1 Aynur Qəzənfərqızı



Yüklə 0,93 Mb.
Pdf görüntüsü
səhifə14/37
tarix23.05.2022
ölçüsü0,93 Mb.
#59103
1   ...   10   11   12   13   14   15   16   17   ...   37
3833-Naghillarin Potikasi Baki-Aynur Qezenferqizi 2020-102s

 
 


30 
Nağılların təsnifatı 
Nağılların təsnifatı haqqında fikirlər müxtəlifdir. Folk-
lorşünaslar nağılların bölgüsünü müxtəlif prinsiplər əsasın-
da apardıqlarından ortaq məxrəcə gələ bilməmişlər.
Yusif Vəzir Çəmənzəminli “Azərbaycan nağıllarının əh-
val-ruhiyyəsi” adlı məqaləsində nağılları üç qrupa bölür:
1. Zərdüştilik fəlsəfəsi ilə bağlı nağıllar; 
2. Tarixə yanaşan nağıllar; 
3. Cocuq nağılları (Çəmənzəminli Y. 2005:281). 
Müəllif bu zaman hər başlıq altında nağılların motiv və 
süjet tərkibi haqqında öz mülahizəsini irəli sürür. Daha 
sonra Hənəfi Zeynallının verdiyi təsnifatda isə nağıllar 
mövzusuna görə 6 qrupa bölünür:
1. Heyvanlar haqqında nağıllar. 
2. Əsl nağıllar mənasında olan fantastik nağıllar.
3. Yaşayışdan alınan nağıllar.
4. Qaravəllilər.
5. Rəvayətlər və tarixə qarışan nağıllar.
6. Təkərləmələr.
H.Zeynallı da həmçinin öz bölgüsü zamanı nağılların 
süjet və motiv tərkibi haqqında fikirlərini bildirmişdir. So-
vet dövrü folklorşünası Məhəmmədhüseyn Təhmasib nağıl-
ları Heyvanlar haqqında, Sehrli nağıllar, Tarixi nağıllar, 
Məişət nağılları olaraq 4 başlıqda böldüyü halda, Müstəqil 
dövrümüzün folklorşünaslarından Oruc Əliyev və Füzuli 
Bayat Heyvanlar haqqında nağıllar, Sehrli nağıllar və Məi-
şət nağılları başlıqlarında vermişdir. Azərbaycanda ilk dəfə 
nağılların süjet göstəricisini tərtib edən İlkin Rüstəmzadə 
isə öz araşdırması zamanı nağılları səkkiz qrupda birləşdir-


31 
mişdir. Heyvanlar haqqında nağıllar, Sehrli nağıllar, Dini 
nağıllar, Novellavari nağıllar, Axmaq div (şeytan) haqqında 
nağıllar, Lətifəvari nağıllar, Zəncirvari nağıllar, Bahadırlıq 
nağılları. Qeyd edim ki, bu bölgü zamanı qabardılaraq gös-
tərilən digər başlıqlar (Dini nağıllar, Novellavari nağıllar, 
Axmaq div (şeytan) haqqında nağıllar, Lətifəvari nağıllar, 
Zəncirvari nağıllar, Bahadırlıq nağılları,) əsas üç başlıqdan 
törəmələrdir. Bölgünün bu qədər uzun aparılması, məqsəd-
dən çox kənara çıxmışdır. Fikrimizi izah etmək üçün Dini 
nağıllar bölgüsünü ələ alaq. Qeyd edək ki, dini bilgilər rus 
folklorunda nağıl şəklində yayılmışdır. Bunun təsiri ilə mü-
əllifin Dini nağıllar başlığını böldüyünü vurğuladıqdan son-
ra, qeyd etməliyik ki, bu bölgü də Türk nağılları üçün ke-
çərli deyil. Çünki dini bilginin qəbul edilə bilməsi üçün əv-
vəla oradakı bilgilərin, şəxsiyyətlərin və süjetin gerçəkliklə 
əlaqəsi olmalıdır. Bundan başqa, Rüstəmzadənin dini nağıl-
lar olaraq topladığı mətnlər (Ağdaş folkloru, 2006:245, 
252, 254 ve s.) formul, motiv anlamında da nağıl tələbləri-
nə uymur. Burada söyləyicinin mətnə “biri vardı biri yox” 
və s. kimi nağıl qəliblərini süni şəkildə əlavə etdiyi açıqca 
hiss edilir.
Bizcə, nağıl mətnlərini tədqiq və təhlil edərkən bölgüsü 
forma və məzmuna görə aparılmalıdır. Formaca bölgüdə 
kumilyativ nağıllar qeyd edilməli, məzmunca bölgüdə isə 
sehrli nağıllar, heyvanlar haqqında nağıllar, məişət nağılları 
qruplaşmalıdır.  

Yüklə 0,93 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin