“ kafedrası Mövzu: “Dövlət və bələdiyyə idarəetməsi” kursunun predmeti və vəzifləri



Yüklə 0,54 Mb.
səhifə17/57
tarix19.05.2023
ölçüsü0,54 Mb.
#117554
1   ...   13   14   15   16   17   18   19   20   ...   57
referat 3390

Şərtlər. Millət - xüsusi sosial birlik növüdür, üzvləri üçün təməl-dəyər yönümlərinin vəhdəti, bütün növdə sosial əlaqələrin intensiv və mütəmadi olması, sabit ərazi identikliyi, mədəniyyətin eyniliyi nəticəsi kimi ümumi təhsil və dövlət dilinin mövcudluğu, intensiv mübadilə və maraqların yaxınlığını özündə kəsb edən iqtisadi birlik. Əksər hallarda assimilyasiya və etnik azlıqların kənarlaşdırılması vasitəsi ilə millət formalaşır və monoetnikliyə meylli olur. İdeal halda etnik mənsubiyyət milli mənsubiyyətlə əvəzlənir və nəticədə vətəndaşlıq, mədəni-dil normalarının mənimsənilməsi və milli dövlətçilik identikliyinin hifz edilməsində öz təzahürünü tapır.

Sənaye inkişafı. Müasir iqtisadiyyatın əsasını təşkil edən əmtəə yönümlü sənaye istehsalı nəzərdə tutulur. İnkişaf iqtisadi və pul-maliyyə sistemlərinin inteqrasiyası çərçivəsində mümkün olur. Postindustrial inkişafı millətin və milli dövlətin böhranı ilə əlaqələndirirlər.
Vətəndaş cəmiyyəti. Bu anlayış çoxsaylı birmənalı olmayan izahatların predmetidir, lakin əksər halların əsasında dövlətin əksinə olaraq fərdlərin kollektiv maraqlar daxilində özünü təşkil haqqında təsəvvürlər durur.
2. Təşkil etmə. Hüquq. Dövlət-millət bir siyasi və idarəetmə sistemi kimi hüquq əsasında qurulur. Bunun ideal forması “Hüquqi dövlət” - elə nəzəri modeldir ki, milli dövlətçilik idarəetmə sisteminin inkişafı bu ideala istiqamətləndirilməlidir. Reallıqda hüququn hökmranlığı aşağıdakı məna kəsb edir:
- İctimai idarəetmə orqanlarının fəaliyyəti hüquqi kateqoriyalar vasitəsi ilə maksimal dərəcədə formal qayda çərçivəsinə salınır.
- Bütün ictimai münasibətlərdə dövlət çalışır ki, hüquqi normalar üstün normalara çevrilsin və ənənə, mənəviyyat, dini normalar, sağlam düşünmə və digər amilləri üstələsin.
Mərkəzləşmə. Dövlət-millət ideal halda mərkəzləşmiş qurumdur, çünki məhz mərkəzləşdirmə suverenlik və digər milli dövlətçilik keyfiyyətlərini ən yaxşı təmin edən vasitədir. Hüquq klassikləri qeyd edirdilər ki, dövlət suverenliyi nəzəriyyəsi baxımından siyasi-hüquqi qurum kimi federasiyanı izah etmək çətindir. Lakin unitar hüquqi dövlətin formalaşmasının əsasında mükəmməl hüquq sistemi tətbiq edilə bilər. Əsas məsələ isə qanunların aliliyinin təmin edilməsindən ibarət olur.
Diferensiallaşma. İctimai idarəetmə tədricən digər sahələrdən ayrılır, о cümlədən dini fəaliyyətdən (dövlət və dinin ayrılması), təsərrüfat fəaliyyətindən (dövlət əsas təsərrüfat subyekti habelə əsas mülkiyyətçi deyildir), mədəni fəaliyyətdən (dövlət mədəni həyatın nə təşəbbüs karı, nə də təşkilatçısı deyildir) və.s. Buna müvafiq olaraq idarəetmə orqanları yalnız idarəçilik funksiyalarmı yerinə yetirərək onları dini, ideoloji, iqtisadi və.s. funksiyalarla birləşdirmirlər. Belə vəziyyət öz növbəsində differensiyallaşmış elitaların formalaşmasına gətirib çıxarır: Siyasi elita, hərbi, dini, iqtisa­di, elmi və s. elitalarla qarışmır.
Daxili ixtisaslaşma ictimai idarəetmə orqanlarının yerinə yetirdikləri vəzifələrin müxtəlifliyinə uyğun olaraq öz növbəsində bir-birindən fərqli və ixtisaslaşmış olmalıdırlar. ideal halda hər bir müstəqil vəzifə-funksiya (bunların sayı inkişaf zamanı artır) müstəqil idarəetmə orqanı və sahənin peşəkar qulluqçuları tərəfindən yerinə yetirilməlidir. Bölünmənin özünəməxsus minimum kimi, hakimiyyət qollarına bölünməsi, hərbi və mülki xidmətlərin ayrılması və maliyyə sferasının təşkilati müstəqilliyi sayılır.
Eyniləşdirmə. Dövlət özünün fəaliyyətinin və vətəndaşlarının şəraitinin vəhdətliyini onları eyniləşdirmə (unifikasiya) yolu ilə təmin etməyə çalışır. Vahid hüquqi sistemlə yanaşı dövlətin əsas eyniləşdirmə üsulları kimi icbari standartlar, normativlər və s. işlənib hazırlanmasına şərait yaradır. Vacib və mütləq ünsür kimi eyniləşdirmə milləti təşkil edən bütün fərdlərin bərabərliyini həm bir-birinə münasibətdə, həm də dövlətə münasibətdə təmin edir.
İmperiya. İctimai idarəetmənin ərazi təşkilinin ən tanınmış siyasi formalarından biri imperiyadır. Tipoloji cəhətdən bu sərt mərkəzləşdirmə və xarici ekspansiya (yəni mərkəz dəyişməz qalmaqla ərazinin sərhədləri qeyri müəyyən olur) bir-birini əvəz etməyən idarəetmənin təşkili üsullarının müxtəlifliyinə əsaslanan siyasi qurumdur. İmperial mərkəzləşmənin xüsusiyyəti eyniləşmənin qeyri-mümkünlüyündən ibarətdir. İş ondadır ki, imperiya çərçivəsində millət formalaşa bilmir, çünki əhali qarşılıqlı şəkildə təcrid olunmuş sosial, ərazi, etnik, dini və s. qruplara parçalanır. Hər belə qrup üçün özünəməxsus həyat normaları olur ki, bu da idarəetmənin və iqtisadiyyatın təşkili üsullarını səciyyələndirir.
Sistemin xarici mühitinin mühüm elementləri sayılan etnos, iqtisadi - coğrafi məkan, təsərrüfatçılıq və mülkiyyət, hərb, elitalar, ictimai-siyasi quruluş, siyasi hakimiyyət və siyasi rejim kimi amillər dövlət idarəçilik sisteminin formalaşmasına əhəmiyyətli dərəcədə təsir göstərirlər. Bununla yanaşı, məhz dövlət idarəetmə sisteminin formalaşması prosesi dövlət quruculuğu prosesinin mahiyyətini təşkil edir.
Dövlət idarəetmə sisteminin formalaşması prosesini müəyyən edən bir neçə amil vardır:

  • dövlət idarəetmə sisteminin missiyası (başlıca məqsəd) və təyinatı;

  • sistemin məqsədindən irəli gələn strateji görünüşü, gələcək sistemin növü, strukturu, funksiyaları və mexanizmləri;

  • sistemin formalaşması prosesinin gedişi, aralıq və yekun nəticələrinin qiymətləndirilməsi üçün meyarlar və prioritetlər;

  • sistemin formalaşması prosesinin xüsusiyyəti (ilkin yaranma, mövcud sistemin radikal şəkildə yenidən qurulması və ya sistemin bir hissəsinin təkmilləşdirilməsi);

  • sistemin qurulması prosesinin konsepsiyası və proqramı;

  • sistemin qurulması üsulu (təsisetmə, radikal inzibati islahat və ya idarəetmə orqanlarında təkmilləşdirmə);

  • prosesin əsas daşıyıcı qüvvələri (xalq, siyasi hərəkat, partiya və ya təşkilat, hakim zümrə, xarici qüvvələr);

  • prosesin siyasi, hüquqi, diplomatik, təşkilati, informasiya, maliyyə-iqtisadi və s. təminatı.

Azərbaycanda konstitusion dövlət yaratma prosesinin gedişatı bir sıra ağrılı problemlərlə üzləşmişdir. İşğal olunmuş ərazilər, əhalinin kütləvi miqrasiyası, iqtisadi əlaqələrin alternativsiz kəsilməsi, hakimiyyət uğrunda mübarizə ölkəni dərin böhrana düçar etmişdi. Müstəqil dövlət ilk fəaliyyətini SSRI-dən miras qalmış idarəetmə sistemi ilə başlamışdı. Birinci konseptual sənəd 1991-ci ildə qəbul olunmuş “Müstəqillik haqqında Dövlət aktı” olmuşdur. 1991-ci ildən 1995-ci illərədək ölkədə dövlət quruculuğu (həm də dövlət idarəetmə sisteminin formalaşması) prosesi əvvəlki Konstitusiya və Müstəqillik aktı əsasında həyata keçirilirdi. 1995-ci ildə banisi Heydər Əliyev olan yeni Konstitusiya qəbul edildi.
Dövlətin əsas qanunu onun əsas sistem keyfiyyətlərini təsbit edir. Məsələn, ABŞ Konstitusiyası üçün prezident respublikası modeli səciyyəvidir, baxmayaraq ki, bu, federativ dövlətdir. Onun mənası və Britaniya parlamentarizmindən fərqi icra hakimiyyətinin qanunverici hakimiyyətdən sərt qaydada ayrılmasıdır və bunların bir-birindən müstəqil şəkildə formalaşmasıdır. Müstəqil qaydada məhkəmə hakimiyyəti də fəaliyyət göstərir.
Qeyd olunan vəzifələrin uğurlu həlli nəzərdə tutur ki, dövlət idarəetməsi özünün formalaşması prosesində fraqmentar xarakter daşımamalıdır və məhz sistem halına düşməlidir, yəni onun bütövlüyü və vəhdəti siyasi-hüquqi cəhətdən Konstitusiya və qanunlarla təmin olduğu halda, praktiki təzahürü, idarəetmə səpkisində özünün sistemli struktur təminatmı tapmalıdır. Belə olmadıqda məlum subyektivlik amilinin həddən artıq güclənməsi müxtəlif fəsadlara imkan yaratmış olur. Dövlət idarəçilik sisteminin praktiki cəhətdən reallaşması proqramı onun hər bir səviyyəsi üçün çox dəqiq qaydada vəzifələrin və səlahiyyətlərin müəyyənləşdirilməsi, maliyyə və digər resurslarla təminatı, idarələrarası əlaqələndirmə mexanizmlərinin qurulması, hakimiyyətin bütün səviyyələrdə səmərəli fəaliyyət göstərməsi üçün müvafiq qaydada işlənib-hazırlanmış qanunverici və hüquqi-normativ bazanın yaradılmasını nəzərdə tutmalıdır.
Nəzəriyyədə və praktikada dövlət idarəçilik sisteminin formalaşması prosesi bir neçə mərhələyə ayrılır. Bunların hər birinin müstəqil əhəmiyyəti və vəzifəsi vardır. Bununla belə, real prosesin paralel olaraq digər proseslərlə (məsələn, iqtisadi quruculuq, ictimai həyatın demokratikləşməsi) eyni zamanda aparılması və kənar təsirlərə məruz qalması bir sıra düzəlişlərə sövq edə bilər.
Dövlət idarəetmə sisteminin formalaşmasına bir sıra xarici və daxili amillər təsir göstərir. Dövlət bir siyasi-hüquqi təsisat olaraq siyasi sistemin, ictimai quruluşun və nəhayət siyasi rejimin təsiri altında və konkret tarixi siyasi-ictimai situasiyada sistem kimi formalaşmağa başlayır. Bu prosesin siyasi, hüquqi, təşkilati, texniki, informasiya, kadr, sosial və s. müstəviləri vardır. Siyasi və hüquqi amillərin təsiri dövlətin (və nəticəsi kimi dövlət idarəetməsinin) formasını (yəni təşkili üsulunu) müəyyənləşdirir. Dövlətin forması onun quruluş və fəaliyyət xüsusiyyətlərini bildirir. Təşkilati - idarəetmə səpkisində (dövlət hakimiyyətinin reallaşması kimi) dövlətin idarəetmə rejimi, yəni ali dövlət hakimiyyəti orqanlarının tərkibi, onların formalaşma qaydalarını, öz aralarında və əhali (vətəndaşlar) ilə qarşılıqlı əlaqəli fəaliyyət mexanizmlərini özündə kəsb edir. Nəhayət, dövlətin forma tərkibinə dövlət rejimi də daxildir ki, bu da dövlət hakimiyyətinin həyata keçirilməsi üsulları məcmusudur və xarakterinə görə demokratik, avtoritar və digər ola bilər.
Dövlət quruluşu. Dövlət idarəçilik sisteminin formalaşmasında başlıca məsələlər aşağıdakılardır: dövlət quruluşu (və ya sistem dilində idarəetmə sisteminin morfoloji, semantik və funksional strukturu) dövlətin forması, mahiyyəti və məzmununu özündə birləşdirən anlayışdır. Başqa sözlə, dövlət quruluşu (idarəetmə sistemi) siyasi-ictimai münasibətlər toplusu kimi dövlətin təşkili və fəaliyyət mexanizmində prinsipial xassələri, qarşılıqlı əlaqələri və təsirləri cəm halında ifadə etmiş olur. Dövlət quruluşu özündə aşağıdakıları birləşdirir:

  1. dövlət, cəmiyyət və şəxsiyyət arasında münasibətlər;

  2. xalq hakimiyyətinin həyata keçirilməsi üsulları;

  3. dövlətin idarə üsulu;

  4. dövlət quruluşu forması;

  5. dövlətin iqtisadi, siyasi və ideoloji əsasları;

  6. hüquq və qanunun dövlətin təşkili və fəaliyyətində rolu.


4.3. Dövlətin fəaliyyət mexanizmi və idarəetmə prosesinin başlıca xüsusiyyətləri
Dövlət hakimiyyəti və yerli özünüidarəetmə orqanları idarəçilik fəaliyyəti vasitəsilə dövlət idarəetməsinin məqsəd və vəzifələrini (funksiyalarını) həyata keçirirlər. İdarəçilik fəaliyyəti xüsusi hazırlıq, səriştə və təyinatlı şəxslər qrupunun İctimai peşəkar əməyinin təzahürüdür. İdarəçilik fəaliyyəti tarixi baxımdan obyektiv qaydada şərtləndirilmiş prosesdir. Nəticə etibarilə dövlət idarəetmə mexanizmi idarəçilik fəaliyyəti üzrə peşəkar əməyin kompleks məcmusundan ibarətdir.
Dövlət hakimiyyətinin reallaşması, yəni dövlət idarəçilik sisteminin fəaliyyət mexanizmi dedikdə aşağıdakıları nəzərdə tuturlar:
- cəmiyyətin idarə olunmasını həyata keçirən və dövlət fəaliyyətinin əsas istiqamətlərini təmin edən xüsusi qurumlar və orqanlar toplusu;

  • dövlət idarəetmə sistemininin fəaliyyət mexanizmini: qanunverici orqanlar, icraedici orqanlar, məhkəmə orqanları və zəruri hallarda məcburiyyət tədbirlərini tətbiq edən güc strukturları (ordu, polis, daxili qoşunlar, prokurorluq, təhlükəsizlik xidməti və.s.).

Dövlət idarəetmə sisteminin struktur - funksional quruluşuna statik nöqteyi-nəzərdən baxmaq olar. Onda biz dövlət idarəetmə mexanizminin əsas tərkib hissələrini ardıcıl və müstəqil qaydada öyrənə bilərik. Bununla yanaşı dövlətin idarəçilik fəaliyyətini dinamikada, yəni orqanların fəaliyyətinin sistemdaxili və sistemətrafı qarşılıqlı əlaqələr və təsirlərin qanunauyğun dəyişməsi baxımından görmək vacibdir. Bunlar dövlətin (sistemin) idarəçilik fəaliyyətinin mexanizmini təşkil edir və öz tərkibində dövlətin tərkib hissələrinin qarşılıqlı asılılıq şəraitində hərəkətə gəlməsini təmin edən daxili amillər, normalar, institutlar və digər zəruri vasitələr çoxluğunu kəsb edir. Bu fəaliyyət mexanizminin açıqlanması üçün aşağıdakı suallara cavab vermək vacibdir:

  • Dövləti nə hərəkətə gətirir?

  • Dövlətin bir (idarəetmə) orqanını digər orqanla birləşdirən (əlaqələndirən) nədir?

  • Bu və digər orqan tərəfindən dövlət idarəetmə funksiyasını həyata keçirməyə kömək edən və ya əksinə, ləngidən hansı amillər vardır?

Dövlətin fəaliyyət mexanizminin (idarəetmə sisteminin) elementlər tərkibinə dövlətdaxili təsirlərin (qarşılıqlı təsirlərin) subyektləri, bu təsirlərin (idarəetmənin) obyektləri və bir sistemin digər sistemə, bir orqanın digərinə təsir vasitələri daxildir.
Başqa bir yanaşma fəaliyyət mexanizmi tərkibində qərarların hərəkəti prosesi ilə bağlıdır. Ən böyük məsuliyyət yükü qərar qəbul edən strukturlara və orqanlara (Prezident, hökumət) düşür, eyni dərəcədə qərarları icraçılara çatdıranların (siyasət bələdçiləri, ingilisdilli ədəbiyyatda – “providers” - provayderlər) öhdəsinə, həmçinin çatdırılmış qərarların icrasına nəzarət edən orqanların üzərinə düşür. Başqa sözlə desək, dövlətin fəaliyyət mexanizmini dövlətdaxili idarəetmə və özünüidarəetmə ilə bağlı hər bir element birlikdə təşkil edir və bu mexanizmin hərəkətə gətirilməsi yalnız normativ-hüquqi təminat vasitəsilə mümkün olur.
Müasir idarəçilik nəzəriyyələrində dövlətin fəaliyyət mexanizmini eyni zamanda bir neçə səpkidə nəzərdən keçirirlər: dövlətin hüquqi mexanizmi, inzibati mexanizmi, iqtisadi mexanizmi, sosial mexanizmi (sosial texnologiyalar daxil olmaqla), ideoloji-informasiya təminatı mexanizmi (informasiya texnologiyaları və ictimaiyyətlə əlaqələr, başqa ifadə “piar” - PR ingiliscə “pablik rileyşnz”).
Geniş mənada dövlət idarəetmə prosesi dövlət idarəçilik sisteminin ardıcıl və kəsilməz fəaliyyətidir. Dar mənada isə idarəetmə subyektinin qarşısına qoyduğu məqsədlərə nail olmaq üçün həyata keçirdiyi bir-birindən asılı olan ardıcıl tədbirlər toplusudur. Xatırladaq ki, burada idarəetmə özü proses mənasında başa düşülür və hər hansı bir sistemin (təşkilatın) məqsədlərinə nail olmaq üçün müvafiq resursların formalaşması və tətbiq olunması üzrə konkret əlaqəli hərəkətlərdən ibarətdir.
İdarəetmə prosesi təkrar olunan mərhələlərdən ibarət silsilə prosesidir. Yəni ümumi halda prosesin təkrar olunan başlanğıc, aralıq və yekun mərhələləri vardır. Onlar bütövlük halında təzahür edirlər və dövlət idarəçiliyinin funksional-struktur məzmununda xüsusi sistem qismində çıxış edirlər. Pro­sesin başlanğıcı adətən iki məvhumla əlaqələndirilir: 1-ci məvhum: mövcud can situasiya - sistemin vəziyyəti, 2-cisi - sistemin fəaliyyətində normal rejimdən kənarlaşma nəticəsində problemlərin yaranması.
İdarəetmə prosesinin mərhələləri. Müxtəlif müəlliflər idarəetmə prosesinin fərqli sayda mərhələlərdən ibarət olmasını əsaslandırırlar. Q.X.Popov və Q.A.Cavadov “İctimai istehsalın idarə olunmasının təşkili” əsərində (1979-cu il) 3 əsas mərhələni qeyd edirlər:

  • yaranmış problemin təhlili və həll ediləcək məsələlərin qoyuluşu, şəraitin təhlili və məsələlərin həllinin müxtəlif mümkün variantlarının irəli sürülməsi;

  • məqbul həll variantlarının qiymətləndirilməsi və ən əlverişli variantın seçilməsi;

  • qəbul olunmuş qərarın həyata keçirilməsinin icrası üzərində nəzarət, qərarın səmərəliliyinin qiymətləndirilməsi.

Q.V.Atamançuk “Dövlət idarəçilik nəzəriyyəsi” dərsliyində daha çox idarəetmə situasiyalarını əsas götürərək, prosesin 7 mərhələsini qeyd etmişdir:

  • idarəetmə situasiyasının təhlili və qiymətləndirilməsi;

  • idarəetmə situasiyasının saxlanması və dəyişdirilməsi üzrə zəruri və mümkün sayılan hərəkətlərin proqnozlaşdırılması və modelləşdirilməsi;

  • təşkiletmə tədbirləri və hüquqi aktların işlənib hazırlanması;

  • hüquqi aktların müzakirəsi və qəbul olunması;

  • təşkilati tədbirlərin həyata keçirilməsi, qəbul olunmuş hüquqi və təşkilati qərarların icrasının təşkili;

  • icra olunma mərhələsində nəzarət və operativ məlumatlandırılma;

  • yerinə yetirilmiş idarəçilik fəaliyyətinin ümumiləşdirilməsi və yekunda yaranmış yeni idarəetmə situasiyasının qiymətləndirilməsi.

Nəhayət müqayisə üçün qeyd edək ki, digər müəlliflər idarəetmə prose­sinin daha da detallaşdırılmasına üstünlük verirlər. Bunu dövlət idarəçilik sisteminin bir həlqəsi sayılan bələdiyyə qurumunun nümunəsində göstərək.
Burada idarəetmə prosesinin 9 mərhələsi mövcuddur:

  • məlumatların toplanması, emalı və təhlili;

  • məqsədlərin təyin edilməsi;

  • strateji yönümlərin əsaslandırılması, fəaliyyət və inkişaf meyarlarının təyin edilməsi;

  • inkişafın resursları və potensialının qiymətləndirilməsi;

  • bələdiyyə qurumunun sosial-iqtisadi inkişafı konsepsiyasının işlənib hazırlanması;

  • bələdiyyə qurumunun sosial iqtisadi inkişafı proqramının işlənməsi və qəbulu;

  • inkişaf büdcəsinin işlənib hazırlanması və təsdiqi;

  • inkişaf proqramına müvafiq olaraq büdcənin icrasının təşkili;

  • büdcənin, proqramın və konsepsiyanın düzəliş və dəyişdirilməsi üzrə (zəruri halda) məlumatların toplanması, emalı, nəzarəti və bunun əsasında təkliflərin irəli sürülməsi.

Nəzərdən keçirilən idarəetmə prosesinin müxtəlif modelləri dövlət idarəçilik sisteminin ayrı - ayrı komponentləri və situasiyaları üçün səciyyəvidir. Müasir dövlət idarəçilik nəzəriyyəsində bir çox tədqiqatçılar və alimlər mahiyyətinə görə müstəqil mərhələləri seçirlər. Məzmununa görə bunlar аyrıса idarəçilik fəaliyyətinin sahələrini təşkil etsə də, onların həyata keçirilməsi əvvəlki mərhələlərin necə yerinə yetirilməsindən bilavasitə asılı olur. Daha çox qərar qəbulu məzmunlu fəaliyyətə yaxınlaşaraq dövlət idarəetmə prosesinin aşağıdakı yeddi mərhələdən ibarət olan silsilə modeli üzərində dayanırlar:

  • situasiyanın təhlil edilməsi;

  • məqsədlərin təhlil edilməsi;

  • alternativ inkişaf variantlarının işlənib-hazırlanması və müqayisəli təhlili;

  • qərar qəbulu;

  • qəbul olunmuş qərarın həyata keçirilməsinin təşkili;

  • icra üzərinə nəzarət;

  • vəzifə və nəticələrin müqayisəli təhlili və səmərəliliyin qiymətləndirilməsi.


Yüklə 0,54 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin