YAPONİYA İQTİSADİTI
Yapon “iqtisadi möcüzə” si
Eramızdan 660 il əvvəl əsası qoyulmuş Yaponiya dövlətinin ərazisi – 377, 8 min kvadrat-
kilometr, əhalisi – 126.2 milyon nəfər (2019-ci ilin məlumatı) təşkil edir.
ÜDM 2019-cı ildə 5.7 trilyon dollar, onun adambaşına düşən həcmi isə 47 227 dollar
olmuşdur.
Ümumi daxili məhsulun 61%-i xidmət sahələrində, 37%-i sənayedə, 2%-i kənd təsərrüfatında
yaradılmışdır.
İkinci Dünya müharibəsində viran olmuş Yaponiya iqtisadiyyatı sonralar nəinki dirçələ bildi,
həm də dünyada rəqabətə davamlı iqtisadiyyat kimi tanındı. Səbəb Yaponiyanın uğurla
reallaşdırılan iqtisadi inkişaf modeli idi.
Sənəddə aşağıdakı müddəaları əhatə edən islahatın layihəsi nəzərdə
tutulmuşdu:
yerində olmayan (torpaqla məşğul olmayan) mülkiyyətçilərin
torpaqlarının
kəndlilərə verilməsi;
torpaqların işləməyən mülkiyyətçilərdən münasib qiymətlərlə satın
alınması;
gəlirlərə uyğun illik üzvlük haqları ödəməklə, icarəçilərin torpaq almaq
imkanlarının təmin edilməsi üçün
tədbirlər həyata keçirilməsi;
qiymətlərin sabitləşdirilməsi;
kənd təsərrüfatı kooperativlərinin yaradılması və onların fəaliyyətinin
dəstəklənməsi;
təkmilləşdirilmiş texnikanın yayılması.
XX əsrin ayrı-ayrı dövrlərində Yaponiyada orta iqtisadi artım sürəti aşağıdakı kimi
olmuşdur:
50-ci illər – 14,9%
60-cı illər – 11,3%
70-ci illər – 4,5%
80-ci illər – 3,8%
90-cı illər – 1,8%.
İqtisadçılar Yaponiyanın iqtisadi inkişafını aşağıdakı mərhələlərə bölürlər:
müharibədən sonrakı islahatlar – 1946-1952-ci illər;
yüksək inkişaf mərhələsi – 1953-1973-cü illər;
enerji daşıyıcılarının qiymətlərinin artması – dünya iqtisadiyyatına çıxış – 1974-1989-cu illər;
struktur böhranı – 1990-cı illər.
Yaponiyanın xarici iqtisadi əlaqələri[redaktə | əsas redaktə]
Yaponiyanın xarici iqtisadi əlaqələrinin coğrafi təmərküzü əsasən ABŞ, Qərbi Avropa ölkələri
və ACEAN dövlətləridir. Yapon ixracının 38%-i, idxalının 25%-i Cənub –Şərqi Asiya ölkələrinin
payına düşür. Yapon iqtisadiyyatının azsaylı dayaqlarından biri emaledici sənayenin ixrac
yönümüdür. Son onillikdə ÜDM-in real artımının orta hesabla üçdə biri ixracatla təmin
olunur. Yaponiya 1981-ci ildən başlayaraq xarici ticarət üzrə və qeyri ticarət cari ödənişlər
üzrə daima aktiv saldoya malik idi. Bu aktiv saldo ÜDM-in 3-4%-nə bərabər idi. Xarici
ticarətdə 1980/81 və 1998/99 maliyyə illərində Yaponiyanın ÜDM-da ixracatın xüsusi çəkisi
dəyişməz qalaraq 10,2 və 10,3% təşkil etmiş, idxalın payı isə 10,8%-dən 7,6%-ə qədər
azalmışdır. İxracat payının stabilliyi xarici bazarlarda rəqabətin kəskinləşməsi və yapon
hökumətinin əsasən daxili bazara istiqamətlənmiş inkişaf kursu ilə əlaqədar idi. Idxal payının
azaldılması resursların qənaət proqramının və xammal, enerji daşıyıcıları qiymətlərinin
düşməsinin nəticəsi idi.