Xülasə Tədqiqatın məqsədi müştərək sahibkarlığın kapitalın transmilliləşdirilməsində



Yüklə 114,01 Kb.
Pdf görüntüsü
tarix28.04.2017
ölçüsü114,01 Kb.
#16109
növüXülasə

AZƏRBAYCANIN VERGİ XƏBƏRLƏRİ. 11/2011.

75

UOT 658:334:339.94 (479.24)



Müştərək sahibkarlıq beynəlxalq biznesin 

təşkilinin forması kimi

Xülasə

Tədqiqatın məqsədi - müştərək sahibkarlığın kapitalın transmilliləşdirilməsində

və milli iqtisadiyyatın inkişafında rolunun əsaslandırılması.



Tədqiqatın metodologiyası - sistemli yanaşma, müqayisəli təhlil və deduktiv

metod.


Tədqiqatın nəticələri - kapitalın transmilliləşdirilməsinin mühüm forması olan

müştərək sahibkarlığın inkişaf strategiyasının formalaşdırılması.



Tədqiqatın məhdudiyyətləri - xarici təcrübə əsasında daha geniş araşdırma tələb

edir.


Tədqiqatın praktiki əhəmiyyəti - tədqiqatın əsas nəticələri və irəli sürülən təkliflər

müştərək sahibkarlığın inkişaf strategiyasının hazırlanmasında praktiki istifadə edilə

bilər.

Tədqiqatın orijinallığı və elmi yeniliyi - bazar iqtisadiyyatı şəraitində müştərək

sahibkarlığın milli iqtisadiyyatın dayanaqlı inkişafında rolunun artırılması problemi

ilk dəfə tədqiq edilmişdir.

Açar sözlər: müştərək sahibkarlıq, müştərək müəssisə, xarici kapital, kapitalın

transmilliləşdirilməsi.

1. Giriş

Cəmiyyətdə sosial-iqtisadi proseslər sahibkarlıq fəaliyyətinin müxtəlif forma və

növlərinin inkişafı ilə sıx əlaqədardır, hansıki öz növbəsində təkcə istehsal amil-

lərində deyil, həm də istehlak bazarında və ictimai həyatda baş verən dəyişiklikləri

əks etdirir. Beynəlxalq biznesin aparıcı forması sayılan müştərək sahibkarlıq müxtəlif

Abbasov Sərvər Alıcan oğlu*

iqtisad üzrə fəlsəfə doktoru, dosent

*Azərbaycan Dövlət İqtisad Universiteti. Bakı şəhəri. AZ 1001, İstiqlaliyyət küçəsi, 6.

server.abbasov@gmail.com



BEYNƏLXALQ BİZNES

Səh.75-88

PDF processed with CutePDF evaluation edition

www.CutePDF.com



ölkələrin müəssisələri arasında kooperasiya əlaqələrini ifadə edir, hansıki əsasında

rəqabət şəraitində dünya təsərrüfat sistemində və iqtisadiyyatda beynəlxalq əmək

bölgüsünün dərinləşməsi, məhsul (xidmət) istehsalının ixtisaslaşması və beynəlmi-

ləlləşməsi obyektiv prosesi durur.

Müştərək sahibkarlıq milli istehsalın və mübadilənin strukturunu dəyişdirir, dünya

iqtisadiyyatında qloballaşma prosesini sürətləndirir, ölkələr arasında əmtəə, işçi

qüvvəsi və kapitalın hərəkətini gücləndirir. Müştərək sahibkarlıq iki və daha çox

ölkə tərəfdaşlarının istehsal-təsərrüfat fəaliyyətinin bütöv tam kompleks forması

olub  istehsal,  ticarət,  elmi-texniki,  investisiya  və  servis  sahəsində  kooperasiya

əlaqələrini ifadə edir. Müştərək sahibkarlığı əməkdaşlığın digər formalarından üç

əsas element fərqləndirir: birgə əmlak; gəlirin və risklərin birgə bölünməsi. Tərəf-

daşlar idarəetmədə, kapitalda, gəlir və risklərin bölünməsində birgə iştirak prinsipinə

əsaslanaraq götürdükləri öhdəliklərin vaxtında və keyfiyyətlə yerinə yetirilməsində

maraqlıdırlar.

Müştərək sahibkarlığın ən önəmli və geniş yayılmış forması müştərək müəs-

sisədir. Müştərək müəssisələrin yaradılması motivləri müxtəlif ola bilər, ancaq on-

ların əsasında müştərək sahibkarlığın meydana gəlməsini şərtləndirən aşağıdakı dörd

strategiyadan biri durur:

istehsalın effektivliyinin yüksəldilməsi strategiyası;



əməliyyatların genişləndirilməsi strategiyası;

yeni növ məhsulun (xidmətin) istehsalında risklərin azaldılması strategiyası;



investisiya, texnologiya və ixtisaslı işçilərin cəlb edilməsi hesabına geri qalan

sahələrin, yaxud fəaliyyət sferalarının inkişaf strategiyası.

“Müştərək müəssisə” termini ilk dəfə XIX əsrdə Qərbdə yaranmış və XX əsrdə

tədavül sferasında geniş yayılmışdır. Əvvəlcə hasiledici sənaye sahələrində və tikin-

tidə iri miqyaslı layihələrin həyata keçirilməsi üçün müştərək müəssisələr təzahür

etdi, sonradan isə emaledici sənaye sahələrində belə müəssisələrin intensiv yaradıl-

ması prosesi baş verdi. 

Bu tip müəssisələr ayrı-ayrı dövlətlərin iqtisadi və hüquqi ədəbiyyatlarında müx-

təlif cür adlandırılır: “birgə müəssisə”, “qarışıq cəmiyyət”, “vençur müəssisə”, “kor-

porativ müəssisə”, “xarici kapitalın iştirakı ilə müəssisə” və s.

2. Müştərək müəssisə anlayışı ilə bağlı fikirlər

Müştərək müəssisələrin yaranması tarixi çox qədim olmasına baxmayaraq in-

diyədək “müştərək müəssisə” məfhumu haqqında vahid fikir yoxdur.

Qərb iqtisadi ədəbiyyatında müştərək müəssisə beynəlxalq biznesin təşkilinin xü-

susi hüquqi forması kimi səciyyələndirilir və onun aşağıdakı əlamətləri göstərilir:

müştərək  müəssisə  iki  və  daha  çox  tərəflərin  aktivlərinin  qismən  bölüş-



dürülməsi, yaxud tərəfdaşlardan hər birinin kapital qoyması yolu ilə yaradılır;

76

S.Abbasov. Müştərək sahibkarlıq beynəlxalq biznesin təşkilinin forması kimi



müştərək müəssisə istehsal, ticarət, maliyyə, elmi-tədqiqat fəaliyyəti ilə məşğul

ola bilər;

tərəfdaşlar arasında idarəetmə ilə bağlı məsuliyyət bölüşdürülür;



kapital qoyuluşu uzunmüddətli olur;

müştərək sahibkarlıq iştirakçıların fəaliyyətinin yalnız bir hissəsini əhatə edir;



mənfəət və sahibkarlıq riski tərəfdaşlar arasında onlardan hər birinin kapital

qoyuluşunda payına müvafiq olaraq bölüşdürülür.

A.V.Busıqinin fikrincə, müştərək müəssisə təsisçilərdən biri xarici fiziki və ya

hüquqi şəxs olmaqla nizamnamə fondu iki və daha çox təsisçilərin pay qoyması yolu

ilə yaradılan müəssisədir [1, s. 296].

İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı ekspertlərinin fikrincə “Müştərək müəs-

sisə - razılaşmaların bütün formalarıdır, hansıki onların vasitəsilə iki və daha çox

firmanın fəaliyyəti funksional birləşir (tam, yaxud qismən)”. Bura tədarük və satış,

elmi-tədqiqat və işləmələr¸ təbii resursların hasilatı, məhsul istehsalı, injinirinq, ti-

kinti və s. formada əməliyyatlar aiddir.

Dar (funksional) mənada müştərək müəssisə iki və daha çox ölkə tərəfdaşlarının

qoyduqları kapitala və razılaşmalara uyğun olaraq planlaşdırılan, yaradılan, nəzarət

edilən və idarə olunan hüquqi müstəqil təsərrüfat subyekti kimi çıxış edir. Geniş mə-

nada müştərək müəssisə iki və daha çox ölkə tərəfdaşlarının istehsal və tədavül sfe-

ralarında,  elmi-texniki,  investisiya,  servis  və  digər  sahələrdə  müqavilələrə  və

kooperasiya əlaqələrinə əsaslanan istehsal-təsərrüfat fəaliyyəti həyata keçirir. Daha

doğrusu, müştərək müəssisə qarşılıqlı üstünlüyə nail olmaq (istehsal xərclərini azalt-



maq, riskləri bölüşdürmək, yeni bazara çıxışı və ucuz resursu əldə etməyi asanlaşdır-

maq), “zəif yerləri” (resurs və texnoloji çatışmamazlıq, idarəetmə biliklərinin aşağı

olması)  minimumlaşdırmaq  və  son  nəticədə  daha  yüksək  mənfəət  əldə  etmək

məqsədilə iki və daha çox ölkə tərəfdaşları arasında kooperasiya razılaşmalarının

ən perspektiv forması kimi yaradılır.

3. Müştərək sahibkarlığın məqsəd və motivləri

Müştərək sahibkarlığın formalaşması  və  inkişafının əsas prinsipləri müəyyən

olunmuş məqsədlərə çatmaq, hansıki bir neçə tərəfdaşın əməkdaşlığı əsasında real-

laşdırıla bilər. Müştərək sahibkarlığın ümumi məqsədi tərəfdaş müəssisə tərəfindən

mənfəətin uzunmüddətli alınmasını təmin etməkdir. Bu funksional məqsədə müxtəlif

üsullarla nail oluna bilər. Məsələn, yeni bazarlara çıxışın təmin edilməsi, istehsal

xərclərinin azaldılması, bazarda mövqeyi möhkəmləndirmək yolu ilə rəqabət qa-

biliyyətinin yüksəldilməsi, riskləri tərəfdaşlar arasında bölüşdürmək yolu ilə onların

sahibkarlıq fəaliyyətinə təsirinin azaldılması və s.

Müştərək  sahibkarlığın  yaradılması  motivləri  müxtəlifdir  və  şirkətin  işgüzar

strategiyasının bütün istiqamətlərini əhatə edir. Şirkətin strategiyasında hər hansı bir

77

AZƏRBAYCANIN VERGİ XƏBƏRLƏRİ. 11/2011.



motiv təsadüfi hallarda dominatlıq edə bilər, adətən motivlər çox olur. Motivləri üç

qrupa ayırmaq olar [2, s. 17]:

1. Zəruri istehsal amillərinin əldə edilməsi motivi.

2. Bazar  motivi:  təchizat  şəbəkəsinin  genişləndirilməsi,  istehsalın  həcminin

artırılması və üstəlik xərclərin geniş paylanması hesabına qənaət etmək; çətin

mənimsənilən bazarlara daxil olmaq imkanı əldə etmək; istehsal, idarəetmə

və marketinq nou-xau almaq.

3. Risklərin, xüsusilə investisiya riskinin bölünmə motivi.

Bazar iqtisadiyyatı inkişaf etmiş ölkələrdən olan tərəfdaşların müştərək müəssisə

yaradılmasının özünəməxsus spesifik motivləri və məqsədləri olur: yeni bazarların

mənimsənilməsi; istehsal xərclərinin azaldılması. Sənayecə inkişaf etmiş ölkələrdən

olan tərəfdaşların müştərək müəssisə yaradılmasının başlıca motivlərindən biri yeni

bazarlara çıxışın təmin edilməsidir. Burada milli, yaxud regional bazarların poten-

sialından  uzunmüddətli  istifadə  xüsusilə  əhəmiyyətlidir.  İnkişaf  etmiş  ölkələrin

sahibkarları müştərək müəssisə yaratmaq üçün əsas motiv kimi resurs axınını (yeni

xammal mənbələrinin ələ keçirilməsi, istehsalın maddi-texniki bazasının təzələnməsi,

modernləşdirilməsi) qəbul edirlər.

Beləliklə, iqtisadi inkişafın müxtəlif mərhələlərində tərəfdaşların maraqlarında

müəyyən ziddiyyətlər müşahidə olunur.

Həmçinin müştərək müəssisələrin yaradılmasının spesifik motivləri vardır:

milli motiv - bir millətdən olan tərəfdaşlar;



şəxsiyyətli motiv - müştərək müəssisənin yaradılması haqqında qərar qohum-

luq şəraitində qəbul edilir;

ekoloji motiv - ekoloji cəhətdən zərərli istehsalın çıxarılması məsələsi həll



edilir;

firmanın beynəlxalq nüfuzunun artırılması və digər sosial-psixoloji cəhətləri



ilə əlaqədar motiv.

Müştərək müəssisələrin yaradılması prosesində tərəfdaşlar ciddi problemlərlə də

üzləşə bilərlər. Müştərək sahibkarlığın biznesin təşkilinin digər təşkilati-hüquqi for-

malarından ümumi üstünlüyü yeni məhsul (xidmət) istehsalı üçün əlverişli şərait

yaratmaqdır. Lakin potensial tərəfdaşların tez razılaşaraq birgə fəaliyyətə başlamaları

yeni istehsalın mənimsənilməsi strategiyasının, xüsusilə kapitalın və verginin struk-

turuna və dividendin bölünməsinə aid strategiyasının hazırlanmasını zəruri edir.

Müştərək sahibkarlığın potensial iştirakçıları üçün əlavə material xərcləri ilə əlaqədar

problemləri yarana bilər ki, bu ilk növbədə hazırlıq işlərinə çəkilən xərclərə aiddir.

Müştərək sahibkarlığın vacib problemlərindən biri tərəfdaşlar arasında nəzarətin

bölünməsidir. Sahibkarlıq fəaliyyətinin effektiv idarə olunması zamanı iki rəqib

məqsədlərin nəzərə alınması vacibdir. Bunlardan birincisi, yeni ümumi məhsul (xid-



mət) istehsalının təşkilinə tərəfdaşlarda stimul yaratmaq; ikincisi, tərəfdaşları həmin

resurslara nəzarətin bir hissəsindən imtina etməyə məcbur etmək. Təcrübə göstərir

78

S.Abbasov. Müştərək sahibkarlıq beynəlxalq biznesin təşkilinin forması kimi



ki, korporativ idarəetmə funksiyalarının bölünməsi bəzən müştərək müəssisənin

“ölümünə” səbəb olur.

Müştərək  müəssisələrin  yaradılması  prosesində  meydana  çıxan  risklər  ətraf

mühitin xüsusiyyətləri ilə əlaqədardır. Xaricdə müştərək sahibkarlıqda iştirak edən

müəssisələr üçün ən mühüm risklər aşağıdakılardır:

 biznes fəaliyyətinin təşkilinin tamamilə yeni şəraiti ilə əlaqədar risk;

 tərəfdaşların təmsil olunduğu ölkələrdə sosial-iqtisadi siyasətin dəyişməsi,

dövlətlərarası münasibətlərin pisləşməsi (gərginləşməsi) ilə əlaqədar siyasi

xarakterli risk;

 kapitalın və mənfəətin köçürülməsi rejiminin dəyişilməsi, valyutaların məzən-

nə kursunun dəyişməsi, kredit üzrə faiz dərəcəsinin yüksəlməsi, ölkələr üzrə

inflyasiya tempində fərqlərin yaranması ilə əlaqədar maliyyə xarakterli risk.

Bütövlükdə müştərək sahibkarlıq fəaliyyətinin strateji nəticələri əldə olunmuş

kooperasiya razılaşmalarının çərçivəsindən kənara çıxır. Daha doğrusu, müştərək

sahibkarlıq fəaliyyətindən alınan gəlir birbaşa və dolayısı xərcləri, xüsusilə tərəf-

daşlardan birinin  başqasının hesabına rəqib mövqeyinin güclənməsi ilə əlaqədar

xərcləri üstələyir.

Müştərək müəssisələrin xüsusiyyətlərinə iki və daha çox tərəfdaş arasında müqa-

vilənin mövcudluğu, hər bir tərəfdaşın pay və iştirak formasının müəyyən edilməsi,

sahibkar fəaliyyətindəki maraqların ümumiliyi, müştərək müəssisə üzərində nəzarəti

təmin edən payın müəyyən edilməsi, hər bir tərəfdaşın iştirak payına uyğun olaraq

məsuliyyətlərin məhdudlaşdırılması və müəssisənin fəaliyyəti nəticəsində əldə edilən

mənfəətin müəyyən hissəsini almaq hüququ, fəaliyyət müddətinin (məhdud və ya

qeyri-məhdud) müəyyən edilməsi aiddir.

Müştərək müəssisələr birgə kapital, birgə idarəetmə, mənfəət və risklərin birgə

bölüşdürülməsi əsasında yaradılır. Müştərək müəssisələrin nizamnamə fondu tərəf-

daşların vəsaitləri hesabına yaradılır, həm idarəetmənin təşkili, həm də mənfəət və

riskin bölüşdürülməsi bu paya uyğun olaraq həyata keçirilir.

Müştərək müəssisənin sosial-iqtisadi mahiyyəti tərəfdaşların texnoloji və emo-

sional əməkdaşlığı ilə müəyyən olunur. Əməkdaşlığın texnoloji tərəfi tərəfdaşların

birgə sərmayə qoyuluşunda öz əksini tapır. Xarici investor müştərək müəssisənin

yaradılması üçün adətən yeni texnika və texnologiya, ixtisaslı kadrlar, uzunmüddətli

kreditlər cəlb edir, milli investor isə torpaq sahəsi, işçi qüvvəsi, tikinti materialları

və xammal verir. Əməkdaşlığın emosional tərəfi isə müəssisənin səmərəli fəaliyyəti

üçün tərəfdaşların səylərinin birləşdirməsində öz əksini tapır.

Müştərək müəssisəni yaradan tərəflərin məqsədləri üç əsas kateqoriyaya bölünür:

zəruri istehsal resurslarının əldə edilməsi, bazar motivləri, mənfəətin və risklərin

bölüşdürülməsi.

Tərəfdaşların öz istehsalını və ya bazar potensialını səmərəli reallaşdırmaq üçün

bu  və  ya  digər  resurs  növünün  çatışmamazlığı  çox  vaxt  müştərək  müəssisənin

79

AZƏRBAYCANIN VERGİ XƏBƏRLƏRİ. 11/2011.



yaradılması üçün əsas olur. Bu resurslara maliyyə vəsaitləri, istehsal gücləri, xammal

və materiallar, texnologiya, patentlər, idarəetmə kadrları, informasiya, nou-hau və

s. aid edilir.

Müştərək müəssisənin yaradılması xarici investora yerli tərəfdaşların köməyi ilə

ölkənin iqtisadi və siyasi vəziyyəti haqqında informasiya almaq, dövlət orqanları və

yerli istehsalçılarla əlaqə yaratmaq, yerli xammaldan, maliyyə mənbələrindən, işçi

qüvvəsindən, yerli tərəfdaşın istehsal güclərindən istifadə etmək kimi üstünlükləri

verir. Yerli tərəfdaşlar isə əlavə maliyyə resursları, yeni texnika və texnologiya,

idarəetmə təcrübəsi cəlb etməklə istehsal olunan məhsulun rəqabət qabiliyyətini

artırmaq imkanına malik olur.

Müştərək müəssisə yerli bazara daxil olan xarici investora daha geniş informasiya

bazası,  əlaqə  şəbəkəsi  əldə  etməyə  və  daxili  bazarı  qiymətləndirməyə,  yerli  is-

tehlakçıların zövq və mövqeyləri haqqında məlumat toplamağa, istehlakçılara xidmət

göstərməyə  imkan  verir.  Digər  tərəfdən,  xarici  investor  yeni  texnika  və

texnologiyanı, məhsul istehsalını inkişaf etməkdə olan ölkələrə keçirməklə kapitalın

dövriyyə müddətini artırmış olur. Müştərək müəssisənin yaradılması milli investorun

xarici təchizatçı və istehlakçılarla təsərrüfat əlaqələri yaratmasına, yerli bazarı daha

tez mənimsəməsinə və xarici bazarlara çıxmasına, xarici marketinq təcrübəsinə

yiyələnməsinə müsbət təsir göstərir.

Müştərək müəssisə yeni istehsala başlamaq üçün ilkin şəraiti xeyli yaxşılaşdırsa

da,  təsisçilərin  siyasi,  iqtisadi  və  milli  maraqları  onların  yaradılmasında  və

fəaliyyətində bəzən mürəkkəb və ziddiyyətli münasibətlərin əmələ gəlməsinə gətirib

çıxarır. Belə münasibətlər, ilk növbədə, tərəfdaşların məqsədlərindən asılıdır. Onların

yaradılması və fəaliyyəti prosesində tərəfdaşların rəqabət aparan məqsədləri mövcud

olur.  Bunun  nəticəsində  xarici  investor  mütərəqqi  texnika  və  texnologiyanın,

idarəetmə və marketinq təcrübəsinin verilməsini minimumlaşdırmağa, yerli tərəf-

daşlar  isə  maksimumlaşdırmağa  cəhd  edirlər  ki,  bu  da  müştərək  müəssisələrin

səmərəli fəaliyyətinə mane olur.

Mühüm məsələlərdən biri məhsulun reallaşdırılması ilə əlaqədardır. Əgər xarici

investorun əsas məqsədi yerli bazarda möhkəmlənməkdirsə, yerli tərəfdaş isə məhsul

ixracına çalışarsa, bu cür mənafelərin toqquşması müəssisənin fəaliyyətinə mənfi

təsir göstərir. Digər ziddiyyətlər istehsalın genişləndirilməsinə zəruriyyət yarandıqda

əlavə kapital qoyuluşunun həyata keçirilməsi ilə əlaqədardır. Bir tərəfdən, müştərək

müəssisənin iqtisadi səmərəliliyini artırmaq üçün əlavə kapital qoyuluşuna ehtiyac

yaranır, digər tərəfdən onun sərbəst əmtəə istehsalçısına çevrilməsi tərəfdaşların

əlavə kapital qoyuluşunun həyata keçirilməsini məhdudlaşdırır. Deməli, tərəfdaşların

məqsədlərində ziddiyyətin olmaması müştərək müəssisənin yaradılması və səmərəli

fəaliyyəti üçün əsas şərtdir.

Müştərək müəssisələrin milli iqtisadiyyatın səmərəliliyi nöqteyi-nəzərdən yaradıl-

ması  və  inkişafı  onların  ölkənin  iqtisadi  sisteminə  daha  səmərəli  daxil  olması

80

S.Abbasov. Müştərək sahibkarlıq beynəlxalq biznesin təşkilinin forması kimi



baxımından qiymətləndirilməlidir. Bu məqsədlə müştərək müəssisələrin yaradılması

və inkişafı milli iqtisadiyyatın və sahibkarlığın inkişaf strategiyası ilə üzvü surətdə

əlaqələndirilməli, həmçinin müştərək müəssisələrin inkişafı üçün cəlb edilmiş xarici

investisiyalar dərin təhlil edilməlidir.



4. Müştərək müəssisələrin xarici bazarlara çıxış üsulları

Müştərək müəssisələr istehsal etdikləri yüksək keyfiyyətli, rəqabətə davamlı məh-

sullarının (xidmətlərin) bir hissəsini xarici bazarlara çıxarmaq üçün müxtəlif üsullar-

dan istifadə edirlər. Xarici bazara daxil olmağın müxtəlif mərhələlərində firma fərqli

hərəkət kombinasiyalarından istifadə edə bilər, hansıki onlardan hər biri müxtəlif

xərc, risk və iqtisadi səmərə ilə əlaqədardır. 

Müştərək müəssisələr xarici bazarlara aşağıdakı yollarla daxil ola bilərlər:

 agentlər, yaxud distributorların vasitəsilə ixrac;

 ticarət nümayəndələrinin, yaxud filiallarının köməyi ilə ixrac;

 xaricdə toplama və bükülmə;

 xaricdə istehsal.

Firmanın xarici bazarlara daxil olması üçün müxtəlif strategiyadan istifadə edilir:

ixrac və ixrac kooperasiyası strategiyası;



kapital çıxarmadan müştərək sahibkarlığın müqavilə formaları;

birbaşa investisiyalaşdırma əsasında müştərək sahibkarlıq.



Tarixən beynəlxalq iqtisadi münasibətlər qarşılıqlı ticarət formasında, yəni idxal-

ixrac əməliyyatları formasında qurulub və inkişaf tapıb. Buna görə də müəssisələrin

əksəriyyəti qarşılıqlı ticarət kanalı vasitəsilə yeni xarici bazarlara daxil olublar. Lakin

müasir dövrdə xarici bazarlara daxil olmağın “klassik” ardıcıllığı - ixrac, ticarət fi-

liallarının  açılması,  istehsal  müəssisələrinin  yaradılması  –  ümumi  qaydaya

çevrilmişdir. Çox vaxt firma xarici bazarlara daxil olarkən müxtəlif üsullardan: xarici

ticarət, istehsal və elmi-texniki kooperasiya, müştərək müəssisənin yaradılması, xü-

susi filialların açılması və s. üsullardan istifadə edir.

Araşdırmalar göstərir ki, lisenziyalaşdırılan istehsal firmanın xarici bazarlara daxil

olmalarının ən ucuz və təhlükəsiz üsullarından biridir. Çox vaxt lisenziya firmanın

xarici  bazara  çıxışı  üçün  yeganə  üsul  sayılır.  Beynəlxalq  bazarlarda  lisen-

ziyalaşdırılmış əməliyyatların iki əsas forması: xüsusi lisenziya sazişi və françayzinq

mövcuddur.

5. Müştərək sahibkarlıqda tərəfdaşların seçilməsi

Müştərək  sahibkarlıqda  tərəfdaşların  seçilməsi  çox  vacib  məsələdir.  Biznes

fəaliyyətində  uğurlar,  yaxud  uğursuzluqlar  tərəfdaşların  seçilməsi  məsələsinin

həllindən əhəmiyyətli dərəcədə asılıdır. Biznesmenlərin təcrübəsi sübut edir ki, tanış

81

AZƏRBAYCANIN VERGİ XƏBƏRLƏRİ. 11/2011.



olmadığın adamlarla əlaqə qurmaq və az tanıdığın adamları tərəfdaş seçmək düzgün

deyil. Tərəfdaş: malgöndərən, sifarişçi, alıcı əgər dost deyilsə, heç olmasa tanış ol-

malıdır [3, s. 13].

Tərəfdaşların qiymətləndirilməsi və seçilməsi prosesi - potensial xarici tərəfdaş

haqqında informasiyanın toplanılması, sistemləşdirilməsi və dərindən təhlil edilməsi

- müştərək sahibkarlığın ən məsuliyyətli mərhələsi sayılır. Hazırkı vaxtda iqtisadi

informasiyaların toplanması, əldə edilməsi mənbələri çoxdur. Qərb dövlətlərində in-

formasiyaların toplanması və öyrənilməsi ilə məşğul olan informasiya, marketinq

və konsaltinq firmalarının geniş yayılmış şəbəkəsi mövcuddur.

İnformasiyaların əldə edilməsinin ən yaxşı mənbələri rəsmi statistik məlumatların

dərc  olunması,  kütləvi  informasiya  vasitələri,  internet  hesab  edilir.  Hal-hazırda

dünyada iqtisadiyyat üzrə informasiyaların 2000-ə qədər iri bazası vardır, hansıki

böyük hissəsini internet vasitəsilə əldə etmək mümkündür.

Tərəfdaşları düzgün seçmək məqsədilə potensial tərəfdaş-firmaların maliyyə-

təsərrüfat fəaliyyətinin təhlili aşağıdakı ardıcıllıqla aparılır:

1. Potensial  rəqibləri  nəzərə  almaqla  bazarda  fəaliyyət  göstərən  firmaların

siyahısının tərtib edilməsi.

2. Firmaların maliyyə-təsərrüfat fəaliyyətini xarakterizə edən əsas göstəricilərin

(son 3-5 ildə məhsul istehsalın həcmi, satış üzrə dövriyyə, istehsal gücləri və

onlardan istifadə səviyyəsi, işçilərin sayı, elmi-tədqiqat və konstruktor işlərinə

kapital qoyuluşunun və məsrəflərin həcmi, mənfəət və s.) kompleks təhlili.

3. Bazarların, xüsusilə beynəlxalq bazarların tutulması strategiyasının kompleks

təhlili.

4. Əsas rəqiblərin və potensial tərəfdaşların fəaliyyətinin güclü və zəif tərəflərinin

aşkara çıxarılması, onların müxtəlif sazişlərdə, o cümlədən firmalararası əmək-

daşlıqda iştirak səviyyəsinin öyrənilməsi.



6. Azərbaycan Respublikasında xarici və müştərək müəssisələrin

maliyyə-təsərrüfat fəaliyyətinin təhlili

Müstəqil Azərbaycan Respublikasında bazar iqtisadiyyatına keçidlə əlaqədar

geniş miqyaslı islahatların həyata keçirilməsi prosesində xarici investisiyanın cəlb

edilməsinin mühüm kanallarından biri sayılan birgə müəssisələr və xarici firmaların

yaradılması məsələsinə xüsusi diqqət yetirilmişdir. Belə ki, Azərbaycanda fəaliyyət

göstərən xarici və müştərək müəssisələrin sayı 1995-ci ildəki 293-dən 2010-cu ildə

1091-ə çatmış və ya 3,7 dəfə artmış, onlarda işləyənlərin sayı müvafiq surətdə 7027

nəfərdən 55936 nəfərə çatmış və ya 8 dəfə artmış, orta aylıq əmək haqqı 31,4 ma-

natdan 1008 manata çatmış və ya 32,1 dəfə artmış, məhsulun (işlərin, xidmətlərin)

həcmi 62,4 milyon manatdan 24011,9 milyon manata çatmış və ya 384,8 dəfə art-

mışdır (Cədvəl 1).

82

S.Abbasov. Müştərək sahibkarlıq beynəlxalq biznesin təşkilinin forması kimi



Cədvəl 1. Xarici və müştərək müəssisələrin fəaliyyəti

Mənbə: Azərbaycanın statistik göstəriciləri 2011. Bakı: 2011, s. 120-121.

Müqayisəli təhlil göstərir ki, ölkədə istehsal olunan ümumi daxili məhsulun 57,7

faizi, iqtisadiyyatda məşğul olan əhalinin 12,9 faizi xarici və müştərək müəssisələrin

payına düşür. 2010-cu ildə xarici və müştərək müəssisələrdə işləyənlərin orta aylıq

əmək haqqı (1008 manat) ölkə iqtisadiyyatında işləyənlərin orta aylıq əmək haqqın-

dan (331,5 manat) 3,1 dəfə yüksəkdir. Bir sözlə, müştərək sahibkarlıq fəaliyyəti ilə

məşğul olan firma və şirkətlərin texniki-iqtisadi göstəriciləri və rəqabət qabiliyyəti

digər təsərrüfat subyektləri ilə müqayisədə xeyli yüksəkdir.

2010-cu ildə Azərbaycanda fəaliyyət göstərən xarici və müştərək müəssisə-lərin

311 və ya 28,5 faizi ticarətin, 218-i və ya 20 faizi sənayenin, 111-i və ya 10,2 faizi

tikintinin, 62-si və ya 5,7 faizi nəqliyyat, anbar təsərrüfatı və rabitənin payına düşür.

Xarici və müştərək müəssisələrdə işləyənlərin 21859 nəfəri və ya 39,1 faizi, istehsal

olunan məhsulun (işlərin və xidmətlərin) 19767,8 milyon manatı və ya 82,3 faizi

təkcə sənayenin payına düşmüşdür .

Müştərək müəssisələr və xarici firmalar Azərbaycan iqtisadiyyatına xarici in-

vestisiyaların cəlb edilməsində əhəmiyyətli rol oynayırlar. Belə ki, 2010-cu ildə

müştərək müəssisələr və xarici firmalar tərəfindən ölkə iqtisadiyyatına 659,6 milyon

ABŞ dolları həcmində investisiya qoyulmuşdur ki, bu ölkə iqtisadiyyatına yönəldilən

xarici investisiyaların 8 faizini təşkil etmişdir (Cədvəl 2).

83

AZƏRBAYCANIN VERGİ XƏBƏRLƏRİ. 11/2011.



Göstəricilər

İllər

1995

2000

2005

2010

Fəaliyyət göstərən müəssisələrin sayı, vahid

293

551


796

1091


İşləyənlərin siyahı sayı, nəfər

7027


22145

58413


55936

Orta aylıq əmək haqqı, manat

31,4

208,4


672,7

1008,0


Məhsulun (işlərin, xidmətlərin) həcmi, mlyn manat

62,4


1239,8

7081,4 24011,9



Cədvəl 2. Azərbaycan iqtisadiyyatına yönəldilən xarici investisiyalar

(milyon ABŞ dolları)



Göstəricilər

İllər

2000

2005

2010

Cəmi xarici investisiya

927,0

4893,2


8247,8

Ondan:

Maliyyə kreditləri

262,9

698,4


3405,9

Neft sənayesinə

546,1

3799,9


2955,3

Neft bonusu

-

1,0


2,0

Birgə müəssisələr və xarici firmalar

118

230,5


659,6

Mənbə: Azərbaycanın statistik göstəriciləri 2011. Bakı: 2011, s. 413.

Qeyd etmək lazımdır ki, ölkəmizdə fəaliyyət göstərən müştərək müəssisələr çox

kiçik (orta hesabla bir müəssisədə 51 nəfər çalışır) olduğundan milli iqtisadiyyatın

inkişafında onların rolu kifayət qədər yüksək deyil, halbuki ölkənin zəngin təbii

sərvətlərindən, əlverişli təbii-iqlim şəraitindən və böyük intellektual mülkiyyətindən

daha səmərəli istifadə etmək üçün müştərək müəssisələrin iri miqyasda inkişaf et-

dirilməsi olduqca vacibdir. Bu məqsədlə Azərbaycan dövlətinin iqtisadi siyasətinin

tərkib hissəsi kimi müştərək sahibkarlığın inkişaf strategiyası işlənib hazırlanmalı

və orada aşağıdakı önəmli məsələlər öz əksini tapmalıdır.

Birincisi, Azərbaycanda müştərək müəssisələrin yaradılması və fəaliyyəti sosial

yönümlü bazar iqtisadiyyatı modelinin strateji prinsiplərinə əsaslanmalıdır. Daha

doğrusu,   müştərək  müəssisələr  xarici  kapitalın  ölkə  iqtisadiyyatına  axınının

gücləndirilməsi  və  onun  fəallığının  artırılması,  idxal-ixrac  əməliyyatlarının

səmərəliliyinin yüksədilməsi, daxili istehlak bazarının  sivil qaydalarla qorunması,

milli dövlət mənafeləri baxımından iqtisadi təhlükəsizliyin təmin edilməsi üçün

əlverişli zəmin yaratmalıdır.

İkincisi, dövlət müəssisələrini özəlləşdirilməsi prosesində iri və orta dövlət müəs-

sisələrinin əsasında 1600-ə qədər səhmdar cəmiyyətləri yaradılmışdır ki, onların

1400-dən çoxu açıq tipli səhmdar cəmiyyətləridir. Lakin sahibkarlar maliyyə imkan-

larının məhdudluğu ucbatından özəlləşdirilmiş sənaye müəssisələrində lazımi  təş-

kilati-texniki  tədbirlər  həyata  keçirməmişlər.  Nəticədə  özəlləşdirilmiş  sənaye

müəssisələrinin bəziləri və səhmdar cəmiyyətlərinin əksəriyyəti zərərlə işləyir. Bu

gün səhmdar cəmiyyətlərinin yalnız 20 faizi səhmdarlara dividend verir. Odur ki,

sənaye müəssisələrinin özəlləşdirilməsi üçün keçiriləcək investisiya müsabiqəsində

müştərək müəssisələrin iştirakına üstünlük verməlidir.

Üçüncüsü, son vaxtlar elmi-texniki təpəqqinin nailiyyətləri əsasında firmalararası

əlaqələrin və sazişlərin keyfiyyətcə yeni formaları təzahür edir, ölkənin, sahənin və

müəssisənin rəqabət qabiliyyətinin yüksəldilməsində mütərəqqi texnologiyaların

rolu artır, iqtisadi artımın xarakteri dəyişir, «ictimai tərəqqi» anlayışı və onun me-

yarları barədə yeni baxışlar meydana çıxır, bazarların qloballaşması prosesi baş verir.

Belə bir şəraitdə müstəqil Azərbaycan dövləti dünya iqtisadiyyatının inkişaf strate-

giyasına uyğun özünün investisiya siyasətini həyata keçirməlidir. Bu gün Azərbaycan

sənayesi və sahibkarları istehsal sahələrinin yeni texnologiyalarla silahlanması, köh-

nəlmiş  texnikanın  yeni  daha  məhsuldar  texnika  ilə  əvəz  edilməsi  zərurəti  ilə

qarşılaşır.

Müştərək müəssisələrin inkişafında vergi dərəcəsi, rentabellik səviyyəsi və val-

yuta tənzimlənməsi əhəmiyyətli rol oynayır. Azərbaycan Respublikasında müştərək

müəssisənin iştirakçısı olan xarici investorun əldə etdiyi dividendə görə 15 faiz vergi

dərəcəsi təyin edilmişdir. 

Ayrı-ayrı  dövlətlərlə  bağlanmış  müqavilələrə  əsasən  ikiqat  verginin  aradan

qaldırılması mühüm əhəmiyyət kəsb edir. Azərbaycan Respublikası Türkiyə, ABŞ,

84

S.Abbasov. Müştərək sahibkarlıq beynəlxalq biznesin təşkilinin forması kimi



85

AZƏRBAYCANIN VERGİ XƏBƏRLƏRİ. 11/2011.

Böyük  Britaniya  və  s.  ölkələrlə  ikiqat  verginin  aradan  qaldırılması  haqqında

bağladığı müqavilələrə əsasən həmin ölkələrin investorları öz ölkələrində Azərbay-

canda götürdüyü gəlirlərə görə tutulan vergilərin həcmindən Azərbaycanda alınan

vergilər çıxılır və Azərbaycan tərəfindən bu gəlirlərə görə vergi dərəcəsinin aşağı

salınması nəzərdə tutulur. Müştərək müəssisələrin iştirakçısı olan xarici investorun

əldə etdiyi dividend, faiz və digər gəlirlərin xaricə köçürülməsində heç bir məh-

dudiyyət yoxdur. Xarici investorlar təsdiqləyici sənədləri təqdim etmək şərtilə öz

vəsaitlərini sərbəst şəkildə reportasiya edə bilər və milli valyutada əldə etdiyi gəlirləri

xarici valyutaya çevirə bilər.

Qeyd etmək lazımdır ki, Azərbaycan Respublikasında bəzi sənaye məhsulları is-

tisna olmaqla, isxal olunan məhsullara 15 faiz idxal rüsumu müəyyən olunmuşdur.

Gömrük siyasəti Azərbaycanda istehsal olunmayan bəzi hazır məhsul, xammal və

materialların idxalını stimullaşdırmaqla yanaşı, yerli xammal və materiallardan

səmərəli  istifadəni  və  kənd  təsərrüfatı  istehsalının  inkişafını  stimullaşdırmağa

yönəldilmişdir.

Müştərək müəssisənin və tamamilə xarici investisiyalı müəssisənin yaradılması

üçün Azərbaycan Respublikası ərazisinə gətirilən əmlak gömrük və əlavə dəyər ver-

gisindən azaddır.

İxracyönümlü sənaye məhsulları istehsalının stimullaşdırılması ölkənin iqtisadi

strategiyasının əsas istiqamətlərindən biri olmalıdır. Emal sənayesində fəaliyyət

göstərən  və  istehsal  etdiyi  məhsulların  əksəriyyətini  xarici  bazarlara  çıxaran

müştərək müəssisələrin idxal etdiyi xammal, material və dəstləşdirici məmulatların

qismən idxal rüsumundan və dolayı vergilərdən azad edilməsi məqsədəuyğun sayılır.

Müştərək müəssisələrin inkişafını və məhsul ixracını artırmaq üçün dövlətin

kredit siyasətinin təkmilləşdirilməsi zəruridir. İxracyönümlü müştərək müəssisələrin

formalaşması üçün dövlət yerli tərəfdaşın payının müəyyən hissəsinin güzəştli kredit

hesabına maliyyələşməsini öz üzərinə götürə bilər. Eyni zamanda, dövlət sənayenin

tezniki-iqtisadi səviyyəsinin yüksəldilməsinə nəzərə çarpacaq dərəcədə təsir göstərən

müştərək müəssisələrə istehsalı genişləndirmək və modernləşdirmək üçün əlverişli

şərtlərlə kredit verə bilər. 

Şübhəsiz, müştərək sahibkarlığın inkişafı, milli iqtisadiyyatın formalaşması və

davamlı inkişafına, əhalinin məşğulluq probleminin çözülməsinə, daxili istehlak

bazarının yerli istehsal hesabına zənginləşməsinə, Azərbaycanın dünya iqtisadiy-

yatına inteqrasiya prosesinin sürətlənməsinə əhəmiyyətli kömək edəcəkdir.



7. Nəticə

Beynəlxalq biznesin təşkilinin forması olan müştərək sahibkarlıq xarici kapitalın

ölkə iqtisadiyyatına cəlb edilməsində, beynəlxalq əmək bölgüsünün dərinləşməsində,

firmalararası  kooperasiya  əlaqələrinin  qurulmasında,  əhalinin  məşğulluq



86

S.Abbasov. Müştərək sahibkarlıq beynəlxalq biznesin təşkilinin forması kimi

səviyyəsinin yüksəldilməsində və rifah halının yaxşılaşdırılmasında müstəsna rol

oynayır. Müştərək sahibkarlığın inkişafı iqtisadi artıma, ümumi daxili məhsulun

strukturuna və keyfiyyətinə müsbət təsir göstərir, həmçinin yerli xammal resursların-

dan daha səmərəli istifadə olunmasına, daxili bazarın keyfiyyətli əmtəə və xidmətlər

ilə zənginləşdirilməsinə, ixrac potensialının artırılmasına səbəb olur.

Müştərək sahibkarlığın təməlində tərəfdaşların səyləri, maliyyə vəsaitləri və ma-

terial resurslarının birləşməsi, mənfəət və risklərin bölünməsində onların birgə işti-

rakı durur. Dünya iqtisadiyyatının qloballaşması ölkələr arasında yalnız əmtəə və

işçi qüvvəsini deyil, həm də kapitalın beynəlxalq hərəkətini gücləndirir. Azərbay-

canda zəngin təbii sərvətlərin mövcud olması, əlverişli biznes və investisiya iqli-

minin yaradılması ölkə iqtisadiyyatına xarici kapitalın axınını sürətləndirmişdir ki,

bu prosesdə müştərək müəssisə və xarici firmaların rolunun artması meyli müşahidə

olunur.

Digər sahibkarlıq strukturları ilə müqayisədə müştərək müəssisələrin texniki-iqti-



sadi göstəriciləri, maliyyə dayanaqlığı və rəqabət qabiliyyəti xeyli yüksəkdir. Milli

iqtisadiyyatın davamlı inkişafında müştərək sahibkarlığın rolunu artırmaq məqsədilə

aşağıdakı stimullaşdırıcı tədbirlərin həyata keçirilməsi vacibdir:

dövlət, xüsusi və xarici investorlar arasında müqaviləyə əsaslanan sənaye la-



yihələrinin hazırlanması və reallaşdırılması;

ölkəyə ekoloji cəhətdən təmiz, tullantısız texnologiyalar gətirən müştərək



müəssisələrə güzəştli şərtlərlə kredit verilməsi;

istehsalı genişləndirmək və modernləşdirmək üçün müştərək müəssisələrə



dövlət tərəfindən kömək göstərilməsi;

müştərək müəssisələrin ixrac etdikləri məhsulun tərkibindəki idxal olunan



xammal və materialların gömrük rüsumundan azad olunması.

Ədəbiyyat siyahısı:

1. Бусыгин А.В. Предпринимательство: Учебник. М.: Дело ,2000, 640 с.

2. Семеко Г.В. Совместное предпринимательство: Учебное пособие. М.: ИКД “Зер-

кало-М”, 2004, 120 с.

3. Грибов В.Д. Основы бизнеса: Учебное пособие. М.: Финансы и статистика, 2001,

160 с.


4. Abbasov A.B. Sahibkarlıq fəaliyyəti: növləri, təşəkkülü və inkişaf problemləri. Dərs və-

saiti. Bakı: “İqtisad Universiteti” nəşriyyatı, 1998, 212 s.

5. Manafov Q.N. Sahibkarlıq nəzəriyyəsi. Dərs vəsaiti, Bakı: “İqtisad Universiteti” nəşriy-

yatı, 2011, 158 s.

6. Azərbaycanın statistik göstəriciləri 2011. Bakı: 2011, 848 s.


87

AZƏRBAYCANIN VERGİ XƏBƏRLƏRİ. 11/2011.



Аббасов Сарвар Алыджан оглы

доктор философии по экономике, доцент

Азербайджанский Государственный Экономический Университет

Совместное предпринимательство как формы  транснационализации капитала

Аннотация 

Цель исследования - обоснование роли совместного предпринимательства в транс-

национализации капитала и развитии национальной экономики.



Методология исследования - системный подход, сравнительный анализ и метод де-

дукции.


Результаты исследования - формирование стратегии развития совместного пред-

принимательства как важной формы транснационализации капитала.



Ограничения исследования - на основании зарубежного опыта требуется более рас-

ширенный и детальный анализ.



Практическая значимость исследования - основные выводы и рекомендации ис-

следования ориентированы на их практическое использование при разработке стра-

тегии развития совместного предпринимательства.

Оригинальность исследования и научная новизна - впервые исследованы вопросы

повышения роли совместного предпринимательства в устойчивом развитии эконо-

мики Азербайджана в условиях рыночной экономики.

Ключевые слова: совместное предпринимательство, совместное предприятие,

иностранный капитал, транснационализация капитала

Abbasov Server Alijan oglu

dos.Ph.D. in economics

Azerbaijan State Economic University

Joint business as a form of international business

Abstract

Purpose - substantiations of a role of joint business in transnationalization of the capital

and national economy development.



Design/methodology - the system approach, the comparative analysis and a deduction

method.


Findings - formations of strategy of development of joint business as the important form

of transnationalization of the capital.



88

S.Abbasov. Müştərək sahibkarlıq beynəlxalq biznesin təşkilinin forması kimi



Research limitations - on the basis of foreign experience demands more expanded and

detailed analysis.



Practical implications - the basic conclusions and research recommendations are focused

on their practical use by working out of strategy of development of joint business.



Originality/value of research and scientific novelty - are investigated questions of in-

crease of a role of joint business in steady development of economy of Azerbaijan in the

conditions of market economy.

Keywords: joint business, joint venture, the foreign capital, capital transnationaliza-

tion

JEL Classification Codes: D62, F15, F23, M16, L24

Məqalə redaksiyaya daxil olmuşdur: 07.10.11.

Təkrar işləməyə göndərilmişdir: 15.10.11.

Çapa qəbul olunmuşdur: 23.11.11.



Yüklə 114,01 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin