11 yaşlı oğlan uşağı kəskin xəstələnib: bədən temperaturunun 38°C qədər qalxması, sağ tərəfdə



Yüklə 461,04 Kb.
Pdf görüntüsü
səhifə22/69
tarix30.12.2021
ölçüsü461,04 Kb.
#49366
1   ...   18   19   20   21   22   23   24   25   ...   69
Klinik mesele

 

Məsələ:21 

12 yaşlı oğlan burun qanaxmaları ilə şöbəyə daxil olub. 

 Anamnesis morbi: son 6 ayda uşaq tez-tez xəstələnməyə başlayıb, subfebril 

temperatur  müşahidə edilir. İştahası azalıb, tez yorulur. Daxil olarkən uşağın vəziyyəti ağır olub. 

Temperatur subfebril, dəri və görünən selikli qişalar solğundur. Üzdə, döş qəfəsinin ön səthində

ağızın selikli qişasında çox saylı petexial elementlər, diş ətində cüzi qanama qeyd edilir. Burun 

keçəcəklərində qanlı qartmaqlar var. Periferik limfa düyünləri kiçik ölçülü, ağrısızdır. Ağ 

ciyərlərdə tənəffüs vezikulyar, xırıltılar yoxdur. Ürək tonları tezləşmiş, zirvədə zəif sistolik küy 

eşidilir. 

Qarın yumşaq, ağrısız, qaraciyər və dalaq əllənmir. 




Sidik ifrazı normaldır. 

Qanın analizi: Hb-72 q/l, erit.- 2,8 x10

12

/l, retik.-0,2%, tromb.-tək-tək, leyk. – 1,3x10



9

/l, ç/n-1%, 

s/n-4%, limf.-95%, EÇS -35 mm/saat. 

Mieloqramma: qırmızı sümük iliyinin hüceyrə elementləri azdır, blast hüceyrələri yoxdur

qranulositar başlanğıc hüceyrələr 11%, eritrosid başlanğıc hüceyrələr – 8%, meqakariositlər 

tapılmayıb. 

Sidiyin  ümumi analizi: rəngi sarı, nisbi sıxlığı 1018, zülal izi var, epitel -2-4 g/s, leyk.-0-1 g/s, 

erit – 25-30 g/s, silindr, selik, bakteriya yoxdur.  

 

Suallar: 

1. Diaqnostika taktikası:  Ən optimal diaqnostik və ya əlavə müayinə metodu hansıdır? 

2. Klinik diaqnoz nədir? 

3. Müalicə taktikası: Ən optimal müalicə taktikasını qeyd edin.  



Cavablar: 

1. Təqdim olunan müayinə üsulları ilkin diaqnozun qoyulması üçün kifayətdir. Uşaq hematoloji 

stasionara yerləşdirilməlidir. 

2. Qazanılmış aplastik anemiya . 

3. Müalicə hematoloq tərəfindən aparılmalıdır.  

 

Məsələ:22 

7 aylıq uşağın narahatlığı, sianozu, qişqirması şəklində təzahür edən tutmalarla bağlı şikayətlə 

müraciət etmişdir. Şüurun itməsi ilə ümumi tonok-klonik qicolma tutmaları qeyd edilməmişdir. 

Tutma 30 saniyədən 1 dəq. qədər davam etmişdir. Doğuş zamanı fəsadlar olmamışdır.  Qeyri-

rasional süni  qida ilə qidalandırılır.  Obyektiv müayinə zamanı uşaq solğundur, artıq dərəcədə 

tərləyir , başı kvadratdır, böyük əmqək 3.5x35 sm., qabırğa “təsbehi” vardır,  oturmur. 

 


Yüklə 461,04 Kb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   69




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin