Hazırda MDB-də 370 min baş camış yetişdirilir ki, bunun 319 min başı
Azərbaycanda yetişdirilir. Camışların x/t - da əhəmiyyəti onlardan yüksək
qidalılığa malik süd və ət məhsulunun alınmasıdır. Bununla yanaşı camış dərisi,
buynuzu, tükü sənayedə məişət əşyaları, geyim malları, bəzək materialları
hazırlanmasında istifadə edilir. Camışların südünün kimyəvi tərkibi ilə əlaqədar
olaraq camış südündən emal sənayesində çox qiymətli və dəyərli süd
məmulatları, xama, qaymaq, qatıq, şor, smetana və s. məmulatlar da hazırlanır.
Camışlar bir sıra fermer təsərrüfatlarında qoşqu və minik heyvanı kimi
onlardan az da olsa istifadə edilir.
Zebu
. Zebunun dəqiq əcdadı haqda elə bir fikir yoxdur. Bəzi tədqiqatçılar onun
sərbəst növ olduğunu, bir başqaları isə qaramalın nəzdində olan bir növ, başqaları
isə qaramala uyğun bir mal hesab edirlər. Bir sıra alimlər göstərirlər ki, bütün
morfoloci nişanələrinə, genioloci xüsusiyyətlərinə görə onlar qaramala çox yaxındır.
Aparılan tədqiqatlardan aydın olur ki, fırlı və fırsız mallar bir-birindən fərqlənirlər.
Zebunun formalaşma mərkəzi Hindistanın şimali və mərkəzi hissəsi olmuşdur
Zebu hələ antik dövrdə Hindistan ərazisindən çox-çox uzaqlarda yayılmış və
yetişdirilmişdir. Hazırda təkcə Hindistanda 35-ə qədər zebu cinsi vardır. Həmin
cinslərin əsasında Afrika, Amerika və Avstraliyada bir neçə zebu və hibrid cinslər
yaradılmışdır.
Dostları ilə paylaş: