Məsələ:20
9 yaşlı oğlan sahə pediatrının göndərişi ilə oynaqlarda və qarında ağrı, dəridə səpgilərlə
xəstəxanaya daxil olmuşdur. Uşaq qarında tutmaşəkilli ağrılardan, sol dizdə və dabanda
ağrılardan, aşağı ətraflarda xırda nöqtəli səpgilərdən şikayət edir. 2 həftə bundan əvvəl uşaqda
38,50C temperatur, boğazında ağrı olmuşdur. Lakunar angina diaqnozu qoyulmuş və amiksisillin
təyin edilmişdir. 1 həftədən sonra aşağı ətraflarda xırda nöqtəli səpgilər, diz oynaqlarında daimi
olmayan ağrılar müşahidə edilmişdir.
Daxil olarkən uşağın vəziyyəti ağır idi. Süstdür, məcburi vəziyyətdə - ətrafları qarına doğru
bükülmüş şəkildə uzanmışdır. Aşağı ətrafların, qasığın, qulağın dərisində xırda nöqtəli, dəri
səthindən bir qədər qalxmış, silinmiş, simmetrik yerləşmiş hemmoragik səpgilər müşahidə edilir.
Sol diz və aşıq-baldır oynağı şişkindir, palpasiya və hərəkət zamanı ağrılıdır. Qarın palpasiya
zamanı ağrılıdır, dalaq və qaraciyər əllənmir. Nəcis ifrazı porsiyalarla, sıyığabənzər, moruğu jele
rəngindədir. Sidiyə yaxşı gedir, açıq rəngdədir.
Qanın ümumi analizi: Hb 110 q/l, Er -3,5x1012/l, R.g.-109/l, cavan nüvəlilər -1%, ç/n -5%, s/n -
57%, e-2%, i-28%, m-7%, EÇS -25 mm/saat.
Qanın biokimyəvi analizi: ümumi zülal – 71 q/l, sidik cövhəri – 3,7mmol/l, kreatinin – 47
mmol/l, ümumi bilirubin – 20,2 mmol/l, AST – 20 vahid. Sidiyin ümumi analizi: rəngi samanı –
sarı, xüsusi çəkisi – 1012, zülal yoxdur, epiteli 0-1 g/s, leyk. -2-4 q/s, eritrosit, silidr yoxdur.
Suallar:
1. Diaqnostika taktikası: Ən optimal diaqnostik və ya əlavə müayinə metodu hansıdır?
2. Klinik diaqnoz nədir?
3. Müalicə taktikası: Ən optimal müalicə taktikasını qeyd edin.
Cavablar:
1. Koaquloqramma (trombotest, rekalsifikasiya vaxtı, V, VII faktorların aktivliyi, antitrombin III
səviyyəsi, fibrinogen, Villibrant faktoru), DİK.
2. Dəri, oynaq, abdominal simptomlarla gedən hemorragik vaskulit, kəskin gediş, aktivlik II
dərəcə.
3. Hərəkət aktivliyinin məhdudlaşdırılması, hippoallergen pəhriz, absorbent-kurantil 3-5
mg/kq/gün, heparin – 300 BV/kq/gün 4 dəfə 6 saatdan bir dəri altına, reopoliglukin -10 ml/kq v/d
damcı ilə.
Dostları ilə paylaş: |