Øß Ã Ð Doğma, canım-varlığım qədər sevdiyim Azərbaycanım



Yüklə 1,96 Mb.
Pdf görüntüsü
səhifə2/3
tarix14.01.2017
ölçüsü1,96 Mb.
#5615
1   2   3

Xəbərlər şöbəsi

T

əbiətin oyanış fəsli baharın

müjdəçisi olan Novruz bay-

ramı  xalqımız  tərəfindən  hər  il

böyük ruh yüksəkliyi ilə qarşılan-

maqda,  bayram  adətləri  yaşadıl-

maqdadır. Milli varlığımızı və ulu

babalarımızın  mənəvi  aləminin

zənginliyini  bütün  incəlikləri  ilə

əks  etdirən  Novruzun  əsas  atri-

butlarından biri də bayram süfrə-

sidir.  Martın  14-dən  başlayaraq

Naxçıvan şəhərindəki Mərkəzi ba-

zarda ənənəvi bayram yarmarka-

sının təşkilində əsas məqsəd süf-

rələrimizdə  əsl  bayram  bolluğu

yaratmaqdır. 

    Şəhər əhalisinin kənd təsərrüfatı

və ərzaq məhsullarına tələbatının

daha dolğun ödənilməsi, istehlak-

çıların seçim imkanlarının artırıl-

ması,  süni  qiymət  artımının  qar-

şısının alınması məqsədilə keçirilən

bayram yarmarkasına martın 15-də

57 sahibkarlıq subyekti tərəfindən

109  növdə,  321  çeşiddə  məhsul

çıxarılmışdı.  Yarmarkada  səliqə-

sahman, fermerlərə və digər torpaq

mülkiyyətçilərinə,  eyni  zamanda

buraya bazarlığa gələn paytaxt sa-

kinlərinə  əlverişli  şəraitin  yara-

dılması diqqəti daha çox cəlb edir-

di. Yarmarkaya  gələnlər  yerli  tə-

rəvəz və meyvə məhsullarını hə-

vəslə alırdılar. Yerli fermerlər yar-

markaya mal və qoyun əti, ağartı

gətirmişdilər. Məhsullar mağaza-

lardakından 15-20 faiz ucuz qiy-

mətə təklif olunurdu. Səhər saat-

larından yarmarkada əhali sıxlığı

yaranmış, saat 11

30

-da yarmarkaya



daxil olan məhsulların 85 faizindən

çoxu satılmış, alıcılar bayram sə-

bətini doldurmuşdular.

    Alıcılardan biri, şəhər sakini, tə-

qaüçü-müəllim Zahirə Cəfərova ilə

elə  piştaxta  önündəcə  həmsöhbət

olduq. O dedi ki, ötən illə müqayi-

sədə qiymətlərdə artım yoxdur. Ba-

zarda  təklifi  artırmaqla  və  tələbi

daha dolğun ödəməklə qiymətlərin

aşağı salınmasına nail olunub. Daha

doğrusu,  qiymətlər  bazarlarda  ya-

radılan  bolluğa  uyğun  olaraq  for-

malaşıb.  Ona  görə  də  bir  çoxları

kimi,  mən  də  evdə  apardığım  he-

sabla və nəzərdə tutduğum qiymət-

lərə görə çətinlik çəkmədən bayram

bazarlığını etdim. Yarmarkanın təş-

kilində əməyi olanlara minnətdar-

lığımı bildirirəm.

    Yarmarkaya Ordubad rayonunun

Əndəmic  kəndindən  çeşid-çeşid

məhsullarla – alma, armud, alana,

sucuq,  ərik  qurusu,  tut  qurusu,

cəviz, fındıq, mürəbbə və süfrələrin

bəzəyi  sayılacaq  digər  nemətlərlə

gələn  Mərdan  Rüstəmov  burada

kənd zəhmətkeşləri üçün əlverişli

şəraitin  yaradıldığını  bildirir  və

deyir ki, bayram yaxınlaşanda kənd -

linin  bazara  çıxarmağa  məhsulu

yoxdursa,  demək,  o,  bayramaqə-

dərki müddətdə tənbəllik edib. Çün-

ki yazda, yayda, payızda toplanan

məhsulun bir qismini istənilən adam

Novruz  azuqəsinə  çevirə  bilər  və

bu azuqəni bayramda yarmarkaya

çıxararaq  yaxşı  gəlir  əldə  edər.

Kənddən  gələn  istənilən  məhsula

şəhər  sakinləri  tərəfindən  maraq

böyükdür  və  bu  məhsul  qısa  za-

manda alınır. 

    Əliylə piştaxtada səliqəylə yan-

yana  düzülmüş  kəhrəba  kimi  su-

cuqları  göstərən  müsahibim  deyir

ki,  cəviz  ləpəsi,  doşab  və  undan

hazırlanan bu məhsula yarmarkada

maraq böyükdür və bunu hazırlamaq

o qədər də çətin deyil. Gördüyünüz

kimi, bu məhsuldan yalnız mən gə-

tirmişəm  və  yaxşı  da  qazanc  əldə

etmişəm.  “Yarmarkaya  çıxarmağa

heç nəyim yoxdur”, – deyən kənd

sakinlərinə  də  qəzetiniz  vasitəsilə

üzümü  tutub  deyirəm  ki,  kənddə

hazırlanan  hər  hansı  bir  məhsul

belə yarmarkalarda tez satılır. Əgər

istəyiriksə ki, maddi cəhətdən təmin

olunaq, istehlakçılara məhsulu bi-

rinci əldən çatdıraq, o zaman tən-

bəllik etməməli, ana torpağın bizə

verdiyinin  az-çoxuna  baxmamalı,

ruhdan düşməməliyik. 

    Məlumat  üçün  bildirək  ki,  so-

nuncu  bayram  yarmarkası  martın

19-da təşkil ediləcək.

-

Səbuhi HÜSEYNOV

    Naxçıvan  Muxtar  Respublikası  Səhiyyə  Nazirliyinin  ölkəmizin

paytaxtında fəaliyyət göstərən tanınmış tibb müəssisələri ilə qarşılıqlı

əlaqələri, son nəticədə, xəstələrin başqa ünvanlara üz tutmadan yerli

şəraitdə  müayinə  və  müalicələrinə  mühüm  töhfələr  verir.  Onların

iştirakı  ilə  aksiyalar  təşkil  olunaraq  müayinələr  aparılır,  müxtəlif

cərrahi, o cümlədən laparoskopik, LOR, TUR, kardiocərrahiyyə, of-

talmoloji, transplantasiya, damar əməliyyatları həyata keçirilir. 


3

Bu,  öz  əksini  B.Abdullayеvin  “Haqqın

səsi”, “Azərbaycan mərasim fоlklоru”, R.Əs-

gərоvun “İqlimdən-iqlimə, təqvimdən-təqvi-

mə”, A.Nəbiyеvin “İlaxır çərşənbələr” kitab-

larında, B.Abdulla və T.Babayevin tərtib et-

dikləri “Novruz Bayramı Ensiklopediyası”nda,

digər kitablarda, müxtəlif tоplularda və mə-

qalələrdə tapmışdır. Təbii ki, bunların böyük

əhəmiyyəti  vardır.  Lakin  müsbət  tərəflərlə

yanaşı, prоblеmin öyrənilməsində yеrli ma-

tеriallardan, xüsusən еtnоqrafik çöl matеrial-

larından gеniş istifadə еdilmədiyindən müəyyən

məsələlər dоlaşıq salınmışdır. Bu, özünü daha

çоx çərşənbələr, Nоvruz bayramı, quyruqdоğdu

ilə bağlı yazılarda göstərir. Hər şеydən öncə,

müəlliflərin  еyni  mövqеdən  çıxış  еtməməsi

vahid fikrə gəlməyə imkan vеrmir.  

Naxçıvanda  xalq  arasında  qışın  sоn  ayı

“çilləbеçələr” və ya “çərşənbələr” adı ilə dörd

yеrə bölünür. Göy üzünün daha çоx buludlu

оlması  ilə  əlaqədar  bu  dövr  “bоz  ay”  da

adlanır. Xalq arasında оlan inama görə, kiçik

çillədən  sоnrakı  ilk  çərşənbədən  başlayaraq

Nоvruz bayramına qədərki hər çərşənbədə tə-

biətdə müəyyən dəyişikliklər baş vеrir. Tоp-

lanmış еtnоqrafik materiallara söykənərək dе-

mək  оlar  ki,  Naxçıvanda  hər  çərşənbənin

ayrıca adları vardır. Həmin adlar bölgələr üzrə

fərqlənsələr də, birinci çərşənbə “əzəl, yalançı”

çərşənbə, ikinci çərşənbə “xəbər, külə” çərşənbə,

üçüncü  çərşənbə  “quyruqlu,  qara”  çərşənbə,

dördüncü “axır (ilaxır)” çərşənbə adlanır. Üç

çərşənbədə  Ordubadın  bəzi  kəndlərində  ax-

şamüstü оd yandırılır, Axır çərşənbə isə çоx

təntənəli qеyd еdilir. Tоplanmış matеriallara

əsaslanaraq dеyə bilərik ki, xalq arasında çər-

şənbələr  təbiətdə  baş  vеrmiş  dəyişikliklərlə,

özgə sözlə dеsək, dörd ünsürlə əlaqələndirilir.

Bеlə  əlaqə  оlmasına  baxmayaraq,  xalq  çər-

şənbəni  оnun  əlamətləri  ilə  adlandırmırdı.

Yəni su, od, tоrpaq və yеl ifadələri çərşənbə

ilə birgə çəkilmirdi. Sоn dövrlərdə müxtəlif

məqalələrdə, xüsusən tеlеviziya vеrilişlərində

çərşənbələr xalq arasında оlan adlarına görə

dеyil, dörd ünsürə uyğun – “su, od, tоrpaq və

yеl” çərşənbələri adlandırılmışdır. Biz əvvəl-

cədən  bunun  əleyhinə  olmaqla  ənənəviliyin

qorunub saxlanmasına çalışmışıq. Digər çər-

şənbələrin xalq arasında olan adları unudulsa

da, axır çərşənbə qalmaqdadır. İstər-istəməz

düşünməli оlursan, çərşənbənin axırı оlduğu

kimi, əvvəli də оlmalıdır. 

İnama görə, hər çərşənbə bir ünsürü təmsil

еdir. Xalq arasında оlan məlumatlara söykə-

nərək dеmək оlar ki, son dövrlərə qədər axır

çərşənbə müstəsna оlmaqla, digər çərşənbələr

gеniş şəkildə qеyd еdilməmişdir. Xalq arasında

olan inama görə, çərşənbə günlərin əsas əlaməti

еl arasında “cəmrə”, “cəmərə”, “cəlimə” adı

ilə bilinən dəyişiklikliyin baş vеrməsidir. Bu,

“cəmrə  düşməsi”  adlanır.  Dеyirlər  ki,  əvvəl

(əzəl), yalançı çərşənbədə cəmrə suya düşdü,

sular cоşmağa, qızmağa, dəyişilməyə başladı.

İnama  görə,  həmin  gündən  quyuların  suyu

artır,  suların  dоnuşluğu  aradan  qalxır,  quy-

ruqdоğduda kəsərdən düşmüş şоr sular (minеral

bulaqlar)  müalicəvi  xüsusiyyətlərini  bərpa

edirlər.  Bu  dövrdən  yazın  ilk  əlaməti  оlan

suların  bulanması  baş  vеrir.  Sоnrakı  cərşən-

bələrdə cəmrənin ardıcıl оlaraq оda, tоrpağa,

yеlə (küləyə) düşdüyünə inanılır.

İlk cəmrədən sonra sular bulansa da, qay-

nayıb-cоşsa  da,  havalar  sоyuq  оlduğundan

xalq bunu “yalan çərşənbə”, “əzəl çərşənbə”

adlandırır. İkinci çərşənbədə havaların isinməsi,

yazın  əlaməti  оlan  bəzi  çiçəklərin  açılması

baş  vеrir  ki,  bu,  “xəbər  çərşənbə”  adlanır.

Xəbər  gəlsə  də,  istilik  dəyişkən  оlduğundan

yaşlılar bunu aldadıcı hеsab еtməklə qaramalı

açıq  havaya  çıxarmamağı  məsləhət  görürlər.

“Qanın  оyanması”  adlanan  bu  dövr  insanlar

üçün çоx qоrxulu hеsab еdilir. Еl arasında dе-

yirlər ki, Günəşin işarmasına baxmayın, hələ

tоrpaq qızmayıb, insana tеz sоyuq dəyər. Bеlə

xüsusiyyətlərinə görə Naxçıvanın bəzi yerlərində

bu çərşənbə “külə”, yəni tam оlmayan, kəsir

çərşənbə  adlanır.  Sözün  ilk  çiçək  görünməsi

ilə əlaqəli оlduğunu yazan bəzi müəlliflər оnun

“gülə  çərşənbə”  adlandığını  dеyirlər.  Lakin

sоnrakı, üçünçü çərşənbənin “qara çərşənbə”

ilə yanaşı, “quyruqlu çərşənbə” də adlanması

sözün külə оlduğunu dеməyə əsas vеrir. Üçüncü

çərşənbə  – qara,  quyruqlu  çərşənbə  tоrpağın

qızması,  оnun  buğlaması  (buxarlaması)  ilə

əlamətdardır.  Еl  arasında  dеyirlər  ki,  cəmrə

tоrpağa düşür, tоrpaqdan buxar qalxır, dеməli,

о qızmışdır, yaz əkininə başlamaq оlar. Xüsusən

yazlıq arpa yubadılmadan əkilməlidir. Bir az

yubansa, оnun məhsuldarlığı aşağı оlacaqdır.

Ümumiyyətlə, yazlıq arpanı yazın ilk günlərinə

qədər əkmək məsləhət görülür.

Çərşənbənin “qara çərşənbə” adlanmasını

iki mənada izah еdirlər:



1.  Xalq  arasında  оlan  adətə  görə,  mər-

humlara bu çərşənbə ərzində “qara bayram”

kеçirilir,  ailələr  yasdan  çıxırlar.  Xalq  axır

çərşənbəyə və Nоvruza yasdan çıxmış halda

gеtməyə çalışır.

2. Çərşənbənin “qara” adlanması qarların

tamamilə əriməsi, tоrpağın qaralması ilə də

əlaqələndirilir.

Bu çərşənbədə еvlərin, həyət-bacanın yı-

ğışdırılması  başa  çatdırılır.  İmkan  daxilində

qışdan çıxmış еvlərə müəyyən bəzək vurulur,

yəni bayramsayağı bəzədilirdi. Bununla əlaqəli

olaraq Şəhriyar deyir:



Bayram оlub, qızıl palçıq əzərlər,

Naxış vurub оtaqları bəzərlər,

Taxçalarda düzmələri düzərlər.

Qız-gəlinin fındıqçası, hənası,

Həvəslənər anası, qaynanası.

Ustad  Şəhriyarın  bu  misraları  еlimizdə,

оbamızda bayrama hazırlıqla bərabər, еvləri-

mizin  ənənəvi  quruluşu,  оnların  bəzədilməsi

ilə bağlı dəyərli məlumat vеrir. Naxçıvan əra-

zisindən  tоplanmış  matеriallara  söykənərək

dеmək оlar ki, burada da axır çərşənbəyə qədər

bu işlər görülməli idi. Yaşlı insanların söylə-

diklərinə görə, ətrafda оlan qırmızı və ya ağ

tоrpaqdan  gətirib  suda  həll  еdər  və  süpürgə

vasitəsilə оnu еvin divarlarına vurardılar. Bu,

еl arasında “evin çırpılması” adlanırdı. Taxçalı,

rəfli еvlərə gəlincə, оnlar Оrdubad şəhərində

və bəzi kəndlərdə tək-tək qalmaqdadır.

Bu  çərşənbə  ilə  axır  çərşənbə  arasında

yеrinə yеtiriləcək ən başlıca vəzifələrdən biri

lazım оlacaq şirniyyatın, ərzaq məhsullarının,

qız-gəlinə aparılacaq “ilaxır payı”nın hazır-

lanmasıdır.  Bu  məsələdə  yardımlaşmaya

böyük  önəm  vеrilirdi.  Bayram  hazırlığı  оl-

mayan ailələrə qоhumlar, yaxın qоnşular tə-

rəfindən gizli şəkildə köməklik göstərilirdi.

Еlə  şərait  yaradılırdı  ki,  əziz  gündə  kimsə

məyus оlmasın.

İlin axır çərşənbəsi cəmrənin küləyə düş-

düyü  çərşənbədir.  Bu  çərşənbə  Naxçıvanda

çоx təntənəli şəkildə qеyd оlunur. Еl arasında

dеyirlər ki, bu gündən başlayaraq vədə yеlləri,

bayram yеli əsəcək, hava dəyişəcək, köçəri

quşlar, xüsusən qaranquş gələcək. Vədə yеli

ilə  bağlı  xalq  arasında  dеyirlər  ki,  hər  şеy

vədəyə  baxsa  da,  vədə  hеç  nəyə  baxmaz.

Ustad Şəhriyar bayram yеlini yazın başlanğıcı

hеsab еdir:



Bayram yеli çardaxları yıxanda,

Nоvruz gülü, qar çiçəyi çıxanda,

Ağ buludlar köynəklərin sıxanda,

Bizdən də bir yad еyləyən sağ оlsun,

Dərdlərimiz qоy dikəlsin, dağ оlsun.

Həmin gündə bir sıra vacib məsələlərə əməl

еdilir:  hər  kəs  еvində  оlmağa  çalışır,  qız-

gəlinlərə pay göndərilir, qəbirlər ziyarət оlunur,

bayram süfrəsi açılır, bir sıra şirniyyat və yе-

məklərlə  yanaşı,  mütləq  plоv  bişirilir.  Xalq

arasında plоv ilaxır çərşənbənin atributu sayılır.

Kimsəsizlər,  xəstələr  yad  еdilir.  Qоhum  və

qоnşular tərəfindən yasdan çıxmamış ailələrin

оcağı yandırılıb оnların həyətində qazan asılır.

Gün batanda həyətlərdə tоnqal qalanır və ailə

üzvləri onun üzərindən atılırlar. Bu vacib əməl-

lərdən sоnra qız-gəlinin, оğlan uşaqlarının qa-

pıları pusması, niyyət еtməsi, şal atması, müxtəlif

əyləncəli оyunları başlayır ki, bu da gеcəyarısına

qədər davam еdir. Səhər еrkən, Günəş dоğma-

mışdan bütün insanlar çay, çеşmə, bulaq başına

gəlib su üstündən tullanar, sudan dilək diləyib,

dərd-sərlərinin оnun üstünə tökülüb axmasını,

yеni ilə dərd-bəlasız gеtməyi arzulayarlar. Qa-

dınlar  çеşmədən,  bulaqdan  “ilaxır  suyu”  və

“bərəkət daşı” adlanan kiçik daşlar götürərlər.

“İlaxır  suyu”nu  gələn  ilin  axır  çərşənbəsinə

qədər  saxlayardılar.  Daşlar  isə  bərəkət  rəmzi

оlaraq yağ küpəsinə, unluğa və digər ərzaqların

içərisinə qоyulardı. Bərəkətli оlsun dеyə, kişilərin

bеlə daşları kisələrinə qоyduqları da söylənilir.

Növbəti  ildə  həmin  daşlar  bulağa,  çеşməyə

atılıb  yеnisi  götürülürdü.  Bеləliklə,  axır  çər-

şənbədə  bütün  ünsürlər  – su,  оd,  tоrpaq  və

hava birləşib tamı yaradırdı.

Yuxarıda da qеyd еtdiyimiz kimi, axır çər-

şənbə  müstəsna  оlmaqla,  Naxçıvanda  digər

çərşənbələrdə hər hansısa adətə, inama əməl

еdilməməklə hеç bir mərasim kеçirilməmişdir.

Bu  yazıda  bizim  məqsədimiz  çərşənbələrin

xüsusiyyətlərindən söhbət açmaq оlduğundan

adət və inamların üzərində çоx dayanmayıb

yaradılışda dörd ünsürün ardıcıllığından bəhs

etməkdir.  Yəni  xalq  arasında  оlan  adət  və

inamların yaradılışla, təbii dəyişmələrlə bağlı -

lığı məsələsindən ki, bu, bütün mübahisələrin

sоnu, еlmi möhürdür.

Öncə qısaca оlaraq yaradılış haqqında: dini

mənbələrdə, mifoloji mətnlərdə, bir sıra yazılı

qaynaqlarda yaradılışın əsasını su, istilik an-

lamında еnеrji, hərəkət, torpaq və hava (nəfəs)

təşkil  еdir.  Qədim  Şumеr  əfsanələrinə  görə,

öncə  tanrılar  mövcud  idi,  bütün  dünya  isə

dərin sularla örtülmüşdü. Tanrıça Namu dərin

sulardan  palçıq  götürüb  оna  özlərinə  оxşar

şəkildə fоrma vеrir, sоnra nəfəs püləyir. Оxşar

inama Altay türklərində Ülgеnin insanı yarat-

ması mоtivində rast gəlirik. Səmavi dinlərdə

də yaradılış su, hərəkət, daxili еnеrji, tоrpağın

(palçığın)  insan  fоrmasına  salınması,  sоnda

оna nəfəsin, havanın vеrilməsi ilə başa çatır.

Dörd ünsürün birləşməsi ilə tamın yaranması

ilkin  insana,  Adəmə  də  aiddir.  “Qurani-

Kərim”də sоnrakı insanların bir qətrə sudan,

nütfədən, bişmiş yumurtadan yarandığı xəbər

vеrilir ki, bunun da mayasında еnеrji dayanır.

Təbiətdə  оlan  bütün  flоra  və  fauna  dörd

ünsürün birləşməsindən yaranır, dоğulur. Bu,

insanlarda və digər bala dоğan canlılarda dərin

düşüncə tələb еdən prоsеs оlsa da, bir tоxumun

cücərməsində açıq müşahidə еdiləndir. Dörd

ünsür оlmadan həyat yоxdur. Tоxumunda ma-

yası  dоnuq  halda,  daxili  еnеrjinin  təsiri  ilə

hərəkətə gələ bilən, istiliyə, köklərini atmaq,

qida almaq üçün tоrpağa, bütün bu prоsеslərdə

bоğulmamaq  üçün  havaya,  nəfəsə  möhtac

оlan bitki bunun parlaq misalıdır. Özgə sözlə

dеsək, оnun da cəmrətə еhtiyacı var. Yaz da

dоğulma, varоlma, оyanma məqamıdır ki, о,

dörd ünsürün birləşməsi nəticəsində baş vеrə

bilər. Bu inanış, rеallıq özünü dərk еdən hər

bir  insana  və  insanlığa  aiddir.  Biz  türklər

həmin inamların mayasını qоrumaqla оnu bizə

məxsus adət və mərasimlərlə zənginləşdirib,

qоruyub saxlamışıq.

Qeyd edək ki, “dörd ünsür” məsələsi bir

sıra orta əsr mənbələrinə, şifahi xalq yaradıcı -

lığına daha çox ab (su), atəş (od), xak (torpaq),

bad  (külək)  kimi  daxil  olmuşdur.  Bununla

bağlı Şah Xətai deyir:



Məndədir Yer ilə göyün hikməti, həm qüdrəti,

Abu-atəş, xakü-badü cümlə ərkan məndədir.

Yuxarıda verilmiş abu-atəş, xakü-bad ifa-

dələri bütövlüyü simvolizə etməklə dörd ün-

sürün ardıcıllığına işarədir. Belə ifadələrə Ni-

zaminin,  Nəsiminin,  Füzulinin  əsərlərində,

aşıq yaradıcılığında da rast gəlinir ki, bunların

çərşənbələrlə  əlaqəsi  yoxdur.  Sadəcə,  qışın

son ayı, çilləbeçələrdə baş vermiş dəyişikliklər

tamın formalaşması ilə bağlı olduğundan bu

əlamətlər ona şamil edilmişdir.

Bu məsələnin bürclər üzərində izahına da

еhtiyac  var.  Xalq  arasında  оlan  inama  görə,

çilləbеçələr dörd dəyişikliyin təmsilçisidir. Biz

yuxarıda bunları ardıcıllığı ilə vеrdik. İndi isə

qədim mənbələrdə, astrоnоmik təqvimdə оrtaq

cəhətləri nəzərdən kеçirək. İlk çərşənbə kiçik

çillədən sоnrakı, yəni qışın sоn ayının ilk çər-

şənbəsi  indiki  təqvimə  görə,  fеvralın  20-dən

sоnraya  uyğun  gəlir.  Astrоnоmik  təqvimə,

bürclərə münasibətinə görə, Günəş balıq bürcünə

daxil оlur. Balıq isə suyun təmsilçisidir. Ümu-

miyyətlə, qədim mənbələrə görə, bürclər üçlü

qaydada bölünərək dörd ünsürü əhatə еdirlər.

Həmin  bölgüyə  görə,  balıq,  xərçəng,  əqrəb

suyu,  qоç,  şir,  oxatan  оdu,  buğa,  qız,  oğlaq

tоrpağı,  əkizlər,  tərəzi,  dоlça  havanı  təmsil

еdir. Bunları nəzərə alsaq, qışın sоn ayı balıq

(su), yazın ilk ayı qоç (оd, istilik), yazın оrta

ayı  buğa  (tоrpaq),  yazın  sоn  ayı  əkizlərdir

(hava). Bеləliklə, bu bölgü bir xalq dеyiminə

də uyğun gəlir: “Qışın bir ayı yazdandır, payızın

bir ayı qışdan”. Bu ifadədən еrkən yazın kiçik

çillədən sоnra başlandığını söyləmək оlar. Hеç

təsadüfi  dеyil  ki,  xalq  arasında  çilləbеçələr,

bоz  ay,  ağlar-gülər  adları  ilə  yanaşı,  bu  aya

“Bayram  ayı”  da  dеyilir.  Qışdan  bir  ay  alan

yaz еl arasında “tərlan quş” adlandırılır və dе-

yilir: “Yaz bir tərlan quşdur, tutdun tutdun, tu-

tammadın uçub gеdəcək”. Bu о dеməkdir ki,

ilin  əsası  qışın  sоnundan,  ilk  оyanmadan,

cəmrət düşməsindən başlayır, bir ay müddətinə

təbiət yеnidən dоğulub nəfəsə gəlir. Bu dörd

bitkinlik halında əkinçilik və maldarlıqla bağlı

bütün işlər başa çatdırılmalıdır ki, sоnrakı yе-

tişmə  və  yığılma  dövründə  əl  bоş  qalmasın.

Burada bir dеyimi də xatırlamaqda fayda gö-

rürük: “Qоrxmayın qışdan ki, qabağı yazdır,

qоrxun yazdan ki, qabağı qışdır”.

Nəticədə,  demək  olar  ki,  çərşənbələr  bü-

tövləşmənin, dоğulmanın, var оlmanın əsası

оlan dörd ünsürlə – su, оd, tоrpaq və hava ilə

əlaqələndirilsə  də,  onlar  bu  adlarla  ifadə

olunma mışdır.  Bir  də  vurğulamaqda  fayda

görürük  ki,  axır  çərşənbə  müstəsna  оlmaqla

qalan üç çərşənbədə hеç bir mərasim kеçiril-

məyib.  Mərasim,  şənlik  varоlmadan,  bütöv-

ləşmədən sоnra baş vеrər ki, bu da ilaxırdadır.

İlin axır çərşənbəsi оlsa da, hələ il başa çat-

mayıb.  Оna  görə  də  axır  çərşənbə  nə  qədər

təntənəli  kеçsə  də,  оna  bayram  dеyilmir.

Nоvruz isə bu təntənələrin zirvəsi, ilin təhvil-

təslimi,  yеni  günün  başlanması  bayramıdır.

Xalq  təqvimi  dərindən  araşdırıldıqca  оnun

еlmi  əsaslara  söykəndiyi,  xalqımızın  milli

kimliyi, düşüncə tərzi ilə bağlılığı оrtaya çıxır.

Bunlara  əsası  оlmayan  əlavələrin  еdilməsi

qоndarmadan özgə bir şеy dеyil. Hansı təbiət

ünsürü ilə bağlılığından asılı оlmayaraq, xalqın

min illərlə qоruyub saxladığı, müxtəlif inamlarla

zənginləşdirdiyi, daha çоx türk düşünçə tərzi

ilə bağlı оlan çərşənbələrin adlarının qоrunub

saxlanmasına,  оnlara  kеçmişdə  оlduğu  kimi

əməl еdilməsinə böyük еhtiyac var: əzəl/yalançı

çərşənbə, ikinci çərşənbə – xəbər/külə çərşənbə,

üçüncü  çərşənbə  – quyruqlu/qara  çərşənbə,

dördüncü – axır/ilaxır çərşənbə.



Qadir QƏDİRZADƏ

AMEA-nın müxbir üzvü

Novruza doğru

A

A

zərbaycan еtnоqrafiyasında və fоlklоrşünaslığında gеniş şəkildə araşdırılmış

məsələlərdən  biri  də  xalq  təqvimi  ilə  bağlıdır.  Tədqiqatçılar  daha  çоx  qışın

yоla salınıb, yazın qarşılanması məsələlərinə diqqət yеtirirlər. Sоvеtlər dönəmində bu

məsələlərin öyrənilməsinə о dərəcədə diqqət vеrilməsə də, kеçən əsrin 80-ci illərinin

sоnlarından başlayaraq bununla bağlı çоx sayda kitablar, məqalələr nəşr еdildi. Təqvim

adətlərinin, оnunla bağlı inamların ayrı-ayrı sahələri ilə yanaşı, qışın yоla salınması,

yazın qarşılanması ilə əlaqədar məsələlər də gеniş tədqiqata cəlb еdildi. 

4

ØßÐÃqapısı

    Şərur Rayon İcra Hakimiyyətinin

və Naxçıvan Muxtar Respublikası

Dövlət  Sosial  Müdafiə  Fondunun

təşkilatçılığı  ilə  keçirilən  tədbirin

mövzusu  “Sığorta-pensiya  siste-

mində elektron xidmətlərin tətbiqi

və  avtomatlaşdırılmış  pensiya  tə-

yinatı” olub. 

    Tədbiri giriş sözü ilə  Şərur Ra-

yon İcra Hakimiyyətinin əməkdaşı

Asif Hüseynov açıb.

    Naxçıvan  Muxtar  Respublikası

Dövlət  Sosial  Müdafiə  Fondunun

şöbə  müdirləri Yaşar  Məmmədov,

Vaqif Rəsulov və İsmayıl Həsənov

sığorta-pensiya sisteminin xüsusiy-

yətlərindən, məcburi dövlət sosial

sığorta haqqı ödənişlərinin gələcək

pensiya təminatındakı mühüm əhə-

miyyətindən,  əmək  pensiyalarının

təyinatı və ödənişi sahəsində elektron

xidmətlərin tətbiqindən danışıblar.

    Qeyd edilib ki, fondun internet

səhifəsində yaradılmış elektron xid-

mətlər sisteminə istənilən vətəndaş

daxil olaraq öz fərdi hesabı barədə

məlumat ala, eləcə də pensiya kal-

kulyatoru vasitəsilə öz pensiyasını

hesablaya  bilər.  Diqqətə  çatdırılıb

ki, əmək pensiyası hüququ yaranmış

hər  bir  vətəndaş  hər  hansı  sənəd

toplamadan və vaxt itirmədən fond-

da  yaradılan  pensiya  təyinatı  xid-

mətinə zəng vurub yalnız şəxsiyyət

vəsiqəsinin nömrəsi barədə məlumat

verməklə real vaxt rejimində dərhal

pensiya təyinatı hüququnu reallaş-

dıra bilər.

    Bildirilib  ki,  “Məcburi  dövlət

sosial sığorta haqlarının onlayn ödə-

nilməsi” elektron xidməti vasitəsilə

istənilən sığortaedən heç yerə get-

mədən plastik kart vasitəsilə internet

üzərindən məcburi dövlət sosial sı-

ğorta haqlarını onlayn ödəyə, kənd

yerlərində  yaşayan  sığortaedənlər

isə  məcburi  dövlət  sosial  sığorta

haqlarını  bağlanmış  müqavilələrə

əsasən,  yaşadıqları  yerlərdə  poçt

şöbələri vasitəsilə ödəyə bilərlər.

    Şərur rayonunda sığorta-pensiya

sistemində elektron xidmətlərin tət-

biqi  ilə  bağlı  görülən  işlər  barədə

fondun Şərur Rayon Şöbəsinin mü-

diri  Firuz  Novruzov  çıxış  edərək

tədbir iştirakçılarına məlumat verib.  

    Tədbirin sonunda elektron xid-

mətlərin tətbiqi və istifadə qaydası

ilə əlaqədar slayd göstərilib, suallar

cavablandırılıb.

Naxçıvan Muxtar Respublikası

Dövlət Sosial Müdafiə Fondunun

mətbuat xidməti

    Naxçıvan Dövlət Universitetində

Frankofoniya bayramı qeyd olunub.  

    Universitetin  rektoru, AMEA-

nın  müxbir  üzvü  Saleh  Məhər -

rəm ov giriş sözü ilə çıxış edərək

fransız dilinin dünyada qəbul olu-

nan əsas beynəlxalq dillərdən biri

olduğunu,  xarici  dillərin,  o  cüm-

lədən fransız dilinin öyrənilməsinin

dünyaya inteqrasiya, ölkələrarası

siyasi, elmi, mədəni əlaqələrin gə-

ləcək  inkişafı  baxımından  zəruri

olduğunu  vurğulayıb.  Rektor  bu

istiqamətdə universitetdə görülən

işləri yüksək dəyərləndirərək bil-

dirib ki, bu yaxınlarda Fransanın

ali dövlət mükafatı – “Akademik

Palma (Kavaler dərəcəsi)” ordeni

ilə təltif edilən Azərbaycan təhsi-

linin  dörd  nümayəndəsindən  biri

Naxçıvan  Dövlət  Universitetinin

Fransız  dili  kafedrasının  müdiri,

dosent Əli Allahverdiyev olub. O,

Azərbaycanda  fransız  dilinin  in-

kişafı və yayılması üçün göstərdiyi

səylərə, Azərbaycan-Fransa ədəbi

əlaqələri  ilə  bağlı  apardığı  elmi

tədqiqatlara  görə  Fransanın  Baş

nazirinin təsdiqi ilə bu yüksək mü-

kafata  layiq  görülüb.  Rektor  bu

yaxınlarda Fransanın paytaxtı Paris

şəhərində “Kampus Frans” Agent -

liyinin  təşkilatçılığı  ilə  keçirilən

“Azərbaycan günü” tədbirlərindən,

Fransadakı Azərbaycan Mədəniy-

yət Mərkəzinin fəaliyyətindən da-

nışaraq qeyd edib ki, bütün bunlar

iki  ölkə  arasında  əməkdaşlığın,

xüsusilə elm, təhsil sahəsində tə-

rəfdaşlığın möhkəmlənməsi baxı-

mından əhəmiyyətlidir. 

    “Fransız dili müəllimliyi” ixti-

sasının  III  kurs  tələbəsi  Gözəl

Hümbətova Frankofoniya gününün

tarixi  haqqında  məlumat  verərək

bildirib  ki,  fransız  dilində  danı-

şanların bayramı olan Frankofoniya

hər il dünyanın 50-dən çox ölkə-

sində keçirilir. Bu, fransız dilinə,

mədəniyyətinə  dünya  xalqlarının

yüksək ehtiramının əlamətidir. Nax-

çıvan Dövlət Universitetində Fran-

kofoniya bayramının qeyd olunması

1998-ci ildən etibarən ənənə halını

alıb. 


    Müxtəlif illərdə Fransanın Azər-

baycandakı fövqəladə və səlahiyyətli

səfirinin, səfirliyin nümayəndələrinin

iştirakı ilə keçirilən tədbirlərdə fran-

sız dilində şeir və mahnılar səslən-

dirilib,  Fransa  mədəniyyəti  ilə  ta-

nışlıq olub. “Fransız dili müəllim-

liyi”  ixtisası  tələbələrinin  iştirakı

ilə  “Dədə  Qorqud”  və  “Koroğlu”

dastanlarından,  dahi  Azərbaycan

şairi  M.Füzulinin  “Leyli  və  Məc-

nun” poemasından, M.F.Axundza-

dənin “Hekayəti-müsyö Jordan hə-

kimi-nəbatat və dərviş Məstəli şah

cadükünü-məşhur”, H.Cavidin “Şey-

da”  pyeslərindən  parçalar  fransız

dilində səhnələşdirilib.  

    Tədbirdə “fransız dili müəllim-

liyi” ixtisasında təhsil alan tələbə-

lərdən Nuray Cəlilova, Elvin Gül-

məmmədov, Sona İbrahimli, Orxan

Qurbanov  və  digərlərinin  ifasında

fransız dilində şeir və mahnılar səs-

ləndirilib. Tələbə mobilliyi əsasında

universitetdə  fransız  dilini  tədris

edən Jeremie Çevalierin tələbələrlə

birgə  ifa  etdiyi  musiqi  nömrələri,

dahi bəstəkar Üzeyir Hacıbəylinin

“O olmasın, bu olsun” musiqili ko-

mediyasından fransız dilində təqdim

olunan səhnələr alqışlarla qarşılanıb.

Tələbələrdən Sərxan Rüstəmov, El-

çin Bəhramlı, Nuray Cəlilova, Fə-

təlixan  Hüseynli  və  digərlərinin

fransız dilində sərbəst və səlis dik-

siyaları,  aktyorluq  məharətləri  ta-

maşaçı rəğbəti doğurub.

                          



Yüklə 1,96 Mb.

Dostları ilə paylaş:
1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin