Maldarlıq
1.Qaramal və onun bioloji xüsusiyyətləri
2.Camış və onun bioloji xüsusiyyətləri
3.Zebu və onun bioloji xüsusiyyətləri
Maldarlığın əsas x/t əhəmiyyəti onun süd istehsalı mənbəyi olmasıdır.
Süd məhsulları – xama, yağ, qaymaq, pendir, şor və s. insanların
qidalanmasında mühüm əhəmiyyətə malikdir. Bu məhsullar orqanizm tərəfindən
yaxşı və asan mənimsənilməklə yanaşı, bunların
tərkibi mineral maddələr,
fermentlər, vitaminlər və s. ilə zəngindir.
Respublikada südlük inəklərin laktasiya müddəti 300-305 hesablanır. Lakin
bu rəqəm daha çox cins mal-qara üçün özünü doğruldur.
Qaramalın bioloji xüsusiyyətləri.
Qaramal heyvandarlığın əsas və çox dəyərli
sahəsi olub, özünəməxsus bioloji xüsusiyyətlərə malikdirlər. Bu xüsusiyyətlər
aşağıdakılardan ibarətdir: tipinə görə iri buynuzlu qaramal ot yeyən heyvanlar
olub,
qəbul edib, udduqları yemi yenidən ağıza qaytarıb, təkrar çeynəyərək
udduqları üçün kövşəyən heyvanlar qrupuna aid edilirlər. Kövşəyən heyvanlar:
inək, qoyun və keçi, dəvə, maral mürəkkəb, çox kameralı mədəyə malikdirlər.
Buna işkənbə, torcuq, kitabça və qursaq aiddirlər. Bu heyvanların bağırsaq
sistemi
nisbətən uzundur. Bu onunla əlaqədardır ki, qəbul edilən çox həcmli qaba yem
yaxşı həzm oluna bilsin.
İri buynuzlu qaramalın mədə önlükləri çox tutumludur: işkənbəyə 150-180 litr
mötəviyyat, torcuğa – 12 l, kitabçaya – 18 litr mötəviyyat yerləşir. Mədə
önlüklərinin kövşəyən heyvanlarda belə böyük tutmlu olması imkan verir ki,
kövşəyən heyvanlar çox miqdar və tutumda bitki mənşəli qaba yemlər – quru ot,
saman, küləş, tərəvəz bitkiləri qalıqları və s. qəbul etsin və işkənbədə olan
mikroorqanizmlər həmin yemlərdə olan çox miqdar sellilozanı həzm edib, onun çox
dəyərli qidalı maddəyə çevirə bilsin. Heyvanın ifraz etdiyi (sutkada 100 litrə qədər)
tüpürcək bu yemləri isladaraq onları horra şəklinə salır
və bu yemlər mədə
önlüyündən qurşağa asanlıqla keçirlər. Tüpürcək isə mədəönlüklərində zəif qələvi
reaksiyası yaradır ki, bu da mikrofloranın çoxalmasına şərait yaradır.
Qaramalın belə özünə məxsus qurluşda həzm sistemi aparatının olması
sayəsində qaramal çox böyük miqdarda qaba yemi həzm edərək onu yüksək
qidalılığa malik ət və süd məhsuluna çevirsin. Bu xüsusiyyət əsasən südlük mala
daha çox xasdır. Hansı ki, bu heyvanlarda maddələr mübadiləsinin intensivliyi və
konstitusiya xüsusiyyətləri ilə əlaqədar olaraq daha çox süd məhsulu ələmə gəlir.
Qaramal nisbətən daha tez və yaxşı öyrəşmə qabiliyyətinə malikdirlər. Onlar
yeni şəraitə tez uyğunlaşmaqla yanaşı, bu zaman bir sıra dəyərli xassələr də
qazanırlar. Odur ki, qaramalı dünyanın bütün hər yerində yetişdirmək mümkündür.
Bununla yanaşı, qaramal bütün yetişdirilmə şəraitlərində yaxşı yemləməyə də yaxşı
cavab verməklə, məhsuldarlığını artırır.
Qaramalın əsəb sistemi də onların əhliləşdirilməsi
ilə əlaqədar olaraq
dəyişmiş, daha rahat, dinc, sakit xarakter almışdır. Qaramalın əcdadının cinsi
fəaliyyəti fəsli xarakter daşısada, ev heyvanlarında bu xüsusiyyət,
demək olar ki,
aradan qaldırılmışdır.
Qaramal tez böyümə və inkişaf etməyə nail olmuş, az məhsuldar və
gecyetişmədən yüksək məhsuldar və tez yetişən heyvanlara çevrilmişlər. Qaramalda
olan bu bioloji xüsusiyyətlər çox uzun bir dövrdə baş vermişdir. Bunun üçün isə
insanlar tərəfindən
çox böyük əmək sərf edilməklə, əlverişli şərait yaradılmışdır.
Tipinə görə iri buynuzlu qaramal və həmçinin qidalanmasına görə onlar ot
yeyən heyvanlar, ağızda çeynəyib udulan yemin mənimsənilməsinə görə isə
kövşəyənlərə aid edilirlər. Gövşəyən heyvanlardan – qaramal, qoyun, keçi, dəvə,
ceyran mürəkkəb, çox kameralı mədəyə malik olurlar. Onların mədə sistemi işkənbə,
torcud, kitabça və şirdandan ibarətdir. Bu heyvanların, qaba yemi yaxşı həzm
etmələri üçün, bağırsaq sistemi nisbətən uzundur.