“ kafedrası Mövzu: “Dövlət və bələdiyyə idarəetməsi” kursunun predmeti və vəzifləri


Mövzu: 4. Dövlət idarəetmə sistemi və prosesi



Yüklə 0,54 Mb.
səhifə14/57
tarix19.05.2023
ölçüsü0,54 Mb.
#117554
1   ...   10   11   12   13   14   15   16   17   ...   57
referat 3390

Mövzu: 4. Dövlət idarəetmə sistemi və prosesi
Plan:

    1. Dövlət idarəetmə sistemi: anlayışı, növləri və xüsusiyyətləri.

    2. Dövlət quruculuğu – dövlət idarəetmə sisteminin formalaşması prosesi kimi.

    3. Dövlətin fəaliyyət mexanizmi və idarəetmə prosesinin başlıca xüssusiyyətləri.



4.1. Dövlət idarəetmə sistemi: anlayışı, növləri və xüsusiyyətləri
Bir ictimai hadisə kimi dövlət idarəetməsi geniş və əhatəli ictimai sistem çərçivəsində baş verir və cəmiyyətin xüsusi təsisatı kimi sistemin dayanıqlığı və tamlığını təmin etmək məqsədini daşıyır. Digər ictimai hadisə və proseslərlə əlaqəli şəkildə nəzərdən keçiriləndə bu təsisatı dövlət idarəçilik sistemini təşkil edən bir bütövlük kimi qəbul edirlər. Başqa sözlə, dövlət idarəçiliyinin əsl təyinatı ictimai sistemin yarımsistemi kimi onun tamlığını təmin etməkdir. Dövlət idarəçiliyi üçün bu ümumi müddəanın əhəmiyyətinin izahata ehtiyacı vardır. Dövlət idarəçilik sisteminin müəyyən edilməsində bir çox vacib amilləri nəzərə almaq lazımdır. Nəzəriyyədə fərz olunur ki, dövlət idarəçiliyi həqiqətən sistem təşkil edir (digər tərəfdən dövlət quruculuğu prosesində məhz məqsədəmüvafiq bir sistem yaradılmalıdır) və bu sistem sosial sistemlər sinfinə aiddir. Sosial sistem dedikdə, elementləri sosial subyekt sayılan sistem nəzərdə tutulur. Sosial sistemin digər mühüm cəhəti məqsədyönlü olmasıdır, yəni belə sistemin bir və ya bir neçə fəaliyyət məqsədləri vardır. Nəhayət, sistemin məqsədə çatması üçün fəaliyyəti idarə olunmalıdır. Beləliklə, dövlət idarəçilik sistemi məqsədyönlü və idarə olunan sosial sistem növüdür.
Dövlət idarəçilik sistemi cəmiyyətdə ictimai prosesləri idarə edən əsas subyektdir. Bununla yanaşı ictimai sistemi təkcə dövlət idarə etmir, ictimai idarəetməni digər subyektlərlə birlikdə həyata keçirir. Beləliklə, dövlət idarəçilik sistemini müəyyənləşdirərkən nəzərə almaq lazımdır ki, belə sistemin nüfuz etdiyi təsir obyektlərinə digər subyektlər də təsir edə bilər. Digər tərəfdən isə belə dövlət idarəçilik sisteminin bir neçə məzmunlu tərifini təklif etmək məqsədəuyğun olar.
Dövlət idarəçilik sistemi anlayışını əmələ gətirən təməl kateqoriyaların (dövlət və idarəetmə kateqoriyalarının) mühüm münasibətlərini və əlaqələrini aydınlaşdırmaq vacibdir:

  1. Dövlət cəmiyyətin sosial, siyasi və hüquqi institutudur və bu səbəbdən onun mürəkkəb bir qurum kimi təsirləri çoxşaxəlidir;

  2. Dövlət həm idarəetmə subyektidir, həm də mürəkkəb qurum (sistem) kimi idarə olunmalıdır;

  3. Dövlətin yaranması və inkişafı həm təkamül proseslərinin məhsulu, həm də sosial subyektlərin məqsədyönlü fəaliyyətinin nəticəsidir.

Dövlət idarəetməsinə ən azı iki mənada yanaşılır: 1) bu, ictimai idarəetmədir (geniş mənada anlanan dövlət idarəetməsi); 2) dar mənada isə - bu, dövlət hakimiyyət orqanlarının fəaliyyətidir.
Bunları nəzərə almaqla dövlət idarəçilik sistemini iki mənada müəyyənləşdirmək olar:
1. Klassik sistemli yanaşma: Dövlət idarəetmə sistemi idarə edən (dövlətin) və idarə olunan (cəmiyyətin) yarım sistemlərin qarşılıqlı əlaqəli vəhdətidir.
2. İnstitusional yanaşma. Dövlət idarəçilik sistemi dövlət tərəfindən idarəetmə təsirlərinin həyata keçirilməsini təmin edən məqsədlər, vəzifələr, prinsiplər, metodlar və funksiyalar məcmusudur.
Birinci tərif dövlət idarəçilik sisteminin klassik qaydada sistemli təhlilini və idarəetmə modellərinin sintezini həyata keçirməyə imkan verir. İkinci institusional tərif isə dövlət idarəçilik sisteminin formalaşması və mütəşəkkil qaydada fəaliyyət göstərməsinə təsir edən daxili və xarici amillərin öyrənilməsinə imkan yaratmaqla yanaşı tarixi təcrübə və digər elmlərin nailiyyətlərinə müraciəti nəzərdə tutur.
Hər iki tərifə uyğun olaraq əsas anlayış kimi dövlət idarəetməsinin subyekti anlayışını aydınlaşdıraq. Bu, idarəçilik sisteminin idarə edən yarım sistemini iki mənada təyin edir. Birinci tərifə görə bu, geniş mənada özündə dövlət idarəetmə orqanları sistemini, siyasi, ictimai, peşəkar, qeyri-hökumət, media və s. təşkilatları, kollektivləri və hər bir vətəndaşı birləşdirən İctimai idarəetmə subyektidir. İkinci tərifdə isə dar mənada dövlət idarəetmə subyektlərinin mərkəzi, yerli və sahə səviyyəsində fəaliyyət göstərən bütün qanunverici, məhkəmə və icra orqanlarından ibarət olduğu nəzərdə tutulur.
Dövlət idarəçilik nəzəriyyəsinin ikinci mühüm anlayışı kimi idarəetmə obyekti dövlət idarəçilik sistemində aşağıdakı mənalarda təyin edilir.
Dövlət idarəçiliyinin təsir etdiyi sosiumun hər bir üzvü, hər bir fərd (insan) idarəetmə obyektidir. Sosial sistemdə fərdlər müxtəlif münasibətlərdə olduğuna və müxtəlif qruplar təşkil etdiyinə görə, onların əlaqələri və münasibətləri də idarəetmə obyektidir. Məsələn: bir sosial sistem kimi, təhsil sistemi çərçivəsində həm şagird, həm də müəllim dövlət idarəçiliyinin obyektidirlər. Müəllim-şagird münasibətləri də (təlim, tədris prosesi) dövlətin idarəedici təsirinə məruz qalan obyektdir.
İdarəolunan yarım sistemin əlamətlərinin seçilməsindən asılı olaraq dövlət idarəçilik sisteminə daxil olan obyektlər müxtəlif iqtisadi və sosial sahələr, regionlar, fərqli mülkiyyət formalarına aid olunan təşkilatlar və digər formal birliklər ola bilərlər. İdarəçilik sisteminin daha geniş ictimai idarəetmə sistemi kimi yozulması digər sosial və siyasi tənzimləyicilərə: dəyərlər, adət və ənənələr, mənəviyyat və s. söykənir. Beləliklə, qeyd edilən amillərin dövlət quruculuğu prosesində (о cümlədən dövlət idarəçilik sisteminin formalaşmasında) rolunu nəzərə almaq vacibdir. Sistemlər nəzəriyyəsinin baniləri Norbert Viner, Fon Bertalanfı və Boqdanovun konsepsiyaları müasir dövlət idarəetmə sistemlərinin elmi dildə təsvir edilməsinin özünəməxsus əsasmı təşkil etmişdir. Kibernetika elminin yaradıcılarından biri N. Viner sistemlərin idarəolunması konsepsiyasını irəli sürərək bütün növ sistemlərdə informasiya axınları vasitəsilə idarəetmə mexanizminin mühüm elementi sayılan əks əlaqə mexanizmini təsvir etmiş, informasiyanın kəmiyyət ölçüsünü verməklə, tənzimlənmə səylərinin meyarını təklif etmişdir. О göstərmişdi ki, sistemin daxili qaydadan kənarlaşmasını (“entropiya” kəmiyyəti ilə ölçülür) azaltmaq məqsədi və buna xidmət edən vasitələr idarəetmənin əsas meyar rolunu oynayırlar.
Avstriya alimi Fon Bertalanfınin konsepsiyasına görə bütün sistem növləri (canlı, texniki, sosial - о cümlədən, İctimai və dövlət sistemləri) oxşar struktur və funksional xassələrə malikdirlər. Buradan belə qənaətə gəlinmişdir ki, müəyyən növ sistemləri öyrənməklə, açıqlanmış qanunauyğunluqları digər (məsələn, sosial) sistemlərə tətbiq etmək olar. Burada o, diqqəti daha çox özünütənzimləmə və özünütəşkil fenomenlərinə cəlb etmişdir. Sistemin özü-özünü idarəetməsi üçün onun tərkibində buna cavabdeh olan xüsusi elementlərin və ya yarım sistemin olması xüsusi qeyd edilmişdir. Buradan dövlət idarəçiliyi üçün çıxarılan qənaət ondan ibarətdir ki, dövlət - idarəetmə subyekti olaraq, ictimai sistemi idarə edən bir yarım sistem kimi çıxış edir (məhz buna dövlət idarəetmə sistemi deyilir), digər tərəfdən dövlətin özünü, yəni dövlət sistemini idarə edən dövlət aparatı (anqlo-sakson ənənəsində - “administrasiya”) bir yarım sistem kimi fəaliyyət göstərməlidir. Beləliklə, həm idarə olunan obyektlə birlikdə subyektin sistem təşkil etməsi, həm də dövlət idarəçilik subyektlərinin sistemlilik keyfiyyətinə malik olması dövlət idarəçilik sisteminin nəzəri-metodoloji cəhətdən əsaslandırılmasını təmin etmiş olur. Şredinger qeyd edir ki, açıq sistemlər yalnız xarici impulslara cavab olaraq hərəkət etmirlər, onların daxili inkişaf impulsları sistemi fəaliyyətə gətirən əsas amil olur, mühitin təsirləri isə sistemi xarici şəraitə uyğunlaşmağa vadar edir. Bu fikirləri dövlət idarəçilik sisteminin qurulması və inkişafı prosesinə tətbiq edərkən inkişafın mənbəyini yalnız sistemin xaricində deyil, onun daxilində də axtarmaq vacib olur. Rus alimi N. Boqdanovun XX əsrin əvvəllərində yaratdığı “Texnologiya nəzəriyyəsində” təşkilati sistemlərin qanunauyğunluqları, iyerarxik idarəetmə təməl müddəalar kimi əsaslandırılmışdır. N.Boqdanovun baxışlarına görə, müxtəlif ölçülü və təbiətli təşkilatlar sistem kimi təsəvvür edilməlidir və burada sistemin bütövlüyü, sabit fəaliyyəti struktur elementlərinin münasibətlərindən birbaşa asılı olur. Bütün bunlarla yanaşı, sistem nəzəriyyəsinin belə bir mühüm tezisinə diqqət yetirək ki, məhz sistem çərçivəsində tədqiqatçıların aşkar etdiyi idarəetmə və dərketmə proseslərinin oxşarlığı və sıx əlaqəsi dövlət idarəçilik sistemində xüsusən əhəmiyyətlidir. Bunun nəticəsi kimi, belə bir müddəa irəli sürülmüşdür ki, idarəetmə subyektinin idarəedici təsirlərinin əhəmiyyəti, səmərəliliyi və məhsuldarlığı, onun qərarlarının hazırlanması, qəbulu və yerinə yetirilməsində apardığı idrak işi (obyekti, prosesi, özünü öyrənməsi, tədqiqatı) ilə şərtləndirilir. Beləliklə, müasir sistem tələbləri dövlət idarəetmə orqanlarının işində analitik-tədqiqat işinin mühüm yer tutmasına dəlalət edir. Müasir zamanda sistem baxışların məhsulu sayılan sərhədlər və rekursiya (“özünə müraciət”) prinsipinə əsasən obyektin fəaliyyətini şərtləndirən məhdudiyyətlər və amillər, eyni zamanda bu fəaliyyətin nəticələrinin və əldə olunması prosesinin qiymətləndirmə meyarına çevrilirlər. Bu prinsipi dövlət idarəçiliyinə tətbiq etsək, onda real dövlət idarəçilik sisteminin nəzəri (ibtidai) qiymətləndirmə qaydasını əldə etmiş olarıq. Bu qaydaya görə müasir dövlətin idarəetmə subyekti (bu və digər dövlət idarəetmə orqanı) sistemin fəaliyyətində dərketmə prosesinin yer tutduğu dərəcədə səmərəlilik göstəricisinə malik olur. Lakin bu prinsipi digər prinsiplər və şərtlər nəzərə alınmadan mütləq qaydada tətbiq etmək düzgün olmazdı, çünki idarəetmə prosesi yalnız dərketmə (məsələn, müşahidə və təhlil) işindən ibarət deyildir. Bu prosesdə subyektin həm iradə və təşəbbüs, həm də maraq və kompromis xarakterli fəaliyyətlərinin yeri vardır, bunların hər biri isə fərqli qaydada qiymətləndirilməlidir.
Sistemlər nəzəriyyəsinin bir sıra əsas məqamlarına baxışdan sonra sistemli yanaşmanın aşağıdakı mühüm müddəalarını qeyd etmək olar:

  • cəmiyyətlə onu idarə edən dövlətin birbaşa və əks əlaqə kanalları vasitəsilə birliyi xüsusi dövlət idarəetmə sistemini təşkil edir;

  • dövlət idarəetmə sistemi konkret cəmiyyətin ictimai sisteminin ümumi idarəetməsinin tərkib hissəsidir;

  • dövlət idarəçilik sistemi açıq, mürəkkəb, iyerarxik və şəbəkə quruluşuna malik sosial sistemin növüdür;

  • konkret tarixi dövr ərzində real cəmiyyətin dövlət idarəçilik sisteminin təsviri onun siyasi, hüquqi, diplomatik, təşkilati, iqtisadi, sosial, mədəni və s. səpkilərdə işıqlandırılmasını tələb edir.

Dövlət idarəetmə sisteminin iki tərifi vardır:

  • idarəedən və idarəolunan yarım sistemlərin qarşılıqlı əlaqə və təsirlərdə vəhdət təşkil etməsi;

  • dövlətin idarəçilik təsirlərinin işlənib-hazırlanmasını və həyata keçirilməsini təmin edən məqsədlər, prinsiplər, metodlar və funksiyaların qarşılıqlı əlaqələr vəhdəti.

Sonuncu müddəa ilə bağlı qeyd edək ki, dövlət idarəçiliyinin sistemliliyinin genezisi (“genesis” - latın köklü “yaranma” və “təkamüllü” inkişafın başlanğıcını ifadə edən termindir) ən sadə formada ictimai fikirdə aşağıdakı sxemlə əks olunur (şəkil 4.1).

Sosiologiya

Hüquq


Sistem nəzəriyyəsi




Sosiologiya

İdarəetmə nəzəriyyəsi







İctimai idarəetmə (tərkibində - dövlət) idarəetmə


Yüklə 0,54 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin