Yükqaldiran maşinlar fənnindən laboratoriya iŞİ №4 MÖvzu



Yüklə 203,9 Kb.
tarix10.05.2023
ölçüsü203,9 Kb.
#110413
Laboratoriya işi 4 YQNM


AZƏRBAYCAN TEXNİKİ UNİVERSİTETİ
MAŞINLARIN KONSTRUKSİYAEDİLMƏSİ KAFEDRASI
YÜKQALDIRAN MAŞINLAR fənnindən


LABORATORİYA İŞİ № 4
MÖVZU: STASİONAR XORTUMLU KRANIN ÖYRƏNİLMƏSİ

QRUP: 580a1 .


TƏLƏBƏ:Aydan Nəzərova
MÜƏLLİM: Anar Haciyev .
BAKI -2023


STASİONAR XORTUMLU KRANIN ÖYRƏNİLMƏSİ

Kran metalkonstruksiyadan hazırlanmış çərçivə üzərində. Metal çərçivəyə oynaq şəkildə qol bərkidilmişdir. Qoluqaldırıb endirməklə kranın qolunun uzunluğunu dəyişmək olur. Kranın qolunun uzunluğunu dəyişmək üçün ling sistemi və mexanizimi vardır.


Kranın qolunu və qaldıran yükü müvazinətləşdirdirmək üçün ling mexaniziminə əks yük qoşulur. Ling mexanizimi elə quraşdırılır ki,kranın qolunu qaldırıb endirdikdə əks yük də yerini dəyişir. Beləliklə, qolunu vəziyyətindən asılı olmayaraq müvazinət saxlanılır (şəkil1).

Şəkil 1. Stasionar xortumlu kran
Ling mexanizimi və qolu qaldırıb endirən mexanizim xüsüsi konstruksiyaları dayaq üzərində qurulmuşdur. Qolu qaldırıb endirən mexanizim mühərikdən, tormozdan, reduktordan və dişli çarx-dişli qabırğa ötrülməsindən ibrətdir. Qabırğanın bir ucu qola oynaq bərkidilir.
Qolun yuxarı ucuna oynaq şəkilində xortum bərkidilmişdir. Xortumun hər 2 ucunda tərpənməz oxda bloklar qurulmuşdur. Kranın xortumu da qaldırlıb endirən mexanizmlə təchiz edilmişdir. Bu mexanizm mühərrikdən,tormozdan,reduktordan və barbandan ibarətdir. Xortum kanat vasitəsi ilə qaldırıb endirilir. Xortumun hərəkəti qolun hərəkəti ilə sərt çubuq vasitəsi ilə əlaqələndirilir. Qol,sərt çubuq,xortum və kranın gövdəsi oynaq trapes təşkil edir. Hərəkət zamanı bu trapesin həndəsi forması dəyişir. Belə ki,xortumun sərbəst ucu həmişə düzxətli üfüqi hərəkət edir.
Kranın yükqaldırma mexanizmi mühərikdən, tormozdan, reduktorlardan və barabandan ibarətdir.
Beləliklə,bu kran yükü qaldırıb endirə bilir və əlavə olaraq qol və xortumun hərəkətləri ilə yükü nəql edə bilir.
Xortumlu kranlarda qarmaqdan asılan yükü qaldırmaq üçün yalnız barabanın fırlanma hərəkətindən istifadə edilir. Yükü nəql etmək üçün isə dirək və xortumun hərəkətdən istifadə edilir. Yükqalıran mexanizimdə polispastın kanatın hər 2 ucu barabana bağlanır. Baraban iki tərəflidir 2 dayaq üzərində quraşdırılmışdır. Baraban (4) hərəkət elektrik mühərikindən (1) ötrülür. Mühərriklə baraban arasında mufta (2) və reduktor (3) var. Mıftanın üzərində tormoz qoyulmuşdur. Mexanizimin polispastı ikiqat polispastır (şəkil 2).

Şəkil 2. Stasionar xortumlu kranın yükqaldırma mexanizminin sxemi
Kranın dirəyi (8) A dayağına xortumu (7) isə B dayağında oynaq birləşdirilmişdir. Yönəldici blokların 2 dəsti ( 6 və 9) xortumun uclarında digər dəsti (5) isə xortumla baraban arasında yərləşdirilmişdir. Qarmaq asqısındaki (10) blok (11) qərarlaşdırıcı blokdur.
ÖLÇÜ ALƏTLƏRİ: xətkeş və ştangenpətgar
ÖLÇÜ İŞLƏRİ: aşağıdakıları ölçməli:
- barabanın və blokların diametri: Db=Db1= 120 mm
- kanatın diametri: dK=4,1 mm
- ən böyük yükqaldıranın hündürlüyü: Hmax= 10 m=10000 mm
Hesablama işləri:
Aşağıdakiləri hesablamalı:
1. Polipastın ötürmə ədədi:

burada Zy=4 kanatın yük asılan qollarının sayı
ZB=2 kanatın baraban dolanan qolların sayı
2. Kranın iş rejimi:

Əgər e 15%-ə qədər çıxarsa yüngül iş rejimi 15%Buna uyğun olaraq kanatı hesablamaq üçün ehtiyyat əmsalını qəbul edirik. Yüngül iş rejimində K=5; Orta iş rejimində K=5,5 və ağır iş rejimində isə K=6.
3. Kanatdakı max qüvvə:

Burada Sq=9,75 kN = 9750 N kanatı qıran qüvvədir, kanatın diametrinə və konusturiksi-yasına görə sorğu cədvəllərindən qəbul edilir.
4. Kranın qaldıra biləcəyi yükün max qiyməti:
Q=Smax·a·i·ɳ= , kN
Burada a=2- polispastın qatlarının sayı;
ɳ=0,8 – yükqaldırma mexaniziminin f. i. ə. -dır.
5. Barabandaki fırladıcı moment:
M=Smax Db Nmm
6. Barabanın (kanatın) sürəti:
, m/dəq
burada t- yükün yerdən ən boyük hündürlüyə qaldırmasına sərf edilen zamandır. t=0,5 dəq. Qəbul etmək olar.
7. Barabanın fırlanma tezliyi:
= ,dövr/dəq
8. yükqaldırma mexaniziminin ötürmə ədədi:

burada nmüh. =1390 dövr/dəq- elektrik mühərikinin valının fırlanma tezliyidir.
Yüklə 203,9 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin