Maldarlıq Qaramal və onun bioloji xüsusiyyətləri Camış və onun bioloji xüsusiyyətləri Zebu və onun bioloji xüsusiyyətləri



Yüklə 296,85 Kb.
Pdf görüntüsü
səhifə12/14
tarix20.11.2023
ölçüsü296,85 Kb.
#165146
1   ...   6   7   8   9   10   11   12   13   14
1. Qaramal v onun bioloji x susiyy tl ri Cam v onun bioloji

Buzovların bəslənməsi.
 
Qaramal təsərrüfatlarının istehsal istiqamətindən asılı olaraq alınan, doğulan 
buzovlar müxtəlif üsullarla yemləndirilib bəslənir. Belə ki, südlük və südlük – ətlik 
məhsuldarlıq istiqamətli buzovların yem rasyonu əsasən, onların mədə bağırsaq 
sisteminin inkişafı və bununla əlaqədar olaraq süd məhsuldarlığına müsbət təsir edən 
yemlərlə – qaba və şirəli yemlərlə zəngin olan tipli rasyon tutulur. Ətlik istiqamətli 
buzovlar isə daha bol yemləmə şəraitində bəslənir. Onlara daha çox süd və qüvvəli 
yemlər verilir ki, onların boy və inkişafı intensiv getsin və qəbul etdikləri yemlərin 
tərkibindəki qidalı maddələrin çoxu əsasən ət məhsulunun əmələ gəlməsinə sərf 
olunsun.
Buzovlar əsasən iki üsulla bəslənilir: 1) süd dövründəki bəslənmə və 2) süd 
dövründən sonrakı dövr bəslənmə.
Süd dövründəki bəsləmə 
– 5 -6 ay davam etməklə bu dövr bəslənmə əsasən 
südlük istiqamətli və ikili məhsuldarlığa (südlük-ətlik və ətlik-südlük)
malik buzovlara aiddir. Bu dövrdə buzovlar əllə – yəni onlara süd içirtməklə və 
yaxud dayə inəklər altında bəslənmə həyata keçirilir. Ətlik qaramalda isə buzovlar 
müəyyən dövr ana altında bəslənilir, yəni anadan ayrılmırlar.
Buzovlar doğulandan sonra 6-10 gün müddətində ağız südü ilə bəslənir. 
Buzovların bəslənməsində ağız südünün çox böyük əhəmiyyəti vardır. Belə ki, ağız 
südü ilə bəslənməyən körpə buzovlar panosla xəstələnirlər və onların 70-80%-i tələf 
olur. Ağız südünün tərkibində olan maqnezium duzu bağırsaqların peristaltikasını 
zəiflədir və ilk kalın kənar olmasına kömək edir. Buzovlara birinci dəfə ağız südü 
buzov doğulandan 1,0-1,5 saat sonra 1-1,5 kq miqdarında isti-isti sağılıb verilir. 
Birinci sutkada onun çəkisindən asılı olaraq buzovun içməsi üçün 4-5 litr ağız südü 
içirdilir. İlk günlərdə ağız südü buzova sutkada 4-5 dəfə 1,0-1,5 kq miqdarında 
fasilələrlə içirdilir.
Birinci 10-12 gündə buzova öz anasının südü içirdilir, sonra isə yığılan süd 
içirdilir. Damazlıq olmayan təsərrüfatlarda buzova üzlü süd 3-4 həftə içirdilir, sonra 
isə üzlü süd üzsüz südlə əvəz olunaraq buzova 4-5 ay içirdilir. Adətən bəslənmə 


dövründə bir baş buzova 200 kq üzlü sü və 400-500 kq üzsüz süd içirdilir. Buzovlara 
süd təzə, təmiz 35-38
0
C-də isti süd içirdilir.
Buzova 12-15 günlük yaşdan başlayaraq qaba yemə, yay vaxtı isə yaşıl yemə 
öyrədilir. buzovun 20 günlük yaşından başlayaraq buzovun rasyonuna sutkada 50-
100 qram miqdarında asan həzm olunan qüvvəli yemlər, yarmalar, kəpəklər və s. 
verilir. İlk əvvəl bu yemlər nəmləndirilmiş şəkildə, sonralar isə quru halda verilir.
Sulu şirəli yemlər buzovun rasyonuna 25-35 günlük yaşda daxil edilir. Bu isə 
buzovun iştahasını artırmaqla, rasyonu tam dəyərli edir. Bununla yanaşı, bu növ 
yemlər orqanizm üçün asan və ucuz başa gələn sulu karbon mənbəyidir. Buzovların 
yemləndirilməsi üçün kökümeyvəlilər və xüsusi hazırlanmış silosdan istifadə 
edilməlidir. Buzovlara silos onlar 3-4 aylıq yaşda olarkən verilir. Buzovlara şirəli 
yemlərin sutkalıq verilmə miqdarı 4-6 kq, 6 aylıq yaşdan isə 6-10 kq-a 
çatdırılmalıdır.
Buzovlar 10-12 günlük yaşda olarkən onların hər birinə xörək duzu, sümük 
unu və təbaşir formasında 10-15 q mineral maddə verilib, bu miqdar süd dövrünün 
sonuna sutkada 30 q-a çatdırılır. Bu dövrdə yemin verilmə rejiminə ciddi əməl 
olunmalıdır, əks təqdirdə onlar boy və inkişafdan qala bilirlər. Bəzi təsərrüfatlarda 
buzovlar 15 günlük yaşa qədər fərdi profilaktik qəfəslərdə saxlanılır, sonra isə 
ümumi buzovluğa keçirilir və burada hər qəfəsdə qrupda 5-8 buzov olmaqla 3 aylıq 
yaşa qədər, 3 - aydan 6 – aylığa qədər isə 10-20 baş olmaqla saxlanılır. Bu qəfəslərdə 
və buzovxanalarda təmizliyə riayət olunmalı, yeri təmiz, quru, iki tərəfli havaya yol 
verilməməlidir.

Yüklə 296,85 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin