Yazı mədəniyyəti



Yüklə 20,16 Kb.
tarix02.01.2022
ölçüsü20,16 Kb.
#46889
növüYazı
4. Qədim Çin və Hindistanda yazı mədəniyyəti


Qədim Çin və Hindistanda yazı mədəniyyəti

Hindistanın qədim tаriхi haqqında kоnkrеt хrоnikа müasir dövrə gəlib çаtmаsа dа, bir sıra yаzılı mənbələrdə məlumаtlar vardır. Kautilyanın “Arthaşastra”sı (e.ə. 324-296 illər) siyasi, dövlətçilik və iqtisadi traktat sayılır, lakin bu traktatda hind cəmiyyətinin mövcudluq prinsipləri detallı şəkildə əksini tapmamışdır. Manu “Dharmaşastra”sı (e.ə.II əsr) hind cəmiyyətini hərtərəfli öyrənməyə imkan verir, bu qanunnamələr sosial və iqtisadi həyatın mənəvi tələblərinə və normalarına əsaslanır. “Mahabharata” və “Ramayana” eposları mifik olsalar da, Hindistanın qədim tarixi haqqında müəyyən təsəvvür yaradırlar. Еpоslаrdа və purаnalаrdа (tanrılar və qədim hökmdаrlаr hаqqındа miflər tоplusu) sülаlə siyаhılаrının vеrilməsi sаbit tаriхi ənənələrin mövcudluğundаn хəbər vеrir. Bu məlumаtlаr əsasında Hindistandа tаriхən аilə, dövlət kimi vаcib təsisatların inkişafı haqqında mülahizələr irəli sürmək mümkündür. Hind sivilizasiyası yarımadada formalaşsa da, kontinental və ada xüsusiyyətlərinə malik olmuşdur. Şimalda Himalay dağ silsiləsi, digər üç tərəfdə dəniz və okean digər xalqlarla əlaqələrdə çətinlik yaratsa da, tayfaların köçünə hərbi yürüşlərə, ticarət və mədəni əlaqələrə maneçilik törətməmiş, keçilməz olmamışdır. Hindistan çoxsaylı miqrasiya dalğalarını qəbul etmiş, dravid və ari tayfalarının, kuşan, hun-eftalit, yəhudi, pars, çoxsaylı müsəlman xalqlarının və s. doğma yurduna çevrilmişdir. Yəni Hindistan heç zaman izolyasıyada qalmamışdır.

Qədim Çində həm ibtidai, həm də yuxarı dərəcəli dini səciy­yə­li fəlsəfi məktəblər olmuşdur. Çində ilk məktəblər b.e.ə. III minil­lik­də meydana gəlmişdir. Onlar syan (yaşlıların gəncləri öyrət­dik­lə­ri yer) və syuy (gənclərin silah işlətməyi öyrəndikləri yer) adlanırdı. Çində təlimin əsas məqsədi heroqlif yazının öyrədilməsin­dən ibarət idi. Tərbiyənin əsas yeri ailə ənənələri tutur, hər bir ailədə həyat əsr­lər boyu formalaşmış adət və təsəvvürlərin təsiri ilə davam edirdi. Be­lə hesab edirdilər ki, hər bir evin öz himayədarı var. Çində əsrlər bo­yu bilikli, nəzakətli, özünü dərk edən, qəlbində sülh və har­mo­niya yaratmağı bacaran insan təbiyəsini nəzərdə tutan peda­qoji ideal formalaşmışdır. Təvazökarlıq, böyüyə hörmət, müəllimə itaət yük­sək mənəvi dəyərlər kimi təbliğ edilirdi. Həmin mək­təb­lərdə böyük yazıçıların və şairlərin əsərləri, əxlaq və fəlsəfə, bəzən də nücum elmi öyrədilirdi. Qədim Çində yüksək mədəniyyət və xü­su­silə he­roq­lif yazıları öz təsirini qonşu xalqlara, I növbədə Hin­distana , Misirə və başqa ölkələrə də göstərmişdir. 

Qədim Hindistan tarixi iki əsas dövrə bölünür: dravidari və buddizm. Burada b.e.ə. III minillikdə mövcud olmuş mədəniyyəti protodravit və dravidlər yaratmışlar. Məktəb təhsili o dövrün mə­də­niyyət mərkəzi olan Harappa şəhərində meydana gəlmişdir. Burada təhsil haqqında ən qədim sənəd (upanişadlar) b.e.ə. VIII-VII əsrlərə aid edilən müqəddəs nəsihətlər hesab olunur. Hindlilərin qədim eposu olan "Mahabharata” dastanında krişna cəsur döyüşçü kimi təsvir olunur, xeyir naminə ədalətli döyüş aparır, hərbi bacarıq və qabiliyyət nümayiş etdirir. Digər qəhrəman Rama da Krişna kimi ideal tərbiyənin daşıyıcısıdır. O, alimlikdə, tərbiyədə və müdriklik­də hamını ötüb keçmişdir. Həmişə yaxşılıq edərək heç vaxt lovğalanmaz, başqalarında nöqsan axtarmazdı. Bhaqavadqita (b.e.ə. I minillik) qədim hindlilərin müqəddəs, eyni zamanda tədris kitabı idi. Bu kitabda tərbiyə və təhsilin məzmunu ilə bağlı nümunələr verilirdi. Bu kitab müdrik müəllimin öz şagirdi ilə söhbəti forma­sında yazılmışdır. Burda müəllimlərin evində təlim qaydası çox hallarda ailə münasibətləri tipində qurulurdu: şagird ailənin üzvü hesab edilirdi, təhsil almaqla yanaşı, birgəyaşayış qaydalarını da mənimsəyirdi. Tədris məşğələləri keçmək üçün xüsusi bina yox idi. Təlim açıq havada keçirilirdi. Müəllimin evi - qurukula təlim almaq üçün ən münasib yer idi. Sonralar ailə məktəbləri yarandı ki, burada gənclərə şihafi yolla bilik verilirdi. Şagirdlər veda mətnləri dinləyir, əzbərləyir və təhlil edirdilər. Təlim səs-heca üsulu ilə aparılırdı. Hindistanda palma yarpaqları üzərinə yazırdılar ki, bunları da çox az müddət saxlamaq mümkün idi. Ona görə də yazıya nisbətən şifahi sözə daha çox üstünlük verilirdi. Şifahi şərh biliklərin veril­mə­sində daha etibarlı üsul hesab olunurdu. Vedaların əsas hissəsi arxaik dildə səslənirdi. Buna görə də təlim fənləri sırasında qram­ma­tika, fonetika və etimologiya xüsusi yer tuturdu. Şagirdlərin vəzi­fə­ləri təkcə vedaları əzbərləməklə bitmirdi, onlar ev işlərinə kömək etməli, pəhriz saxlamalı, nəfslərini boğmalı idilər.

Tərbiyənin və məktəb təhsilinin inkişafında buddizmin mü­hüm rolu olmuşdur. Buddizm təliminin əsasını 4 "nəcib həqiqət” təş­kil edirdi. 1) Həyat özü şərdir, çünki əzab-əziyyətlə doludur; 2) əzab-əziyyət səbəbsiz deyil, bu kef çəkmək, hakimiyyətə, ağalığa və var-dövlətə sahib olmaq arzusundan doğur; 3) Əzab-əziyyətə son qoymaq üçün arzu və nəfsdən imtina etmək lazımdır; 4) Əzab-əziy­yətə son qoymaq üçün insan özünü mənəvi cəhətdən təkmilləşdir­məli, pis hərəkətlərdən çəkinməli, arzularını boğmaq üçün daxili müvazinətini itirməməli, düz danışmalı, yalan və böhtandan imtina etməli, pak əməl sahibi olmalıdır.

Qədim Hindistanda mütəşəkkil tərbiyə və təlim uzun bir inkişaf yolu keçmiş, təlim proqramı tədricən praktik həyata ya­xın­laş­mış, nisbətən sadələşdirilmiş, təhsilə cəlb olunanların sosial dai­rəsi genişlənmişdir. Burada elmin müxtəlif sahələri inkişaf etmişdi. Riyazi biliklər sahəsində müəyyən nailiyyətlər qazanılmışdır. 1-9 rəqəmlərini hindlilər kəşf etmiş, Pifaqor teoremini bilmişlər. 




Yüklə 20,16 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin