“ kafedrası Mövzu: “Dövlət və bələdiyyə idarəetməsi” kursunun predmeti və vəzifləri


Bələdiyyə mülkiyyətinin iqtisadi məzmunu, strukturu



Yüklə 0,54 Mb.
səhifə49/57
tarix19.05.2023
ölçüsü0,54 Mb.
#117554
1   ...   45   46   47   48   49   50   51   52   ...   57
referat 3390

1. Bələdiyyə mülkiyyətinin iqtisadi məzmunu, strukturu
və formalaşması problemi
- Yerli özünüidarəetmə orqanlarının öz funksiyalarını iqtisadi siya­sət çərçivəsində həyata keçirməsi üçün lazımi qədər özünəməxsus iqtisadi və maliyyə resurslarına malik olmaq hüququ vardır.
- Yerli özünüidarəetmə orqanlarının maliyyə vəsaitlərinin bir hissəsi həmin orqanlar tərəfindən qanunla onlara verilmiş səlahiyyət çərçivəsində dərə­cəsi, yaxud səviyyəsi müəyyən edilən yerli vergi və yığımlar hesa­bı­na formalaşmalı.
- Yerli özünüidarəetmə orqanlarının vəsaitlərinin əsaslandıqları ma­liy­yə sistemi kifayət qədər müxtəlif və çevik olmalıdır ki, həmin orqanlar öz səlahiyyətlərini icra etdikdə meydana gələ biləcək məsarif (xərc) də­yiş­mələrini müşayiət edə bilsin.
- Maliyyə vəziyyətləri qeyri-bərabər olan yerli özünüidarəetmə or­qan­ları arasında bu vəziyyəti tənzimləmək üçün maliyyə tarazlığı pro­se­durası və ya ölçü ekvivalenti işə salınmalıdır. Bu zaman həmin ölçü ek­vi­va­lenti və ya tənzimləyici tədbirlər yerli özünüidarəetmə orqanlarının sə­la­hiyyətlərini məhdudlaşdır­mamalıdır.
Bunlarla birlikdə dövlət yerli özünüidarəetmənin müstəqilliyini etiraf edərək və təminat verərək öz öhdəsinə sərhədləri daxilindəki yerli özünü­idarəetmə orqanlarının fəaliyyəti üçün zəruri iqtisadi, maliyyə və s. şəraiti yaratmaq vəzifəsini götürür.
Əksər ölkələrdə yerli özünüidarəetmənin iqtisadi əsaslarının tərkibinə aşağıdakılar daxildir (51):
• Yerli özünüidarəetmə mülkiyyəti;
• Yerli özünüidarəetmə büdcəsi və digər maliyyə resursları;
Dövlət mülkiyyətində olan, lakin yerli özünüidarəetmə orqan­la­rı­nın idarəetməsinə verilən əmlak;
• Yerli əhalinin ümumi tələbatlarını ödəməyə xidmət edən digər mülkiyyət növləri.
İndi isə ayrı-ayrılıqda yerli özünüidarəetmənin iqtisadi əsaslarının tərkib hissələrini nəzərdən keçirək.
1. Yerli özünüidarəetmə mülkiyyətini bir iqtisadi kateqoriya kimi araş­­dırmaq və tədqiq etmək üçün, ilk növbədə, "mülkiyyət" kateqo­riya­sını, onun mahiyyətini, əhatə dairəsini aydınlaşdırmaq lazımdır. Mül­kiy­yət insan cəmiyyətinə onun meydana gəldiyi gündən tanışdır. Bu bütöv­lükdə insan varlığının nəhəng daşıdır. Mülkiyyət insanın, onu əhatə edən mühitin obyektlərini ona məxsus olduğu və özününküləşdirmə hisslərinin meydana gəlməsi ilə müəyyənləşir.
"Mülkiyyət" bir elmi kateqoriya kimi iqtisadiyyat və iqtisadi nəzə­riyyənin meydana gəlməsi ilə elmi araşdırmanın, hər şeydən əvvəl fəlsəfə və hüququn obyektinə çevrilmişdir. Roma hüququ onun bir anlayış və onunla bağlı münasibətlər sistemi kimi əsas mahiyyətini açıb göstərə bilmişdir: obyektə sahibolma, sərəncamvermə və istifadəetmə. Mülkiyyət və mülkiyyət münasibətləri uzun zaman nəinki dövlətin iqtisadi əsaslarını müəyyən etmiş, hətta bütün siyasi və sosial sistemə nüfuz etmiş və onu aşağıdakı prinsip əsasında formalaşdırmışdır: «mülkiyyət kimindirsə haki­miyyət ona məxsusdur».
Beləliklə, "mülkiyyət" - elə münasibətlər sistemidir ki, onun bir tərəfində insanlar, qruplar və ya insan cəmiyyəti (subyekt), digər tərə­fində isə maddi dünyanın istənilən substansiyası (obyekt) duran və bu tərəflər arasında daimi və müvəqqəti, bütövlükdə və ya qismən özgə­nin­ki­ləşdirmə, ayırma və sahibolma kimi hallarla müşayiət olunan obyekt-sub­yekt münasibətləridir. Beləliklə, mülkiyyət, obyektin müəyyən subyektə məxsus olması ilə xarakterizə edilir.
Bildiyimiz kimi, müstəqillik əldə etdikdən sonra Azərbayjan jəmiyyətində gedən iqtisadi islahatların prinsipial məsələlərindən biri də mülkiyyət münasibətlərinin dəyişməsi və mülkiyyət formalarının müxtəlifliyinə, iqtisadi subyektlərin müstəqilliyinə və təşəbbüs­kar­lığına əsaslanan yeni təsərrüfat mexanizminin yaradılması olmuşdur. Bazar iqtisadiyyatının inkişafı ilə əlaqədar vahid dövlət mülkiyyətinin dövlət, xüsusi və bələdiyyə mülkiyyətinə bölünməsi əsasında yenidən qurulması baş vermişdir. Dövlət mülkiyyətinin yeni ərazi struk­tu­runun formalaşması nətijəsində inzibati-ərazi qurumları çərçivəsində yaşayan, əhalinin maraqları baxımından həll olunan məsələlərin xarak­terindən asılı olaraq mülkiyyət obyektlərinin həjmi və xarak­terinin optimal uyğunlaşdırılması prinsipi meydana çıxmışdır. Ona görə də yerli özünüidarəetmə orqanlarının təşkili və bu təşkilata dövlət tərəfindən mülkiyyət ayrılaraq, ümumi mülkiyyət müna­sibət­lərində bələdiyyə mülkiyyətinin də etiraf olunmasını əvvəldə qeyd etdiyimiz prinsipin məntiqi davamı kimi də adlandıra bilərik.
Məlumdur ki, yerli özünüidarəetmə və ya bələdiyyə ida­rəet­məsi, bu və ya digər inzibati-ərazi vahidində yaşayan əhalini təmsil edən, özünün inzibati-idarəetmə aparatına malik olan, seçki əsasında yaradılan orqan tərəfindən həyata keçirilən yerli əhəmiyyətli məsə­lə­lərin və işlərin həyata keçirilməsidir.
Demokratiyanın əsas atributu və konstitusiyalı quruluşun əsas­larından sayılan bələdiyyə institutu bu gün Azərbayjan üçün tamamilə yeni və gənj bir təşkilatdır. Təbii ki, hər bir təşkilatın rasi­o­nal fəaliyyəti öz mülkiyyətindən effektiv istifadə ilə bağlı olduğu kimi, Azərbayjan bələdiyyələrinin də səmərəli inkişafı bilavasitə bələ­diyyə mülkiyyətinin düzgün və rasional idarə olunması ilə bağlıdır.
Bələdiyyə təşkilatının fəaliyyətinin əsas iqtisadi vasitəsi olan bələdiyyə mülkiyyəti müasir iqtisadi sistemin ən vajib elementlərindən biri sayılır. Bu mülkiyyət ərazi təkrar istehsal sisteminin əsası olub, lokal bələdiyyə təşkilatları çərçivəsində təsərrüfat və sosial-məişət tə­yi­nat­lı geniş obyektlər şəbəkəsini özündə birləşdirir. Bələdiyyə ərazi­si­n­də yaşayan əhalinin həyat keyfiyyəti bələdiyyə mülkiyyətinin inkişafı və ondan effektiv istifadə olunmasından xeyli dərəjədə ası­lıdır. Buna görə də, qeyd etmək lazımdır ki, bu gün Azərbayjanda bə­lədiyyə mül­kiy­yətinin formalaşması və təşəkkülü prosesi hələ başa çatmamışdır. Belə ki, bu istiqamətdə müəyyən normativ hüquqi baza­nın yara­dıl­ma­sına baxmayaraq, bələdiyyə mülkiyyətinin istehsal, maliyyə və sosial tərkib formalarından istifadə olunması müvazinətli xarakter daşımır. Bunun üçün də bütün bu tərkib formalarının və ümumilikdə bə­lə­diy­yə mülkiyyətinin sahə və ərazi xüsusiyyətlərinin yenidən araşdırılaraq öyrənilməsi lazım gəlir.
Qeyd etmək lazımdır ki, bələdiyyə mülkiyyəti yerli əhalinin sosial müdafiəsinin əsas vasitəsi olub, yerli özünüidarəetmə orqan­la­rı­nın öz səlahiyyətləri daxilində müstəqilliyinə və sərbəstliyinə xidmət edir. Məhz bələdiyyə mülkiyyətinin bu funksiyası ölkəmiz üçün çox mühüm əhəmiyyət kəsb edir.
Bələdiyyə mülkiyyətinin yerli özünüidarəetmə fəaliyyətində oy­na­dığı vajib rola baxmayaraq, bu mülkiyyət forması tam tədqiq olun­ma­mışdır və ona görə də bu günümüz üçün çox aktualdır.
Əvvəldə qeyd etdiyimiz kimi, bələdiyyə idarəetməsi Azər­bay­jan Respublikası üçün tamamilə yeni bir sistem olduğuna görə bizim iqtisadi ədəbiyyatlarda bələdiyyə mülkiyyətinin məzmunu, forma­laşma şərtləri, inkişaf mənbələri və perspektivlərinə dair həsr olunan ayrıja elmi monoqrafiyalar, demək olar ki, yox dərə­cəsin­dədir. Belə ki, yerli alim və tədqiqatçılarımızın bələdiyyə mül­kiyyəti ilə bağlı olan araş­dırmaları ümumi bələdiyyələrdən bəhs edən elmi-metodik ədə­biy­yat­larda yalnız bir fəsil və ya bir paraqraf altında yer aldığı üçün bələdiyyə mülkiyyətinin ayrıca geniş təhlilinə çox ehtiyaj vardır.
Azərbayjan alimlərindən bələdiyyə idarəçiliyi sahəsində elmə xüsusi töhfələr bəxş edən A.Əliyevin, Ə.Qasımovun, V.Zeynalovun, E.Azadovun elmi əsərlərindən belə nətijəyə gəlmək olur ki, burada bələ­diyyə mülkiyyəti ilə bağlı məsələlər ümumi kompleks xarakteri daşıyır .
Xariji ölkə alimlərinin bələdiyyə mülkiyyətinə dair olan elmi yanaşmaları bizdən fərqli olaraq bir növ tətbiqi xarakter daşıyır və burada onlar daha çox bələdiyyə mülkiyyətini ayrıja olaraq təhlil et­məyə çalışaraq, mülkiyyətin hüquqi, siyasi, idarəetmə və maliyyə tərəflərinə toxunmuşlar. Məsələn, rus alimləri E.İlyuxin, A.Kulagin, V.Suxaçevski, V.Qriqoryev və b. bələdiyyə mülkiyyətinin yerli özü­nüidarə orqanlarının müstəqilliyində tutduğu rolu geniş təhlil edərək, nətijədə bu mülkiyyəti bələdiyyə fəaliyyətinin iqtisadi əsası kimi gös­tər­mişlər.
Bələdiyyə mülkiyyətinin formalaşmasının xariji təjrübəsi Q.Barabaşevin, N.Klinovanın elmi işlərində də geniş əks olunmuşdur. Xariji alimlərdən olan F.Şnapp, J.Xivi, R.Fişmen isə bələdiyyə mülkiyyətinin təhlil aspektlərini bir qədər də konkretləşdirərək, yalnız funksiyalarını tədqiq etmişlər [38].
Göründüyü kimi, bələdiyə mülkiyyətinin respublikamızda inkişaf etdirilməsi üçün, ilk növbədə, aşağıdakı ardıjıl məsələlər öz əksini tapmalıdır:
 bələdiyyə mülkiyyətinin sosial-iqtisadi məzmununun açıq­lan­ma­sı;
 bələdiyyə mülkiyyətinin obyekt və subyekt quruluşunun araşdırılması;
 müasir şəraitdə bələdiyyə mülkiyyətinin formalaşmasında mey­dana çıxan ziddiyyətlərin aydınlaşdırılması;
 bələdiyyə mülkiyyətinin əsas funksiyalarının açıqlanması;
 bələdiyyə mülkiyyətinin formalaşma prosesinin şərait baxı­mından qiymətləndirilməsi;
 bələdiyyə mülkiyyətinin formalaşma prinsiplərinin müəy­yən­ləşdirilməsi;
 bələdiyyə mülkiyyətinin tərkibinin dinamik xarakterinin analizi;
 bələdiyyə mülkiyyətinin idarəolunma sisteminin ölkəmiz üçün labüdlüyünün əsaslandırılması və onun vajib xarak­terinin açıq­lan­ması.
Mülkiyyət münasibətlərinin təhlili metodologiyası bələdiyyə mülkiyyətinin mövjudluq formasını onun təşkili formasından ayır­mağı tələb edir [35]. Bu jür bölünmə bələdiyyə mülkiyyətinin məz­mu­nun­da bir çox məsələləri aydınlaşdırır. Konkret desək, bələdiyyə mül­kiy­yətinin mövjudluq forması bu təşkilatın ərazi xüsusiyyətləri ilə müəyyən olunur. O, bələdiyyə mülkiyyətinin obyekt və subyektləri ara­sında olan qarşılıqlı münasibətlərin real məzmunu kimi təzahür edir. Bələdiyyə mülkiyyətinin təşkili forması isə bələdiyyə ərazisində ya­şayan əhalinin ayrıja səjiyyəvi xüsusiyyət­lərindən asılıdır. Buraya əhalinin gəlir səviyyəsi, əhali xərjlərinin strukturu, milli xüsusiyyətlər və s. daxildir.
Bələdiyyə mülkiyyəti dedikdə, ilk növbədə, bələdiyyə təşkilatının sahibolma, istifadəetmə və sərənjamvermə kimi hüquqları üzərində reallaşdıra bildiyi hər hansı əmlak nəzərdə tutulur.

Yüklə 0,54 Mb.

Dostları ilə paylaş:
1   ...   45   46   47   48   49   50   51   52   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin