“ kafedrası Mövzu: “Dövlət və bələdiyyə idarəetməsi” kursunun predmeti və vəzifləri


Dövlət idarəetməsinin funksional və təşkilati strukturu



Yüklə 0,54 Mb.
səhifə20/57
tarix19.05.2023
ölçüsü0,54 Mb.
#117554
1   ...   16   17   18   19   20   21   22   23   ...   57
referat 3390

5.3. Dövlət idarəetməsinin funksional və təşkilati strukturu
Dövlət idarəetməsinin funksional strukturu. Dövlət idarəetmə funksiyaları və dövlət orqanlarının idarəçilik funksiyaları (daxili və xarici, ümumi və xüsusi) birlikdə dövlət idarəetməsinin çoxpilləli funksional strukturunu əmələ gətirir. Bu struktur dövlətin həm idarəetmə subyekti kimi ictimai sistemlə qarşılıqlı əlaqələrini, həm də idarəedici sistem kimi daxili sabitliyini və dinamikliyini təmin edir. Dövlət idarəetməsinin funksional strukturunun əsasını dövlət idarəetməsinin funksiyaları təşkil edir ki, onun da ətrafında və onun üçün dövlət orqanlarının idarəetmə funksiyaları formalaşdırılır. Nəticədə dövlət idarəetməsinin funksiyalarından hər biri üfüqi və şaquli istiqamətdə ayrılmış dövlət idarəetmə orqanlarının funksiyaları kompleksi vasitəsi ilə həyata keçirilir.
Dövlət idarəetməsinin müxtəlif səviyyələrinin özünəməxsus funksiyaları mövcud olur ki, bu da dövlət idarəetməsinin şaquli və üfüqi istiqamətdə funksional bölgüsünün həyata keçirilməsini şərtləndirir.
Geniş mənada dövlət idarəetməsinin üfüqi funksional strukturunun əsasmı hakimiyyətlərin bölgüsü prinsipinin müəyyənləşdirdiyini söyləmək olar. Məlumdur ki, hakimiyyətlərin bölgüsü ənənəvi olaraq həm hakimiyyətin ayrı-ayrı qolları arasında, həm də, eyni zamanda dövlət hakimiyyətinin ali orqanları arasında münasibətlərin təşkili prinsipi kimi başa düşülür. Müasir dövlətçilikdə, xüsusilə demokratik dövlət idarəçiliyində bu prinsip çox vaxt təməl prinsip hesab edilir. Dövlət idarəetmə nəzəriyyəsində hakimiyyətlərin bölünməsi ideyasının siyasi mahiyyəti ilə yanaşı onun idarəetmə mahiyyəti də xüsusi əhəmiyyət kəsb edir. Siyasi baxımdan hakimiyyətlərin bölgüsünün mahiyyəti tiraniyaya yol verilməməsi, hakimiyyətin qəsb olunmasının qarşısının alınmasından ibarətdir. İdarəetmə baxımından isə hakimiyyətlərin bölünməsinin mahiyyəti funksiyaların müxtəlif ixtisaslaşdırılmış hakimiyyət orqanları arasında səmərəli paylaşdırılmasından - funksional ixtisaslaşdırmadan ibarətdir.
Funksional ixtisaslaşdırma idarəetmə fəaliyyətinin özünəməxsus növlərinə və ya idarəetmə funksiyalarına əsaslanır. Onların fərqləndirilməsi müəyyən fəaliyyət növünə (funksiyaya) yönümlülüyü ilə bağlıdır. Ənənəvi olaraq idarəetmə fəaliyyətinin funksiyalarını formalaşdırmaq üçün əsas kimi idarəetmə prosesinin məntiqi mərhələləri götürülür: layihələndirmə (informasiyanın toplanması və işlənməsi, proqnozlaşdırma, planlaşdırma), təşkiletmə (ümumi qərarların qəbul olunması, tapşırıqların və resursların bölüşdürülməsi, operativ rəhbərlik), qiymətləndirmə (uçot, nəzarət, düzəlişlərin aparılması, sanksiyalaşdırma).
İdarəetmə funksiyalarının xüsusiyyəti ondan ibarətdir ki, onlar vahid idarəetmə fəaliyyəti tsikli (dövrü) çərçivəsində daim və kəsilməz şəkildə həyata keçirilirlər. Klassik idarəetmə tsikli aşağıdakı funksiyaların ardıcıl və məcburi şəkildə yerinə yetirilməsini nəzərdə tutur:

Nəticələrin qiymətləndirilməsi


Təşkiletmə və əlaqələndirmə

Qərarların qəbulu

Planlaşdırma və proqnozlaşdırma








Yüklə 0,54 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin