Mədənin selikli qişası qarışıq rəngli – cismdə və antral hissədə yastı qabarmalarla, antrumda
ocaqlı hiperemiya və ödem. Soğanaq orta ölçüdə, nəzərə çarpan ödem və hiperemiya. Ön divarda
çapıq 0,5 sm. Arxa divarında dərin dibli və nəzərə çarpan iltihab kənarı ilə yumru xora 1,5x1,7
sm. Xoranın dibindən bağırsağa axan qan qeyd olunur. Yerli hemostaz
xoradan qanaxma əlamətləri qeyd olunmur. Antral hissənin selikli qişasından HP biopsiya
götürülüb. HP biopsiya testi (denol test): (+++).
Qarın boşluğu orqanlarının ÜSM-si: qara ciyər böyüməyib, parenximası homogendir, exogenliyi
adi, damarlar və axarlar genişlənməyib, peri-portal traktlar bərkiməyib. Öd kisəsi yumruvari
(56x27 mm), orta/3 hissəsində əyrilik, möhtəviyyatı homogen, divarları qalınlaşmayıb. Mədənin
daxili möhtəviyyatı heterogendir, divarları 3 mm qalınlaşıb.Mədəaltı vəz: baş 28 mm (norma 22),
parenximasının exogenliyi artıb.
Koaquloqramma : faktor VIII -75%, faktor – IX -90%, trombositlərin ristosetinlə və ADF ilə
aqreqasiyası dəyişməyib.
Suallar:
1. Diaqnostika taktikası: Ən optimal diaqnostik və ya əlavə müayinə metodu hansıdır?
2. Klinik diaqnoz nədir?
3. Müalicə taktikası: Ən optimal müalicə taktikasını qeyd edin.
Cavablar:
1. Anamnez, klinika (qanaxma), irsiyyət, ümumi baxış, qanın analizi (anemiya), nəcisin gizli
qana yoxlanılması, EQDS, USM.
2. 12 barmaq bağırsağın xorası. Helikobakter pilory assosiasiya olmuş qastrit, 1-ci dərəcəli
aktivlik, ilk dəfə aşkarlanan. Ağırlaşma – duodenal xoranın qanaxması, posthemoragik anemiya,
II dərəcəli. Qastrit, reaktiv pankreatit, öd kisəsinin deformasiyası.
3. Müalicə: ac qalmaq, soyuq, sakitlik, qanaxmanın endoskopik dayandırılması. Şokun
müalicəsi: eritrositar kütlə, plazma, kolloid-kristalloid məhlulu 1,2 (1-ci dərəcəli şok – ümumi
dövr edən qanın itkisi -25% - 15 ml/kq/saat maye köçürülür. 2 -ci dərəcəli şok – ümumi dövr
edən qanın itkisi -35% - 25 ml/kq/saat maye köçürülür. 3-cü dərəcəli şok – ümumi dövr edən
qanın itkisi -45% - 35 ml/kq/saat maye köçürülür). Hazırkı xəstədə II dərəcəli şokdur –v/d
rantidin Ca Cl 10% -10 ml. Rekonvalessensiya dövründə ferment preparatları. Anti HP
terapiyası: kvadro -1 həftə -proton pompanın blokatoru gündə 2 dəfə standart dozada. Vismutun
subsitratı – 4 mq/kq – 4 dəfəyə. Amoksisiklin 1000 mq – 2 dəfə, Metronidazol – 40 mq/kq 2
dəfəyə və ya Tinidazol 10 mq/kq 2 dəfəyə.
Dostları ilə paylaş: