Yol-nəqliyyat hadisələrinin analizinin əsas məsələləri və xüsusiyyətləri
Qəzalılıq vəziyyətinin yol hərəkətinin təhlükəsizliyinin təmini üzrə fəaliyyəti
xarakterizə edən digər göstəricilərinin qiymətləri haqqında məlumatların analizinin
əsas məsələləri kimi aşağıdakıları qeyd etmək olar:
1.
Yol hərəkəti təhlükəsizliyinin təmini üzrə bütün fəaliyyət
istiqamətləndirmək və yerinə yetirilməsi növbəliyini müəyyən etmək.
2.
Qəzalılıq vəziyyətinin proqnozlaşdırılması. Bu istiqamət məlumatların
statistik analizinin təkmilləşdirilməsi yollarının ən intensiv inkişaf etdirilməsi
istiqamətlərindən biridir. Qəzalılıq vəziyyətini qiymətləndirmək və
proqnozlaşdırmaq üçün kifayət qədər modellər işlənib hazırlanmışdır.
3.
Yol hərəkəti təhlükəsizliyinin təmini üzrə fəaliyyəti qəzalılıq vəziyyəti ilə
tutuşdurduqda məlumatların çox ölçülü emalı üsullarının işlənməsi. Analitik
fəaliyyətdə müxtəlif göstəricilərin qarşılıqlı əlaqələrin müəyyən edilməsi və bu
əlaqələrin dərəcələrinə görə müqayisə olunması az öyrənilmiş sahə hesab olunur.
Digər sahələrdə aparılmış tədqiqatların nəticələrinə əsasən söyləmək olar ki,
göstəricilərin qarşılıqlı əlaqəsi analizin son nəticələrinə ciddi təsir göstərir.
4.
Konkret götürülmüş YNH-nin səbəb və şəraitlərinin analizi (YNH-nin
ekspertizası).
5.
Məhdud qrup YNH-nin analizi. Xarici sənədlərdə bu məsələnin həllinə daha
böyük diqqət yetirilir və müəyyən müsbət nəticələr əldə olunmuşdur.
6.
İştirakçılar üçün məlumatların verilməsi, nəzarət, saxlanması, axtarışları
daha rahat şəkildə çatdırmaq məqsədi ilə EHM kompleksi üçün universal
proqramların hazırlanması.
YNH haqqında məlumatların analizində məsələlərin həll edilmə üsulları bir
sıra xüsusiyyətlərə malikdir. Yol hərəkətinin təhlükəsizliyinin təmini (YHTT)
sistemində idarəetmə prosesinin 3 əsas xarakteristikalarını fərqləndirmək lazımdır:
1.
YHTT ssitemi ierarxik prinsip əsasında qurulmuşdur. Təbii ki, müxtəlif
səviyyələrdə planlaşdırılan və yerinə yetirilən tədbirlərin mahiyyəti bir-birindən
kifayət qədər fərqlənəcəkdir. Uyğun olaraq statistik materialların yığılması və
onların analizi üsulları da fərqlənəcəkdir.
2.
YHTT sistemində hər bir təşkilat öz spesifik funksiyalarını yerinə yetirir.
Bu funksiyalar analiz üsullarında o qədər əks olunmasalar da onlar analiz olunan
məlumatların mahiyyətini müəyyən edirlər.
3.
Fəaliyyətin xüsusi növü kimi idarəetmə YHTT sistemində fəaliyyət
funksiyasından asılı olmayaraq bütün səviyyələrdə öz məsələlərini həll edir. bu
məsələlərdən analitik işlərin mahiyyətinə ən çox təsir edəni planlaşdırmaqdır.
Adətən, 3 cür planlaşdırmaya baxılır: perspektiv; cari; bir dəfəlik.
Analitik fəaliyyətin mahiyyəti ancaq planlaşdırma funksiyası ilə müəyyən
edilməyib, planların təşkili və yerinə yetirilməsinə nəzarəti də əks etdirir.
Operativ idarəetmə planlarının yerinə yetirilməsinin təşkili, məlumatların
tətbiqi və emalı üsullarından daha çox onların yığılma periodikliyinə təsir edir.
Uzun ömürlü qərarların qəbulu üçün lazım olan məlumatlar ən azı ildə bir dəfə və
çox yığılmalıdır.
İdarəetmə sistemində nəzarət funksiyası informasiya axınlarında
“konservativliyi” doğurur. İdarətetmə sistemi nəzarət formalı üsullarını sistematik
olaraq dəyişərək şəraitə uyğunlaşdırır. Bu yeni forma və üsullar isə, təbii ki, yeni
məlumatlar tələb edir.