Yaponiya iQTİsaditi yapon "iqtisadi möcüzə" si



Yüklə 48,52 Kb.
Pdf görüntüsü
tarix02.01.2022
ölçüsü48,52 Kb.
#44881
document



            

YAPONİYA İQTİSADİTI

    Yapon “iqtisadi möcüzə” si

 Eramızdan 660 il əvvəl əsası qoyulmuş Yaponiya dövlətinin ərazisi – 377, 8 min kvadrat-

kilometr, əhalisi – 126.2 milyon nəfər (2019-ci ilin məlumatı) təşkil edir.

ÜDM 2019-cı ildə 5.7 trilyon dollar, onun adambaşına düşən həcmi isə 47 227 dollar 

olmuşdur.

Ümumi daxili məhsulun 61%-i xidmət sahələrində, 37%-i sənayedə, 2%-i kənd təsərrüfatında

yaradılmışdır.

İkinci Dünya müharibəsində viran olmuş Yaponiya iqtisadiyyatı sonralar nəinki dirçələ bildi, 

həm də dünyada rəqabətə davamlı iqtisadiyyat kimi tanındı. Səbəb Yaponiyanın uğurla 

reallaşdırılan iqtisadi inkişaf modeli idi.        

     

Sənəddə aşağıdakı müddəaları əhatə edən islahatın layihəsi nəzərdə 



tutulmuşdu:

yerində olmayan (torpaqla məşğul olmayan) mülkiyyətçilərin 



torpaqlarının kəndlilərə verilməsi;

torpaqların işləməyən mülkiyyətçilərdən münasib qiymətlərlə satın 



alınması;

gəlirlərə uyğun illik üzvlük haqları ödəməklə, icarəçilərin torpaq almaq 



imkanlarının təmin edilməsi üçün tədbirlər həyata keçirilməsi;

qiymətlərin sabitləşdirilməsi;



kənd təsərrüfatı kooperativlərinin yaradılması və onların fəaliyyətinin 

dəstəklənməsi;

təkmilləşdirilmiş texnikanın yayılması.



       XX əsrin ayrı-ayrı dövrlərində Yaponiyada orta iqtisadi artım sürəti aşağıdakı kimi 

olmuşdur:

50-ci illər – 14,9%

60-cı illər – 11,3%

70-ci illər – 4,5%

80-ci illər – 3,8%




90-cı illər – 1,8%.

İqtisadçılar Yaponiyanın iqtisadi inkişafını aşağıdakı mərhələlərə bölürlər:

müharibədən sonrakı islahatlar – 1946-1952-ci illər;

yüksək inkişaf mərhələsi – 1953-1973-cü illər;

enerji daşıyıcılarının qiymətlərinin artması – dünya iqtisadiyyatına çıxış – 1974-1989-cu illər;

struktur böhranı – 1990-cı illər.

Yaponiyanın xarici iqtisadi əlaqələri[redaktə | əsas redaktə]

Yaponiyanın xarici iqtisadi əlaqələrinin coğrafi təmərküzü əsasən ABŞ, Qərbi Avropa ölkələri 

və ACEAN dövlətləridir. Yapon ixracının 38%-i, idxalının 25%-i Cənub –Şərqi Asiya ölkələrinin 

payına düşür. Yapon iqtisadiyyatının azsaylı dayaqlarından biri emaledici sənayenin ixrac 

yönümüdür. Son onillikdə ÜDM-in real artımının orta hesabla üçdə biri ixracatla təmin 

olunur. Yaponiya 1981-ci ildən başlayaraq xarici ticarət üzrə və qeyri ticarət cari ödənişlər 

üzrə daima aktiv saldoya malik idi. Bu aktiv saldo ÜDM-in 3-4%-nə bərabər idi. Xarici 

ticarətdə 1980/81 və 1998/99 maliyyə illərində Yaponiyanın ÜDM-da ixracatın xüsusi çəkisi 

dəyişməz qalaraq 10,2 və 10,3% təşkil etmiş, idxalın payı isə 10,8%-dən 7,6%-ə qədər 

azalmışdır. İxracat payının stabilliyi xarici bazarlarda rəqabətin kəskinləşməsi və yapon 

hökumətinin əsasən daxili bazara istiqamətlənmiş inkişaf kursu ilə əlaqədar idi. Idxal payının 

azaldılması resursların qənaət proqramının və xammal, enerji daşıyıcıları qiymətlərinin 



düşməsinin nəticəsi idi.

Yüklə 48,52 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin