Xocalı soyqırımı Azərbaycan xalqına qarşı törədilmiş ən dəhşətli cinayətdir.
“Təfəkkür” universitetində Xocalı soyqırımı qurbanları yad edildi.
Azərbaycan xalqının tarixində dünyada misli görünməyən, insanlığa sığmayan,
olduqca dəhşətli faciələrdən
biri də bizlərin şahidi olduğu, 25 il əvvəl fevralın 25-dən
26-na keçən gecə erməni vandalizmi tərəfindən törədilmiş Xocalı soyqırımıdır.
Fevralın 24-də “Təfəkkür” universitetinin akt zalında Xocalı soyqırımının 25-ci ildönümü ilə əlaqədar tədbir
keçirildi. Əvvəlcə Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Tədbiri giriş sözü ilə
açan universitetin rektoru, professor Rahim Hüseynov XX əsrin ən dəhşətli faciəsi olan Xocalı soyqırımı, onun baş
vermə səbəbləri, şəhərin işğalı zamanı dinc əhaliyə qarşı törədilmiş qanlı cinayətlər barədə danışdı. O, bildirdi ki,
1992-ci il fevralın 25-dən 26-na keçən gecə Erməni silahlı birləşmələri keçmiş Sovet ordusunun köməyi ilə bir
gecədə Qarabağın dilbər guşəsi olan Xocalı şəhərini yerlə yeksan etdi. 613 azərbaycanlının, o cümlədən 106
qadının, 63 uşağın, 70 qocanın amansızcasına qətlə yetirildiyini, 1275 nəfərin əsir götürüldüyünü, 3 nəfərin diri-diri yandırıldığını bildirdi.
Rektor Rahim Hüseynov Xocalı Faciəsini dünyada misli görünməmiş vəhşilik və qəddarlıq adlandırdı, bu faciənin Xatın, Xirosima,
Holokost faciələrinə bərabər, bəlkə də daha dəhşətli olduğunu dedi. Faciənin iştirakçısı, canlı şahidi kimi gördüklərindən, yaralılara göstərilən
ilk tibbi yardımlardan və onların müalicəsi üçün görülən təşkilatçılıq işindən, xalqın bu faciəyə münasibətindən, insanların yaralılara necə
yardım göstərdiyindən, qan vermək üçün növbəyə dayandıqlarından danışdı.
Xocalıda soyqırımı törədənlərin hələdə Ermənistanda yüksək vəzifələrdə
olduğunu vurğulayan professor Rahim Hüseynov insan haqları, demokratiyanın
bərqərar olduğu bir zamanda hələdə törətdikləri cinayətlərə görə cəzalandırılma-
dığını da əsrin faciəsi adlandırırdı. XX əsrin əvvəllərindən başlayaraq ermənilərin
azərbaycanlılara qarşı apardığı etnik təmizləmə siyasətindən, kəndlərimizin, şə-
hərlərimizin, dini, tarixi abidələrimizin, məktəblərin, xəstəxanaların, məscidlərin
dağıldılması və yandırılmasından danışdı. Aprel döyüşlərində ordumuzun qələbə-
sindən danışan Rahim Hüseynov Cocuq Mərcanlıya qayıdışı Qarabağa qayıdışın
başlanğıcı adlandırdı.
Tədbirdə xalqımıza qarşı törədilən soyqırımı və deportasiyalar barədəki hə-
qiqətlərin bütün dünyaya çatdırılmasının, gələcək nəsillərə əyani surətdə göstəril-
məsinin vacibliyi vurğulandı. Bu sahədə Heydər Əliyev fondunun vitse-prezidenti
Leyla Əliyevanın təşəbbüsü ilə başlayan “Xocalıya ədalət” kompaniyasının əhəmiyyəti xüsusi qeyd edildi. Xocalı faciəsinin bəşəriyyətə qarşı ən
böyük ədalətsizlik olduğu və bu faciəni törədənlərin, cəzasız qalmayacağı, gec-tez ədalət məhkəməsi qarşısında cavab verəcəyi bildirildi.