Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası



Yüklə 44,7 Kb.
tarix02.01.2022
ölçüsü44,7 Kb.
#40764
Belge


Azərbaycan Respublikası Prezidenti yanında

Dövlət İdarəçilik Akademiyası



Fənn : Mülki Müdafiə

Mövzu : Sürüşmə və Uçqunlar

Müəllim : Aydın Pənahov

Tələbə : Cavadlı Mirvari

İxtisas : Beynalxalq Münasibətlər

Qrup : BM 191

Sürüşmə və uçqunlar
Torpaq sürüşməsi torpağın alt və ya üst qatının müəyyən qədər kəskin yer dəyişməsidir.Torpaq sürüşmələri dağ süxurları, torpaq kütlələrinin dağ yamacları, yarğanlar, çay, göl, dənizlərin sıldırım sahilləri boyu öz ağırlığının təsiri altında sürüşərək yerini aşağıya doğru dəyişməsidir.

Sürüşmənin xarakteri və onun təhlükəlik dərəcəsi yerin geoloji qatlarının xüsusiyyətlərindən və necə yerləşdiyindən asılı olur. Sürüşmələr təbii hadisələrin və ya insan fəaliyyətinin nəticəsində torpağın yuyulması, yaxud aşınması prosesləri sayəsində baş verir və daha çox zəlzələ və fırtına zamanı müşahidə edilir.
Sürüşmələrin yaranmasına təbii və süni (antropogen) amillər səbəb ola bilər. Təbii amillərə yamaclarda sıldırımların böyüməsini, onların torpaqda olan əsasının su kütlələri ilə yuyulmasını, seysmik təkanları, süni və ya antropogen amillərə isə yol çəkilməsi zamanı yamacların dağıdılması, meşələrin qırılmasını aid etmək olar.

Sürüşmələr hadisənin miqyasına, baş vermə yerinə, sürüşmə prosesinin gücünə, mexanizminə və aktivliyinə görə təsnif edilir.
Miqyasına görə sürüşmələr iri, ortakiçik həcmli olur.

İri sürüşmələr, adətən, təbii amillərin təsirindən baş verir və yamac boyunca yüz metrlərlə sahəni əhatə edir. Sürüşmənin cismi çox zaman öz monolitliyini qoruyub saxlayır.

Ortakiçik həcmli sürüşmələr isə daha kiçik ölçülərdə olur və çox zaman antropogen amillərin təsirindən yaranır.

Sürüşmənin miqyası prosesə cəlb olunan sahə ilə xarakterizə olunur.



Miqyasına görə sürüşmələr bu cür təsnif edilir:

Nəhəng - 400 ha və daha çox,

Çox böyük - 200- 400 ha,

Böyük - 100-200 ha,

Orta - 50-100 ha,

Kiçik - 5-50 ha,

Çox kiçik - 5 ha sahəni əhatə edir.
Torpaq sürüşmələri, sellər və uçqunlar təsərrüfatlara, tikililərə, təbii mühitə böyük ölçüdə zərər verməklə itkilərə səbəb olur və insan həyatı üçün təhlükə törədir.

Torpaq sürüşmələri geoloji fəlakətlərin ən təhlükəli növlərindən biridir. 1911-ci ildə Pamir dağlarında baş verən zəlzələ böyük bir sürüşməyə səbəb oldu. Nəticədə 2.5 milyard kubmetr torpaq sahəsi sürüşdü. Usoy qışlağı əhalisi ilə birlikdə torpaq kütləsinin altında qaldı. Sürüşmə kütlələrinin Murqab çayının qarşısını kəsməsi nəticəsində yaxınlıqda olan Saraz qışlağı yeni yaranmış gölün dərinliyində qaldı.3 aprel 2010-cu ildə Peruda 400 nəfərlik kəndin əhalisi torpaq sürüşməsi nəticəsində torpağın altında qaldı.


Torpaq sürüşməsi zamanı: evdən çıxarkən qaz, su və elektrik enerjisini ümumi şəbəkədən söndürün;

- ən son xəbərləri izləyib verilən tövsiyələrə əməl edin; aidiyyəti qurumların köçürülmə ilə bağlı tələblərinə sözsüz əməl edin;

- sürüşmə qəflətən baş veribsə və dərhal həyətə çıxmaq mümkündürsə, evi tərk edin; - sürüşmə zamanı yuxarı mərtəbədəsinizsə və dərhal həyətə çıxmaq mümkün deyilsə, binanın yuxarı hissəsinə qalxın; sürüşən torpaq kütləsindən kənara qaçın və mümkün qədər hündür yerə çıxmağa çalışın; - sürüşmə sizi açıq havada yaxalayıbsa, əvvəl önünüzə daş, taxta parçası və ya ağır əşya atın, bunlar torpağa batırsa, hərəkət istiqamətinizi dəyişin;

- sürüşmədən qaça bilmirsinizsə, əllərinizlə başınızı tutaraq zərbədən qorunun, sürüşmənin hərəkət istiqamətinə tabe olun və hər zaman üzə çıxmağa çalışın;

- torpaq altında qalmısınızsa, təşvişə düşməyin. Çünki sürüşmə nəticəsində uçqun altında qalan insanı bir neçə sutkadan sonra da sağ çıxarmaq mümkündür;

- xilasetmə işlərində sükut dəqiqələri təyin olunduğundan vaxtaşırı səs siqnalları verin, yatmamağa çalışın.ve s bu qaydalara ciddi əməl etmək lazımdır.



Uçqunlar
Uçqun — dağların dik yamaclarında və ya dənizlərin sıldırımlı sahillərində süxur kütlələrinin qoparaq böyük sürətlə aşağıya düşməsi. Uçqun aşınma prosesinin süxurları dağıtması, yerüstü və yeraltı suların qayanın altını yuması, habelə cazibə qüvvəsi və zəlzələ nəticəsində əmələ gəlir. Dağ uçqunundan başqa dağ zirvələrindən və yamaclarından qar kütləsinin sürüşüb düşməsi nəticəsində qar uçqunu və buz uçqunu da olur. Qafqazda, o cümlədən Azərbaycanın dağlarında qar uçqunu müşahidə olunur. Uçqun bəzən dağlarda dərələri doldurur və kəndləri dağıdır.
Geomorfoloji termin : Uçqun- yamacda süxur kütləsinin qoparaq aşağıya düşməsi. U. sürüşmə və töküntü ma­teriallarının qravitasion yerdə­yişməsinə aiddir. Dağlarda ana sü-xurlarda baş verən uçqunlarla ya-naşı qar uçqunları, sıldırım yamac-lardakı asılı buzlağın qurtaraca-ğında buzlaq uçqunu da baş verir.
Qar uçqunu — dik dağ yamaclarında toplanmış böyük qar kütləsinin qoparaq və ya sürüşərək hərəkət boyu yeni-yeni qar porsiyalarını və digər obyektləri özü ilə aparması. Qar uçqunları iki tip olur: quru və ya qış qar uçqunu və yaş və ya yaz qar uçqunu. Quru qar uçqununun hərəkət sürəti 80-100 m/san, yaş qar uçqununun sürəti isə 10-20 m/san olur. Qar uçqunları fəlakətli güclü dağıdıcı və ölüm hadisələrinə də səbəb olur. Qar uçqunları çaylar kənarlarında, dağarası çökəkliklərdə olan yaşayış məntəqələrini, yolları, kommunikasiya xətlərini, turizm və istirahət mərkəzlərini, meşələri və s. dağıdaraq yararsız vəziyyətə salır. Güclü qar uçqunları lokal xarakterli yer titrəyişlərinə, müvəqqəti və daimi su hövzələri və göllərin əmələ gəlməsinə səbəb olur. Böyük dağ uçqunları zamanı uçqundan əvvəl onun hava dalğası daha təhlükəli olub tikintiləri dağıdır, ağacları (meşəni) yıxır. Qar uçqunun yaranmasının səbəbi uzun müddət yağan qar, intensiv qar əriməsi, dağ və hava titrəmələri ilə nəticələnən zəlzələ, partlayışlar və digər insan fəaliyyətidir. Qar uçqunu binaların, mühəndis qurğularının dağılmasına səbəb ola, qarın altında qalmış yollar və qar cığırları örtülə bilər. Qar uçqununa məruz qalmış dağ kəndlərinin əhalisi, turistlər, alpinistlər, geoloqlar və digər kateqoriyadan olan insanlar zədələr ala, qalın qar altında qala bilərlər. uçqunları isə ölkəmizin bütün yüksək dağlıq sahələrində, xüsusən Balakən, Qax, Kəlbəcər, Ordubad və bir sıra digər rayonlarda müşahidə edilir.

Qar uçqunu ərazilərində əsas davranış qaydalarına əməl edilməlidir: qar yağan zaman və tutqun havada dağlara çıxmayın;

dağlarda olan zaman hava dəyişkənliyini diqqətlə müşahidə edin;

dağlara çıxan zaman getdiyiniz rayonun yollarını və mümkün qar uçqunu yerlərini dəqiqləşdirin. Mümkün qar uçqunu ərazilərindən uzaq durun. Onlara əsasən meylliliyi 300 və daha çox ola ərazilərdə rast gəlinir. Əgər yamacda ağac və kol yoxdursa bu hal meyllilik 200 –dən çox olduqda da baş verə bilər. Meyllilik 450 –dən çox olan yerlərdə isə qar uçqunu demək olar ki, hər dəfə qar yağandan sonra baş verir.


Şimali Osetiya MR ərazisində 2002-ci ilin sentyabr ayında qar uçqunu faciə ilə nəticələnərək bir neçə kiçik kənd və burada kinofilm çəkən adamların bir qrupu qar-buz uçqunu altında qalmış, 15 nəfər həlak olmuş və ya itkin düşmüşdür. Azərbaycanda qar uçqunları Böyük və Kiçik Qafqaz dağları yamaclarında və dərələrində baş verir. 2003-cü il sentyabrın 2-də Qax rayonunda Kürmükçayın sol qolu Hamaçayın orta axarında, kükürdlü isti su çıxan, insanların müalicə üçün gəldiyi «Hamam» deyilən yerə 20-30 m qalmış hələ yaz ayında düşən hələ sentyabra qədər hamisi əriməyən qar uçqunu mövcud idi. Qar uçqunu dar dərədə yolu kəsdiyindən yerli sakinlər qarı deşərək tuneli xatırladan oyuq açmışlar.

Ədəbiyyat:

1.https://az.m.wikipedia.org/wiki/Torpaq_sürüşməsi

2.https://az.m.wikipedia.org/wiki/Qar_uçqunu

3.http://www.fhn.gov.az/?aze/menu/26/360

4.http://lib.bbu.edu.az/read.php?item_type=lecture&file_type=pdf&file=62



5.“Mülkü Müdafiə dəstələri təbii fəlakətlərdə mübarizədə” kitab, Altunin
Yüklə 44,7 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin