Maddə 17. Sığorta ödəniĢindən istisnalar
17.1. Əlavə xərclər (mehmanxanada qalma, nəqliyyat xərcləri və s.) kompensasiya olunmur.
17.2. Sığorta hadisəsi aĢağıdakılarla əlaqədar olaraq baĢ verdiyi təqdirdə Sığortaçı sığorta ödəniĢi
həyata keçirmir:
17.2.1. Sığortalının alkoqolun, narkotikin və ya toksik maddələrin təsiri ilə sərxoĢ olması;
17.2.2. Sığortalının özünü intihar etməsi (intihara cəhd etməsi);
17.2.3. Nüvə partlayıĢının, radiasiyanın, radioaktiv və ya digər növ yoluxmanın təsiri ilə;
17.2.4. Sığortalının və yaxud maraqlı üçüncü tərəflərin sığorta hadisəsinin baĢ verməsinə
yönələn qəsdən törədilən hərəkətləri;
17.2.5. Sığortalı tərəfindən sığorta hadisəsinin baĢ verməsi ilə birbaĢa səbəb-nəticə əlaqəsində
olan hüquqazidd əməlin törədilməsi;
17.2.6. Hərbi əməliyyatlar və onların nəticələri, mülki iğtiĢaĢlar, tətillər, üsyanlar, qiyamlar,
kütləvi iğtiĢaĢlar, terrorçuluq hərəkətləri və onların nəticələri;
17.2.7. SığortalanmıĢ əmlakın köhnəlməsi, paslanması, kiflənməsi, solğunlaĢması və xassələrinin
digər təbii dəyiĢməsi;
17.2.8. Əmlakın həĢəratlar və ya gəmiricilər tərəfindən korlanması;
17.2.9. Əmlakın funksiyalarının pozulmasına səbəb olmayan sıyrıntı, boyanın qabıq verməsi,
onun zahiri görünüĢünün digər pozulması halları;
17.2.10. Sığortalı tərəfindən sığortalanmıĢ əmlakın xilas olunması ilə bağlı vaxtında tədbirlər
görülməməsi;
17.2.11 Ayrıca, yaxud poçt bağlaması ilə göndərilmiĢ baqajın zədələnməsi.
Dostları ilə paylaş: |