləndirmək məqsədi
ilə NATO region ölkələrini Avro-
Atlantik strukturlara inteqrasiya
etməyə çalışır ”
Böhran vəziyyətlərində başlıca oyunçu
|
S19
11 sentyabr hücumlarının ardınca həyata keçirilmiş Fəal Cəhd Əməliyyatı Aralıq dənizində terrorçuluq fəaliyyətinə
qarşı NATO dəniz qüvvələrinin rəhbərlik etdiyi aşkar etmə, qarşısını alma və müdafiə etmə dəniz nəzarəti
əməliyyatıdır. NATO gəmiləri Şərqi Aralıq dənizinə yerləşdirilərək bölgədə patrul xidmətinə 6 Oktyabr 2001-ci ildə
başladılar. Əməliyyatın uğurunu nəzərə alaraq, 2003-cü ilin əvvəllərində o, Cəbəllüttariq boğazı, 1 il sonradan isə
2004-cü ilin martında bütün Aralıq dənizinə genişlənmişdir.
Əməliyyatın terrorçuluqla bağlı fəaliyyətlərlə məhdudlaşmasına baxmayaraq, o ticarət və iqtisadi fəaliyyət üzrə Aralıq
dənizinin bütövlükdə təhlükəsizliyi ilə bağlı faydalı nəticələrə malikdir.
Aralıq Dənizi
Aden körfəzində və Şərqi Afrika sahillərində günü gündən artan dəniz quldurluğu Afrikaya beynəlxalq humanitar
yardim cəhdlərinin qarşısını alır və ümumiyyətlə dəniz rabitə xətlərinə və ərazidə iqtisadi maraqlara xələl gətirir.
NATO ərazidə təhlükəsizliyi təmin etmak üçün Ümumi Xidmət Əməliyyatı (2008) və Ümumi Qoruyucu Əməliyyatı
(2009) kimi dəniz qulurluğuna qarşı əməliyyatlar həyata keçirmişdir. Hal hazırda, BMT Təhlükəsizlik Şurasının
qərarlarına əsasən və Avropa İttifaqı kimi digər qurumlarla uzun müddətli dəniz qulurluğuna qarşı rol nəzərdən
keçirilir.
Aden Körfəzi
S20
|
Böhran vəziyyətlərində başlıca oyunçu
©
EU
Darfur
qaçqınları
NATO-nun Afrika qitəsində ilk missiyası Afrika İttifaqının Sudana olan Missiyasına
(AMIS) dəstəyi olmuşdur.
Sudanın Darfur əyalətinin sakinləri 2003-cü ildən qəddar vətəndaş müharibəsinin
qurbanı olmuşlar. Münaqişə on minlərlə insanın ölümü və milyonların didərgin
düşməsinə gətirmiş humanitar böhrana səbəb olmuşdur. Afrika İttifaqının (Aİ) xahişinə
əsasən NATO, Aİ-nin AMIS missiyasını 2005-ci ilin iyulundan başlayaraq bu missiya
2007-ci ilin 31 dekabrında bitənədək yardımla təmin etmişdir. 2008-ci ilin yanvarında
bu missiya BMT-Aİ hibrid missiyasına çevrildikdə, NATO yardımla bağlı hər hansı əlavə
müraciətləri nəzərdən keçirməyə hazır olduğunu bəyan etmişdir.
2007-ci ilin iyununda NATO Afrika İttifaqının, onun Somalidəki missiyası üçün (AMİSOM)
qoşunlarının yerləşdirilməsində strateji hava daşıması dəstəyinin təmin edilməsi təklifi
ilə razılaşmışdır. Ölkədə 1991-ci ildən bəri səmərəli hakimiyyət mövcud olmamış və
o, uzun illər ərzində rəqib hərbi yaraqlıları arasındakı döyüşlərdən, həmçinin aclıq və
xəstəliklərdən əziyyət çəkmişdir.
NATO eyni zamanda, Aİ-nin uzun müddətli sülhməramlılıq potensialını imkan-yaratma
dəstəyi ilə təmin edir, xüsusi ilə də Aİ-nin müraciəti əsasında Afrika Ehtiyat Qüvvələrinə
dəstək göstərir.
Birgə fəaliyyət və səmərəliliyin maksimum şəkildə təmin edilməsi üçün NATO-nun yardımı
xüsusilə BMT və Avropa İttifaqı daxil olmaqla digər beynəlxalq təşkilatlar, həmçinin
ikitərəfli tərəfdaşlarla sıx əlaqələndirilir.
Afrika Birliyinə yardım
İraqın sabitliyi NATO-nun mühüm strateji marağındadır və o, 2004-cü ildən etibarən İraq
Hökumətini NATO Təlim Missiyası-İraq (NTM-İ) vasitəsilə dəstəkləyir. NATO və İraq
həmçinin, əməkdaşlıqlarınn uzun müddətdə davam etdirilməsinə razılaşmış və bunu
Strukturlaşmış Əməkdaşlıq Çərçivəsi üzrə təkliflərin təsdiqi vasitəsilə rəsmiləşdirmişlər.
NATO ölkəyə öz təhlükəsizliyini təmin etmək üçün İraq hərbi heyətinin həm İraq
daxilində, həm də xaricində təlimi vasitəsilə kömək edir; ölkənin təhlükəsizlik
təsisatlarının inkişafını dəstəkləyir; NATO-nun ayrı-ayrı üzv ölkələri tərəfindən
təmənnasız təqdim edilən avadanlığın çatdırılmasını əlaqələndirir və daha ümumi
şəkildə, İraqda müdafiə islahatlarına dəstəyi təmin edir.
İraqla əməkdaşlıq, İraq Hökumətinin müraciətinə əsasən beynəlxalq və regional
təşkilatlardan İraq xalqının təhlükəsizliyi və sabitliyi tələblərinin qarşılanmasının
dəstəklənməsini xahiş edən BMT Təhlükəsizlik Şurasının 1546 Qətnaməsinə uyğun
şəkildə həyata keçirilir.
İraqa yardım
Böhran vəziyyətlərində başlıca oyunçu
|
S21
NATO-nun daha geniş fəaliyyəti
“ Alyansın
fəaliyyətinin böyük
hissəsi ictimaiyyətin
diqqətindən kənarda
baş verir ”
NATO-nun mediada
işıqlandırılması bir qayda
olaraq, yüksək səviyyəli
diplomatiya, Alyansın zirvə
görüşləri və hərbi əməliyyatları
üzərində cəmləşir. Bununla
belə, Alyansın fəaliyyətinin
böyük hissəsi ictimaiyyətin
gözündən kənarda baş verir.
NATO gündəlik əsasda
Avropanın təhlükəsizlik
mühitinin inkişaf etdirilməsinə
yardım edən bir çox layihələrlə
məşğuldur. Buraya şərqi
Avropa hərbi sisteminin
islahatına yardım etmək,
keçmiş hərbi zabitlərin mülki
həyata hazırlanması üçün
proqramların yaradılması, və
minasızlaşdırma və yığılıb
qalmış silah-sursatların məhv
edilməsi üzrə yardımın təmin
edilməsi daxildir.
Bundan əlavə, NATO humanitar
yardımın əlaqələndirilməsində
fəaldır. 1999-cu ildə o, təbii və
insanlar tərəfindən törədilən
fəlakətlər halında NATO və
Tərəfdaş ölkələrdən fövqəladə
və humanitar yardımın
əlaqələndirilməsini təmin edən
Avro-Atlantika Fəlakətlərə
Yardımın Əlaqələndirilməsi
Mərkəzini (EADRCC) açmışdır.
Misal üçün, NATO 2005-ci
ilin sentyabrında ABŞ-da baş
vermiş Katrina Qasırğası
nəticəsində daşqından
zərər çəkənləri yardımla
təmin etmişdir. Bir ay sonra,
Pakistanda baş vermiş
dağıdıcı zəlzələ 73 000 insanın
məhvi və 4 milyonun evsiz
qalmasına gətirib çıxarmışdır.
Şimali Atlantika Şurası
EADRCC vasitəsilə yardımın
göstərilməsinə razılıq verdi.
Bir çox hallarda EADRCC
daşqın, meşə yanğınları və
zəlzələlərdən zərər çəkən Avro-
Atlantika məkanı ölkələrinin
köməyinə gəlmək üçün
ehtiyatları səfərbər etmişdir.
NATO mülki elm, ətraf mühit
və texnologiya sahələrində
təhlükəsizliklə bağlı məsələlər
üzrə praktiki əməkdaşlığı
dəstəkləyən elmi proqrama
malikdir. NATO-nun Sülh və
Təhlükəsizlik naminə Elm
Proqramı (SPS) iştirakçıların
xüsusi ehtiyaclarına cavab
məqsədini güdərək, müxtəlif
problemlər üçün tövsiyə və
real həll yollarının inkişaf
etdirilməsinə çalışır. NATO
üzv, Tərəfdaş və Aralıq dənizi
dialoqu ölkələrinin elm adamları
bu fəaliyyətlərdə iştirak edirlər
ki, bu da birgə fəaliyyət,
şəbəkə və imkan yaratmanın
asanlaşdırılması yolu ilə ümumi
təhlükəsizliyə səmərəli şəkildə
töhfə verir.
Tərəfdaşlıqların
genişləndirilməsi
S22
|
Tərəfdaşlıqların genişləndirilməsi
NATO Tərəfdaşları
Soyuq Müharibənin sonundan bəri NATO dialoq, etimad
yaratma və əməkdaşlıq naminə institutların yaradılması
yolu ilə təhlükəsizlik və sabitliyin gücləndirilməsi üçün bir
sıra təşəbbüslər irəli sürmüşdür. O, keçmiş düşmənlər,
həmçinin digər Avropa ölkələri, geniş Aralıq dənizi
bölgəsində qonşu ölkələr və Yaxın Şərqdə ölkələr ilə
münasibətlər qurmuşdur.
Bu istiqamətdə ilkin addım 1991-ci ildə Şimali Atlantika
Əməkdaşlıq Şurasının yaradılması olmuşdur. Avro-
Atlantika Tərəfdaşlıq Şurası adlanandan bəri o, NATO
və Avro-Atlantika məkanında qeyri-üzv ölkələr arasında
məsləhətləşmə və əməkdaşlıq üzrə başlıca foruma
çevrilmişdir.
NATO 1994-cü ildə Sülh Naminə Tərəfdaşlıq (SNT)
kimi tanınan təşəbbüsü irəli sürdü. Bu proqram iştirakçı
ölkələrin silahlı qüvvələrinin demokratik cəmiyyətdə
lazımı rol oynamasına imkan yaratmaq və NATOnun
rəhbərlik etdiyi sülh qoruma əməliyyatlarında iştirak
etmələri üçün onların yenidən qurulmasına dəstək
verilməsinə yönəlmişdir. O, bir çox müxtəlif sahələrdə
praktiki əməkdaşlıq üçün imkanlar təklif edir ki,
bu da fərdi Tərəfdaş ölkələrin xüsusi təhlükəsizlik
ehtiyac və maraqlarına müvafiq şəkildə öz iştiraklarını
uyğunlaşdırmasına imkan yaradır. Fəaliyyətlərin həcmi
və növü, müdafiə islahatları, krizis idarəçiliyi, mülki
fövqəladə planlaşdırma, elm, təhsil və təlim sahəsində
əməkdaşlıq, yüngül və atıcı silahların məhv edilməsi və
təhlükəsiz şəkildə zərərsizləşdirilməsi kimi sahələri əhatə
edərək olduqca böyükdür.
“ dialoq, etimad yaratma
və əməkdaşlıq naminə
institutların yaradılması ”
Tərəfdaşlıqların genişləndirilməsi
|
S23
“ Rusiya və Ukrayna ilk gündən NATO
ilə tərəfdaşlıq fəaliyyətinə öhdəlik
götürən ölkələr arasında olmuşlar ”
Rusiya və Ukrayna ilk
gündən NATO ilə tərəfdaşlıq
fəaliyyətinə öhdəlik götürən
ölkələr arasında olmuşlar.
1997-ci ildə bu iki ölkədən
hər biri ilə NATO arasında
ikitərəfli sazişlərin imzalanması
ilə əməkdaşlıq daha rəsmi
əsasa keçmişdir. NATO-
Rusiya Daimi Birgə Şurası və
NATO-Ukrayna Komissiyası
təhlükəsizlik məsələləri və
geniş səpkili sahələr üzrə
praktiki əməkdaşlığın inkişafı
üzrə mütəmadi məşvərət və
müzakirələrin təşviqi vasitəsi
kimi yaradılmışdır.
O vaxtdan bəri, yeni
təhlükəsizlik təhdidlərinin
cavablandırılması üçün birgə
beynəlxalq səylərə olan
tələbatı vurğulayan 11 sentyabr
terrorçu hücumlarından sonra,
Müttəfiqlər və Rusiya daha
dərin və sıx münasibətlər
qurdular. 2002-ci ildə ikitərəfli
NATO-Rusiya Daimi Birgə
Şurasını əvəz edən, Baş Katibin
rəhbərlik etdiyi NATO-Rusiya
Şurası (NRC) yaradılmışdır
və burada bütün NRC ölkələri
bərabər şəkildə iştirak edir və
qərarlar konsensus vasitəsilə
qəbul edilir. NRC terrorçuluğa
qarşı mübarizə, böhranların
idarə olunması və kütləvi qırğın
silahlarının yayılmamasını
əməkdaşlığın əsas sahələri kimi
müəyyən etmişdir.
NATO-Ukrayna münasibətləri
illər ərzində uğurlu inkişaf
etmişdir. Burada əsas nöqteyi-
nəzər xüsusilə müdafiə və
təhlükəsizlik sektorunda
aparılan Ukraynanın cari
islahat səylərinə NATO və
fərdi Müttəfiqlər tərəfindən
verilən dəstəkdir. Bu islahatlar
ölkənin demokratik inkişafı və
Avro-Atlantik strukturlara daha
yaxın inteqrasiyası məqsədini
həyata keçirmək üçün vacibdir.
2005-ci ildə Ukraynanın üzvlük
istəkləri və müvafiq islahatları
ilə bağlı İntensiv Dialoq irəli
sürülmüşdür. 2008-ci ildə NATO
üzv ölkələri razılaşmışlar ki, bu
ölkə NATO üzvü olacaqdır.
Rusiya və Ukrayna ilə münasibətlər
S24
|
Tərəfdaşlıqların genişləndirilməsi
SNT təşəbbüsü 1995-ci ildə geniş Aralıq
dənizi bölgəsinin altı ölkəsini – Misir, İsrail,
İordaniya, Mavritaniya, Mərakeş və Tunisi
- əhatə edən Aralıq dənizi dialoqunun
yaradılması ilə tamamlanmışdır. 2000-ci ildə
Əlcəzairin də qoşulduğu bu proqram,
Aralıq dənizi bölgəsinin ölkələri ilə yaxşı
münasibətlərin qurulması və qarşılıqlı
anlaşmanın təkmilləşdirilməsi, eləcə də
regional təhlükəsizlik və sabitliyin təbliğ
edilməsi məqsədini güdür. 2004-cü ildə
dialoq, müdafiə islahatı, sərhəd təhlükəsizliyi
sahəsində əməkdaşlıq, hərbi uyarlığın
təkmilləşdirilməsi və digər bu kimi sahələrdə
yardım vasitəsilə daha geniş praktiki
əməkdaşlığı təbliğ edən həqiqi tərəfdaşlıq
səviyyəsinə yüksəlmişdir. Genişləndirilmiş
tərəfdaşlıq həmçinin, terrorçuluğa qarşı
mübarizəni diqqət mərkəzinə almışdır.
Bəzi Dialoq ölkələri Balkanlarda NATO-nun
rəhbərlik etdiyi sülhə dəstək əməliyyatlarına
hərbi qüvvələrlə töhfə vermiş və Fəal Cəhd
Əməliyyatına dəstək vermişdir.
Aralıq dənizi dialoqu
“ Aralıq dənizi bölgəsinin
ölkələri ilə yaxşı münasibətlərin
qurulması və qarşılıqlı anlaşmanın
təkmilləşdirilməsi ”
NATO təlimi
zamanı Aralıq
dənizi di-
aloqu ölkələri ilə
əməkdaşlıq
Tərəfdaşlıqların genişləndirilməsi
|
S25
“ Bu təşəbbüs bölgənin maraqlı
ölkələri ilə praktiki ikitərəfli
əməkdaşlığın təbliğ edilməsi
məqsədini güdür ”
İstanbul Əməkdaşlıq
Təşəbbüsü
İstanbul Əməkdaşlıq Təşəbbüsünün (İCİ) 2004-cü ildə irəli
sürülməsi Alyansın Aralıq dənizi dialoquna daxil olmayan
Yaxın Şərq ölkələri ilə münasibətlər qurmaq istəyini
nümayiş etdirdi. Bu təşəbbüs bölgənin maraqlanan ölkələri
ilə terrorçuluğa qarşı mübarizə, böhranların idarə edilməsi,
mülki fövqəladə planlaşdırma, və sərhəd nəzarəti kimi
sahələrdə praktiki ikitərəfli əməkdaşlığın təbliğ edilməsi
məqsədini güdür. Hazırda Bəhreyn, Qatar, Küveyt və
Birləşmiş Ərəb Əmirlikləri bura qoşulmuşlar.
S26
|
Tərəfdaşlıqların genişləndirilməsi
Təhlükəsizlik təhdidlərinin təbiət, miqyas və mənşəcə daha
gözlənilməz olduğu bir halda NATO öz tərəfdaşlıqlarının dairəsini
genişləndirdi. O, əsrin dəyişməsindən bəri yaranmış qlobal
təhdidlərin idarə olunmasına köməklik üçün qlobal tərəfdaşlara
müraciət etmişdir. Bu, nə üzv, nə də Alyansın tərəfdaş ölkələri
olmayan, belə adlanan “əlaqə ölkələri” Yaponiya, Yeni Zelandiya,
Avstraliya və Cənubi Koreya kimi ölkələri əhatə edir.
NATO həmçinin, sülh və təhlükəsizliyin təbliğində əlavə rolu olan
digər beynəlxalq təşkilatlarla münasibətlərin qurur. Böhranın idarə
olunması əməliyyatları kontekstində NATO siyasi, iqtisadi və sosial
inkişaf vasitəsilə davamlı sülhün təmin edilməsi üçün vasitələrə
malik təşkilatlarla işləyir. Buraya BMT, Avropa İttifaqı, Avropada
Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı, həmçinin, EUROCONTROL
və Qırmızı Xaç Beynəlxalq Komitəsi kimi təsisatlar daxildir.
Qlobal tərəfdaşlar və digər
beynəlxalq təşkilatlar ilə iş
Yeni Zelandiya
kimi bir sıra əlaqə
ölkələri İSAF-a
töhfə verirlər
Tərəfdaşlıqların genişləndirilməsi
|
S27
“ sülh və təhlükəsizliyin təbliğində əlavə rolu ”
Bu institusional əlaqələrdən
əlavə, NATO-nun Avropa
üzvləri ilə Birləşmiş Ştatlar
arasında transatlantik əlaqə
Alyansla Avropa İttifaqı arasında
münasibətlərə xüsusi səciyyə
verir. Hər bir konstruktiv
əməkdaşlıqda olduğu kimi o,
dəyişilən xarici şərtlərə cavab
olaraq inkişaf etmişdir. İkinci
Dünya müharibəsindən sonrakı
Transatlantik münasibətlərin
tarixinə varmadan qeyd etmək
vacibdir ki, NATO-nun Avropalı
üzvləri müharibə dövründən
dərhal sonra təhlükəsizlik
və iqtisadi artım baxımından
ABŞ-dan yüksək dərəcədə
asılı olmuşlar. Sonrakı illər
ərzində Avropa daha güclü
və birləşmiş şəkildə inkişaf
etdi. Avropa İttifaqı 1990-cı
illərin əvvəllərindən Ümumi
Xarici və Təhlükəsizlik
Siyasətini inkişaf etdirməyə
başlamış və tədricən Avropanı
beynəlxalq münasibətlərin
daha nüfuzlu iştirakçısı kimi
nümayiş etdirmişdir. 1999-cu
ilin dekabrında Avropa İttifaqı
böhranın idarə olunması
vəzifələrini üzərinə götürmək
imkanlarını inkişaf etdirmək
və tələb olunan siyasi və hərbi
strukturların yaradılması üçün
müvafiq addımlar atmağı qərara
almışdır. Bu, bir neçə il sonra
Avropa İttifaqına Balkanlardakı
NATO-nun iki missiyasını qəbul
etməyə yol açmışdır.
Bu proses NATO-nun
bütövlükdə iştirak etmədiyi
zaman, Aİ-nin rəhbərlik etdiyi
əməliyyatlar üçün NATO-nun
vasitə və qabiliyyətlərinə Avropa
İttifaqının çıxış imkanını yaradan
“Berlin Plüs” mexanizmi ilə
asanlaşdırılmışdır. O, hazırda
Avropa ittifaqı və NATO
arasında əməkdaşlığın əsasını
təşkil edir və 2003-cü il martın
sonunda keçmiş Yuqoslav
Respublikası Makedoniya (*)
və 2004-cü il dekabrında
Bosniya-Herseqovinada NATO
missiyalarının təhvil verilməsinə
gətirib çıxarmışdır.
S28
|
Açıq qapı siyasətinin davam etdirilməsi
Nisbətən daha ilkin mərhələdə
Alyansın bani ölkələri olan
Belçika, Kanada, Danimarka,
Fransa, İslandiya, İtaliya,
Lüksemburq, Niderland,
Norveç, Portuqaliya, Böyük
Britaniya və Amerika Birləşmiş
Ştatları təşkilatın üzvlüyünü
Yunanıstan və Türkiyə (1952) və
Almaniyanı (1955) daxil etməklə
genişləndirdilər. Bir neçə on
illik sonra 1982-ci ildə İspaniya
Alyansa qoşuldu.
Genişlənmənin növbəti dövrü
Soyuq Müharibənin sonundan
sonra, bir çox Mərkəzi
Avropa ölkələrinin öz gələcək
təhlükəsizlik maraqlarının
NATO-ya qoşulmaq yolu ilə
daha yaxşı qarşılanacağına
qərar verdikləri və üzvlük
axtarışları ilə bağlı niyyətlərini
səsləndirdikləri zaman baş verdi.
Üç keçmiş Tərəfdaş ölkə - Çex
Respublikası, Macarıstan və
Polşa – 1999-cu ilin martında
üzv oldular və beləliklə də üzv
ölkələrin sayını 19-a çatdırdılar.
2004-cü il martın sonunda
NATO-nun ən böyük genişlənmə
dalğası zamanı daha yeddi ölkə,
Bolqarıstan, Estoniya, Latviya,
Litva, Rumıniya, Slovakiya və
Sloveniya Alyansa qoşuldu. Bu
yaxınlarda, 2009-ci ilin Aprel
ayında Albaniya və Xorvatiya
Təşkilatın üzvü oldular.
Keçmiş Yuqoslav Respublikası
Makedoniya (*) da həmçinin,
ölkənin adı ilə bağlı məsələ həll
olunduğu təqdirdə Təşkilata
üzvlüyə dəvət alacaqdır.
NATO-nun qapısı açıq qalır.
Gürcüstan və Ukraynanın üzvlük
istəkləri və müvafiq islahatları
ilə bağlı bu ölkələrlə mövcud
olan İntensiv Dialoqlar həyata
keçirilməkdədir. 2008-ci ildə
Alyans rəhbərləri razılaşdılar
ki, bu iki ölkə NATO-nun üzvü
olacaqdır.
Davam etməkdə olan proses
Açıq qapı siyasətinin
davam etdirilməsi
Açıq qapı siyasətinin davam etdirilməsi
|
S29
NATO-ya 2004-cü ildə qoşulmuş
yeddi üzv ölkə və onlardan
sonra gələnlər, 1999-cu ildə
əsası qoyulmuş və maraqlı
Tərəfdaş ölkələri üzvlüyə
hazırlamaqda yardımçı
olmaq məqsədini güdən
Üzvlük Fəaliyyət Planından
yararlanmışlar. Bu plan üzvlük
istəyən ölkələrə praktiki
məsləhət və məqsədli yardım
təklif edir. Əvəzində, üzvlük
istəyən ölkələr tərəfindən bazar
iqtisadiyyatına əsaslanan işlək
demokratik siyasi sistem, azlıq
təşkil edən xalqlarla ədalətli
münasibət, qonşu ölkələrlə
münaqişələrin sülh yolu ilə
həllinə öhdəlik, Alyansa hərbi
töhfə vermək qabiliyyəti və istəyi
və silahlı qüvvələr üzərində
demokratik nəzarət öhdəliyi
daxil olmaqla müəyyən başlıca
tələbləri yerinə yetirilmələri
gözlənilir. Bu planda iştirak
gələcək üzvlüyə heç bir
təminat vermir, lakin o, ölkələrə
silahlı qüvvələrini Alyansa
üzvlüyün gətirəcəyi öhdəlik və
cavabdehliklərə uyğunlaşdırmaq
və hazırlamağa yardım edir.
NATO yeni üzvləri cəlb etmək
işi ilə məşğul olmur, ancaq
Müttəfiqlər Alyansın fundamental
məqsədlərinə töhfə verəcək və
Müttəfiq dəyərlərini paylaşan
demokratik ölkələrdən gələn
üzvlüklə bağlı müraciətlərin
nəzərdən keçirilməsinə
sadiqdir. NATO hökumətləri
aydınlaşdırdılar ki, Alyansın
genişlənməsi özü özlüyündə
bir məqsəd deyil, o, NATO-
nun təhlükəsizliyinin daha da
genişləndirilməsi və Avropanın
bütövlükdə daha sabit edilməsi
üçün bir vasitədir. Genişlənmə
prosesi münaqişənin qarşısının
alınmasına kömək edir, çünki
üzvlük perspektivi üzvlük istəyən
ölkələr üçün qonşu ölkələrlə
münaqişələrini həll etməyə və
islahatlar və demokratikləşməni
irəli aparmağa stimul verir.
Bundan əlavə, yeni üzvlər
sadəcə üzvlüyün faydasından
yararlanmamalı, həmçinin
bütün üzv ölkələrin ümumilikdə
təhlükəsizliyinə töhfə verməyə
qadir olmalıdırlar. Baş sözlə,
onlar təhlükəsizliyin təminatçısı
və istehlakçısı olmalıdırlar.
Üzvlük Fəaliyyət Planı
“ təhlükəsizliyin
təminatçısı və
istehlakçısı ”
S30
|
Yeni imkanlar üçün yeni təhdidlər
Cəmiyyətlərimizin bu gün qarşılaşdığı təhlükəsizlik təhdidləri
terrorçuluq, kütləvi qırğın silahlarının yayılması və iflasa uğramış və
ya uğramaqda olan dövlətlərin törətdiyi qeyri sabitliklə üzləşmək üçün
əsaslı şəkildə təchiz olunmuş və strukturlaşmış qüvvələr tələb edir.
1990-cı illərin əvvəllərində NATO Soyuq Müharibənin durğun
ordu birləşmələrindən uzaqlaşaraq, böhranın idarə olunması
əməliyyatlarının tələb etdiyi daha mobil qüvvələrə sahib olmaq
məqsədilə öz hərbi imkanlarını yenidən nəzərdən keçirməyə başladı.
11 sentyabr hadisələri bu prosesi daha da sürətləndirdi. 2002-ci ildə
keçirilmiş Praqa Zirvə Görüşü zamanı NATO rəhbərləri Alyansın
hərbi vasitələrini köklü şəkildə dəyişdirəcək başlıca islahatları
təqdim etdilər. Onlar Avro-Atlantik məkanı daxilində və ondan
kənarda mövcud olan müxtəlif təhlükəsizlik təhdidlərini daha yaxşı
cavablandırmağa qabil olmaq cəhdi ilə təkmilləşmə üçün xüsusi
sahələri müəyyən etdilər, NATO Cavab Qüvvələrini yaratdılar və hərbi
komandanlıq strukturunu müasirləşdirdilər.
“ NATO rəhbərləri Alyansın
hərbi vasitələrini köklü şəkildə
dəyişdirəcək başlıca islahatları
təqdim etdilər ”
Yeni imkanlar üçün
yeni təhdidlər
Yeni imkanlar üçün yeni təhdidlər
|
S31
Praqada çatışmazlıqların ən təcili şəkildə cavablandırılmasına ehtiyac duyulan səkkiz xüsusi sahə
müəyyən edildi. Buraya strateji hava və dəniz daşımaları; kimyəvi, bioloji, radioloji və nüvə müdafiəsi və
havadan yerə nəzarət kimi sahələr daxildir. Müttəfiqlər, yeni təhdidlərin cavablandırılması üçün Alyansın
qabiliyyətinin inkişaf etdirilməsində fundamental rol oynayan bu imkanların əldə olunmasına sadiqdirlər.
Praqa Zirvə Görüşündən bəri NATO, xüsusi ilə terrorçuluğa qarşı müdafiə sahəsində müasirləşməyə
ehtiyacı olan digər sahələri müəyyən etmişdir.
NATO Cavab Qüvvələrinin (NRF) məqsədi daha sonrakı mərhələdə əlavə qüvvələrlə gücləndirilə biləcək,
qabaqcıl qüvvə kimi fəaliyyət göstərən və dünyanın hər hansı bölgəsində baş vermiş müxtəlif növ böhran
vəziyyətlərinə cəld cavab vermək qabiliyyətinə malik olmaqdan ibarətdir. Ehtiyac duyulduqda əlavə oluna
biləcək mərkəzə əsaslanaraq o, yer, hava, dəniz və xüsusi qüvvələr komponentlərindən ibarət olan
çoxmillətli qüvvədir və ən azı beş günlük xəbərdarlıqla yerləşdirilə bilər və əməliyyatlarda özünü 30 gün
müddətində və ya yenidən təmin olunarsa daha uzun müddətə təmin edə bilər.
NRF elementləri artıq 2005-ci ilin sentyabrında Yeni Orlean və ətraf bölgələrdə baş vermiş Katrina
Qasırğasından sonra ABŞ-da və 2005-ci il 8 oktyabrda baş vermiş zəlzələdən sonra Pakistanda istifadə
olunmuşdur.
Açılma qabiliyyəti və yüksək döyüş hazırlığından əlavə, NRF NATO-nun transformasiya cəhdlərinin
səmərəli şəkildə başlanğıcıdır. O, heyətini çox tələbkar bir mühitdə, yaranmaqda olan texnologiyalardan
istifadə edərək çoxmillətli kontekstdə fəaliyyət göstərməyi öyrədir. Bu təlim keyfiyyəti milli qüvvələr,
həmçinin, çoxmillətli qüvvələr tərkibində dəyişiklik üçün katalizator rolunu oynayan hər bir iştirakçının
əldə etdiyi təcrübədir.
Hərbi imkanların müasirləşdirilməsi
NATO Cavab Qüvvələri
Komandanlıq strukturunun təkmilləşdirilməsi
Soyuq Müharibə dövründən sonrakı təhlükəsizlik mühitinə uyğun olaraq, NATO daha kiçik, daha
çevik və mobil qüvvələrin dəstəklənməsi üçün öz hərbi komandanlıq strukturunu yenidən nəzərdən
keçirdi. O, qərargahların sayını kəskin şəkildə azaltdı və ABŞ-da yerləşən strateji komandanlıq –
Müttəfiq Transformasiya Komandanlığı (keçmiş Müttəfiq Atlantik Komandanlığı) – üzrə aparıcı NATO
transformasiya səylərini daha qabarıq şəkildə müəyyən etmişdir. Avropada yerləşən strateji komandanlıq
NATO-nun bütün əməliyyatları üzrə məsuliyyət daşımış və hazırda Müttəfiq Əməliyyatlar Komandanlığı
kimi tanınır.
Hərbi komanda strukturlarının müasirləşdirilməsi NATO tərəfindən mütəmadi əsasda nəzərdən keçirilən
və davam edən bir prosesdir.
Təşkilatın Dinamikası
S32
|
Təşkilatın Dinamikası
Alyansın davamlılığının başlıca amillərindən biri
onun qərar qəbul etmə prosesinin konsensusa
əsaslanmasıdır. Bu o deməkdir ki, bütün qərarlar
yekdil qəbul olunmalıdır. Bunun nəticəsi olaraq, vacib
qərarın qəbulundan öncə uzun sürən məşvərət və
müzakirələrin aparılması tələb olunur. Bu
sistemin kənar müşahidəçi üçün ləng və mürəkkəb
görünməsinə baxmayaraq, o iki əsas üstünlüyə
malikdir. Birinci, hər üzv ölkənin suverenliyi və
müstəqilliyinə hörmət olunur. İkinci, qərar qəbul
edildikdə o, bütün ölkələrin tam dəstəyi və onun
həyata keçirilməsi üzrə öhdəliklərinə arxalanır.
Bir sıra hallarda, İraqdakı Səddam Hüseyn rejiminin
təhdid təşkil etməsinin dəyərləndirilməsi üzrə ölkələrin
fərqli yanaşmalar nümayiş etdirdikləri 2003-cü ilin
yaz hadisəsində olduğu kimi fikir ayrılıqları mövcud
olur. Baxmayaraq ki, müxtəlif milli mövqelər atıla
biləcək addım üzrə Alyansın hər zaman razılıq əldə
edə bilməyəcəyini nəzərdə tutur, NATO-nun məqsədi
mümkün olan hər zaman konsensusun əldə olunması
üçün onlar arasında məşvərət və müzakirələrin
dəstəklənməsindən ibarətdir.
Konsensus vasitəsilə
qərar qəbulu
Təşkilatın Dinamikası
|
S33
Başlıca oyunçular
NATO-da ən vacib oyunçular Təşkilatı
formalaşdıran üzv ölkələrdir. Onlar hər
komitə səviyyəsində təmsil olunurlar. Bu
məqsədlə NATO-nun Brüsseldəki Baş
Qərargahında hər ölkənin komitə iclaslarında
iştirak edən və ya milli ekspertlərin iştirakını
təmin edən diplomatik heyət və müdafiə
məşvərətçilərindən ibarət milli nümayəndəlik
tərəfindən dəstəklənən səfir səviyyəsində daimi
nümayəndəsi mövcuddur.
NATO-da başlıca siyasi qərar qəbul edən
orqan, həftədə ən azı bir dəfə səfirlər
səviyyəsində toplaşan Şimali Atlantika
Şurasıdır. Şuranın həmçinin, mütəmadi
əsasda xarici işlər nazirləri, müdafiə nazirləri
və vaxtaşırı dövlət və hökumət başçıları
səviyyəsində görüşləri olur. Şimali Atlantika
Şurası, iki müdafiə ilə bağlı orqan - Müdafiə
Planlaşdırma Komitəsi və Nüvə Planlaşdırma
Qrupu – ilə birlikdə mürəkkəb komitə sisteminin
başındadırlar. Bu sistem çərçivəsində Hərbi
Komitə bu üç başlıca orqana hərbi məsləhətlər
verməkdə məsuldur və strateji komandirlərə
hərbi məsələlər üzrə rəhbərlik edir. Bununla
əlaqədar olaraq, o NATO-da ali hərbi qurum
xüsusi statusuna malikdir.
NATO-nun təxminən dörd illik müddətə təyin
olunan Baş Katibi olur. O, üzv ölkələrin birinin
ali beynəlxalq dövlət xadimi olur. Baş Katib
Şimali Atlantika Şurası və digər mühüm NATO
orqanlarının iclaslarına sədrlik edir və üzvlər
arasında konsensusun əldə olunmasına
yardım edir. Alyansın gündəlik fəaliyyətinin
idarə olunmasında o, bütün NATO ölkələrinin
ekspertləri və rəsmilərindən ibarət beynəlxalq
heyət tərəfindən dəstəklənir.
NATO-nun öz silahlı qüvvələri yoxdur. NATO-
nun sərəncamında olan bir çox qüvvələr
kollektiv müdafiədən sülhməramlılıq kimi yeni
missiyalaradək sıralanan vəzifələri yerinə
yetirmək üçün üzv dövlətlər tərəfindən tapşırıq
alanadək tam milli komandanlıq altında qalırlar.
Qısası, NATO müəyyən müddət ərzində öz
qüvvələrini inteqrasiya etməyə və çoxmillətli
fəaliyyətdə iştiraka öhdələndirməyə hazır olan
dövlətləri bir araya gətirən forumdur. Onun
siyasi və hərbi strukturları milli qüvvələrin bu
vəzifələri həmçinin, onların birgə komandanlıq,
nəzarət, təlim və çalışması üçün ehtiyac duyulan
beynəlxalq tədbirləri yerinə yetirməsi üçün tələb
olunan qabaqcıl planlaşdırmanı nəzərdə tutur.
“ NATO-da başlıca siyasi qərarları
qəbul edən orqan Şimali Atlantika
Şurasıdır ”
Gələcəyə doğru
İlkin olaraq Soyuq Müharibə erasının məhsulu
olan Alyans, Avropanın parçalanması aradan
qalxandan bəri üzərinə yeni və fundamental
vəzifələr götürmüşdür. O, yeni üzvləri qəbul
edərək Şərqi Avropaya açılmış və Mərkəzi
Asiyayadək uzanan tərəfdaşlıq şəbəkəsi
yaratmışdır. O həmçinin, Avropada və bu
yaxınlarda Avro-Atlantik məkandan kənarda baş
verən regional və etnik münaqişələrin səbəb
olduğu zorakılığı yatırmaq üçün böhranın idarə
olunması əməliyyatlarında iştirak etmişdir.
Soyuq Müharibə dövründən sonrakı dünya
daha mürəkkəb təhlükəsizlik mühiti olduğunu
sübut etdi və görünür bu tendensiya 21-ci əsrdə
davam edəcək. Alyansın 1999-cu ildə qəbul
olunmuş Strateji Konsepsiyası yeni təhlükəsizlik
mühitinin bir çox hədə və təhdidlərini
qabaqcadan görmüşdü.
2001-ci ilin 11 sentyabr terrorçu hücumlarından
etibarən Alyans öz səylərini assimmetrik
təhdidlər reallığına uyğunlaşdırmağa
cəmləmişdir. O, tərəfdaşlıqlarını dərinləşdirmək
və genişləndirməklə, qüvvələrini
müasirləşdirməklə və Təşkilat üçün yeni olan
böhran sahələrində yardımı təmin etməklə
təhlükəsizliyə daha geniş və ambisiyalı
yanaşmanı qəbul edir. Beləliklə də o, üzv
ölkələrin müdafiəsi və təhlükəsizliyinin faydası
naminə, geniş şəkildə qloballaşmaqda olan
və daha mürəkkəb dünyaya cavab olaraq
yeni siyasi münasibətlərin və güclü əməliyyat
imkanlarının inkişafı üçün transformasiyasını
sürətləndirir.
Gələcəyə doğru
|
S35
NATO-nun İctimai Diplomatiya Bölməsi
1110 Brüssel – Belçika
İnternet səhifəsi: www.otan.nato.int
Elektron poçtu: distribution@hq.nato.int
NATO Public Diplomacy Division
1110 Brussels - Belgium
Website: www.nato.int
Email: distribution@hq.nato.int
TƏHLÜKƏSİZLİK
NAMİNƏ BİRLİKDƏ
06/2009 -
AZE
Document Outline - TƏHLÜKƏSİZLİK NAMİNƏ BİRLİKDƏ NATO-nun təqdimatı
- S04 | Giriş
- S06 | Dəyişən dövrana cavab
- S14 | Böhran vəziyyətlərində başlıca oyunçu
- S22 | Tərəfdaşlıqların genişləndirilməsi
- S28 | Açıq qapı siyasətinin davam etdirilməsi
- S30 | Yeni təhdidlər üçün yeni imkanlar
- S32 | Təşkilatın dinamikası
- S35 | Gələcəyə doğru
Dostları ilə paylaş: |