1 Aynur Qəzənfərqızı



Yüklə 0,93 Mb.
Pdf görüntüsü
səhifə2/37
tarix23.05.2022
ölçüsü0,93 Mb.
#59103
1   2   3   4   5   6   7   8   9   ...   37
3833-Naghillarin Potikasi Baki-Aynur Qezenferqizi 2020-102s

 
 
 



REDAKTORDAN 
 
Bakı Avrasiya Universitetinin “Ümumi filologiya” ka-
fedrasının əməkdaşı Aynur Qəzənfərqızının hazırladığı 
“Nağılların poetikası” adlı dərs vəsaiti eyniadlı fənn proqra-
mı əsasında hazırlanmışdır. Fənnin tədrisində təhsilalanlar 
üçün mühüm qaynaq olacaq dərs vəsaitində folklorun əsas 
janrlarından olan nağılların mənşəyi, təsnifatı, öyrənilməsi 
tarixi, digər janrlarla əlaqəsi, spesifik poetik xüsusiyyətləri, 
formullar sistemi kimi məsələlər zəngin elmi qaynaqlar əsa-
sında araşdırılmışdır. Dərs vəsaiti sadəcə Azərbaycan nağıl-
ları və folklorşünaslığı əsasında tərtib edilməmiş, ingilis və 
türk folklorşünaslığını da əhatə etmişdir. V.Proppun “Na-
ğılların morfologiyası” əsərindən çıxış edən müəllif sehrli 
nağıl qrupu üzərində xüsusi dayanmış, qəhrəmanın funksi-
yaları ilə əlaqədar olaraq geniş məlumat vermişdir.
Dərs vəsaitində nağıl motivləri də ayrıca mövzu kimi 
işlənilmiş, yüzlərlə nağıl mətni üçün səciyyəvi olan motivlər 
haqqında geniş bilgi verilmişdir. Eyni zamanda dünya və 
Azərbaycan folklorşünaslığında nağılların süjet kataloqları 
ilə bağlı da kitabda ətraflı məlumat yer almış, Anti Aarne, 
Stit Tompsondan başlayaq müxtəlif tədqiqatçıların mövcud 
nağıl mətnlərindən çıxış edərək hazırladıqları süjet kataloq-
ları ilə bağlı bilgilər təqdim edilmişdir. Beləliklə, dərs vəsai-
tində nağılların poetikası ilə əlaqədar bütün məsələlərə ay-
dınlıq gətirilməyə çalışılmışdır.
Dərs vəsaitində təhsilalanlara nağılların poetikası haq-
qında elmi məlumatlar verilməklə yanaşı, əlavələr hissəsin-



də tədris zamanı tələbələr üçün müəyyən nağıl mətnlərinin 
adları da təqdim edilmişdir.
Dərs vəsaitinin təhsilalanlar üçün mühüm elmi qaynaq 
olacağını düşünür, müəllifə yaradıcılıq uğurları arzulayırıq.

Yüklə 0,93 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin