Amerika Birləşmiş Ştatlarının ölkəmizdəki səfiri Riçard Morninqstar
Naxçıvanın görməli yerləri, tarixi abidələri ilə tanış olub
Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 5-ci
maddəsinin II hissəsinin 21-ci bəndini rəhbər tutaraq
qərara alıram:
Naxçıvan Muxtar Respublikasında kənd təsərrüfatı
sahəsində səmərəli fəaliyyətlərinə görə:
Kazımov Elman Kazım oğluna
Əliyev Səyyad Alnəzər oğluna
Məmmədov Aqil Müslüm oğluna – “Əməkdar
kənd təsərrüfatı işçisi” fəxri adı verilsin.
Naxçıvan Muxtar Respublikası
Ali Məclisinin Sədri
Vasif TALIBOV
Naxçıvan şəhəri, 1 noyabr 2012-ci il
“Əməkdar kənd təsərrüfatı işçisi”
fəxri adının verilməsi haqqında
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin
Sərəncamı
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 1-də BMT-nin
ölkəmizdə yeni təyin olunmuş rezident əlaqələndiricisi Antonius Broeki qəbul etmişdir.
BMT-nin ölkəmizdə yeni təyin olunmuş rezident əlaqələndiricisi Antonius Broek
etimadnamə məktubunu dövlətimizin başçısına təqdim etdi. Prezident İlham Əliyevin
rəhbərliyi ilə Azərbaycanın BMT-nin Təhlükəsizlik Şurasında geniş fəaliyyətinə
toxunan Antonius Broek təmsil etdiyi təşkilatla ölkəmiz arasında mövcud olan uğurlu
əməkdaşlığa görə dövlətimizin başçısına minnətdarlığını ifadə etdi.
Azərbaycan ilə BMT arasında fəal əməkdaşlığın uğurla davam etdiyini vurğulayan
Prezident İlham Əliyev bu əlaqələrin ölkəmizin BMT-nin Təhlükəsizlik Şurasının
üzvü olduqdan sonra səmərəli şəkildə daha da genişləndiyini dedi və Azərbaycanın
beynəlxalq təhlükəsizliyə və əməkdaşlığa öz töhfəsini verdiyini qeyd etdi. Azərbay-
can-BMT əlaqələrinin uzun tarixə malik olduğunu vurğulayan Prezident İlham Əliyev
Antonius Broekin ölkəmizdəki fəaliyyəti dövründə də əlaqələrimizin uğurla inkişaf
edəcəyinə əminliyini bildirdi.
Dostları ilə paylaş: |