Suallar:
1. Diaqnostika taktikası: Ən optimal diaqnostik və ya əlavə müayinə metodu hansıdır?
2. Klinik diaqnoz nədir?
3. Müalicə taktikası: Ən optimal müalicə taktikasını qeyd edin.
Cavablar:
1. Burun və boğazın selikli qişasından virusların aşkarlanması.
2. KRX. Qripp, ağır forma.
3. Müalicə: yataq rejimi, izolyasiya, süd, bitkili vitaminlərlə zəngin pəhriz, çoxlu mayenin
qəbulu, simptomatik müalicə (qızdırma 38,5 0 C-dən yuxarı olsa – ibuprofen, parasetamol
tərkibli sirop vəya şamlar), burnuna damardaraldıcı damcılar. Spesifik müalicə: Tamiflu,
xəstəliyin ilk 2 günündə verilsə effektli olar. 0,6% korgikon+20% qlukoza, trental, hidrokartizon
5 mq/kq. Bakterial ağırlaşma zamanı antibiotikoterapiya.
Məsələ:15
Qız 1 yaş 3 aylıqdır. Kəskin xəstələnib, bədən temperaturu 38
0
C-dir. Tez-tez yaş öskürək,
zökəm müşahidə olunur. Axşama yaxın anası göz qapaqlarının şişkinliyini müşahidə etmişdir.
Ertəsi gün vəziyyəti kəskin pisləşib – zökəm güclənib, bədən temperaturu 39
0
C-ə qədər
yüksəlib, burun-dodaq üçbucağının sianozu, təngnəfəslik əmələ gəlib. Sahə həkimi uşağı
müayinə edib və vəziyyətin ağırlığına görə hospitalizasiya etmişdir. Vəziyyəti ağırdır, yuxarı
tənəffüs yolları tərəfindən kataral əlamətlər təzahür edir. Hər ik göz qapağı hiperemiyalı,
ödemlidir, konyuktivalarda nəzərə çarpan follikullar, sağ gözün buynuz qişasının tutqunluğu
qeyd olunur. Poliadeniya. Ağciyərlərdə hər iki tərəfdən quru və iriqabarcıqlı yaş xırıltılar eşidilir.
Tənəffüsün sayı dəqiqədə 36 vurğu. Döş qəfəsinin köməkçi əzələlərinin iştirakı ilə qarışıq
xarakterli təngnəfəslik. Bağırsağın palpasiyası zamanı ağrı, gurultu, patoloji qatışıqlar olmayan
gün ərzində 4 dəfəyə qədər olan sıyığabənzər nəcis ifrazı. Qaraciyər qabırğa qövsündən 2,5 sm
aşağı, dalaq 1,5 sm çıxır. Meningeal simptomlar yoxdur. Xəstənin heç bir dərmana allergiyası
yoxdur. Əlavə müayinələrin nəticələri: Qanın ümumi analizi: Hq-120 q/l, Er.- 3,9x10
12
/l, leyk.-
6,9x 10
9
/l, çubuqnüv.-6%, seqmentnüv.-47%, eoz.-2%, limf.-35%, mon.-10%, EÇS-15 mm/saat.
Döş qəfəsinin orqanlarının rentgenoqrammasında: damar şəklinin güclənməsi. Nəcisin bağırsaq
qruppasına yoxlanması: mənfi.
Suallar:
1. Diaqnostika taktikası: Ən optimal diaqnostik və ya əlavə müayinə metodu hansıdır?
2. Klinik diaqnoz nədir?
3. Müalicə taktikası: Ən optimal müalicə taktikasını qeyd edin.
Dostları ilə paylaş: |