32
Heyvanlar haqqında nağıllar
Heyvanlar haqqında nağıllar uzun müddət dünya folk-
lorşünaslığında müxtəlif cür adlandırılmışdır. Məsələn, in-
giliscə “animal tales”, “fable”, fransızca “fabl”, almanca
“tiemarchen”, rusca “cказки животных”, Türkiyə türkcə-
sində “fabl” və son dönəmlərdə “hayvan masalı”, Azərbay-
can türkcəsində isə “heyvanlar haqqında nağıllar” şəklində
adlandırmışlar.
Heyvanlar haqqında nağıllar barədə tədqiqatçıların
müxtəlif fikirləri olmuşdur. Özəlliklə, materialist dünyagö-
rüşünə xidmət edən alimlərimiz bu nağılların yaranma tari-
xinin sehrli və məişət nağıllarına nəzərən daha qədim oldu-
ğunu vurğulamışlar. Görünür, burada Darvinin təkamül
nəzəriyyəsinin rolu böyükdür. Özəlliklə Sovet dövrü Azər-
baycan folklorşünasları heyvanlar haqqında nağılları totem
və alleqoriya ilə birbaşa əlaqədə götürmüşlər. Məsələn, P.
Əfəndiyev “Qədim insanlar bir tərəfdən heyvanları müxtəlif
yollarla ovlamış, onun ətini yemiş, südünü içmiş, dərisini
geyinmişlər. Sonrakı inkişaf dövründə isə heyvandarlıq pe-
şəsini seçən insanlar müxtəlif heyvanları saxlamaqla məşğul
olmuşlar.
Heyvanlar haqqında qədim nağıllar çox vaxt əcdadın
heyvanlarla rəftarı haqqında cavanlara nəsihəti, vəsiyyəti ol-
muşdur... Totem də elə qədim insanların heyvanlara ecaz-
kar münasibətinin nəticəsidir” (Əfəndiyev P, Azərbaycan...,
1992:177). Göründüyü kimi, Paşa Əfəndiyev heyvanlar
haqqında nağılın yaranmasında gündəlik məişət və totemin
önəmli olduğunu vurğulayır. M.Təhmasibin fikirləri də ma-
33
raqlıdır: “Bu növ nağıllar ibtidai icma dövründə yaranmış,
qədim ovçu, eləcə də əkinçi qəbilə və tayfalarda uzun müd-
dət xüsusi əfsun vasitəsi kimi istifadə edilmiş, daha sonralar
isə alleqorik nağılların və təmsillərin yaranmasında çox əhə-
miyyətli rol oyanmışdır (Azərbaycan nağıl..., 1960:56). Hər
iki folklorşünasımızın fikri ilə razılaşmağımız mümkün de-
yil. Çünki əgər heyvanlar haqqında nağıllar ovçuluq, to-
tem, alleqoriya və əfsunun təsirilə yaransaydı, o zaman hey-
vanlar haqqında nağıllarda əxlaqi dərs vermək məqsədi gü-
dülməz, daha çox macəra xarakterli olardı. Doğrudur, hey-
vanlar haqqında nağıllarda heyvanın acgözlük, vəhşilik, iki-
üzlük kimi xüsusiyyətləri qabardılaraq insana işarə olunur,
amma burada alleqorizmdən çox nəsihət, doğru yol göstər-
mə məqsədi güdülür. V.Propp heyvanlar haqqında nağıllar
barədə deyir: “Heyvan obrazları ilə həmişə insana işarə
olunması haqqında yayılmış mülahizə yanlışdır. Təmsildən
fərqli olaraq nağıl üçün alleqorizm tamamilə yaddır”
(Propp Y., 1976:51-52). Maraqlıdır ki, M.Seyidov nağıllar-
da heyvan obrazlarının əsas obraz kimi işlənməsini poetizm
adlandırmış və doğru olaraq heyvanların nağıllarda həm in-
san xarakterlərini, həm də öz xarakterlərini təmsil etdikləri-
ni vurğulamışdır: “Heyvanların insani xüsusiyyət daşıması
bir sıra başqa səbəblərlə yanaşı, həm də nağılın maraqlı ol-
ması, ona müəyyən məna verilməsi və bədiiliyi artırmağa
xidmət edir” (Seyidov N., 1966:31). Beləliklə, Seyidovun
tədqiqatlarında heyvanlar iş və hərəkətlərinə görə iki şəkil-
də nəzərə çatdırılır: 1. insanlara xas olan cəhətlər heyvanla-
ra şamil edilir. 2. heyvanların öz xarakterik cəhətləri təza-
hür edilir. Heyvanlar haqqında geniş tədqiqat aparan A.B.
34
Alptəkin də özünün “Hayvan masalı” kitabında heyvanlar
haqqında nağıla belə tərif vermişdir: “Bir ahlak dersi ver-
mek için anlatılan allegorik hikaye; Kahramanları hayvan-
lar olan masallar” adlandırmışdır. Araşdırıcının fikrincə,
heyvanlar haqqında nağıllar əxlaq dərsi vermək üçün danı-
şılır. (Alptekin B., 2010).
Heyvanlar haqqında nağıllarda qarşılaşdığımız obrazlar
isə bunlardır: Ayı, Qurd, Dovşan, Tülkü, İt, At, Keçi, İlan,
Quşlar, Balıqlar və s.
Bu nağılların özəllikləri isə belədir. Formul ünsürləri
olmur, hadisələr insanlar ilə heyvanlar arasında olur; Bəzən
qəhrəmanlar tamamilə heyvanlardan ibarət olur; nağıl
mətnləri birdən çox hadisə üzərində qurulmuşdur; əsasən
xariqüladə qəhrəmanlar iştirak etmir, hadisələr bir bütöv
şəklində təqdim olunur, heyvanlar haqqında nağıllar əsasən
qısa olur; gerçəklikə əlaqəsi yoxdur.
Nağıllarda obrazlar sistemini müəyyənləşdirmək çox
önəmlidir. Çünki hər bir xalqın nağıllarının obrazlar sistemi
özünəməxsus şəkildə olur. Məsələn, dünyaca məşhur “Sin-
drella” nağılının Azərbaycandakı ekvavalenti olan “Göyçək
Fatma” nağılında inək obrazı var ki, bu digər nağılda möv-
cud deyil və nağılı mililliləşdirən motiv kimi özünü göstərir.
Odur ki, əvvəlcə nağılların obrazlar sistemini müəyyənləşdir-
məliyik.
Heyvanlar haqqındakı nağıllar folklorun ən qədim
janrlarındandır. Onda heyvanların və quşların mənşəyi, to-
tem heyvanlar barədə süjetlərə rast gəlinir.
Heyvanlar haqqında nağıllardakı obrazlar ya insanlara
xas olan cəhətlərin heyvanlara şamil edilməsi ilə, ya da heyva-
35
nın özünə aid olan xüsusiyyətlərin təsvir edilməsi ilə göstəri-
lir. Məsələn, insanlara xas olan cəhətlərin heyvanlara şamil
edilməsinə onu göstərə bilərik ki, bəzi nağıllarda heyvanlar
və quşlar düşünür və danışır. Məsələn, “Tülkü baba və Ha-
cıleylək” nağılında hər iki obrazın üzərinə insani xüsusiy-
yətlər köçürülmüşdür (Azərbaycan na..., 2005:238-249).
Bəzən heyvanların danışması xüsusiyyəti önə çəkilərək
bu tip nağılların sehrli nağıl olduğunu hesab edirlər. Məsə-
lən, V.Propp ilə S.Tompson arasında bu barədə elmi müla-
hizə fərqi vardır. Belə ki, Vladimir Propp “Nağılların mor-
fologiyası” əsərində heyvanlar haqqında nağıllar ilə sehrli
nağıllar arasında ortaq olaraq həm heyvanların həm də
sehrli obrazların işləndiyini və bunun sərhəddinin doğru ay-
rılmadığını tənqid edir. Bununla belə, Propp Aarne-Tomp-
son kataloqunda 300-749-cu təsnifatda yer alan rus nağıl-
larından öz tədqiqatında istifadə edir.
“Əgər məndən soruşsalar ki sehrli nağıl nədir? O za-
man deyərəm ki, Undine ( alman mifologiyasında su pəri-
Dostları ilə paylaş: |