11 yaşlı oğlan uşağı kəskin xəstələnib: bədən temperaturunun 38°C qədər qalxması, sağ tərəfdə



Yüklə 461,04 Kb.
Pdf görüntüsü
səhifə20/69
tarix30.12.2021
ölçüsü461,04 Kb.
#49366
1   ...   16   17   18   19   20   21   22   23   ...   69
Klinik mesele

 

Məsələ:19 

8 aylıq oğlan uşağı, tez-tez qaytarma, çəkinin zəif artımı, psixomator inkişafın geriliyi şikayəti ilə 

xəstəxanaya daxil olub. 

Anamnesis morbi: anadan olduqdan demək olar ki, hər dəfə qida qəbulundan sonra qaytarma 

müşahidə olunur (qəbul etdiyi qidanın ½ həcminə bərabərdir). Qeyri-sabit nəcis ifrazı. Uşaq 

əzgin, apatik , köməkli oturur, iməkləmir. Çəkisi 6000 qr, uzunluğu 65 sm. 

Anamnesis vitae: uşaq II hamiləlikdəndir. Erkən müddətdə düşük təhlükəsi olub. Doğulduqda 

çəkisi 3700 qr, uzunluğu 52 sm olub. Uşaq doğulduqdan dərhal sonra anası kəndə gedib, bu günə 

qədər pediatrın qəbulunda olmayıb. Hal-hazırda uşaq ana südü və yaşına uyğun əlavə qida qəbul 

edir. 2 dəfə KRVİ keçirib, simptomatik müalicə alıb. PH-metriyanın nəticələri: qida borusunun 

distal şöbəsində pH=1,4, refleksin müddəti 8 dəq. – burada refleks və ya reflyuks   nəzərdə 

tutulur. 

 

Suallar: 

1. Diaqnostika taktikası: Ən optimal diaqnostik və ya əlavə müayinə metodu hansıdır? 

2. Klinik diaqnoz nədir? 

3. Müalicə taktikası: Ən optimal müalicə taktikasını qeyd edin. 



Cavablar: 


1. Ezofaqoqastroduodenoskopiya. 

2. Qastroezofageal refluks xəstəliyi. 

3. Oturanda, uzananda bədənin yuxarı hissəsini qaldırılmış pozisiyasında saxlamaq: ananın 

diyetasından süd məhsullarını, mal ətini və yumurtanı çıxarmaq: uşağa süd, qluten (buğda, 

yulaf), yumurta tərkibli qidaların verilməməsi. 2 həftə  ərzində müsbət nəticə olmasa, antirefluks 

adlı süni qarışıqları təyin edib, proton pompanın inhibitorunun təyini haqqında düşünmək.  




Yüklə 461,04 Kb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   69




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin