Əlavə müayinələrin nəticələri: Qanın ümumi analizi: Hq-130 q/l, Er.-3,8x1012/l, Rəng göst.-
0,87, leyk.-7,0x109 /l, çubuqnüv.- 5%, seqmentnüv.- 42%, limf. -49%, mon.-4%, EÇS – 2-
mm/saat. Əsnəkdən yaxma (İF) respirator qrup virus antigenlərinə - mənfi.
Suallar:
1. Diaqnostika taktikası: Ən optimal diaqnostik və ya əlavə müayinə metodu hansıdır?
2. Klinik diaqnoz nədir?
3. Müalicə taktikası: Ən optimal müalicə taktikasını qeyd edin.
Cavablar:
1. Kataral səpgi, 4-cü gündə yuxarıdan aşağə istiqamətlə yayılan (səpgilərin mərhələlərlə
yaranması).
2. Diaqnoz: Qızılca, tipik, orta-ağır forma.
3. Müalicə: yataq rejimi, çoxlu miqdarda mayenin qəbul olunması, Vitamin A 100 000-200 000
V gündəlik dozada xəstəliyin ilk 2 günündə.
Məsələ:12
Qız iki aylıqdır. Vaxtında doğulub. Ana südü ilə qidalanır. Zehni və fiziki inkişafı yaşına
uyğundur. Uşağın atasında son iki həftə ərzində öskürək qeyd edilib. Anasının dediyinə görə
uşaqda normal temperatur fonunda sonrakı günlərdə artan öskürək əmələ gəlib. Bir həftədən
sonra uşaq vəziyyətin ağırlaşmasına görə KRVİ, pnevmoniya diaqnozu ilə hospitalizasiya edilib.
Anasının qeydinə görə ailədən heç kimi dərmanlara qarşı allergiyası yoxdur.
Qəbul zamanı: vəziyyəti orta ağır. Dərisi avazıyıb. Öskürək tutma şəkillidir, üzün sianozu, bəzən
qusma, yapışqan, qatı bəlğəmin ayrılması ilə müşayiət edilir. Ağ ciyərlərdə sər tənəffüs, keçici
xırıltılar. Ürək tonları gurdur, taxikardiya qeyd olunur. Daxili orqanlar tərəfindən dəyişiklik
yoxdur. Xəstəliyin ikinci həftəsinin sonunda vəziyyəti ağırlaşıb. Üzü şişkindir, burun-dodaq
sianozu daimi saxlanılır. Öskürək güclənib, gün ərzində 20-dən 30-a qədər qusma ilə birlikdə
tutmaşəkilli olub. Periodik olaraq uşaqda göyərmə ilə müşayiət olunan tənəffüsün dayanması və
bir neçə dəfə qıcolmalar qeyd edilib. Sonralar bədən temperaturu 38,5 0 C -ə qədər qalxıb,
ağciyərlərdə yaş xırdaqabarcıqlı xırıltılar eşidilib, döş qəfəsinin yumşaq nahiyələrinin dartılması
ilə daimi olan təngnəfəslik əmələ gəlib.
Ürək tonları karlaşıb, ÜVS-160 vurğu/dəq. Uşaq süst, bəzən narahat olub.
Əlavə müayinələrin nəticələri: Döş qəfəsinin rentgenoqramması: ağ ciyərlərin artmış
pnevmatizasiyası, çoxsaylı xırda ocaqlı kölgəliklər, əsasən kökətrafı və aşağı nahiyələrdə.
Qanın ümumi analizi: Hq-128 q/l, Er-3,8x1012/l, Rəng göst. – 0,87, leyk. -18,2 x109/l,
çubuqnüv. – 5%, seqmentnüv. -19%, eoz.-5%, limf.-61%, mon.-10%, EÇS -8mm/saat.
Suallar:
1. Diaqnostika taktikası: Ən optimal diaqnostik və ya əlavə müayinə metodu hansıdır?
2. Klinik diaqnoz nədir?
3. Müalicə taktikası: Ən optimal müalicə taktikasını qeyd edin.
Cavablar:
1. Tipik simptomlar öskürək –başlanğıc dövrdə quru, əzabverici ola bilər, daha çox yuxuda və ya
yuxudan öncə. Spazmatik dövrdə öskürək tutma şəkillidir – qəfildən əmələ gələn, fit verici nəfəs
almanın (reprizin) ardınca tez-tez bir-birinin ardınca əmələ gələn nəfəs vermələr. Sifət
gərginləşir, alın, sonra bütün sifət qızarır, sifətin, ağızın selikli qişasının sianozu əmələ gələ bilər,
dil ağızdan çıxır. Tutma şəffaf yapışqan bəlğəmin ifraz olunması, qusma ilə bitir. Tutmalar gündə
5-50 dəfə ola bilər (yüngül -15-ə qədər, orta ağır – 25-ə qədər, ağır-25-dən artıq). Təmiz havada
vəziyyətin yaxşılaşması qeyd olunur. 4-5 həftə davam edir, 2-ci həftədə atelektaz əmələ gələ
bilər. Sağalma dövrü – tutmalar yüngülləşir, azalır, tipik xüsusiyyətlərini itirir. Sağalmadan sonra
KRVİ-nin fonunda təkrar spazmatik öskürəyin əmələ gəlməsinə meyillilik saxlanılır. Laborator
müayinələr: qanın ümumi analizində - leykositoz, limfositoz, normal EÇS.
2. Bakterioloji müayinə - Petri qabı tutulur, xəstə onun üzərinə öskürür, yuxarı tənəffüs
yollarından iki tamponla – quru və fizioloji məhlulda islanmış – selik götürülür. Seroloji müayinə
- göy öskürək bakteriyasına anticismlərin 4 dəfə artması.
3. Göy öskürək, kəskin ocaqlı pnevmoniya, ağır forma.
4. Müalicə: oksigenoterapiya (oksigen 40%-dən çox olmaması), tənəffüsün dayanması zamanı –
tənəffüsün bərpa olunması – tənəffüs yollarının təmizlənməsi, ağciyərlərin süni ventilyasiyası.
Fizioloji məhlulla inhalyasiyalar, B2 adrenomimetiklər. Tutma şəkilli öskürək zamanı axşamlar
seduksen 0,3mq/kq. Antibiotiklər –eritromisin, roksitromisin. Qlukokortikoidlər – prednizolon 2
mq/kq, hidrokortizon – 5-7 mq/kq.
Dostları ilə paylaş: |