Øß Ã Ð Doğma, canım-varlığım qədər sevdiyim Azərbaycanım



Yüklə 231,16 Kb.
Pdf görüntüsü
səhifə1/3
tarix25.03.2017
ölçüsü231,16 Kb.
#12603
  1   2   3

Øß Ã

Ð

Doğma, canım-varlığım qədər

sevdiyim Azərbaycanım

mənim qibləgahımdır

Təsisçi: Naxçıvan Muxtar Respublikası Ali Məclisi və Nazirlər Kabineti

Gündəlik ictimai-siyasi qəzet

qapısı

Qəzet 1921-ci

ildən çıxır

Sayı: 239 (21.649)

15 dekabr 2016-cı il, cümə axşamı

www.serqqapisi.az

Qiyməti 20 qəpik

    Muxtar respublikada yaradılan müasir meliorasiya

və  irriqasiya  sistemləri  torpaqların  su  təminatını

yaxşılaşdırır. Noyabr ayında muxtar respublikada

15 kilometr magistral kanal, 32 kilometr ara arxlar

və 2 kilometr kollektor lildən təmizlənmiş, 3 kilo-

metrlik açıq drenaj təmir edilmişdir. Yaşayış mən-

təqələrini  və  əkin  sahələrini  sel  sularının

zərərli təsirindən qorumaq məqsədilə 3 ki-

lometr uzunluğunda istiqamətləndirici bənd

tikilmişdir. 

Bu dövrdə içməli su təminatı da diqqətdə

saxlanılmış, Culfa rayonunun Saltaq kəndinə

içməli su verilməsi üçün Əlincə çayı vadisində

yeni  kaptaj  tikilmişdir.  Suvarma  və  içməli

su mənbəyi kimi istifadə olunan 48 subarte-

zian quyusunda təmir işləri yerinə yetirilmiş,

5 kəhrizin bərpası  isə davam etdirilmişdir.

“Su  Təchizatı  və  Kanalizasiya  İnvestisiya

Proqramı” layihəsi çərçivəsində Naxçıvan şəhərinin

Tumbul kəndində içməli su və kanalizasiya xətlərinin

tikintisi başa çatdırılmışdır. 



Naxçıvan Muxtar Respublikası 

Dövlət Meliorasiya və Su Təsərrüfatı 

Komitəsinin mətbuat xidməti

Payız suvarma mövsümü mütəşəkkil keçirilib

    Muxtar  respublikada  hava  nəqliy-

yatında xidmətin düzgün təşkili, sərni-

şinlərin rahatlığı və təhlükəsizliyi diqqət

mərkəzində saxlanılır. 

    Ötən  ay  hava  limanında  teleskopik

traplara, nəzarət-müşahidə kameralarına

və kompüterlərə texniki baxış keçirilmiş,

nasazlıqlar vaxtında aradan qaldırılmış-

dır. Hava gəmilərinə uçuşdan sonra və

uçuşqabağı texniki baxış keçirilmişdir.

Həmçinin aerodrom ərazisindəki elektrik,

işıqlandırma, rabitə, istilik və havalan-

dırma sistemlərinə texniki qulluq gös-

tərilmiş, uçuş-enmə zolağı, dönmə yolları

və dayanacaqlar mütəmadi yoxlanılmış,

uçuşların vaxtında və təhlükəsiz təşkili

təmin edilmişdir. Bundan başqa, istis-

marda olan bütün növ xidməti avtomo-

billər qış mövsümünə tam hazır vəziy-

yətə gətirilmişdir. 

    Noyabr ayında yerli hava xətti ilə 16

min 830 sərnişin, 362 min 173 kiloqram

baqaj, 73 min 72 kiloqram yük və 4509

kiloqram poçt, beynəlxalq hava xətti ilə

isə Naxçıvan-Moskva istiqamətində 177

sərnişin,  3661  kiloqram  baqaj,  Naxçı-

van-İstanbul  reysi  ilə  257  sərnişin  və

3227 kiloqram baqaj daşınmışdır.

Naxçıvan Beynəlxalq 

Hava Limanının mətbuat xidməti

Naxçıvan Beynəlxalq Hava Limanında 

sərnişinlərə nümunəvi xidmət göstərilir

    Noyabr ayında da bu məsələ

diqqətdə saxlanılmış, 330 nəfər

məşğulluq xidməti orqanlarında

qeydiyyatda olan vakant iş yer-

lərinə  göndərilmiş, 8 nəfər kənd -

lərdə xidmət mərkəzlərində mü-

vafiq  işlə  təmin  olunmuş,  65

nəfər peşə və 29 nəfər ixtisasar-

tırma kurslarına, 47 nəfər haqqı -

ödənilən ictimai işlərə cəlb edil-

mişdir. Bu dövrdə məhdud fiziki

imkanlı  23  sakin  tərəfindən  to-

xunmuş 1816 cüt yun corab və

236 ədəd yun şərf hərbi hissələrə

təhvil verilmişdir. 

    Naxçıvan Regional Peşə Təd-

ris Mərkəzində əmək bazarının

tələbləri nəzərə alınaraq müxtəlif

peşə sahələri üzrə kurslar təşkil

olunmuşdur. “Qazanxana maşi-

nisti”, “Qaz avadanlıqlarının is-

tismarı və təmiri üzrə çilingər”

və “Dayə” peşələri üzrə kursları

81 nəfər bitirmişdir. Sağlamlıq

imkanları məhdud uşaqların cə-

miyyətə və təhsilə inteqrasiyası

diqqət mərkəzində saxlanılmış,

aztəminatlı sağlamlıq imkanları

məhdud 273 şagirdə qış geyimi

verilmişdir.  Noyabr  ayı  tənha

yaşayan və başqasının yardımına

ehtiyacı olan 422 ahıl və fiziki

imkanları məhdud şəxslərə ev-

lərində, həmçinin 16 nəfərə Ahıl-

lar evində stasionar sosial xidmət

göstərilmişdir.  Naxçıvan  Əlil-

lərin Bərpa Mərkəzində sağlam-

lıq imkanları məhdud 26 şəxsin,

Naxçıvan  Uşaq  Bərpa  Mərkə-

zində sağlamlıq imkanları məh-

dud 28 uşağın müalicəsi təşkil

edilmiş, eyni zamanda 12 nəfərə

sanatoriya və pansionatlara gön-

dəriş verilmiş, 13 nəfər texniki

reabilitasiya  vasitəsilə  təmin

olunmuş, 3 nəfərin sosial məişət

şəraitinin  yaxşılaşmasına  kö-

məklik göstərilmişdir. 

    Məhdud  Fiziki  İmkanlılar

üçün Naxçıvan Regional İnfor-

masiya  Mərkəzində  brayl  yazı

və şeir müsabiqələri keçirilmişdir.

Sumqayıt şəhərində keçirilən II

uşaq  paralimpiya  idman  oyun-

larında muxtar respublikanı stol-

üstü tennis və boccia idman növü

üzrə sağlamlıq imkanları məhdud

3 idmançı təmsil etmişdir. Boccia

idman növü üzrə yarışlarda həm-

yerlilərimiz 1-ci və 3-cü yerlərə

layiq görülmüşlər. Bakı şəhərində

keçirilən  sağlamlıq  imkanları

məhdud  şəxslərin  VII  Ümum-

respublika Bədii Yaradıcılıq mü-

sabiqəsində isə muxtar respublika

təmsilçisi bədii qiraət üzrə 3-cü

yerə layiq görülmüşdür.



Naxçıvan Muxtar Respublikası

Əmək və Əhalinin Sosial 

Müdafiəsi Nazirliyinin 

mətbuat xidməti

Muxtar respublikada məşğulluq tədbirləri diqqətdə saxlanılır

    Muxtar  respublikada  işaxtaranların  məşğulluğunun  təmin

olunması, peşə hazırlığı, əməyin təşkili və mühafizəsi, aztəminatlı

ailələrin, ahıl və sağlamlıq imkanları məhdud şəxslərin sosial tə-

minatı, tibbi və sosial reabilitasiyası ilə bağlı müvafiq tədbirlər

həyata keçirilir.

    “Əmək pensiyaları haqqında” Azər-

baycan Respublikası Qanununa əsasən

ötən ay pensiya hüququ yaranmış 220

vətəndaşa əmək pensiyası təyin olun-

muşdur. Yeni təyin olunan əmək pen-

siyaçılarına  və  istifadə  müddəti  başa

çatan plastik kartların yeniləri ilə əvəz-

lənməsi üçün müvafiq müvəkkil bank-

lara  1934  plastik  kart  hazırlanması

üçün sifariş verilmişdir.

    Naxçıvan Muxtar Respublikası Dövlət

Sosial Müdafiə Fondu tərəfindən elektron

sənəd  mübadiləsinin  daha  da  təkmil-

ləşdirilməsi, informasiya-kommunikasiya

texnologiyalarının  tətbiqi  nəticəsində

idarəetmənin səmərəliliyinin artırılması

istiqamətində  tədbirlər  davam  etdiril-

mişdir. Noyabr ayında fond tərəfindən

təqdim  olunan  21  elektron  xidmətin

16-dan  istifadə  olunmuş,  vətəndaşları

maraqlandıran məsələlər aydınlaşdırılmış,

sosial sığorta və pensiya qanunvericili-

yinin tələbləri onlara izah edilmişdir.



Naxçıvan Muxtar Respublikası 

Dövlət Sosial Müdafiə Fondunun 

mətbuat xidməti

Naxçıvanda 220 vətəndaşa əmək pensiyası

təyin olunmuşdur

  Naxçıvan  Muxtar  Respublikası  Dövlət  Sosial  Müdafiə  Fondu  2016-cı

ilin noyabr ayı ərzində əmək pensiyalarının maliyyələşdirilməsini vaxtından

əvvəl  başa  çatdırmışdır.  Bu  dövrdə  fondun  gəlirləri  5  milyon  680  min

manat olmuşdur. 

    Naxçıvan  şəhərində  hər  il  ge-

nişmiqyaslı  tikinti-quruculuq  iş-

lərinin aparılması, abadlıq tədbir-

lərinin həyata keçirilməsi muxtar

respublika  paytaxtının  simasını

xeyli  dərəcədə  dəyişdirib.  Həyata

keçirilən bu tədbirlər qədim şəhərin

gözəlliyini  artırmaqla  yanaşı,  in-

sanların rahat şəraitdə yaşamasına

və  işləməsinə,  asudə  vaxtlarının

səmərəli  keçirilməsinə  zəmin  ya-

radıb. Cari ildə də bu sahədə apa-

rılan işlər diqqət mərkəzində sax-

lanılır.  Belə  ki,  həyata  keçirilən

tədbirlər çərçivəsində əhalinin mən-

zil-məişət şəraitinin yaxşılaşdırıl-

ması mühüm yer tutur. 

    Hazırda  Naxçıvan  şəhərinin

Heydər  Əliyev  prospektində  yeni

yaşayış  binasının  tikintisi  davam

etdirilir. Zirzəmi ilə birlikdə səkkiz

mərtəbədən ibarət olan binanın tə-

məli  2015-ci  ilin  may  ayında  qo-

yulub. Naxçıvan Şəhər Abadlıq və

Təmir-Tikinti İdarəsinin inşaatçıları

tərəfindən ötən dövrdə binada hörgü

işləri  başa  çatdırılıb,  dam  örtüyü

vurulub.  Hazırda  daxildə  suvaq

işləri aparılır, pilləkənlərə daş dö-

şənir. Binanın fasad hissəsi isə üç

tərəfdən  travertin  daşla  milli  me-

marlıq üslubunda üzlənib, digər tə-

rəfdə isə işlər davam etdirilir. Yaşayış

binası hazır olduqdan sonra zirzəmi

hissədə  210  kvadratmetrlik  anbar

və foye yerləşəcək. Birinci mərtə-

bədə  isə  mağazalar  fəaliyyət  gös-

tərəcək. Digər mərtəbələrin hər bi-

rində  isə  bir  mənzil  yerləşməklə

bina 6 mənzilli olacaq. 220 kvad-

ratmetrlik  mənzillərin  hər  birində

üç  yataq  otağı,  bir  salon,  foye  və

mətbəx yerləşəcək. Milli və müasir

memarlıq elementlərindən istifadə

edilməklə tikintisi aparılan binada

hər mənzilin üç eyvanı olacaq. 

    Şəhərin  “İstiqlal”  küçəsindəki

yaşayış  binalarına  da  son  illərin

quruculuq tədbirlərindən pay düşüb.

Hazırda burada 111 nömrəli yaşayış

binasının yenidən qurulması işləri

davam etdirilir. Bu quruculuq təd-

birinə  cari  ilin  sentyabr  ayından

başlanılıb.  İlkin  olaraq  qəzalı  və-

ziyyətdə olan eyvanlar və sonradan

artırılan  hissələr  sökülüb,  sonrakı

mərhələdə binanın ətrafı beton sü-

tunlarla möhkəmləndirilib. Bununla

yanaşı, yaşayış binası arxaya doğru

3  metrlik  məsafəyədək  artırılıb,

dam örtüyü vurulub. Binanın eninə

doğru  artırılması  burada  yaşayan

sakinlərin mənzil sahəsinin geniş-

lənməsinə şərait yaradıb. Ötən dövr-

də zirzəmi ilə birlikdə 5 mərtəbədən

ibarət olan binanın kommunikasiya

xətləri  yenilənib,  pəncərələri  də-

yişdirilib,  daxildə  pilləkənlərə  və

fasadın müəyyən hissələrinə üzlük

daş vurulub. Hazırda binanın ətra-

fında  abadlıq  işləri  görülür,  yerə

kilid daş döşənir. 36 mənzilli yaşayış

binasının yenidən qurulması burada

yaşayan sakinlərin rahatlığını tam

təmin edəcək.

    Naxçıvan şəhərində tikintisi da-

vam etdirilən obyektlərdən biri də

Cəlil Məmmədquluzadə küçəsində

inşa  edilən  yeni  Ticarət  Mərkəzi

və Otel Kompleksidir. Binanın bi-

rinci mərtəbəsində dörd hədiyyələr

mağazası,  iki  kinozal,  dörd  fərqli

mətbəxlərə məxsus restoran, ikinci

mərtəbədə  isə  4-ü  ikiotaqlı,  39-u

isə birotaqlı olmaqla, 43 otaqlı otel,

anbar, camaşırxana, yuyulan əşya-

ların saxlanma otaqları yerləşəcək.

Buradakı saat qülləsi isə altımərtə-

bəlidir. Qüllənin birinci mərtəbəsi

giriş, ikinci mərtəbəsi mətbəx, digər

mərtəbələrin hər biri isə kafe üçün

nəzərdə tutulub. Eyni zamanda qül-

lənin hər iki üzünə saat yerləşdiri-

ləcək. Hazır da obyektin ikinci mər-

təbəsində otel otaqlarını bir-birindən

ayıran  divarların  tikintisi  aparılır,

binanın  dam  örtüyü  vurulur,  altı-

mərtəbəli saat qülləsi binasının so-

nuncu mərtəbəsində beton-qəlib iş-

ləri görülür.

-

Səbuhi HƏSƏNOV

Şəhərimizin quruculuq ünvanları


2

    “Baytarlıq haqqında” Azərbaycan Res-

publikasının Qanununa və bu sahədə dün-

yada qəbul olunmuş prinsiplərə nəzər sal-

saq, görərik ki, baytarlıq xidmətinin əsas

vəzifələri  arasında  ölkə  ərazisinə  xarici

ölkələrdən keçə biləcək yoluxucu heyvan

xəstəliklərinin qarşısını almaq, heyvanların

yoluxan  və  yoluxmayan  xəstəliklərinin

profilaktikası, diaqnostikası və müalicəsi

ilə məşğul olmaq, əhalini heyvan və insanlar

üçün ümumi olan xəstəliklərdən qorumaq,

baytarlıq-sanitariya təhlükəsizliyini təmin

etmək, qanunvericiliklə müəyyən edilmiş

qaydada heyvan kəsim məntəqələri, emal

müəssisələrində, tədarük, saxlanma, satış

və digər yerlərdə baytarlıq-sanitariya eks-

pertizasını həyata keçirmək tədbirləri vardır.

Baytar lıq xidmətinin qarşısında həmçinin

heyvan  xəstəlikləri  ilə  mübarizə  üsulları

və vasitələri işləyib hazırlamaq, baytarlıq

preparatları və vasitələrinin, yem və yem

əlavələrinin, biostimulyatorların, hormon-

ların təhlükəsizliyinə və keyfiyyətinə qa-

nunla  müəyyən  edilmiş  qaydada  nəzarət

etmək, baytarlıq və heyvandarlıq sahəsində

fəaliyyət göstərən hüquqi və fiziki şəxslər

tərəfindən  ətraf  mühitin  çirklənməsinin

qarşısını  almaq,  çirklənməni  aradan  qal-

dırmaq,  baytarlıq  elminin  inkişafı  üçün

tədbirlər görmək kimi vəzifələr də qoyulub.

Təkcə sadalanan bu faktlardan da görürük

ki, baytarlıq çox mürəkkəb bir elm sahəsidir.

Digər tərəfdən bunu nəzərə alaq ki, bütün

ölkələr  üçün  strateji  sahə  hesab  edilən

ərzaq  təhlükəsizliyi  məsələlərinin  həlli

yüksəkkeyfiyyətli baytarlıq xidmətinin təş-

kil  olunmasından  birbaşa  asılıdır.  Bəs

hazır da muxtar respublikada bu vacib sa-

hənin vəziyyəti necədir? 

    Bu məqsədlə Naxçıvan Muxtar Respub-

likası Dövlət Baytarlıq Xidmətində olduq

və  bizi  maraqlandıran  suallara  cavab  ax-

tardıq.  Xidmətin  ərazisinə  daxil  olarkən

muxtar respublikamızın müasir quruculuq

ab-havasının buradan da yan keçmədiyinin

şahidi olduq. Geniş və abad həyətdə baytarlıq

xidmətinin müasir səviyyədə qurulmasına

şərait  yarada  biləcək  bina  və  maşınların,

səliqə-sahmanın olduğu nəzərimizdən qaç-

madı. Bu qənaətimizi Dövlət Baytarlıq Xid-

mətinin  əməkdaşları  ilə  söhbətimizdə  də

bir daha gördük. Öyrəndik ki, bir zamanlar

unudulmuş  sahələrdən  biri  olan  baytarlıq

muxtar respublikada həyata keçirilən məq-

sədyönlü  tədbirlər  nəticəsində  mühüm

inkişaf  yoluna  qədəm  qoyub.  Bu  sahədə

infrastrukturun yaradılması, maddi-texniki

bazanın  gücləndirilməsi  qısa  müddətdə

muxtar  respublikanın  hər  bir  bölgəsində

mühüm  baytarlıq  tədbirlərinin  həyata  ke-

çirilməsinə şərait yaradıb. Muxtar respub-

likada  hazırda  1  Elmi-Tədqiqat  Baytarlıq

Mərkəzi,  8  Baytarlıq  İdarəsi,  8  baytarlıq

laboratoriyası və 168 baytarlıq məntəqəsi

fəaliyyət göstərir. Baytarlıq xidmətinin daha

da  yaxşılaşdırılması  məqsədilə  görülən

işlərin  sayəsində  Naxçıvan  Muxtar  Res-

publikası  Dövlət  Baytarlıq  Xidmətinin,

Elmi-Tədqiqat Baytarlıq Mərkəzinin binaları

və Xüsusi təhlükəli xəstəliklərin diaqnostik

müayinəsi laboratoriyası yenidən qurulub,

laboratoriyada müayinələrin aparılması üçün

yeni şöbə yaradılıb və müasir avadanlıqlarla

təmin edilib. Məqsədyönlü şəkildə görülən

işlərin nəticəsidir ki, muxtar respublikamızda

yaradılan  kənd  mərkəzlərində  baytarlıq

məntəqələri də istifadəyə verilib. Ona görə

ki, kənd təsərrüfatının inkişaf etdirilməsində

baytar lıq  da  mühüm  istiqamət  təşkil  edir.

Bu  isə  onun  göstəricisidir  ki,  indi  kəndli

baytarlıq  xidməti  üçün  rayon  mərkəzinə

və yaxud muxtar respublika paytaxtına gəl-

mir, elə öz təsərrüfatında bu xidmətdən is-

tifadə  edə  bilir.  Nəzərə  alsaq  ki,  muxtar

respublikada  əhalinin  70  faizi  kəndlərdə

yaşayır və onların əksəriyyəti kənd təsər-

rüfatının müxtəlif sahələri, o cümlədən hey-

vandarlıqla məşğul olur, o zaman baytarlıq

xidmətindən istifadə edən təsərrüfat sahib-

lərinin qarşılarında necə böyük imkanların

açıldığını əminliklə söyləmək olar. 

    Naxçıvan Muxtar Respublikası Dövlət

Baytarlıq  Xidmətinin  rəisi  Əbil  Əbilov

bizimlə  söhbətində  bildirdi  ki,  baytarlıq

sahəsinə göstərilən dövlət qayğısı sayəsində

hazırda bu sahə özünün yeni inkişaf mər-

hələsinə qədəm qoyub. Regionda baytarlıq

xidmətinin daha da yaxşılaşdırılması isti-

qamətində kompleks tədbirlər həyata ke-

çirilir, baytarlıq tədbirlərinin vaxtında və

mütəşəkkil aparılması üçün dövlət vəsaiti

hesabına dərman preparatları alınaraq mux-

tar  respublikaya  gətirilir.  Dərman  prepa-

ratları  soyuducu  kameralarda  müəyyən

olunmuş  temperaturda  saxlanılır,  “soyuq

zəncir” prinsipinə əməl edilməklə xüsusi

maşınlar vasitəsilə rayon baytarlıq idarə-

lərinə  çatdırılır.  Öyrəndik  ki,  son  illər  7

ədəd  dezinfeksiya  avtomaşını  və  3  ədəd

“NİVA” markalı minik avtomobili baytarlıq

xidməti əməkdaşlarının istifadəsinə verilib.

Məqsəd muxtar respublika üzrə epizootik

sabitliyi saxlamaqdan, peyvəndləmələrin,

baytarlıq diaqnostika müayinələrinin, digər

tədbirlərin  vaxtında  və  səmərəli  həyata

keçirilməsindən ibarətdir. Söhbət əsnasında

öyrəndik ki, cari ilin ilk 9 ayında diaqnostik

olaraq brusellyoz xəstəliyini müayinə məq-

sədilə 48929 baş iribuynuzlu, 89717 baş

xırdabuynuzlu,  25092  baş  törədici  hey-

vanlardan  qan  nümunələri  götürülərək

baytarlıq laboratoriyalarında seroloji müa-

yinədən  keçirilib.  Eyni  zamanda  manqo

xəstəliyinə görə 440 baş təkdırnaqlı, epi-

didimit xəstəliyinə görə 25092 baş törədici

heyvanda, vərəm xəstəliyinə görə 26757

baş iribuynuzlu heyvanda diaqnostik müa-

yinələr aparılıb. 

    Profilaktik  məqsədlə  kənd  təsərrüfatı

heyvanları  arasında  qarayara  xəstəliyinə

qarşı 114969 baş iribuynuzlu, 806231 baş

xırdabuynuzlu, 4099 baş təkdırnaqlı, dabaq

xəstəliyinə qarşı 101020 baş iribuynuzlu,

447941  baş  xırdabuynuzlu,  leptospiroz

xəstəliyinə  qarşı  10363  baş  iribuynuzlu,

emkar xəstəliyinə qarşı 40249 baş iribuy-

nuzlu, bradzot xəstəliyinə qarşı 73035 baş

xırdabuynuzlu heyvanlarda, nodulyar “H”

(taun) xəstəliyinə qarşı 961101 baş quşda,

lasota ilə 498781 baş cücədə, çiçək xəstə-

liyinə  qarşı  258203  baş  xırdabuynuzlu,

brusellyoz  xəstəliyinə  qarşı  224300  baş

xırdabuynuzlu,  pasterellyoz  xəstəliyinə

qarşı 45852 baş iribuynuzlu heyvanlarda,

48989 baş quşda, aueski xəstəliyinə qarşı

41667 baş iribuynuzlu, trixofitiya xəstəli-

yinə qarşı 1441 baş iribuynuzlu, nodulyar

dermatit  xəstəliyinə  qarşı  44661  baş  iri-

buynuzlu  heyvanlarda  peyvəndləmə  təd-

birləri aparılıb və hazırda bu istiqamətdə

işlər davam etdirilir. 

    Xidmət rəisi ilə söhbətimizdə kadr mə-

sələlərinə də toxunduq. Müsahibimiz bil-

dirdi ki, muxtar respublikanın ali və orta

ixtisas  təhsili  müəssisələrində  Baytarlıq

ixtisası üzrə təhsil alan tələbələrin təcrübə

keçmələri  üçün  xidmətin  tədris  mərkəzi

kompüter dəstləri və hər cür avadanlıqlarla

təmin edilib. Naxçıvan Muxtar Respublikası

Ali  Məclisi  Sədrinin  2015-ci  il  27  iyul

tarixli “Ali və orta ixtisas təhsili müəssi-

sələrində ixtisasların müvafiq təşkilatlara

hamiliyə  verilməsi  haqqında”  Sərənca-

mından irəli gələn vəzifələrin yerinə yeti-

rilməsi məqsədilə Naxçıvan Muxtar Res-

publikası Dövlət Baytarlıq Xidməti Nax-

çıvan  Dövlət  Universiteti  və  Naxçıvan

Dövlət Texniki Kolleci ilə birgə hazırlanmış

tədbirlər planına əsasən həmin müəssisə-

lərdə Baytarlıq ixtisası üzrə təhsil alan tə-

ləbələrin  elmi-nəzəri  biliklərinin  praktik

olaraq  möhkəmləndirilməsinə  əlverişli

şərait  yaradılıb.  Həmsöhbətimiz  onu  da

vurğuladı ki, hazırda muxtar respublikada

292 baytar həkimi var. Ancaq əsas məq-

sədimiz bu sahədə gənc kadrların yetişdi-

rilməsidir ki, bunun üçün də hərtərəfli şə-

raitimiz var. 

    Yeri gəlmişkən bir məsələni qeyd edək

ki, baytarlıq sahəsi üçün ixtisaslı kadrların

hazırlanması mühüm məsələdir. Kənd tə-

sərrüfatının inkişaf etdirilməsinin prioritet

sahə kimi elan olunduğu muxtar respubli-

kamızda son dövrlərədək gənclərin bu sa-

həyə maraq göstərməməsi baytarlığın hər-

tərəfli inkişaf etdirilməsinə bu və ya digər

çətinliklər yaradıb. Baytar kadrların böyük

əksəriyyətinin orta yaşlardan yuxarı olması

da bu mənzərəni sübut edir. Ancaq qeyd

etmək lazımdır ki, son illərdə muxtar res-

publika rəhbəri tərəfindən bu sahədə apa-

rılan islahatlar və atılan addımlar ümumi

vəziyyəti müsbətə doğru çox dəyişib. Re-

gionun ən böyük ali təhsil müəssisələrindən

olan Naxçıvan Dövlət Universitetinin Tə-

biətşünaslıq və kənd təsərrüfatı fakültəsinin

tərkibində Baytarlıq təbabəti kafedrasının

yaradılması,  kafedra  üçün  yeni  binanın

istifadəyə verilməsi və lazımi vəsaitlərlə

təmin  olunması  bu  sahədə  tədrisin  key-

fiyyətinə böyük təsir göstərib. Adıçəkilən

kafedranın müdiri Yunis Rüstəmli bizimlə

söhbətində bildirdi ki, kafedrada yaradılmış

şərait həm tələbələrin bu sahəyə marağını

artırır,  həm  də  yüksəkixtisaslı  kadrların

hazırlanmasına  öz töhfəsini verir. Öyrəndik

ki, hazırda baytarlıq ixtisası üzrə 42 nəfər

təhsil alır. Türkiyə Respublikasının Qars,

Ərzurum, Elazığ universitetləri ilə qurulmuş

əməkdaşlıq münasibətləri nəticəsində hər

il  tələbələr  həmin  universitetlərdə  klinik

təcrübə və dərslərdə iştirak edirlər. Məhz

bu  ilin  oktyabrında  naxçıvanlı  tələbələr

Qars Qafqaz Universitetinin Baytarlıq fa-

kültəsində heyvan anatomiyası, cərrahiyyə

və süni mayalanma fənləri üzrə mühazirə

və laboratoriya dərslərində iştirak ediblər.

    Muxtar respublikada baytarlıq ixtisası

üzrə kadrların hazırlanmasına öz töhfəsini

verən  müəssisələrdən  biri  də  Naxçıvan

Dövlət Texniki Kollecidir. Cari ildə kollec

üçün  yeni  binanın  istifadəyə  verilməsi,

hərtərəfli şəraitin yaradılması burada tədris

olunan dərslərin keyfiyyətinə böyük təsir

göstərib. Kollecdə olduğumuz zaman bay-

tarlıq ixtisasında təhsil alan tələbələrlə də

görüşdük. Öyrəndik ki, hazırda bu ixtisas

üzrə 70 tələbə təhsil alır ki, bu tələbələrdən

42-ni qızlar təşkil edir. Tələbələrlə söhbət

zamanı  öyrəndik  ki,  onların,  demək  olar

ki, böyük əksəriyyəti öz arzuları ilə bu ix-

tisası  seçiblər.  Müasir  dövrdə  dünyanın

əksər  ölkələrində,  eləcə  də  muxtar  res-

publikamızda ehtiyac duyulan bu sahəyə

qızların böyük maraq göstərməsi bizi də

sevindirdi. Çünki təcrübədən də məlumdur

ki,  qadınlar  bu  sahədə  kişilərə  nisbətən

daha  çox  həssaslıq  nümayiş  etdirirlər.

Digər  tərəfdən,  heyvanlara  münasibətdə

qadın psixologiyasının daha çox nəvazişlik

duyğusu üzərində qurulduğunun çox şahidi

olmuşuq. Bu mənada, baytarlıq xidmətinin

inkişaf etdiyi bir çox ölkələrdə bu sahələrdə

çalışan qadınların sayının çox olması nor-

maldır. Yetər ki, bu sahəyə daxildən gələn

sevgi ilə yanaşasan. Etiraf edək ki, adıçə-

kilən kollecdə tələbələrlə görüşdən sonra

yaxın gələcəkdə muxtar respublikada bu

sahədə perspektivli nəticələrin yüksək ola-

cağına inamımız daha da artdı. 

    Bu faktı unutmayaq ki, bir ölkənin və

ya regionun iqtisadi inkişafı baytarlıq xid-

mətinin təşkilindən, bu sahədəki kadrların

hazırlığından  çox  asılıdır.  Nəzər  salsaq

görərik  ki,  bu  gün  kənd  təsərrüfatının

inkişaf  etdiyi  Qərb  ölkələrində  baytarlıq

ən mühüm sahə kimi tanınır. Ona görə ki,

ərzaq təhlükəsizliyinin təmin olunmasında,

yüzlərlə çeşiddə heyvandarlıq məhsullarının

ixrac  və  idxalında,  müxtəlif  xəstəliklərin

qarşısının alınmasında baytarlıq xidmətinin

rolu  əvəzolunmazdır.  İnanırıq  ki,  həyata

keçirilən tədbirlər regionumuzda bu sahənin

də  nümunəvi  inkişafına  imkan  verəcək.

Çünki muxtar respublikamızın müasir iq-

tisadi inkişafı bunu tələb edir.



Yüklə 231,16 Kb.

Dostları ilə paylaş:
  1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin