vəzli bir təbəqəli epitelilərdən ibarətdir. Alveolların bu hissəsində süd əmələ gəlir.
Alveollara isə çox sıx qan kapillyarları daxil olur.
Alveolların xarici tərəfində
miepiteli
toxumaları vardır ki,
bunlar ulduz şəklində
olub, alveollardan südün çıxmasında böyük rol oynayırlar. Onlar yığılaraq alveolları
sıxır və südün axarlara axmasını tənzimləyir.
Alveollardan çox zərif axım boruları çıxır ki, süd bunlarla axaraq süd
axarlarına, onlardan birləşərək süd boruları, süd boruları da birləşərək süd çənini
əmələ gətirir. Bundan aşağıda isə əmcəklər yerləşir (şəkil…)
Yelinin vəzli toxuması hər bir tərəfdən sıx birləşdirici toxuma ilə örtülü olur
ki, bu qanla və sinirlə təchiz olunub. Ən əlverişli yelin qabaq və arxa tərəfə eyni
bərabərdə inkişaflı,
enli və dərin olmaqla, silindir şəkilli aşağı yönəlmiş
əmcəklərdən ibarət olmalıdır. Belə formalı yelin arzuolunan sayılmaqla fincana
bənzər yelin adlanır.
Arzuolunmaz formalı yelinin hər dörd payı eyni bərabər ölçüdə olmayır, yelin
qabaq və
ya arxa tərəfdə çox yerləşir, əmcəklər qısa formada olur, yelində vəzli
toxuma əvəzinə piy toxuması çox toplanır, bəzi yelin həddən çox sallanmış olur ki,
inəklərin qocalmasından bu vəziyyət alınır. Bəzi inəklərin isə əmcəkləri çox bərk
olduğundan belə inəklər çətin sağılır. Odur ki, bu göstərilən qurluşlu və formalı
yelinə malik inəkləri sürüdən çıxdaş etmək lazımdır. Bəzi inəklərin isə əmcəklərinin
ucundakı sfinktorlar çox boş olduğundan, yelin südlə dolanda ondan öz-özünə süd
axmağa başlayır.
Dostları ilə paylaş: