Øß Ã Ð Doğma, canım-varlığım qədər sevdiyim Azərbaycanım


Dövlət proqramının icrası diqqət mərkəzində saxlanılır



Yüklə 231,16 Kb.
Pdf görüntüsü
səhifə3/3
tarix25.03.2017
ölçüsü231,16 Kb.
#12603
1   2   3

Dövlət proqramının icrası diqqət mərkəzində saxlanılır 

4

İtmişdir

Naxçıvan  şəhərinin  Qaraçuq  kənd  sakini  İsmayılov

Niyaz Məmmədcəfər oğlunun adına olan JN-321

A

inventar



nömrəli  “Torpağın  mülkiyyətə  verilməsinə  dair  şəhadət-

namə” itdiyindən etibarsız sayılır.  

*   *   *

Naxçıvan şəhərinin Qaraçuq kənd sakini Əliyev  Məm-

mədcəfər  Musa oğlunun adına olan JN-338

inventar nöm-



rəli “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə”

itdiyindən etibarsız sayılır.

*   *   *

Bayramov Aftandil  Fərzalı  oğlunun  adına  olan  evin

7060 inventar  nömrəli texniki pasportu və 17 iyun 2009-cu

il tarixdə verilmiş MH-0012782 seriya nömrəli çıxarış itdi-

yindən etibarsız sayılır.

*   *   *

Naxçıvan  şəhərinin  Qaraxanbəyli  kəndində  yaşamış

Əliyev Zülfüqar Sadıx oğlunun adına olan JN-2055

A

inven-


tar nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair şəhadət-

namə” itdiyindən etibarsız sayılır.

*   *   *

Naxçıvan  şəhəri,  “İstiqlal”  küçəsi,  bina  75,  mənzil

16-da yaşayan Cəfərəliyev Qadir Cabbar oğlunun adına olan

6712 inventar nömrəli texniki pasport itdiyindən etibarsız

sayılır.

  Şahbuz bənzərsiz tə-

biətə və təbii sərvətlərə

sahibdir. Onlar  ara-

sında  dərman  bitki-

lərinə,  dəmlənərək

çay kimi içilən çiçək

və güllərə xüsusi ma-

raq vardır. Elmi mən-

bələrdə  göstərildiyi

kimi, Şahbuz dağları

dərman bitkilərinin, güllərin, çiçəklərin növ

tərkibinə görə çox zəngindir.

    Süfrələrimizi bəzəyən nemətlərdən ən çox se-

viləni çaydır, – desəm, yanılmaram. O çay ki onu

yayın istisində də, qışın soyuğunda da dərdimizə

dərman bilirik. Ürəyimizi sərinlətmək, yorğunlu-

ğumuzu çıxarmaq, hövsələmizi açmaq üçün ar-

zuladığımız ilk nemət də çay olur. Çaya bu qədər

vurğunluğumuzdan irəli gəlir ki, qapımızı döyən

qonaqlarımıza da elə yeməkdən əvvəl çay təklif

edirik.  Evimizdə  qonaq  otağı  ayrı  olduğu  kimi,

qonaq  üçün  çay  dəsti  də  xüsusi  və  gözoxşayan

olur. Bəzəkli stəkana güldən, çiçəkdən dəmlənmiş

çay süzüləndə ətri, rəngilə  gözümüzü, könlümüzü

oxşayır. İçəndə isə dərdlərimizə dərman olur. 

     Dünyagörmüşlər  deyirlər  ki,  sirrinə-sehrinə

bələd olduğumuz bitkilərdən dəmlənən çayı süf-

rələrimizdən əskik etməsək, uzunömürlü, sağ canlı

olarıq.  Dərman  bitkiləri  ilə  məşhur  olan  Şahbuz

bəlkə buna görə uzunömürlülər diyarı da adlandırılır.

Muxtar respublikanın ərazisində olan 250-dən artıq

bitkinin 160 növü bu rayonda bitir. Onların sirri-

nə-sehrinə  vaqif  olmamaq  mümkün  deyil.  Hələ

sovet dönəmində də Şahbuzun dərman bitkilərinin

sorağı bütün ittifaqa, dünyaya yayılmışdı.

    İllərlə şəfalı bitkilərdən çay, məlhəm, mürəbbə,

şərbət hazırlayan Şövkət nənə ilə söhbətimiz də

güllər barədə oldu. Yəqin ki, bu qədər gülün-çi-

çəyin, otun-alafın sirrinə-sehrinə bələd olmağın

özü də bir sirdir-sehrdir. Ömrünü-gününü türkə-

çarədə  istifadə  olunan  məlhəmlər  hazırlamağa

həsr edən Şövkət nənəyə dedim: – Necə bilmisiniz

ki, hansı çiçəkdən çay dəmlənər, başqa birindən

mürəbbə  bişirilər,  şirəsi  çəkilər,  şərbət,  gülab

hazırlanar? 

    Ağbirçək gülümsəyərək: – Bunda nə var ki? –

dedi və əlavə etdi: – Atamız, anamız, nənəmiz,

babamız dərdinə dərmanı elə öz evinin qənşərində,

həyətində, dağında, dərəsində axtarıb tapıb. Dava-

dərman adı bilməyən insanlar bir-birinin dərdinə

çarə etmək üçün çəmənin çiçəyinə, gülünə, torpağın

yetirdiyi,  bitirdiyi  nə  varsa,  ümidlərini  onlara

bağlayıblar.  Nəsil-nəsil  bu  istək,  bu  inanc,  bu

sevgi  təbiətin  sirrini  öyrənməkdə  bir  açar  olub.

Rəngarəng  güllərdən,  çiçəklərdən,  müxtəlif  ot-

lardan, bitkilərdən vədəsində yığmaq, qışda istifadə

etmək  həvəsi  bu  yurd  yerində  hamıda  olub.

Təbiətin nazənin gözəli olan bitkilər mart ayından

torpaqdan baş qaldıraraq ta qar yerə düşənə kimi

yurdumuzu, yuvamızı bəzəyir. Qız-gəlinlər onların

adını tutub dağda, dərədə, çəməndə, düzdə ətək

salıb  çobanyastığını,  kəklikotunu,  qara  yarpızı,

nanəni, solmazçiçəyini təzə-tər dəstə-dəstə bağlayıb

gün tutmayan yerlərdə qurudub qış üçün hazırla-

yarlar. Elə ki qış gəldi, yazda, yayda, payızda çə-

mənlərdən, dağlardan, yamaclardan minbir həvəslə

yığıb  qışa  tədarük  etdiklərimizlə  dəmlənən  çay

çiçəklərdən, meyvələrdən bişirilən mürəbbələrlə

ləzzətlə içilər. 

    Doğrudan  da,  Şövkət  nənənin  dediyi  kimi,

Şahbuzun əlçatmayan, ünyetməyən qayalarından

insan sevgisi ilə süfrələrimizə “qonaq gələn” ne-

mətlər içərisində doqquzdon, həmərsin, yemişan

mürəbbələrinin bir ayrı dadı olur.  

    Dünyanı yorub-yortmuş ağbirçəklə söhbətimiz

zamanı bir də dedi ki, qızım, torpaq insan üçün

ana qoynudur. Yaxındakı bulağın başında bir iydə

ağacı var. Oyulmuş koğuşuna torpaq dolub bər-

kimişdi. Həmin torpaq üstündə bitən bənövşəni

görsəydin,  onda  təbiətin  nəyə  qadir  olduğunu,

torpağın  nəfəsindən  doğulan  gözəlliklərin  sirri-

ni-sehrini  sən  də  öyrənməyə  çalışardın.  Sevgi,

istək  olmadan  nəinki  gülün,  çiçəyin,  torpağın,

ağacın, bitkinin dilini öyrənərsən, xasiyyətin bi-

lərsən, heç balaca bir uşağın da könlünü ala bil-

məzsən. Qızılgülün məhəbbət, dəfnə yarpağının

şöhrət, palıdın güc, qüdrət, zeytunun sülh rəmzi

olduğunu da bilməzsən. 

    Aqil insanın söhbətindən anladım ki, torpağın

“qılığına girmədən” onun sirrini öyrənə bilməzsən.

Axı  çəməni  də,  çiçəyi  də  torpaq  yetirir.  Ona

görə də birinci olaraq torpağın qədir-qiymətini

bilməlisən ki, onun sərvət-

lərinə sahib olasan. 

Qışın  gəlişini  bildirən

soyuq  günlər  indi  təbiətə

bir  ayrı  ahəng  bəxş  etdiyi

kimi,  evimizə,  könlümüzə

də yeni bir ab-hava gətirib.

“Qol-boyun”  olub  yurdu-

muza keşik çəkən dağların

zirvəsində yallı gedən du-

mandan,  çəndən  təbiətə  təzə  bir  libas  biçildiyi

kimi, istəyimiz də dəyişir. Təbiətin bu vədəsində

çiçəklərdən  ocaq  üstə  dəmlənən  çayın  ayrı  bir

ləzzəti olur. İndi dağ kəndlərimizdə yaşayan in-

sanların  süfrələrini  məxməri  çaydan  daha  çox

bəzəyən  belə  çaylar,  yəqin  ki,  hamı  tərəfindən

arzulanandır.

    Allı-güllü yaylaqları ilə hər yerdə tanınan Şah-

buz dağlarının, dərələrinin dərdə dərman bitkilərini,

otlarını, çiçəklərini nənələrimiz, babalarımız Tanrı

payı  adlandırırlar.  Qiymətli  təbii  sərvətlərimizi

tanıtmaq, qədrini bilmək üçün hər birimiz təbliğatçı

olmalıyıq.  Dövlət  tərəfindən  də  bu  istiqamətdə

görülən işlər sahib olduqlarımızın qədir-qiymətini

bir daha artırır. 

    Bu il Naxçıvan şəhərində göycə, çörək, bal və

başqa festivalların keçirilməsi, həmin festivallarda

bütün  rayonların  iştirakının  təmin  olunması  bir

daha  onu  göstərir  ki,  torpağımızın  sinəsində

dəfinələr yatır. Olanımızın qədrini bilmək, təbliğ

etmək üçün keçirilən festivallara çıxarılan nemətlərin

tədarükündə,  hazırlanmasında,  sərgilənməsində,

sözsüz ki, ayrı-ayrı insanların çox böyük əməyi,

rolu olur. Onlar yaşadıqları yurd yerinin təbiətinə

vurğun  və  bələd  olduqlarına  görə  harada  yaxşı

gülün, çiçəyin açdığını, cır armudun, həmərsinin,

doqquzdonun, yemişanın yetişdiyini, baltutarların

olduğunu  çox  yaxşı  bilirlər.  Əgər  günlərin  bir

günü muxtar respublikamızda dərman bitkilərindən

hazırlanmış  çay  festivalı  keçirilərsə,  yəqin  ki,  o

tədbirdə qantəpər, çobanyastığı, kəklikotu, qaraqınıq,

zirə,  damotu,  solmazçiçəyi,  qara  yarpız,  dazotu,

qarapodium, mərmərik, həmərsin, ayıdöşəyi, səhləb,

dağ  nanəsi,  ögey  ana,  ağ  və  sarı  boymadərən,

gicitkən, yemlik, baldırğan, boyaqotu, şirinbiyan

və  digər  dərman  bitkiləri,  onlardan  hazırlanan

çaylar hər kəsin diqqətini cəlb edər. 

    Dünyanın hər üzünü görmüş ağbirçəklərimizin,

ağsaqqallarımızın fikrincə, təndir, ocaq üstdə qay-

nayan su ilə dəmlənən çay insanı minbir dərdin

bəlasından qoruyar, həmişə saf və gümrah saxlayar.

Sözsüz ki, ocaq çayının tamı da bir ayrı cür olur.

Ona görə də qapımızı döyən qonaq-qaraya indi

daha çox matah olan gül-çiçək çayı verilməsi qo-

naqpərvərliyimizin göstəricisidir. Bəlkə də, dünyada

yalnız  azərbaycanlılara  məxsus  keyfiyyətdir  ki,

evində,  süfrəsində  yaxşı  olan  nə  varsa,  böyük

həvəslə, istəklə qonağına bəxş edir...

    Bu  gün  Şahbuz  şəhərində  dərman  bitkilərini

istehsal  edən  “Farma  Şah”  müəssisəsi  fəaliyyət

göstərir. Müəssisədə hazırda 49 adda 60 çeşiddən

çox dərman bitkiləri paketlənərək satışa çıxarılır.

Birdəfəlik dəmləmə, kapsul, bəkməz və 40 qramlıq

paketlər şəklində qablaşdırılan minbir dərdin dər-

manı  olan  bu  məhsullara  Naxçıvanda  olduğu

kimi,  respublikamızın  başqa  regionlarında  da

ilboyu böyük tələbat var. Gündəlik istehsal gücü

800  qutudan  artıq  olan  “Farma  Şah”  bu  tələbi

ödəmək üçün növbəti mövsümə ciddi hazırlaşır.

Şahbuz  dağlarında  yabanı  halda  bitən  qiymətli

dərman  bitkilərinin  emalını  və  paketlənməsini

həyata keçirən bu müəssisədə həm də rayon sa-

kinləri daimi işlə təmin olunub. 

    Güllərin,  çiçəklərin dilini bilən insanlar onları

qaydasınca dəmləməyin də vacib olduğunu deyirlər.

Bu da bir hikmətdir. Çölün-çəmənin dilini bilənlər

deyirlər ki, çobanyastığını nə bir gün tez, nə də

bir gün gec yığmaq olmaz. Kölgədə qurudularsa,

ondan  dəmlənən  çay  çox  dadlı  olar.  Çay  kimi

dəmlənən qara yarpız da öz dadı, tamı ilə sevilir.

Səhləb,  dəvədabanı,  ayıpəncəsi,  solmazçiçəyi,

nanə, baldırğan, qaraqınıq və onlarla belə bitkilərlə

yanaşı, yazda ətri aləmə yayılan, yığılıb qurudulan

qızılgül ləçəklərinin də çay dəmləmələrində istifadə

olunması elimizə məxsus adətdir. Bu qədər bitkinin,

gülün-çiçəyin  dilini  bilən  insanların  yaşadığı

yerdə hər bir işi görmək olar. Bunun üçün insanlara

hərtərəfli dövlət dəstəyi göstərilir və lazımi şərait

yaradılır. Deməli, qalır təşəbbüs göstərmək. 



Şəhla NƏbİYEVA

“Oğuz səsi” qəzetinin 

redaktoru

Pürrəngi, yoxsa gülrəngi çay...

    Naxçıvan Muxtar Respublikası Mə-

dəniyyət və Turizm Nazirliyi aparatının

Turizm şöbəsinin müdiri Əkbər Novruzov

gənclərə  bu  möhtəşəm  abidə  haqqında

məlumat  verərək  bildirib  ki,  Şərq  me-

marlığının  incilərindən  olan  bu  türbə

1186-cı ildə inşa olunub. Abidənin me-

marı  Əcəmi  Əbubəkr  oğlu  Naxçıvani

bu  türbəni  Atabəylər  dövlətinin  banisi

Şəmsəddin  Eldənizin  xanımı  Möminə

xatının qəbri üzərində ucaldıb. Abidənin

baştağında kufi xətti ilə bu sözlər yazılıb:

“Biz  gedirik,  ancaq  qalır  ruzigar.  Biz

ölürük, əsər qalır yadigar”.  

    Qeyd  edilib  ki,  bu  möhtəşəm  sənət

abidəsi  yeraltı  və  yerüstü  hissələrdən

ibarətdir. Sərdabə hissəsi onbucaqlı

olan  abidə  bir  sıra  memarlıq  xüsu-

siyyətləri  ilə  seçilir.  8  əsrdən  artıq

keçməsinə baxmayaraq, abidə öz zə-

rifliyini itirməyib. Türbənin səthi qu-

ruluşu  həndəsi  ornamentlərin  kom-

pozisiyasından ibarət olub, kaşılarla

daha da zənginləşdirilib. 

Gənclərə məlumat verilib ki, tür-

bənin  sadə  quruluşu,  kompozisiya

yetkinliyi, zərif işlənmiş naxışlar abidənin

orta əsrlər memarlığının şah əsərlərindən

biri olmasına əsas verir. Bu monumental

abidə haqqında Naxçıvana səyahət etmiş

Şərq və Avropa səyyahlarının, tədqiqat-

çılarının  əsərlərində  maraqlı  məlumat

və  qeydlərə  rast  gəlinir.  Azərbaycanın

qədim  tarixini,  möhtəşəm  dövlətçilik

ənənələrini, yüksək mədəniyyətini, böyük

memarlıq  məktəbinə  malik  olduğunu

göstərən  abidə  dünya  əhəmiyyətli  me-

marlıq incisi kimi dövlətimiz tərəfindən

qorunur. 

    Sonra gənclər Möminə xatın türbəsinin

daxili və xarici quruluşu ilə tanış ediliblər. 



Əli RZAYEV

Gənclər Möminə xatın türbəsini ziyarət ediblər

Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Turizm Nazirliyinin

təşkilatçılığı ilə Naxçıvan Musiqi Kollecində təhsil alan bir qrup gəncin

Naxçıvan  şəhərindəki  Möminə  xatın  türbəsinə  ekskursiyası  təşkil

edilib.

Qeydiyyat №: 575

Əlyazmalara cavab verilmir

və onlar geri qaytarılmır

ØßÐÃqapısı

Ünvan: AZ-7000,

Naxçıvan şəhəri, “Təbriz” küçəsi 1.

Telefonlar: Məsul katib: 545-62-47 

Şöbələr: 545-81-44, 545-51-18

Müxbirlər: 545-75-21, Faks: 544-52-52

E-mail: serqqapisi@nakhchivan.az

Nömrəyə məsul: Əli Cabbarov

Qəzet redaksiyanın kompüter mərkəzində yığılıb, səhifələnib və

Əcəmi NPB-də ofset üsulu ilə çap olunmuşdur.

Tiraj: 1050. Sifariş № 950

Baş redaktor:

TURAL SƏFƏROV

    Xəbər  verdiyimiz  kimi,  Naxçıvan

Muxtar Respublikası Gənclər və İdman

Nazirliyinin  təşəbbüsü  ilə  muxtar  res-

publikada  futbolun  inkişafı  məqsədilə

Azərbaycanın 15 və 16 yaşlılardan ibarət

milli yığma komandasının baş məşqçisi

Vüqar Məmmədov Naxçıvana dəvət edil-

mişdi.  İki  gün  Naxçıvanda  olan  baş

məşqçi burada seleksiya xarakterli məşq-

lər aparmışdır. 

    Artıq millinin baş məşqçisi Azərbaycan

yığmasının heyətini açıqlayıb.

    Dekabrın 15-dən 21-nə qədər Bakıda

16 yaşadək futbolçulardan ibarət Azər-

baycan  yığmasının  seleksiya  xarakterli

təlim-məşq toplanışı keçiriləcək. Toplanış

iki hissədən ibarət olacaq. 15-17 dekabr

və 19-21 dekabr tarixlərini əhatə edəcək

toplanışa dəvət olunmuş heyətdə “Araz-

Naxçıvan” komandasının da iki futbolçusu

var. Bunlar Hüseyn Abbasov və Əmircan

Zamanlıdır.

“Araz-Naxçıvan” komandasının iki futbolçusu

Azərbaycan millisinə cəlb olunub

    Naxçıvan şəhər 15 nömrəli tam orta

məktəbin idman zalında şəhər tam orta

məktəblərinin qız komandaları arasında

voleybol birinciliyi keçirilib.

    Şəhər  Gənclər  və  İdman  İdarəsinin

rəisi  Xəyal  Qurbanov,  Heydər  Əliyev

Uşaq-Gənclər Yaradıcılıq Mərkəzinin di-

rektoru Namiq Novruzov və Təhsil Şö-

bəsinin nümayəndəsi Mahmud Kərimov

çıxış edərək yarışın keçirilməsinin məq-

sədi haqqında komandalara məlumat ve-

riblər, idmançılara uğurlar arzulayıblar.

    Yarışda 14 komanda mübarizə aparıb.

Beynəlxalq  Voleybol  Federasiyasının

mövcud qaydalarına əsasən keçirilən ya-

rışda  VIII-XI  sinif  şagirdləri  mübarizə

aparıblar. Yarışın nəticəsinə gəlincə, 15

nömrəli  tam  orta  məktəbin  komandası

birinciliyin qalibi olub. Digər iki pillədə

6 və 3 nömrəli tam orta məktəblərin vo-

leybolçuları qərarlaşıblar.

    Qalib komandalar təşkilatçıların dip-

lomları ilə təltif olunublar.



Qız voleybolçular arasında birinciliyə yekun vurulub

    Naxçıvan Muxtar Respublikası Gənc -



lər və İdman Nazirliyi ilə Atıcılıq Fede-

rasiyasının birgə təşkil etdiyi peyntbol

üzrə birincilik başa çatıb. 

    Birincilikdə  Naxçıvan  Muxtar  Res-

publikası  Dövlət  Gömrük  Komitəsinin

strukturuna  daxil  olan  8  idarənin  ko-

mandası mübarizə aparıb. Atıcılıq Mər-

kəzində reallaşan yarış olimpiya sistemi

üzrə keçirilib.

    Yarışın nəticəsinə əsasən, final görü-

şündə  Naxçıvan  Hava  Nəqliyyatında

Gömrük İdarəsinin komandası ilə Nax-

çıvan Terminal Kompleks Birliyinin ko-

mandası  üz-üzə  gəlib.  Hədəfləri  daha

sərrast nişan alan birincilər yarışın qalibi

olublar. Naxçıvan Muxtar Respublikası

Dövlət  Gömrük  Komitəsinin  Mühafizə

Xidmətinin komandası isə üçüncülüklə

kifayətlənib.

    Sonda qalib komandalara təşkilatçı-

ların diplom, medal və kubokları təqdim

edilib.




Ceyhun MƏMMƏDOV

Peyntbol üzrə yarış başa çatıb

Yüklə 231,16 Kb.

Dostları ilə paylaş:
1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin