Düyə və erkək danalarda cinsi yetişkənlik təxminən 6-9 aylıq yaşda başlayır.
Bu proses orqanizm fizioloji yetiqkənliyə tam çatmamış baş verir. Lakin
maldarlıqda artıb çoxalmaya bundan gec, vaxtda başlanılır. Belə ki, bu müddətdə
doğub törəmə baş verərsə həm doğulan bala və həm də ana heyvan vaxtından erkən
cütləşdirilib mayalanarsa bu zaman həm doğulan bala tam inkişaf etməmiş olur və
həm də ana heyvan inkişafdan geri qalır. Bu həmçinin erkək heyvana da aiddir.
Adətən düyələr ilk dəfə 18-20 aylıq yaşda, onlar 300-350 kq canlı
kütləyə
çatarkən, erkəklər isə 14-18 aylıq yaşda olarkən ilk cütləşdirilməyə buraxılırlar. Bu
həmçinin, heyvanın tezyetişkənliyi, yemləmə və bəsləmə şəraitindən, məhsuldarlıq
istiqamətindən də asılıdır. Belə ki, ətlik istiqamətli cinslər südlük istiqamətli
cinslərdən tez inkişaf edirlər.
Cinsiyyət sikli
– heyvanlarda mayalanma hər bir vaxtda baş verməyib, yalnız
cinsi oyanma dövrü – çərə axıtma zamanı (cinsi həvəs) baş verir. Bu proses inəklərdə
20
saat çəkir ki, inəyi yalnız bu zaman mayalandırmaq lazımdır. Cinsiyyət həvəsi o
dövrə deyilir ki, bu zaman dişi heyvanın bədənində mayalanma üçün şərait yaransın.
Qaramalda cinsiyyət sikli dövrü olaraq orta hesabla hər 21 gündən bir təkrar olunur.
Odur ki, heyvan bu müddətdə mayalanmazsa, onu təkrar 21
gündən sonra
mayalandırmaq lazımdır.
Cinsiyyət sikli bir çərə axıtmadan başqa çərə axıtmanın başlanğıcına qədər
davam edir. Bu zaman dişi heyvanda yumurta hüceyrəsi yetişir. Hər bir yumurta
hüceyrəsi follikuldan ibarət olub, inəkdə bu follikulanın sayı balalıqda yaşlı
inəklərdə 2500 düyələrdə isə 75000-ə qədər olur. Cinsiyyət sikli zamanı follikullar
yetişir, həcmcə artır, yumurta toxuması isə çox miqdarda follikul toxumaları ilə
əhatə olunur. Yetişmənin sonunda yumurtalıqda follikul 1,5 sm diametrində,
yumurta toxuması isə 0,2 mm-də olur. Cinsiyyət sikli zamanı
inəkdə adətən bir
follikul yetişir, bəzən isə iki follikul yetişir və bu zaman ekiz doğma baş verir. Bu
çox nadir halda olub, qaramalda 2% təşkil edir.
Follikul yetişərək yumurtalığın periferiyasına doğru hərəkət edərək, onun
təbəqəsinə yapışaraq partlayır. Yetişmiş yumurta hüceyrəsi balalıq yoluna düşür.
Yumurtalıqdan yumurta toxumasının ayrılması yumurtalama –
ovulyasiya
adlanır.
Ovulyasiya çərə axıtma ilə müşahidə olunur. İnəklərdə bu proses çərə axıtmanın
sonunda, orta hesabla çərə axıtma başlanmasından 25 saat sonra başlayır.
Follikulun yetişmə sürəti orqanizmanın fizioloji vəziyyətindən, yaşından və
ilin fəslindən asılıdır. Follikulun boy və inkişafı,
onda follikulin hormonunun
toplanması və nəhayət ovulyasiya hipofizin baş beyində olan hormonu ilə
nizamlanır. Bu hormon qana sorularaq, yumurtalığa gətirilir və cinsiyyət siklində
follikulun yetişməsini nizamlayır. Çərə axıtmanın başlanması, onun nizamlanması,
cinsiyyət yollarındakı dəyişikliklər follikulin hormonu ilə əlaqədardır.