Məsələ:16
13 yaşlı qız son həftə ərzində zəiflik və tez yorulmadan, axırıncı iki gündə yuxululuqdan, baş
gicəllənmədən şikayət edir, iki dəfə qısamüddətli huşunu itirməsi olub. Bütün həftə ərzində
nəcisi çox tünd olub. 2,5 il ərzində xəstəni epiqastriyada lokalizasiya olunan səhərlər acqarına,
yeməkdə uzunmüddətli fasilə zamanı, bəzən gecələr əmələ gələn qarında ağrılar narahat edir,
ağrılar qida qəbulundan sonra keçir. Ağrı sindromları epizodları 2-3 həftə müddətində il ərzində
3-4 dəfə olmaqla əmələ gəlib, tədricən öz-özünə itirdi. Həkimə müraciət etməyib. Dispeptik
əlamətlərdən – gəyirmə, hərdənbir qızdırma. Uşaq, vaxtında doğulmuşdur, 2 aylığına kimi təbii
qidalanıb. Həftədə 6 gün dərsi olan xüsusi təmayüllü məktəbdə oxuyur, həftədə 3 dəfə
xoreoqrafiya ilə məşğul olur. Gün və qida rejiminə əməl edilmir. Ana 36 yaşında, qastriti var, ata
38 yaşında – 12 barmaq bağırsağında xora var, babasında (ana tərəfdən) – mədə xorası xəstəliyi
var.
Baxış: boyu- 151 sm, bədən çəkisi - 40 kq. Uşaq süstdür, apatikdir, dəri örtekləri və selikli
qişaları kəskin avazımışdır.
Ürək: ÜVS – dəq 116 vurğu, zirvədə və Botkin nöqtəsində boyun damarlarına ötürülən 1-ci
tonun çırpılması qeyd edilir. AT -85/50 mm c.süt.
Qarın böyüməyib, yumşaqdır, epiqastriyada və piloroduodenal nahiyədə dərin palpasiya zamanı
mülayim ağrı var.
Qaraciyər böyüməyib, öd kisəsi simptomları mənfidir, De-Jarden və Meyo-Robson nöqtələrində
cüzi ağrı var.
Əlavə müayinələrin nəticələri:
Qanın ümumi analizi: Er. – 2,8x10
12
/l, Hb.- 72 q/l, rəng göst. – 0,77, anizositoz, poykilositoz,
retikulosit – 50%,Ht. -29%, Leyk. – 8,7x10
19
/l, çubuq.- 6%, seqment. – 50%, eoz.- 2%, limf. –
34%, mon. -8%, EÇS – 12 mm/s, Tromb -390 x10
19
/l; qanaxma vaxtı Düka görə -60 san.;
laxtalanma vaxtı Suxarevə görə: başlanır – 1 dəq., bitir – 2,5 dəq.
Sidiyin ümumi analizi: rəng – samanı-sarı, şəffaflıq- tamdır, xüsusi çəki – 1024, pH-6,0; zülal,
şəkər – yox, epit. –plazmatik az miqdarda, leykosit -2-3 q/s.
Qanın biokimyəvi analizi: ümumi zülal – 72 q/l, albumin- 55%, qlobulinlər: alfa – 6%, alfa 2 –
10%, qamma -16%, AST – 34 V/l, ALT- 29 mkmol/l, qələvi fosfataza – 80 V/l (norma 70-142),
ümumi bilirubin – 16 mkmol/l, birləşmiş – 3 mkmol/l, timol sınağı – 3 vah., amilaza – 68 V/l
(norma 10-120), dəmir – 7 mkmol/l.
Nəcisin gizli qana reaksiyası: Qreqerson reaksiyası müsbət (+++).
Dostları ilə paylaş: |