İstifadəsi
üzrə təlimat
ZEFLAVON
®
kapsul
ZEFLAVON
®
Tərkibi:
Hər kapsula daxildir:
Soya izoflavonoidləri
40 mq
Kalsium
120 mq
1. Soya izoflavanoidləri orqanizmdə fitoesterogenlərə, yəni bitki mənşəli esterogenlərə çevrilir. Bu da aşağıdakı
hallarda istifadə olunur.
a). Orta yaşlı qadınlarda esterogenlərin miqdarı normadan çox olduğu hallarda - bu zaman qadınlarda
mastopatiyalar, süd vəzisi xərçəngi və fibromiomalar əmələ gəlir. İzoflavonoidlər orqanizmdə esterogen
reseptorları ilə birləşir, esterogen hormonunun təsirini blokada edir və beləliklə də yuxarıda sadalanan
xəstəliklərin inkişafının qarşısını alır. İzoflavonoidlər, eləcə də, yumurtalıqlardan esterogen ifrazını
normallaşdırır.
b). Qadın orqanizmində esterogenlərin miqdarı kəskin aşağı düşdükdə - klimaks zamanı izoflavonoidlər təbii
məhsullardır və qadın orqanizminə heç bir zərər vermədən esterogen çatışmazlığının yerini doldurur və
klimaks zamanı meydana çıxan simptomları - bədənə istilik və soyuqluq hissinin gəlməsi, yuxu pozğunluğu,
oyanıqlıq, yorğunluq, yaddaşsızlıq, depressiya, əzələ və oynaq ağrıları və s. aradan götürür.
2. Bədxassəli şişlərin inkişafını ləngidir.
3. Osteogenezi stimullaşdırır, orqanizmdən kalsium itkisini azaldır.
4. Damarlarda aterosklerotik pərdələrin əmələ gəlməsini tormozlayır, qanda xolesterinin miqdarını azaldır, tromb
əmələ gəlməni ləngidir.
5. Qanda qlükozanın miqdarını azaldır.
6. Güclü antioksidantdır.
7. Spermatogenezi stimullaşdırır, xaya və prostat vəzin hüceyrə - toxuma strukturunu və funksiyalarını bərpa edir.
8. Kalsium sümük yumşalmasının qarşısını almaqla ətraflardakı və onurğadakı ağrıları yox edir.
9. İzoflavonoidlər dərini cavanlaşdırır, elastikliyini artırır, gözəlləşdirir.
10. Qadınlarda libidonu artırır, uşaqlıq yolunun epitelini möhkəmləndirir, əzələlərini tonuslandırır və normal cinsi
aktı təmin edir.
11. Qadınlarda hormonal statusu normallaşdırır.
12. İmmun sistemi möhkəmlədir.
Göstərişlər:
- Mastopatiyalar
və mastopatiyaönü vəziyyətlər
- Süd
vəzisi
xərçəngi, fibromiomaların profilaktikası və müalicəsi
-
Klimaks, klimakterik nevroz
-
Menstrual tsiklin pozğunluqları (dismenoreya, oliqomenoreya və b)
- Predmenstrual
sindrom
- Yumurtalıqların polikistozu
- Bədxassəli törəmələrin inkişafının profilaktikası
-
Hormonal sonsuzluq ( kişi və qadın)
- Cinsi
inkişafın ləng getməsi,
- Klimakterik
osteoparoz
- Qaraciyər sirrozu
-
Şəkərli diabet
- Piylənmə
- Ateroskleroz,
ÜİX
- Tromboflebitlər
Əks göstəriş: Həssaslıq, hamiləlik və laktasiya.
Əlavə təsiri: Müşahidə olunmamışdır.
Dozalanması: Gündə 2 kapsul su ilə içməli. 14-17 yaşda gündə 1 kapsul su ilə içməli.
Buraxılış forması: 60 kapsul.
Saxlanma şəraiti: Quru, qaranlıq və sərin yerdə saxlanılmalıdır.