Xülasə: Azərbaycanda da digər inkişaf etmiş ölkələrdə olduğu kimi təhsilə çox önəm verilir. Distant təhsil yeni texnologiyaların köməyilə həm ali təhsil almaq



Yüklə 30,33 Kb.
tarix02.01.2022
ölçüsü30,33 Kb.
#38816
növüXülasə
RITA-Məqalə


ONLİNE TƏHSİL VƏ YENİ TEXNOLOGİYALARDAN İSTİFADƏ

Rita Əsədova

Azərbaycan Dövlət Pedaqoji Universiteti

E-mail: rita_asadova_98@list.ru



Rəyçilər:

Xülasə:Azərbaycanda da digər inkişaf etmiş ölkələrdə olduğu kimi təhsilə çox önəm verilir. Distant təhsil yeni texnologiyaların köməyilə həm ali təhsil almaq, həm də mütəxəssislərin ixtisasını artırmaq üçün xüsusi kurslara yiyələnmək mümkündür. Elektron təhsil elementlərindən istifadə edərək öyrənmək üçün bir çox platformalardan istifadə etmək mümkündü.

Açar sözlər: Təhsil, distant təhsil, online təhsil, texologiyalar, komanda, teams platforması.

Ключевые слова:Образование,дистанционные образование,онлайн образова-ние,технологии,команды,платформа Теамс.

Key words:Education,distance education,onlayn education,technology,team,platform Teams.

Son onilliklərdə bütün fəaliyyət sahələrində elmi-texniki tərəqqi müşahidə edilmişdir. Təhsil də bu gün çox vacib olan bir istisna deyil. Təhsil sahəsi yüksək sürətlə inkişaf edən ən qabaqcıl və yenilikçi sahələrdən biridir. Təhsil sahəsi yenilikçi bir mühitin yaradılmasında və bütövlükdə iqtisadiyyatın rəqabət qabiliyyətinin artırılmasında əhəmiyyətli rol oynayır. Təhsildə yeniliklər tədris prosesində informasiya texnologiyalarından (İT) istifadənin artmasına, elektron və məsafədən təhsil elementlərinin tətbiqinə doğru inkişaf edir.

Təhsil - insanın tərbiyə və təlim sistemi, eləcə də əldə edilmiş bilik, bacarıq, münasibət, dəyərlər, funksiyalar, təcrübə və kompetensiyaların məcmusudur. Geniş anlamda təhsil dedikdə ağlın formalaşma prosesi,insanın şəxsi xüsusiyyətləri və fiziki qabiliyyətləri başa düşülür. Təhsil-sosial və tarixi təcrübənin, bilik bacarıq, vərdişlərin ənənəvi olaraq ötürülməsi və mənimsənilməsinin təşkili prosesidir.

Bir fərd kimi insanın təcrübəsi onun ölümündən sonra belə itmir. Əksinə insanın inkişaf etmiş ağlı və ünsiyyət qabiliyyətləri sayəsində cəmiyyətdə artır. Təcrübənin toplanması nəticəsində mədəniyyətin yaranmasına gətirib çıxarır. Mədəniyyət isə bir şəxsin yox, ümumi cəmiyyətin təcrübəsidir. Təhsil də mədəniyyətdə yığılmış təcrübələrin yeni nəsillərə ötürülmə prosesidir. Təhsil prosesi təhsil müəsləri vasitəsilə həyata keçirilir. Bu təhsil müəssisələrinə uşaq bağçaları, məktəblər, kolleclər,ali məktəblər və digər təhsil müəssisələri, bundan əlavə özünütəhsil imkanları və internetin geniş imkanları da aiddir. Ümumiyyətlə adi mənada təhsil dedikdə şagirdlərin müəllim tərəfindən öyrədilməsi ilə məhtudlaşması nəzərdə tutulur. O yazmağı və oxumağı öyrətməkdən, riyaziyyatdan,tarixdən və digər elmlərdən ibarətdir. Astrologiya, hüquq, coğrafiya, zoologiya kimi xüsusi ixtisaslardakı müəllimlər yalnız bu fənləri tədris edə bilər. Təhsilin ixtisaslaşması təhsilalanların yaşı artdıqca artır. Hətda xüsusi peşə ixtisasların da tədrisi vardır. Məsələn buna sürücülük peşəsini göstərmək olar. Peşəkar təhsil müəyyən peşə və ixtisaslar üzrə əldə edilmiş bilik, bacarıq, pedoqoji səriştələtin müşayiəti ilə şəxsiyyətin peşəkar formalaşması və inkişafı prosesidir. Təhsil müəssisələrində və ya xüsusi təhsil müəssisələrində təhsil almaqdan əlavə özünütəhsil ilə, internet ilə, muzeylərə səyahət ilə və ya şəxsi təcrübə yolu ilə də təhsil almaq olur. Həm ümumi həm də xüsusi təhsilin səviyyəsi cəmiyyətdəki istehsalatın tələbləri,elm,texnika,cəmiyyətin mədəniyyəti, həm də ictimai münasibətlərlə müəyyən edilir. Təhsil ilə bağlı dahi alimlərin bir çox fikirləri vardır. Dahi alim Pifaqor təhsil ilə bağlı belə demişdir:”Təhsili başqaları ilə paylaşmaq və başqa insanlara vermək olar, lakin özü itirilmir”. Ümumiyyətlə insanları ilə heyvanlardan, azad doğulanları kölələrdən, filosofları sadə insanlardan fərqləndirən məhz təhsildir.



Azərbaycanda da digər inkişaf etmiş ölkələrdə olduğu kimi təhsilə çox önəm verilir. Azərbaycanda ümumi təhsil müəyyən proqram yəni kurikulum əsasında aparılır. Müəyyən pillələrə əsasən həyata keçirilir. Hər pillə də özünəməxsus səviyyələrə ayrılır. Bu pillələr aşağıdakılardır:

  • Mətəbəqədər təhsil

  • Ümumi təhsil-ibtidai,orta,tam orta təhsil

  • Peşə təhsili-ilk peşə,texniki peşə,yüksək texniki peşə təhsili

  • Orta ixtisas təhsili

  • Ali təhsil –bakalavr, magistr, doktorantura təhsili

Artıq uzun müddətdir ki, pandemiya ilə əlaqədər olaraq demək olar ki bütün təhsil müəssisələrində təhsil onlayn distant (online) şəklində davam etdirilir. Distant təhsil təhsil sahəsində öz yerini tutmuşdur. Distant(onlayn ) təhsil tamamilə komunikasiya texnologiyalarından istifadə edərək həyata keçirilir. Distant təhsil forması müxtəlif distant təhsil texologiyalarla, formalar, metod və vasitələrlə internet şəbəkəsi üzərindən həyata keçilir. Texnologiyanın geniş yayılmış bu tipində müəllim dərs vəsaitlərini şagirdlərə ötürür, daha sonra interaktiv sistemin köməyilə müəllim və şagirdlər arasında əlaqə qurulur. Distant təhsil öyrənmək isttəyən lakin vaxtı olamayn insanlar üçün çox yaxşı vasitədir. Eyni zamanda yaşadığı ərazi hüdudlarından çıxmadan digər ölkələrdə təhsil almaq istəyən şəxslər üçün də çox yaxşı vasitədir. Bu şəkildə təhsil alandan sonra alınan diplom digər ölkələrdə olduğu kimi Azərbaycanda da tanınır (müsabiqədən sonra). Distant təhsildə üstün cəhətləri aşağıdakıları göstərmək olar:

  • təlimə çəkilən xərclər əhəmiyyətli dərəcədə azalır (binaların icarəsinə, həm müəllimlər, həm də tələbələr üçün təhsil yerinə səyahətə pul xərcləməyə ehtiyac yoxdur);

  • inkişaf etdirilmiş sistemdən istifadə edərək bir anda çox sayda insan yetişdirə bilərsiniz;

  • müasir vasitələrdən, elektron kitabxanalardan və İnternet resurslarından istifadə etməklə təhsilin keyfiyyətinin artırılması;

  • müəyyən bir müddət ərzində yalnız təlimə deyil, həm də birgə effektiv təlimə imkan verəcək bir optimal proqram hazırlamaq mümkündür.

İnterneti istifadə edən distant təhsil texnologiyaların köməyilə həm ali təhsil almaq, həm də mütəxəssislərin ixtisasını artırmaq üçün xüsusi kurslara yiyələnmək mümkündür. Burada bakalavr proqramları üzrə təhsil almaq imkanı var ki, bunun nəticəsində universal profilli bir universitet məzunu oluruq. Sonra magistraturaya daxil olaraq başqa ixtisasa yenidən hazırlaşmaq mümkündür. Bu günə qədər Bakıda 6 ixtisas üzrə distant təhsil həyata keçirilir. Ancaq bu günə qədər yalnız rus dilində aparılır. Mümkün olduğu təqdirdə Bakı İnnovativ Texnologiyalar Mərkəzi artıq Azərbaycan dilində bir təlim proqramı hazırlamağa başlamışdır. Bu təlim tələbələrə kreditlə təhsil almaq imkanı verir. Bu sistemin çatışmazlıqları var, lakin effektivliyi artıq dünyanın bir çox ölkələrdə praktikada sınaqdan keçirilmişdir və təsdiqlənmişdir.

Distanat və elektron təhsilin nə demək olduğunu müəyyənləşdirə bilərik. Bir çoxu birini digərindən ayırmır. Bu anlayışlar UNESCO mütəxəssislərinin tərifinə görə fərqlənirlər. Belə ki, E-learning termini İnternet və multimediya vasitəsi ilə öyrənmə deməkdir. Distanat təhsil isə müəllim və tələbə uzaq məsafədə olduqda bütün materialların ötürülməsi bəzi ünsiyyət vasitələri ilə ötürülməsi və yayımlanması həyata keçirilir.

Distant təhsil tələbi getdikcə artır. Buna səbəb insanın daha az vaxtının olmasıdır. Distant təhsil sayəsində insan istədiyi vaxt təhsili onun üçün rahat bir mühitdə vaxtını itirmədən ala bilər. Distant təhsil haqqında danışarkən, bir çox distant təhsil sisteminin olduğunu qeyd etmək lazımdır. Hər hansı bir qurum bu sistemi tətbiq etmək istəyirsə, o zaman bu və ya digər distant təhsil sistemini seçmək məsələsi ilə qarşılaşır. Distant təhsil və ya elektron təhsil elementlərindən istifadə edərək öyrənmək üçün bir çox platforma var, ancaq müəyyən bir sayt seçərkən bu və ya digər platformanın tam olaraq nəyin həyata keçirəcəyini özünüz müəyyən bir strategiya və hədəfləri müəyyənləşdirməlisiniz.

Distant təhsil platformalarının bir çox təsnifatı var. Şərti olaraq, bu sistemləri tətbiqetmə hədəfinin seçilməsi meyarına əsasən, aşağıdakılara bölmək olar:



  • məktəblərdə, universitetlərdə distant təhsilin tətbiqi üçün platformalar;

  • distant təhsilin bəzi elementlərinin tətbiqi, yəni təhsil prosesinin elektronlaşdırılması üçün sistemlər;

  • korporativ təlim üçün platformalar;

  • biznes təlimi üçün platformalar.

Elearning industry TOP20-də DTS-ləri iki istiqamətdə liderlik edir: birincisi, istifadəçi təcrübəsi baxımından, ikincisi müştəri təcrübəsinə əsaslanaraq.

Birinci halda, ümumi hesab sistemin istifadə qabiliyyəti, qəbul edilən faydalılığı və istifadəçi rəylərinə əsasən NetPromoterScore (NPS) göstəricisini birləşdirən ağırlıqlı bir alqoritmdən istifadə edərək hesablanır.

İkinci halda, müştəri məmnuniyyəti (CSAT), müştəri səyləri (CEF) və istifadəçi rəyinə əsaslanaraq müştəri gözləntisi (CEX) ballarını birləşdirən ağırlıqlı bir alqoritmdən istifadə edərək ümumi bal hesablanır. Müasir dövrdə distant təhsilin bir çox texnologiyaları vardır:

-video konfrans ; -video mühazirələr;

-səs konfransları; -söhbət sessiyaları;

-kompüter telekonfransları; -veb dərsləri;

-radio rabitə; -TV kanalları.

Hal-hazırda mövcud şəraitlə əlaqədar olaraq demək olar ki bütün təhsil müəssisələrində təhsil distant-onlayn formada davam etdirilir. Bu şəraitdə distant onlayn təhsil platformaların mühüm rolu vardır. Azərbaycanda hazırkı dövrdə ən geniş yayılmış platformalardan biri Teams platformasıdır. Microsoft Teams, qlobal Office 365 buludunda istifadəsi üçün xüsusi hazırlanmış müasir bir platformadır. Microsoft Teams istifadə edərək, müəllim sinifini və ya direktor bütün məktəbi rahat şəkildə idarə edə bilər. MS Teams Office 365-ə daxil edilmişdir. İlk olaraq rəsmi veb saytına daxil olub tətbiqdən necə istifadə etmək istədiyinizi seçməlisiniz: onlayn, masa üstü və ya mobil. Əgər Office 365 lisenziya yoxdursa, qeydiyyatdan keçməlisiniz. Bunun ən rahat və sürətli yolu Gmail hesabını vasitəsilə qeydiyyatdır. Sistemə daxil olanda ilk olaraq məqsədi seçməyi tələb edir. Burada üç məqsəd təqdim olunur:- iş, təhsil, ailə və dostlar. Əgər platformaya daxil olanda dostlar və ailə seçsək bu halda sistem bizə Skype yükləməyi təklif edəcəkdir. MS masa üstü üçün tətbiqi yükləməyi və ya veb versiyasını istifadə etməyi təklif edəcəkdir. Bu tətbiqi App Store və ya Google Play-də yükləmək olar. Teamsin əsas versiyasını istifadəsi pulsuzdur. Bu versiya aşağıdakılardan təşkil olunur: söhbət, iş və tapşırıqların qruplara bölünməsi, sonsuz sayda istifadəçi əlavə etmək imkanı, bütün komanda üçün 10 GB və istifadəçi başına 2 GB, faylları paylaşma imkanı, 250-dən çox inteqrasiya edilmiş proqram, zənglər və onlayn görüşlər, ekranı paylaşma imkanı, video zəng zamanı və digər funksiyaların fonunu bulanma qabiliyyəti.

Microsoft Teams-ın əsas bölməsi komandalardır. Burada komandalara qoşulmaq, kanallar yaratmaq, elanlar vermək, tətbiqetmələrdən və planlayıcılardan xəbərlər yerləşdirmək, faylları və saytları paylaşmaq, sənədlərdə əməkdaşlıq etmək və onlayn görüşlər elan etmək olar. Teams təşkilatınızın içində və xaricində insanlarla komanda yaratmağa imkan verir. Komanda-ümumi bir məqsəd və ya xüsusiyyət ətrafında birləşən insanlar qrupudur. Komandaya qoşulanlar bütün kanalları görə bilir. Təlim prosesini təşkil etmək üçün müəllim tələbələrlə bir komanda yaratmalıdır. Bunun üçün sistemdə Komandalar hissəsinə keçib, oradan Komanda yarat əmrindən istifadə etmək lazımdır. Daha sonra komandanın tipini seçmək lazımdır. Burada 4 tip təqdim olunur: sinif, peşəkar pedaqoji icmallar, heyət, digər. Sonra Ad hissəsində komandanın adı, Təsviri hissəsində isə komandanın mövzusunu qeyd etmək lazımdır. Bundan sonra komandaya ehtiyac duyduğumuz şəxsləri əlavə etmək lazımdır.

Digər bir məsələ müəllimin dərs vəsaitlərini şagirdlərə təqdim edə bilməsidir. Bunun üçün Komandalardan lazım olan sinifi seçib, “Dəsr vəsaitlərini göndər” düyməsini sıxmaq lazımdır. Daha sonra dərs vəsaitləri bölməsi avtomatik olaraq görünəcəkdir. Bu hissədə qovluqlar yaradaraq ayrı-ayrı qovluqlarda lazımi vəsaitləri saxlamaq olar. Teams komanda daxilində komanda üzvləri arasında mesajlaşma vasitəsilə müzakirə etmək imkanı da verir. Eyni zamanda yazılmış mesajları silmək də mümkündür.

Digər bir funksiya audio zəng etmək funksiyasıdır. Bu funksiya interaktiv məsləhətləşmələr və monitorinq fəaliyyətlərini təşkil etməyə imkan verir. Səsli zənglərin funksionallığını həyata keçirmək üçün istifadəçinin kompüterinə mikrofon və səs çoxaltma cihazının qoşulduğundan əmin olmaq lazımdır. Bu funksiyanı icra etmək üçün Zənglər hissəsinə daxil olub zəng etmək istədiyimiz şəxsi seçib audio zəng düyməsini sıxmaq kifayətdir.Microsoft Teams, klassik sinif iclaslarına alternativ olaraq veb-seminarlar, video mühazirələr və ya onlayn praktik seminarlar təşkil etməyə imkan verir. Bunun üçün lazım olan komandanı seçib “İclasa başla” düyməsini sıxmaq lazımdır.Sonra açılan pəncərədə “İclası planlaşdır” düyməsini klikləyərək, iclas üçün bir ad daxil edib, iştirakçıları əlavə edib, vaxt təyin etmək lazımdır. Lazım gələrsə, əlavə iclas məlumatlarını daxil edib və Göndər düyməsini sıxmaq lazımdır. İclas planlaşdırıldıqdan sonra komandadakı hər kəs görüşə qatıla bilər. Vaxtı çatanda isə Qoşul düyməsini basıb iclasa daxil olmaq lazımdır.Bu zaman kameranı açaraq görüntülü şəkildə iclas aparılabilər. Eyni zamanda iclası qeydə almaq ,lazımi şəxsləri iclasa qoşmaq, hazırlanmış vəsaitləri təqdim etmək və başqa funksiyaları yerinə yetirmək mümkündür.

Müasir dövrdə distant(onlayn) təhsildə yeni platformaların tətbiqinə başlanılır ki,bunlardan ən müasir olanı Moodle texnologiyasıdır.Platformanın əsas üstünlüyü istənilən yerdə,istənilən vaxt istifadənin mümkünlüyüdür.Bu platforma şagirdin aparat təminatı tələbatını minimuma endirir.Yəni istifadəçi istənilən brauzerlə platformanı aktiv edə bilər.Bu platforma istifadəçiləri “müəllim” və ya “tələbə” kimi fərqləndirmir.İstifadəçi hüquqlarında fərq rol sistemi ilə əldə edilir ki,bu da xüsusi qaydalar toplusu kimi göstərilir.Rollar olaraq administrator, kurs yaradıcısı, müəllim, redaktə hüququ olmayan müəllim,tələbə, qeydiyyatdan keçmiş istifadəçi, qonaq ola bilər.

Yeni informasiya texnologiyaları XX əsrin ikinci yarısında informasiya inqilabının yaranmasına səbəb olmuş,distant və onlayn təhsilin sürətli inkişafına təkan vermişdir.

Ədəbiyyat

1.Б.И.Крук,О.Б.Журавлева,Е.Г.Стругова Избранные главы теории и практики дистанционного обучения.

2.Марина Ефимовна Методика дистанционного обучения,2017г

3.И.И.Боброва Информационные технологии в реализации дистанционных образовательных программ в гуманитарном вузе,2015г



4.Akif Nəzərov Müasir təlim texnologiyaları,Bakı 2012.
Yüklə 30,33 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin