Zebu aşağıdakı bioloji xüsusiyyətlərə malikdir:
1)
Qaramal cinslərindən fərqli olaraq zebu
bir şəraitdən başqa şəraitə
düşdükdə öz qiymətli xüsusiyyətlərini zəiflətmir və əksinə yeni şəraitlə əlaqədar
olaraq bir qədər təkmilləşdirir və bunla bərabər zebu düşdüyü yeni şəraitin təsirilə,
yeni, faydalı xüsusiyyətlər qazanır.
2)
Zebu
yüksək
balavermə qabiliyyətinə malikdir. Onlarda ilk
mayalanmadan döllənmə faizi qaramala nisbətən yüksək olur. Zebularda
doğum
yüngül və tez keçir.
3)
Zebu qaramaldan xırda bala verməsi ilə fərqlənir. Yeni doğulmuş buzovun
çəkisi 16-18 kq olur.
4)
Doğumdan sonra zebu və hibridlərdə xəstəlik və ağırlaşma baş vermir.
5)
Zebularda servis dövrü - doğumarası müddəti əhəmiyyətli dərəcədə
azdır.
6)
Normal yemləmə və bəsləmə şəraitində onların törədicilik
qabiliyyəti qaramaldan üstündür. İsti iqlim şəraitində zebu sərbəst çoxalıb,
artma
xüsusiyyətinə malikdir.
7)
Zebu istiliyə dözümlüdür. Klemm və Robinzon qeyd
edirlər ki, zebu 5o°-
dən sonra tərləməyə başlayır. Ondan aşağı temperatur da onun üçün normal hesab
edilir.
8)
Zebunun qanında leykositlər faqasitar, bakteriosid və lizosim fəallığı
xeyli yüksəkdir. Odur ki, onlar burselyoz xəstəliyinə daha davamlıdırlar. Bu
xəstəliyə qaramalda 9,3-6,1% rast gəlindiyi halda zebularda 0,5-1,0%-dən çox
olmur.
9) Zebu
və
hibridləri gənə və mozalana qarşı dözümlüdürlər.
10) Zebu teylerioz xəstəliyinə təsadüf halda tutulur. Zebu priplazmoz,
babenoz-anaplazmoz xəstəliyini də çox yüngül keçirirlər.
11) Zebu dabaq xəstəliyinə qarşı da davamlıdırlar, onu yüngül keçirirlər.
Onlar vərəmə çox az tutulurlar.
12) Çox qaba və kobudlaşmış yemdən yaxşı istifadə edirlər.
13) Tədqiqatçılar qeyd edirlər ki, zebunun ət məhsulu və ətin qidalılıq dəyəri
qaramaldan yüksəkdir.
Camış və zebudan kifayət qədər ət və süd məhsulu əldə edilir. Camışların ət
məhsulu qaramal ətindən rəngi və morfoloji tərkibinə görə fərqlənir. Beləki,
qaramalın ətinin rəngi açıq-cəhrayı olduğu halda camış ətinin rəngi tünd qonur
rəngdə olur. Bundan başqa qaramal ətinin tərkibində birləşdirici toxuma az və
zərif halda olsada, camış ətində bir qədər çox və qabalaşmış-yoğun lif
şəklindədir. Camış ətinin tərkibində dəmir elementi çoxdur və bir sıra
xəstəliklərdə işlənməsi məsləhətdir. Camışların ət çıxarı
qaramaldan az, ətində
piyin ərimə temperaturu azca yüksəkdir. Camış ətində piyin rəngi də ağımtıl
rəngdədir. Odur ki, ətin tərkibində karotinin miqdarı inək ətinə nisbətən azdır.
Camışlar qaramala nisbətən 1 kq çəki artımına az yem sərf edir. Cavan camış əti
daha qidalı, şirəli və zərifdir. Odur ki, ət üçün cavan camış
ətindən istifadə
edilməsi daha məsləhətdir.
Camış südü inək südünə nisbətən daha yağlıdır. Onların südü yağ faizinə görə
zebu malının südünə çox yaxındır. Zebu və camış südündə 5-6%-ə qədər yağlılıq
olur. Lakin camış südündə karotinin miqdarı sıfır dərəcədir. Laktasiya ərzində bir
baş camışdan orta hesabla 1500-2200 kq süd, zebudan isə 1500-3500 kq süd əldə
edilir. Zebunun qaramaldan fərqləndirən fırın olmasıdır. Zebu və camışların
saxlanma və bəslənməsində çox da ciddi fərq olmur.