Yaradılmışdır. Onun



Yüklə 31,68 Kb.
tarix02.01.2022
ölçüsü31,68 Kb.
#42272
ihgvj-kkhhv






Xəmsə


Mövzu: Saitləri A


1. O,XIV–XVII əsrlərdə Almaniyanın şimalında yerləşən şəhərlər və xarici ölkələrdə yaşayan etnik

almanlar tərəfindən yaradılmışdır.Onun tərkibinə daxil olan şəhərlər biri-birinin ticari maraqlarını

müdafiə etmək barədə razılığa gəlmişdilər.(Hanza)


2.Dahi alman bəstəkarı İohann Sebastyan Bax bu janrın dünyada ən çox tanınmış

yaradıcılarından Azərbaycanda isə həmin janrın yaradıcısı Üzeyir Hacıbəylidir.Cavabı İtalyan

mənşəli sözlə deyin.(kantata)


3.Siz ondan yalnız bəzi Avropa ölkələrində deyil, həmçinin Ruanda,Cibuti,Komor adaları

Çad,Togo,Kamerun kimi ölkələrdə də istifadə edə bilərsiniz. (Frank)


4.Yaponiyada feodalizm dövründən ondan samuraylar istifadə edirdi,Bir məqalədə yazılana görə

isə yaponlar "onu samurayın ruhu" hesab edirlər. (Katana).


5. Buranın harda "yerləşdiyini" bilmək istəyirsizsə qeyd edim ki, Afrikada "yerləşir".


Çedvik Bousmanı da dəfələrlə burda gördüyümüzü nəzərə alaraq, buranın hara olduğunu deyin.

(Vakanda).


*Rəsm və Rəssamlar*


1.Leonardo da Vinçinin Mona Liza dan sonra ikinci ən məşhur əsəri olan o İtalyanin Milan

şəhərində yerləşən Santa Mariya della Qarsiya monastırının *MƏTBƏXinin* arxa divarında

çəkilmişdir. (Sonuncu Axşam Yeməyi)


2.Onun imperator Napaleon Bonaparta olan heyranlığını çəkdiyi rəsmlərində də aydın görmək

olar. Belə ki,"Sen-Bernar aşırımını keçən Napaleon", "Imperator Napaleon Tüüridəki kabinetində"

kimi rəsmlər onun fırçasının məhsuludur. (Jak Lui David)


3.Parisin rəsm salonlarının birində divardan asılmış rəsm əsərində hündür şlyapalı, üz cizgiləri

"vəhşi" boyalarla çəkilmiş, tamaşaçıya yanakı baxan qadın təsvirini görə bilərsiniz.Qeyd edim

ki,rəssam bu əsəri ilə rəssamlıqda yeni bir janrın fovizmin əsasını qoymuşdur, Söhbətin hansı

əsərdən getdiyini bildizse rəssamın kim olduğunu deyin. (Anri Matis)


4.Quba xalçaçılıq məktəbinə aid Zeyvə xalçasının təsvirini siz Yan Van Eyk'in bu məşhur

əsərində görə bilərsiniz. (Madonna)


5. Haaqa şəhərində yerləşən bir rəsm Qalereyasında saxlanılan bu rəsm əsərini bəzən

"Hollandiya Mona Liza''sı da adlandırırlar. (Mirvari Sırğalı Qız)


Məşhur Effektlər


1. X lə bağlı məqalənin başlığı "X- xatirələri olmayan yaddaş" deyə yazılmışdı. Beyonce'nin

eyniadlı mahnısı 2006 da yayımlanmış və uzun müddət Billboard sıralamasında liderliyi







qorumuşdur. (Deja vu)


2.Bu fenomenin adı Hötenin yazmış olduğu kitabın eyniadlı personajı ilə bağlıdır. Kitabın təsir

gücü o qədər güclü olmuşdur ki,insanlar arasında bu fenomenin yayılması kütləvi xarakter

almışdır. Mənim düşüncəmə görə 2021 ci ilin əvvəlindən başlayaraq bu fenomen bizim

ölkəmizin əhalisi arasında da kütləvi xarakter almışdır. (Verter)


Şərh: kütləvi intiharlara səbəb olan Verter effekti.


3. Fərqində olmadan qarşımızdakı insanın hərəkətlərini təqlid etmək xüsusiyyəti məhz bu cür

adlanır. (Buqələmun effekti)


4. 2010 cu ildə Tunisdə başlayan hadisələrin ardından ardıcıl olaraq Misir və Liviyada da

diktatura rejimlərinin dağılması haqqında olan yazıda bu effektin adı xatırlanır. (Domino)


5. Bizdən fərqli irqə məxsus olan eyni irq insanların hamısını bir-birinə bənzətmək elmə bu adla

məşhurdur (cross race effekti).


4.insialları eyni hərf olan sözlər.


1.Asiyanın ən ucqar şərq nöqtəsi ilə Amerikanın ən ucqar qərb nöqtəsi arasındaki coğrafi ərazi

bu cür adlanır. (Berinq Boğazı)


2."Yaz kızım 200 torba çimento 20 kamyon çakıl"- eşitdiyiniz sitat məhz bu məşhur Türk aktyoru

tərəfindən səsləndirilmişdir. (Şener Şen)


3.ABŞ ın Ohayo ştatının 6ci ən böyük şəhəri Deyton -dur. Həmin şəhərin adı bizə daha çox 1925

ci ilə aid olan məhz bu hadisə ilə tanışdır. (Meymun məhkəməsi)


4. 1942 ci ildə Bouko'da anadan olan bu şəxs


Sonralar Fransa və ABŞ kimi dövlətlərin köməyilə hakimiyyəti ələ keçirsədə 4 illik hakimiyyətdən

sonra İdris Debi tərəfindən istefaya göndərilir.Söhbət minlərlə insanın ölümünə səbəb olmuş

hansı diktatordan gedir. (Hissen Habre)


5.Bu personaj Hoqvartsda tilsim dərsi müəllimidir. Həmçinin boyu balaca olmasına baxmayaraq

çox bacarıqlıdır, gəncliyində də duel çempionu olmuşdur. (Filius Flitvik)


KANADA ŞƏHƏRLƏRI


1. Bu şəhər adını bir vaxtlar burada yaşamış sarıbıçaqlar qəbiləsinin adından götürmüşdür.

(Yellonayf-yellowknife).


2.Bu şəhərin adının mənası kanadalı Huron yerlilerinin dilindən tərcümədə "görüş yeri" deməkdir.

(Toronto)


Şərh: Dünyanın müxtəlif ölkələrindən olan 5 milyondan çox adamın yaşadığı şəhər.







3.Kanadanın Festivallar Şəhərini deyin,o həm də kanadanın Alberta əyalətinin paytaxtıdır.

(Edmonton)


4. Əgər nə vaxtsa sizin yolunuz bu şəhərə düşsə,siz burada xəbərdarlıq nişanlarını iki dildə

yazılmış olduğunu görəcəksiniz,misal üçün,bir nəqliyyat nişanın üstündə həm STOP həm də

ARRET yazılır. (Ottava)


Şərh: kanadanın iki rəsmi dilə sahib yeganə şəhəri.


5. Hollywood və New Yorkdan sonra Amerika filmlərinin ən çox istehsal olunduğu üçüncü

şəhərdir. Şəhər 2010 Qış Olimpiya Oyunlarına ev sahibliyi etmisdir. ( Vankuver)


Qadınlar


1.Fanatizmin qurbanı olmuş o həm də əsərləri günümüzə qədər gəlib çatmış ilk riyaziyyatçı

qadındır. Bu əsərlərin yazılmasında ona ən böyük köməkliyi Isgəndəriyyə kitabxanasının

sonuncu başçısı olmuş atası Teon göstərmişdir. (Hipatia)


2. Onun1952-ci ildə Londonun Ambassador teatrında səhnəyə qoyulmuş "Tələ" pyesi teatr

tarixində ən çox oynanılmış pyesdir. (Agatha Christie)


3.1893 cü ildə Tiflisdə hərbçi ailəsində anadan olmuş bu qadının gələcəkdə Azərbaycanın ilk

peşəkar qadın rəssamı olmasında onun əsərlərindəki gizli istedadı kəşf edən Oskar Şmerlinqin

böyük rolu olmuşdur. (Qeysər Kaşıyeva)


4.O insan oğlunu Aya aparan şəxsdir. Nasa 1969 – cu ildə Apollo 11 kosmik gəmisinin Ayın

səthinə təhlükəsiz şəkildə enməsini bu qadına borcludur, çünki eniş komandasını idarə edən

proqramları tərtib edən mühəndis məhz O idi. Onu da qeyd edək ki, proqram mühəndisliyi

termini də ilk dəfə məhz bu qadın tərəfindən qəbul edilmişdi. (Marqaret Hamilton)


5.Krım savaşı müddətində gecə-gündüz demədən əsgərlərə baxdığı üçün əsgərlər bu tibb

bacısını "Çiraqlı qadın" adını vermişdilər.The Times qəzetinde isə o baxıcı melek

adlandırılmışdır.bir məqalədə yazılana görə Krım müharibəsi dövründə o hətta Kraliça

Viktoryadan belə daha məşhur birinə çevrilmişdir. Florens Naytinqel


Hava limanları.


1. Birinci Qarabağ müharibəsi dövründə ermənilər buranı ələ keçirmək istəsədə Əlif Hacıyevin

ağıllı strategiyası sayəsində bunun qarşısı alınmışdır. (Xocalı havalimanı)


2.Lixtenşteyn, Andorra, Vatikan, San Marino və Monako eşitdiyiniz ölkələri mövzumuzun adına

uyğun bu xüsusiyyət birləşdirir. (Havalimanı olmayan ölkələr)


3.Bu İtalyan ixtiraçı və mühəndis kabelsiz teleqraf sistemi üzərindəki işlərinə görə 1909-cu ildə

Karl Ferdinand ilə birlikdə Fizika üzrə Nobel mükafatı almışdır.Biz onu daha çox başqa bir kəşfi

ilə tanıyırıq.Siz əgər onun kim olduğunu tapsaz İtalyanın Bolonya şəhərində yerləşən

havalimanın da kimin adına olduğunu tapa bilərsiniz. (Qulyelmo Markoni)







Şərh: Bolonyada anadan olan Qulyelmo Markoni bizə daha çox radionun kəşfi ilə tanınır.


4.May ayını əvvəlində burada baş verən yanğın nəticəsində havalimanı öz fəaliyyətini

dayandırmalı oldu. Hazırda isə buranın yerləşdiyi ərazi əsas müharibə meydanlarından biridir.

Buranın adı 1948 14 may tarixində yeni dövlətin yaranmasını elan edən şəxsin şərəfinə

verilmişdir. (Ben Qurion havalimanı)


Şərh: İsrailin ən böyük hava limanı,Ben Qurion isə İsrailin ilk baş naziri olmuşdur.


5. 1977 ci ildə ispaniyaya məxsus bu hava limanında ilk Boeing-747 təyyarəsində baş verən

eyniadlı faciə sərnişin təyyarə qəza tarixində ən çox can itkisi verən qəza olaraq tarixə düşdü.

(Tenerife)


Hecavi mövzu ....et....


1. Yunan dilindən tərcümədə qoşma, əlavə mənasını verən o bizim dilimizdə bədii təyin adlanır.

(Epitet)


2. Bu transmilli şirkət fəaliyyətə 1997-ci ildə başlasada xarici ölkələrdə video axını təklif etməyə

2010-cu ildən başlamışdır.Rusiya Mədəniyyət Naziri, Vladimir Medinskinin fikirinə görə "ABŞ

onun vasitəsi ilə hər bir evə, hər bir televizora, televizordan isə dünyanın hər sakinin başına girir"

(Netflix)


3. Ölü denizle Akabe körfezi arasındakı ərazidə yerləşən və UNESCO tərəfindən Dünya

Mədəniyyət Mirasına daxil edilmiş bu şəhər həmçinin İndiana Cons və son Səlib yürüş , Mumiya

qayıdır və sair bir neçə məşhur filmin çəkildiyi məkandır. (Petra)


4.Bu maskanın altında əzələ və sümükdən daha çox şey var.Bu maskanın altında fikir var, cənab

Kredi və fikirlərə mərmi işləməz.- eşitdiyiniz sitat Hyuqo Uivinq tərəfindən məhz bu filmdə

səsləndirilmişdir. (V for Vendetta)


5. Sabit bir ritm əldə etmək məqsədilə müəyyən aralıqlarla vuruş səsi çıxardan bu alətin adı

Yunanca ölçü və nizam sözlərinin birləşməsindən yaranmışdır. (Metronom).


Yüklə 31,68 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin