Zorakılığa məruz qalmış azyaşlı və məktəb yaşlı uşaqların davranışlarında müşahidə edilən meyyarlar
Zorakılığa məruz qalmış yeniyetmələr, yetkinlik yaşında olan uşaqların davranışlarında müşahidə edilən meyyarlar
Cəmiyyətimizin normal inkişafını formalaşdırmaq üçün uşaqların həm fiziki və həm də psixi inkişafına nail olmaq lazımdır. Uşaqlara qarşı törədilən zorakılıq hərəkətləri onların normal inkişafına mane olan amillərdəndir.Uşaq zorakılığı zamanı bunun nə səbəbə yaranmasını, uşaqlara qarşı hansı neqativ davranışların göstərilməsini və bunun nəticəsində yaranan travmanı müəyyənləşdirmək vacibdir. Uşaqlara qarşı zorakılığın tərkibinə uşaq istismarını, onlara laqeyd münasibətin və şiddətin göstərilməsini, onlarla pis rəftar edilməsini aid etmək olar. İlk dəfə 1962-ci ildə Amerikada dərc olunan “Amerika Tibb Asossiasiyası” jurnalında uşaq psixiatrı Henry Kempe tərəfindən “xəsarət almış uşaq sindromu” termini işlədildi. Sonradan bu termin “uşaq istismarı” termini olaraq qəbul edildi.
Uşaqlara qarşı edilən zorakılığın aşağıdakı növləri vardır:
-Fiziki zorakılıq: Fiziki güc və ya müəyyən üsullardan istifadə edərək, uşaqlara qarşı qəsdən vurulan zədələrdir. Fiziki zorakılıq zamanı uşaqlara məcburi dərman preparatlarının və bəzi kimyəvi maddələrin qəbul etdirilməsi, uşaqların bədənlərinin müəyyən hissələrini yandırma və s. kimi hallarına rast gəlinir. Aparılan araşdırmalar nəticəsində müəyyən olunmuşdur ki, yanıq xəsarəti alan uşaqların 10 % ailə daxili zorakılığa məruz qalmışdır.
-Emosional zorakılıq: Uşaqların əsasən ailələri tərəfindən daim tənqid olunması, onlara qarşı alçaldıcı münasibət göstərilməsi, uşağın bütün hərəkətlərinə nəzarət, başqa insanlarla olan münasibətinə müdaxilə edilməsi şəklində özünü göstərir. Emosional zorakılığa məruz qalmış uşaqlarda tez-tez evdən qaçmalar, gərgin olmaq, başqaları ilə münasibətdə aqressivlik özünü göstərir.
Dostları ilə paylaş: |