əsas rol oynayır.
suallar cavablandırılıb.
danlıqdan deyil, üç yeni avadanlıqdan istifadə olunur.
tindən avtomobil sahibləri də istifadə edə bilərlər.
3
Dekabrın 14-də Azərbaycan Mil-
li Elmlər Akademiyası Naxçıvan
Bölməsinin 2016-cı ildəki fəaliy-
yətinə həsr olunmuş hesabat yı-
ğıncağı keçirilmişdir.
Əvvəlcə AMEA Naxçıvan Böl-
məsinin il ərzində nəşr etdirdiyi
monoqrafiyalardan, kitablardan,
elmi məqalə, tezis və konfrans ma-
teriallarından, dərman otlarından
ibarət sərgiyə baxış olmuşdur.
Yığıncaqda AMEA Naxçıvan
Bölməsinin sədri, akademik İsmayıl
Hacıyev bölmənin 2016-cı ildəki
fəaliyyəti barədə hesabat məruzəsi
ilə çıxış etmişdir. Qeyd olunmuşdur
ki, hesabat dövründə AMEA Nax-
çıvan Bölməsinin tərkibindəki elmi
müəssisələrdə elmi-tədqiqat işlərinin
2016-cı il üçün təsdiq edilmiş pla-
nına uyğun olaraq 6 elmi istiqamətdə
6 prоblemi əhatə edən 7 mövzuya
daxil оlan 31 işin 81 mərhələdə
yerinə yetirilməsi nəzərdə tutul-
muşdur. Planda nəzərdə tutulan 76
mərhələ üzrə elmi-tədqiqat işləri
tamamlanmışdır. Elmi-tədqiqat işləri
29 şöbə və labоratоriyada 2 akade-
mik, 5 müxbir üzv, 4 elmlər dоktоru,
47 fəlsəfə dоktоru, 5 doktorant, 13
elmi işçi оlmaqla 76 elmi və kö-
məkçi heyət tərəfindən yerinə yeti-
rilmişdir. İsmayıl Hacıyev AMEA
Naxçıvan Bölməsinin ayrı-ayrı ins-
titutlarının fəaliyyəti barədə ətraflı
məruzə etmişdir. Eyni zamanda əldə
olunan nailiyyətlər elektron lövhədə
nümayiş olunmuşdur.
Naxçıvan Muxtar Respublikası
Ali Məclisi Aparatının rəhbəri Əli
Həsənov çıxış edərək demişdir ki,
hər bir cəmiyyətdə elmin inkişafı
onun mənsub olduğu dövlətin
siyasəti ilə qırılmaz vəhdət təşkil
edir. Ümummilli liderimiz Heydər
Əliyev siyasi quruluşundan asılı
olmayaraq Azərbaycana rəhbərli-
yinin hər iki dövründə elmin inki-
şafına çalışmış, daim elmə üstünlük
vermişdir. Ulu öndərimizin ölkə-
mizdə elmin inkişafı sahəsində qə-
bul etdiyi mühüm qərarlardan biri
də Azərbaycan Milli Elmlər Aka-
demiyası Naxçıvan Bölməsinin ya-
radılmasıdır. 14 il bundan əvvəl
qəbul edilmiş bu mühüm dövlət
sənədində ulu öndərimizin muxtar
respublikada elmi-tədqiqat qurum-
larının fəaliyyətinin gücləndirilməsi,
mövcud elmi potensialdan istifa-
dənin səmərəliliyinin artırılması
barədə rəhbər göstərişləri, Naxçı-
vanın tarixinin, arxeologiyasının,
etnoqrafiyasının və təbii sərvətlə-
rinin öyrənilməsi ilə bağlı tapşı-
rıqları öz əksini tapmışdır.
“Akademiyanın Naxçıvan Böl-
məsinin fəaliyyətə başladığı dövrdən
keçən müddət ərzində ümummilli
liderimizin göstəriş və tapşırıqlarının
icrası istiqamətində ardıcıl tədbirlər
görülmüşdür”, – deyən Əli Həsənov
diqqətə çatdırmışdır ki, Naxçıvan
Muxtar Respublikası Ali Məclisi
Sədrinin qayğısı sayəsində Azər-
baycan Milli Elmlər Akademiyası
Naxçıvan Bölməsinin Mərkəzi Apa-
ratı, Tarix, Etnoqrafiya və Arxeo-
logiya, İncəsənət, Dil və Ədəbiyyat,
Təbii Ehtiyatlar və Bioresurslar ins-
titutları müasir tələblərə cavab verən
binalarla təmin edilmişdir. Batabat
Astrofizika Rəsədxanası üçün in-
zibati bina istifadəyə verilmiş, rə-
sədxananın teleskop sistemi yenidən
qurularaq tam avtomatlaşdırılmışdır.
Həmçinin ötən müddət ərzində “Nə-
batat bağı”nın sahəsi genişləndiril-
miş, inzibati bina ilə təmin edilmiş
və müasir texnologiyaya malik is-
tixana qurulmuşdur. Bölmənin Seys-
moloji xidmət mərkəzində müasir
avadanlıqlar quraşdırılmış, Mərkəzi
Elmi Kitabxanasının bazasında elek-
tron kitabxana yaradılmış və lazımi
avadanlıqlarla təchiz edilmişdir.
Bölmədə “Tusi” nəşriyyatı fəaliyyətə
başlamışdır. Bundan əlavə, bölmədə
“Vətən tarixi”, “Arxeologiya”,
“Müəssisələrin təşkili və idarə olun-
ması”, “Fiziki kimya” və “Botanika”
ixtisasları üzrə iki dissertasiya şurası
yaradılmışdır. Bu şuraların muxtar
respublikada elmi kadr hazırlığında
mühüm rolu vardır.
Naxçıvan Muxtar Respublikası
Ali Məclisinin Sədri Azərbaycan
Milli Elmlər Akademiyası Naxçıvan
Bölməsinin 2009-cu ildə keçirilən
hesabat yığıncağında çıxışı zamanı
demişdir: “İqtisadiyyat hansı və-
ziyyətdə olursa-olsun, elm inkişaf
etdirilməlidir. Göstərilən diqqət və
qayğıdan nəticə çıxarılmalı, elmi-
tədqiqatların faydalı iş əmsalı
artırılmalıdır”.
Qeyd olunmuşdur ki, verilən tap-
şırıqların icrası istiqamətində bir
sıra işlər görülmüş, elmi istiqamətlər
yeni arxeoloji materiallarla zəngin-
ləşdirilmiş, təcrübi tədqiqatlara diq-
qət artırılmışdır. Ali Məclislə və
Ali Məclisin Sədri yanında Bilik
Fondunun Himayəçilik Şurası ilə
həyata keçirilən birgə layihələr uğur-
lu olmuş, fundamental nəşrlər çap
edilərək elmi ictimaiyyətə təqdim
olunmuşdur. Lakin bütövlükdə ya-
radılan şəraitdən lazımınca istifadə
edilməmişdir.
Əli Həsənov demişdir: Naxçıvan
Muxtar Respublikası Ali Məclisi
Aparatının iştirakı ilə Azərbaycan
Milli Elmlər Akademiyası Naxçıvan
Bölməsinin, onun institutlarının və
digər tabeli qurumlarının 9 aylıq
fəaliyyəti ilə bağlı 20-27 sentyabr
2016-cı il tarixlərdə aparılan müza-
kirələr zamanı məlum olmuşdur ki,
bölmədə kadrların seçilməsi və yer-
ləşdirilməsi işinə tələbkar yanaşılma -
mış, ştatların əksəriyyəti boş qal-
mışdır. Bunun nəticəsində bəzi şö-
bələr tam komplektləşdirilməmiş,
muxtar respublika üçün vacib olan
bir sıra istiqamətlər üzrə – memarlıq,
şəhərsalma, abidələrin bərpası, to-
ponimika, filiz yataqları, mineral
sular və hidrogeologiya ilə bağlı
tədqiqatlar aparılmamış, təkliflər
verilməmişdir. İnstitut və digər tabe
qurumların fəaliyyətinə nəzarət düz-
gün təşkil edilməmişdir. Müzakirələr
zamanı bir daha aydın olmuşdur ki,
elmi şuraların iclasları əksər hallarda
formal xarakter daşımış, aktual mə-
sələlər müzakirəyə çıxarılmamış,
şöbələrin elmi fəaliyyətlərinə lazımi
tələbkarlıq göstərilməmişdir. Bir
sözlə, elmin inkişafı üçün imkan-
lardan və yaradılan şəraitdən səmərəli
istifadə edilməmişdir.
Vurğulanmışdır ki, Azərbaycan
Milli Elmlər Akademiyasının Nax-
çıvan Bölməsi müvafiq tədqiqat və
elmi nəticələr ilə muxtar respubli-
kadakı inkişafa da öz töhfəsini verə
və elmin təcrübəyə tətbiqi sahəsində
əməli fəaliyyət göstərə bilməmişdir.
Bölmədə iqtisadi təhlillər aparılma -
mış, muxtar respublikanın iqtisadi
uğurlarını əks etdirən elmi nəşrlər
hazırlanmamışdır. Elmi işlərin təşkili
və aparılması üçün də tələbkar
mühit yaradılmamış, muxtar res-
publikanın elmi və kadr potensia-
lından, eləcə də bu işin əlaqələndi-
rilməsi imkanından lazımi səviyyədə
istifadə edilməmişdir. Müzakirələr-
dən ötən dövr göstərir ki, bəzi elmi
işçilər bu müzakirələrin nə üçün
aparıldığını hələ də başa düşmə-
yiblər. Hələ də aydın deyil ki, nə
üçün toponimikamız, tarixi coğra-
fiyamız və şəxsiyyətlərimiz öyrə-
nilməli olduğu halda, heç bir xidməti
olmayanların şəcərə tarixlərinə bu
qədər diqqət və vaxt ayrılır? Bəri
başdan deyək ki, bu kimi “təşəb-
büslər” elmə xidmət etmir.
Azərbaycan Milli Elmlər Aka-
demiyasının Naxçıvan Bölməsi işi-
nin daha məhsuldar olması üçün
ciddi elmi istiqamətlər və nəşr plan-
ları müəyyənləşdirməli, elmi təd-
qiqatlar şöbə və institutların, eləcə
də Rəyasət Heyətinin nəzarətində
aparılmalı, işə davamlı və sistemli
xarakter verilməlidir. Fundamental
və tətbiqi elmi tədqiqatların təşkilinə,
onların nəticələrinin praktikada tət-
biqinə çalışmaq, muxtar respubli-
kanın elmi-texniki potensialını qo-
rumaq və inkişaf etdirmək, gənc
kadrlarla işi gücləndirmək lazımdır.
Muxtar respublikanın sosial-iqtisadi
inkişafı elmi və ətraflı təhlilini tap-
malı, təbii və mənəvi dəyərlərimiz,
xalq yaradıcılığı, etnomühit dərindən
araşdırılmalı, Azərbaycan Milli Elm-
lər Akademiyası Naxçıvan Bölmə-
sinin muxtar respublikanın aidiyyəti
nazirlikləri ilə əlaqəsi daha da güc-
ləndirilməlidir. Bu ildən muxtar
respublika rəhbərinin tapşırığı əsa-
sında Azərbaycan Milli Elmlər Aka-
demiyası Naxçıvan Bölməsinin elmi
əməkdaşları akademiyanın elektron
informasiya mərkəzindən muxtar
respublikanın ümumtəhsil məktəb-
ləri üçün interaktiv nümunəvi dərs-
lərin təşkilinə cəlb olunacaqlar. Söh-
bət alim nümunəsindən gedir. Alim
isə elmi dərəcəsi ilə yox, elmə gə-
tirdiyi yenilik, elmə verdiyi fayda
ilə tanınmalı, interaktiv dərslərdə
əldə olunan elmi nailiyyətlər, elmi
fəaliyyət bir nümunə gücündə gös-
tərilməlidir. Bu gün elmi-tədqiqat
müəssisələrində çalışanlar hər cə-
hətdən nümunəvi olmağı bacarmalı,
öz işgüzarlığı ilə hörmət qazanmalı,
əsl ziyalı mövqeyi tutmalı, ictimai
fikrə fəal təsir gücünə malik olma-
lıdırlar. Naxçıvan Muxtar Respub-
likası Ali Məclisinin Sədri cənab
Vasif Talıbovun Azərbaycan Milli
Elmlər Akademiyası Naxçıvan Böl-
məsinin qarşısında qoyduğu bu
vəzifələr yeni ildə fəaliyyətin əsas
istiqamətlərini müəyyənləşdirir.
2017-ci il Azərbaycan Milli Elmlər
Akademiyasının Naxçıvan Bölməsi
üçün işdə ciddi dönüş ili olmalı,
nöqsanların aradan qaldırılması üçün
zəruri tədbirlər görülməlidir.
Sonra AMEA Naxçıvan Bölməsi
Bioresurslar İnstitutunun direktoru,
akademik Tariyel Talıbov, bölmənin
Tarix, Etnoqrafiya və Arxeologiya
İnstitutunun direktoru, AMEA-nın
müxbir üzvü Fəxrəddin Səfərli,
İncəsənət, Dil və Ədəbiyyat İnsti-
tutunun direktoru, AMEA-nın müx-
bir üzvü Əbülfəz Quliyev, Təbii
Ehtiyatlar İnstitutunun direktoru,
AMEA-nın müxbir üzvü Əliəddin
Abbasov, Əlyazmalar Fondunun di-
rektoru, filologiya üzrə elmlər dok-
toru Fərman Xəlilov, Batabat As-
trofizika Rəsədxanasının direktoru,
fizika-riyaziyyat üzrə fəlsəfə dok-
toru, dosent Qulu Həziyev hesabat
məruzələri ilə çıxış etmişlər.
AMEA Naxçıvan Bölməsinin
sədri İsmayıl Hacıyev qeyd et-
mişdir ki, kollektiv bildirilən haqlı
iradlardan nəticə çıxararaq qarşı-
dakı ildə fəaliyyəti mövcud nöq-
sanların aradan qaldırılması isti-
qamətində quracaq, işdə əsl dönüşə
nail olacaqdır.
“Şərq qapısı”
AMEA Naxçıvan Bölməsinin illik hesabat
yığıncağı keçirilmişdir
Naxçıvan Muxtar Respublikası
Ali Məclisi Sədrinin 2016-cı il 11
yanvar tarixli Sərəncamı ilə “2016-
2020-ci illərdə Naxçıvan Muxtar
Respublikasında sağlamlıq imkan-
ları məhdud uşaqların təhsili və
reabilitasiyası üzrə Dövlət Pro -
qramı” təsdiq edilib. Bu proqram
Naxçıvan Muxtar Respublikasında
sağlamlıq imkanları məhdud uşaq-
ların layiqli vətəndaş kimi cəmiyyətə
inteqrasiya olunması üçün əlverişli
şərait yaradır.
Proqramın əsas məqsədi muxtar
respublikamızda yaşayan bu qə-
bildən olan uşaqların təhsil hü-
quqlarının təmin edilməsi, inklüziv
təhsilə keçid imkanlarının artırıl-
ması, distant təhsilin inkişafı, sağ-
lamlıq imkanları məhdud uşaqların
sosial reabilitasiyasında müasir
üsulların tətbiq edilməsi, onların
müasir informasiya texnologiya-
larından istifadə imkanlarının ar-
tırılması, eləcə də təlim-tərbiyəsilə
bağlı müvafiq pedaqoji kadrların
hazırlanmasıdır. Ötən müddət ər-
zində Naxçıvan Muxtar Respub-
likası Ailə, Qadın və Uşaq Prob-
lemləri üzrə Dövlət Komitəsi pro -
qramın icrası ilə bağlı bir sıra işlər
görüb. Belə ki, muxtar respublika
üzrə 18 yaşadək sağlamlıq imkan-
ları məhdud olan 2005 nəfər uşaq-
dan 363 nəfərinin məktəbəqədər-
yaşlı olduğu müəyyənləşdirilib və
onlar haqqında məlumat bazası
yaradılıb.
Komitə tərəfindən 1185 sağlam-
lıq imkanları məhdud uşağın vali-
deynləri ilə əlaqə yaradılaraq maa-
rifləndirici söhbətlər aparılıb, həmin
uşaqlardan 2 nəfər Şərur Rayon
Texniki-Peşə və Sürücülük Məktə-
binə, 1 nəfər Naxçıvan Şəhər Re-
gional Peşə Tədris Mərkəzinə, 7
nəfər Naxçıvan Uşaq Bərpa Mər-
kəzinə, 4 nəfər Məhdud Fiziki İm-
kanlılar üçün Naxçıvan Regional
İnformasiya Mərkəzinə, 3 nəfər
Naxçıvan Şəhər Körpələr Evi və
Ailələrə Dəstək Mərkəzinə, 1 nəfər
Naxçıvan Şəhər Şahmat Mərkəzinə,
22 nəfər musiqi məktəblərinə və
məktəbdənkənar müəssisələrin dər-
nəklərinə, 1 nəfər Şərur Rayon
Uşaq-gənclər idman məktəbinə, 58
nəfər muxtar respublikanın tam orta
məktəblərinə, 5 nəfər uşaq bağça-
larına yönləndirilib.
Rübdə bir dəfə olmaqla cari il
ərzində 3 dəfə rayon (şəhər) icra
hakimiyyətləri və Naxçıvan Müəl-
limlər İnstitutu ilə birgə muxtar
respublikada fəaliyyət göstərən
məktəbəqədər təhsil müəssisələ-
rində sağlamlıq imkanları məhdud
uşaqların təlim-tərbiyə işinə məsul
işçilərin peşəkarlıq səviyyəsinin
artırılması məqsədilə 158 nəfər
müəllim, metodist və tərbiyəçinin
iştirakı ilə kurslar təşkil edilib.
Kurslarda məktəbəqədər təhsil
müəssisələrinin müvafiq işçilərinin
peşəkarlıq səviyyəsinin artırılması
məqsədilə məruzələr oxunub və
tədbir iştirakçılarına müxtəlif ma-
teriallar paylanılıb.
Komitə tərəfindən cari ildə sağ-
lamlıq imkanları məhdud uşaqlarla
bağlı monitorinqlərin aparılması
diqqət mərkəzində saxlanılıb, 211
məktəbəqədər, məktəb və məktəb-
dənkənar təhsil müəssisələrində mo-
nitorinq keçirilib, xüsusi kateqori-
yadan olan uşaqlara qarşı heç bir
hüquq pozuntusu qeydə alınmadığı
müəyyən edilib. Eyni zamanda
Culfa rayon Yaycı kənd 1 nömrəli
və Babək rayon Nehrəm kənd 2
nömrəli, Şahbuz rayon Külüs kənd
tam orta məktəblərində sağlamlıq
imkanları məhdud uşaqlar üçün to-
lerant mühitin yaradılması ilə bağlı
bu qəbildən olan uşaqların vali-
deynləri, şagirdlər və müəllimlər
ilə görüş keçirilib.
Komitə tərəfindən 11 ay ərzində
aid təşkilatlarla birgə ümumtəhsil
müəssisələrində tədrisə cəlb edilmiş
sağlamlıq imkanları məhdud uşaq-
ların təhsili ilə bağlı ibtidai sinif
müəllimləri, məktəb psixoloqları
və distant tədris üzrə pedaqoji kadr-
lar üçün 8 dəfə seminar təşkil edilib.
Uşaqların asudə vaxtlarının sə-
mərəli keçirilməsi məqsədilə mux-
tar respublikanın rayon və şəhər-
lərində təşkil olunmuş teatr tama-
şalarına, animasiya və cizgi film-
lərinə, konsert proqramlarına ko-
mitə tərəfindən 310 nəfər, sağ-
lamlıq imkanları məhdud 237 uşaq
Heydər Əliyev Muzeyi, Naxçıvan
Dövlət Xalça Muzeyi, “Xan Sa-
rayı” Dövlət Tarix-Memarlıq, Mö-
minə Xatın və Açıq Səma Altında
Muzey Kompleksi, Xatirə Muzeyi,
Naxçıvan Dövlət Tarix Muzeyi və
“Naxçıvanqala” Tarix-Memarlıq
Muzey Kompleksinə ekskursiyaya
aparılıb. Onlar üçün Naxçıvan
Dövlət Film Fondunda “Qaraca
qız”, “Bir qalanın sirri”, “Sehrli
xalat” filmləri, M.T.Sidqi adına
Naxçıvan Dövlət Kukla Teatrında
“Duz kisəciyi”, “Ağca və Bozca”
tamaşaları göstərilib.
Sağlamlıq imkanları məhdud
uşaqların qabiliyyətlərinin inkişaf
etdirilməsi, istedadlarının üzə çı-
xarılması məqsədilə “Müstəqilliyi-
miz əbədidir” mövzusunda 44 uşaq
arasında şeir müsabiqəsi keçirilib,
qaliblər diplom və hədiyyələrlə mü-
kafatlandırılıblar. Əlamətdar və bay-
ram günlərində sağlamlıq imkanları
məhdud uşaqların rəsm və əl işlə-
rinin sərgisi təşkil olunub, “İstedadlı
uşaqlar” festivalında üç nəfər sağ-
lamlıq imkanları məhdud uşaq “İlin
ən yaxşı istedadlı uşağı” adına layiq
görülüb.
Ümumiyyətlə, komitə tərəfindən
11 ay ərzində əlaqə saxlanılan 1185
sağlamlıq imkanları məhdud uşaq-
dan 58-i muxtar respublikanın tam
orta məktəblərinə, 8-i məktəbəqədər,
22-si məktəbdənkənar müəssisələrin
dərnəklərinə, 2-si idman məktəb-
lərinə, 3-ü peşə məktəbinə, 11-i
müalicə və reabilitasiya müəssisə-
lərinə olmaqla, cəmi 104-ü məktə-
bəqədər, məktəb, məktəbdənkənar
təlim-tərbiyə, müalicə və reabilita-
siya müəssisələrinə cəlb olunub.
Komitə tərəfindən bu kateqoriyadan
olan uşaqlar üçün qanvermə aksiyası
təşkil edilib, 7 litrə yaxın qan top-
lanaraq hemofiliya və talassemiya
xəstəliklərindən əziyyət çəkən uşaq-
lara köçürülməsi məqsədilə Nax-
çıvan Diaqnostika-Müalicə Mərkə-
zinin qan bankına verilib.
Naxçıvan Muxtar Respublikası
Ailə, Qadın və Uşaq Problemləri
üzrə Dövlət Komitəsi adıçəkilən
proqramın icrası ilə bağlı tədbirləri
hal-hazırda da davam etdirir. Bütün
bu görülən tədbirlər bir məqsədə –
gələcəyimizin sağlam təməllər üzə-
rində qurulmasına, gələcəyimiz olan
uşaqların Vətənimiz, dövlətimiz
üçün layiqli, savadlı vətəndaş kimi
yetişməsinə xidmət edir.
Naxçıvan Muxtar Respublikası
Ailə, Qadın və Uşaq Problemləri
üzrə Dövlət Komitəsinin
mətbuat xidməti
Dostları ilə paylaş: