Mehriban SULTAN
Martın 15-də Naxçıvan şəhə-
rindəki 7 nömrəli tam orta mək-
təbdə ölkə üzrə keçirilən fənn olim-
piadalarının Azərbaycan Respub-
likası mərhələsinin yarımfinal turu
keçirilib.
Naxçıvan Muxtar Respublikası
Təhsil Nazirliyinin mətbuat xidmə-
tindən aldığımız məlumata görə, 8
fənn üzrə keçirilən bilik olimpia-
dasının yarımfinal turunda IX-XI
siniflər üzrə 316 şagird iştirak edib.
Nəticələrin qiymətləndirilməsi Azər-
baycan Respublikası Təhsil Nazir-
liyində yaradılan komissiya tərə-
findən aparılacaq. Müvəffəqiyyət
qazanan şagirdlər olimpiadanın final
mərhələsinə vəsiqə qazanacaqlar.
Məlumat üçün qeyd edək ki, is-
tedadlı uşaq və gənclərin aşkara çı-
xarılmasında, onların həvəsləndiril-
məsi və rəğbətləndirilməsində, tə-
limdə sağlam rəqabətin yaradılma-
sında fənn olimpiadaları müstəsna
rol oynayır. Muxtar respublikada
təhsil sahəsində aparılan məqsəd-
yönlü işlər nəticəsində məktəblərdə
ayrı-ayrı fənlər üzrə olimpiadalarda
iştiraka layiq şagirdlər seçilir və on-
ların hazırlığına nəzarət gücləndirilir.
Bu cür bilik olimpiadaları məktəb-
lərin fəaliyyətinin əsas meyarlarından
biri kimi dəyərləndirilir.
Xəbərlər şöbəsi
Naxçıvan şəhər ümumtəhsil mək-
təbləri arasında “Şahin” hərbi-idman
oyununun şəhər mərhələsinə yekun
vurulub. Naxçıvan Şəhər Gənclər
və İdman İdarəsi, Təhsil Şöbəsi,
Səfərbərlik və Hərbi Xidmətə Ça-
ğırış üzrə Dövlət Xidmətinin Nax-
çıvan Şəhər İdarəsinin birgə təşki-
latçılığı ilə keçirilən yarışda 11
ümumtəhsil məktəbinin komandası
mübarizə aparıb.
Tədbirin açılış mərasimində çıxış
edən Naxçıvan Şəhər Gənclər və
İdman İdarəsinin rəisi Xəyal Qur-
banov, Təhsil Şöbəsinin nümayən-
dəsi Ruslan Quliyev, polkovnik
Mirqiyas Rüstəmov və Səfərbərlik
və Hərbi Xidmətə Çağırış üzrə Döv-
lət Xidmətinin Naxçıvan Şəhər İda-
rəsinin nümayəndəsi leytenant Əli
Kazımov yarış barədə fikirlərini
bildirərək, gənclərin hərbi-vətən-
pərvərlik tərbiyəsi haqqında danı-
şıblar, şahinlərə uğurlar arzulayıblar.
Yarışın yekun nəticələrinə əsasən,
16 nömrəli tam orta məktəbin ko-
mandası qalib adını qazanıb. Növbəti
pillələrdə isə 15, 3 və 1 nömrəli
tam orta məktəblərin komandaları
qərarlaşıblar. Sonda qalib koman-
dalar təşkilatçıların hədiyyələri, dip-
lom və fəxri fərmanları ilə müka-
fatlandırılıblar.
Qeyd edək ki, birinci və ikinci
yerlərin qalibləri aprel ayında ke-
çiriləcək Naxçıvan Muxtar Res-
publika zona birinciliyində Naxçıvan
şəhərini təmsil edəcəklər.
28 aprel 2015-ci il tarixdə saat 11
00
-də cə-
miyyətin Babək rayon Sirab kəndində yerləşən
inzibati binasında səhmdarların ümumi yığıncağı
keçiriləcəkdir.
Gündəlikdə duran məsələlər:
1. Reqlamentin təsdiqi
2. Cəmiyyətin 2014-cü ildəki maliyyə-tə-
sərrüfat fəaliyyəti haqqında hesabatı
3. 2015-ci ildə görüləcək işlər və qarşıda
duran məsələlər
4. Cari məsələlər.
Əlaqə telefonu: (036) 541-81-13
Naxçıvan Muxtar Respublikası
Ali Məclisinin Sədri cənab Vasif
Talıbov teatr sənətinin sahiblərinə
və onların fəaliyyətlərinə yüksək
qiymət verərək Cəlil Məmmədqu-
luzadə adına Naxçıvan Dövlət Mu-
siqili Dram Teatrının 125 illik yu-
bileyi münasibətilə keçirilən təd-
birdə demişdir: “Naxçıvan teatrı
da, necə deyərlər, quru yerdən ya-
ranmamış, özündən əvvəl forma-
laşmış ənənələrə istinad etmişdir.
Bu diyarda dünyəvi teatrın yaran-
masına təsir göstərən ən mühüm
amillərdən biri min illər boyu for-
malaşmış xalq teatrı olmuşdur.
Əməklə bağlı oyun və rəqslər, möv-
süm bayramları, Novruz məra-
simləri, aşıq-ozan sənəti, müxtə-
liftipli meydan-tamaşa növləri xalq
teatrının əsasını müəyyən etmiş,
milli teatrın gələcək inkişafı üçün
möhkəm zəmin yaratmışdır. Bütün
bunlar isə, öz növbəsində, dünyəvi
peşəkar teatr sənətinin yaranması
ilə nəticələnmişdir”.
Uzun illərdən bəridir ki, Naxçı-
van Muxtar Respublikasında xalq
teatrlarının yaradılmasına ciddi diq-
qət yetirilir. Burada məqsəd muxtar
respublika sakinlərinin mədəni is-
tirahətini təşkil etməklə yanaşı, həm
də istedadlı adamların üzə çıxarıl-
ması, onların köməyindən istifadə
etməklə gənc mə-
dəniyyət işçilərinin,
gələcək aktyorların
yetişdirilməsidir. Ar-
tıq muxtar respub-
likamızın bir neçə
rayonunda xalq te-
atrının yaradılması-
na nail olunmuşdur.
Şahbuz Rayon Xalq
Teatrı da yeni yara-
dılan teatrlardandır.
Son illərdə muxtar respublikada
mədəniyyətin inkişafına göstərilən
dövlət qayğısı nəticəsində Şahbuzda
da mədəni həyat xeyli canlanmışdır.
Dram dərnəyi öz fəaliyyətini bərpa
edərək bir sıra tamaşalar hazırlamış,
2011-ci ildə “Ər və arvad” üçpərdəli
musiqili komediyasının təqdima-
tından sonra kollektiv üzvləri öz
arzularına çatmışlar.
2012-ci ildə “Beş manatlıq gəlin”,
“Evliykən subay” musiqili kome-
diyalarını tamaşaçılara təqdim edən
xalq teatrı öz repertuarını geniş-
ləndirərək bu günlərdə ölməz bəs-
təkar Üzeyir Hacıbəylinin “O ol-
masın, bu olsun” musiqili komedi-
yasını şahbuzlu tamaşaçılara təqdim
etmişdir.
Tamaşa uğurlu oldu. Bu uğurun
qazanılmasında quruluşçu rejissor
Ramiz Cəlilovun, musiqi tərtibatçısı,
Naxçıvan Muxtar Respublikasının
Əməkdar mədəniyyət işçisi Çingiz
Haqverdiyevin böyük əməyi ol-
muşdur. İfaçılardan İlahə Səfiyeva,
Səadət Abdinova, Gündüz Kəlbiyev,
İsa Qələndərli, Nihad Hüseynov,
Şahin Orucov, Emin Hüseynov, Sə-
lim Bayramov, Namiq Qəmbərov
və başqalarının adlarını çəkə bilərik.
Bu istedadlı aktyorların uğurlu
ifaları sayəsində “O olmasın, bu
olsun” musiqili komediyasına yeni
səhnə həyatı verildi və bu, şahbuzlu
teatrsevərləri ürəkdən sevindirdi.
Şahbuz Rayon İcra Hakimiy-
yətinin başçısı Nurəddin Quliyev
və Naxçıvan Muxtar Respublika-
sının Mədəniyyət və Turizm naziri
Sarvan İbrahimov tamaşadan sonra
kollektivi uğurlu çıxışa görə təbrik
etmişlər.
Şəhla NƏBİYEVA
İdman xəbərləri
Kişilər arasında basketbol üzrə
muxtar respublika çempionatında
növbəti oyun keçirilib. Sədərək ra-
yonunda keçirilən görüşdə yerli ko-
manda “Naxçıvan” komandasını
qəbul edib. Çempionata qələbə ilə
başlayan “Naxçıvan” yenə meydanı
qələbə ilə tərk edib. Gərgin keçən
oyunda “Sədərək” komandası rə-
qibinə 38:66 hesabı ilə məğlub olub.
Qeyd edək ki, “Naxçıvan” ko-
mandası çempionatın ilk oyununda
“Babək” komandasını üstələməyi
bacarmışdı.
Rayon Gənclər və İdman İdarəsinin və Təhsil Şöbəsinin təşkilatçılığı
ilə yeniyetmələr arasında sərbəst güləş üzrə rayon birinciliyi keçirilib.
Birincilikdə 14 çəki dərəcəsində 56 pəhləvan qüvvəsini sınayıb. Qalib
idmançılar təşkilatçılar tərəfindən diplom və medallarla təltif olunublar.
Şərur Rayon Gənclər və İdman İdarəsinin, Səfərbərlik və Hərbi
Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şərur Rayon İdarəsinin və
Təhsil Şöbəsinin birgə təşkilatçılığı ilə məktəblilərin “Şahin” hərbi-
idman oyunu baş tutub. Yarışda 19 ümumtəhsil məktəbindən 266 şagird
iştirak edib. Daha üstün oyun sərgiləyən Danyeri kənd tam orta məktəbinin
komandası qalib olub. İbadulla kənd tam orta məktəbinin komandası
ikinci, Dəmirçi kənd tam orta məktəbinin komandası isə üçüncü yerlərə
layiq görülüblər. Qaliblərə təşkilatçılar tərəfindən diplom və hədiyyələr
təqdim olunub.
Rayon Gənclər və İdman İdarəsi
ilə Təhsil Şöbəsinin birgə təşkil etdiyi
rayon ümumtəhsil məktəblərinin şa-
girdləri arasında şahmat üzrə rayon
birinciliyinə yekun vurulub. 100-dən
artıq zəka sahibinin iştirak etdiyi bi-
rinciliyin finalında 18 şahmatçı İs-
veçrə sistemi ilə mübarizə aparıb.
Nəticəyə əsasən, Umud Məhərrəmli,
Mətləb Məhərrəmli və Tuncay Cab-
barov ilk üç yerin sahibi olublar.
Həmçinin Şahbuz və Culfa Rayon
Gənclər və İdman idarələrinin, Təhsil
şöbələrinin birgə təşkilatçılığı ilə ra-
yonların məktəblilərdən ibarət vo-
leybol komandaları arasında yoldaşlıq
görüşü keçirilib. Şahbuz şəhər 1 nöm-
rəli tam orta məktəbin idman zalında
keçirilən yarışda Şahbuz rayonunun
voleybolçuları culfalı həmkarlarını
2:1 hesabı ilə məğlub ediblər.
-
Ceyhun MƏMMƏDOV
...və Şahbuzda