Məsələ:18
12 yaşlı oğlan uşağı, xəstəliyinin 6-cı günü pediatr tərəfindən müayinə olunub.
Anamnesis morbi: uşaqda 5 gün əvvəl bədən hərarəti 38,50C-ə qalxıb, əzginlik, halsızlıq,
iştahanın itməsi, ürək bulanma, qarında ağrılar, sutkada 3-5 dəfə duru nəcis ifrazı müşahidə
olunur. Anası uşağı evdəki vasitələrlə müalicə edib (çay, suxarı, yüngül bulyon, smekta). Buna
baxmayaraq febril temperatur və sutkada 3-4 dəfə duru nəcis ifrazı davam edib. Xəstəliyin 5-ci
günü gövdədə və ətraflarda və ətraflarda ləkəli-papulyoz səpgilər əmələ gəlib. Oynaq
nahiyələrində səpgilər birləşməyə meyllidir. Sahə pediatrı çağırıb.
Baxış zamanı: bədən hərarəti 37,50C, dəri solğun, ləkəli-populyoz səpgilər qalır, dili
“məməcikli”, “moruqşəkilli”. Qaraciyər qabırğa qövsündən 1 sm kənara çıxır. Nəcis ifrazı
sutkada 4 dəfə duru, selikli və yaşıl rənglidir.
Qanın analizi: Hb -118 q/l, leykosit 13,5 x109/l, EÇS -18mm/saat, ç/n -7%, s/n -69%, limf.-17%.
Suallar:
1. Diaqnostika taktikası: Ən optimal diaqnostik və ya əlavə müayinə metodu hansıdır?
2. Klinik diaqnoz nədir?
3. Müalicə taktikası: Ən optimal müalicə taktikasını qeyd edin.
Cavablar:
1. Bakterioloji (qan, nəcis) və seroloji müayinə.
2. İyersinioz, mədə-bağırsaq forması.
3. Antibiotikoterapiya (tetrasiklin qrupu) 10 gün və ya gentamisin 40-60 mq/gün. NaCl+qlukoza
v/d, antihistamin.
Dostları ilə paylaş: |