sidir – A.Q.) oxuyun, çünki bütün sehrli nağılların ən gö-
zəlidir (http: The fantastic imagination).
Tompson vurğulayır ki, danışan heyvanlar və pərilər
daha çox sehrli nağıllarda görünməkdədir. Danışan heyvan-
lar, özəlliklə heyvanların nağılda insani keyfiyyətlər daşıma-
sı heç də nağılı sehrli etməz (http:Tolkien. J.R.R. On fairy
stories).
Steven Svann Cons, sehrli nağılı digər növlərdən ayıra
bilən xüsusiyyət olaraq göstərir. Davidson və Çaudri, bu
növün əsas xüsusiyyəti olaraq çevrilməni göstərir. Psixoloji
36
nöqteyi nəzərdən isə Jan Şirak bu mətnlərdə fantastikliyin
mövcudluğunu şərt olaraq götürür.
Fikrimizcə, janrlar arasında sədd çəkmək doğru deyil,
ancaq bəzi özəlliyinə görə hər iki nağıl qrupu arasında
fərqlər mövcuddur. “Heyvanlar aləmindən bəhs edən nağıl-
larda hadisələr əsasən təbii, sadə şəkildə inkişaf edir, bəzən
nikbin, bəzən də əksinə sona yetir. Sehrli nağıllarda isə hə-
mişə hadisələr möcüzəli yolla, həm də xeyirin şər üzərində
qələbəsilə sona yetir. Bu, sehrli nağıl poetikasının əsas xü-
susiyyətlərindən biridir” (Əliyev O., 2001:48).
Sehrli nağıllarda bütün heyvanlar və quşlar bir səciyyə
daşıyır və sehrli köməkçi funksiyasını yerinə yetirir. Hey-
vanlar aləmindən bəhs edən nağıllarda isə həmin obrazlar-
dan hər biri fərdi səciyyə daşıyır. Məsələn, “Yanıq nağılı”nı
oxuduqda bunu görə bilərik (Azərbaycan..., 2005:267-IV
c). Nağılda möcüzəli muncuq qəhrəmanın həyatında mü-
hüm dəyişiklik yaradır, o, yoxsul həyata son qoyur, var-
dövlət içində yaşamağa başlayır. Bu tipli nağıllarda mövcu-
zəli əşyanın itirilməsi ilə hər şey əldən çıxır. Bu tipli nağıl-
larda heyvanlar haqqındakı nağıllardan fərqli olaraq müxtə-
lif heyvan və quşlar bir funksiyada - qəhrəmanın köməkçisi
rolunda çıxış edirlər. Heyvanlar haqqındakı nağıllarda isə
heyvanlar və quşların hər biri fərdi səciyyə daşıyır, müxtəlif
funksiyada çıxış edir (Bax: Əliyev O., 2001).
Heyvanlar haqqındakı nağılların obrazlar sistemi də ma-
raqlıdır. Bu obrazlar əsasən ziddiyyətlərin qovuşması prinsipi
ilə yaradılır: güclü-zəif, böyük-kiçik, yırtıcı-qeyri-yırtıcı.
“Bununla yanaşı, nağıl yırtıcı, vəhşi heyvanların aralarında-
kı toqquşmanı da göstərir. Vəhşi heyvanların bir-birlərinə
37
yaxın olmalarına baxmayaraq, yırtıcılar bir-birlərinə qarşı da
rəhmsizdir. Məsələn, tülkü canavarı şirin zərbəsi altına salır,
şiri və ayını aldadaraq insanın zərbəsi altına salır. Belə əlaqə-
sizlik nə xırda meşə vəhşiləri düşərgəsində, nə də ev heyvan-
ları arasında yoxdur, əksinə, onları bir-birinə kömək etmək
istəyi yaxınlaşdırır. Bu baxımdan “Tülkü, tülkü, tünbəki” və
“Hiyləgər keçi” nağılının müqayisəsi maraqlı olar” (htpp: Əli-
yev O.).
Heyvanlar haqqındakı nağıllardan “Şəngülüm, Şün-
gülüm, Məngülüm” nağılı öz məzmunu, obrazları, kom-
pozisiya xüsusiyyətləri ilə xüsusilə seçilir. Bu nağılın süje-
ti şumer mətnlərində keçi-canavar (və ya şir) əhvalatların-
da işlənməklə yanaşı, (Çığ İ. 2003), qumuq folklorunda
da mövcuddur. Şumer mətnlərində əsasən keçinin şirdən
(bəzən qurddan) öz iti ağlı sayəsində necə qurtulduğun-
dan bəhs edilir. “Eniligim, Seniligim, eşikni aç” adlanan
qumuq variantında isə (Altın başmak, 1979:246) nağıl
ənənəvi qəlib ilə başlayıb, heyvanlar haqqında nağıllara aid
edilsə də, əslində istər süjet, istərsə də, motiv baxımından
heyvanlar haqqında ənənəvi nağıllardan fərqlənir.
Nağılın süjet xətti qurdun keçinin balalarını yeməsi və
keçinin öz intiqamını alması üzərində qurulur. Ancaq diq-
qətlə incələdikdə qumuq və Azərbaycan variantlarında bəzi
kiçik fərqlər ortaya çıxır. Azərbaycan variantında qurd, ke-
çidən qorxmur, hiyləgərlik etmir, təbiətindən gələn bir xis-
lət ilə keçinin balalarını yemək istəyir. Qumuq nağılında isə
qurd əvvəlcədən plan qurur, keçinin ağzından söz alır,
onun balalarını necə yemək haqqında düşünür. Deməli, qu-
muq nağılında canavar daha ağıllı və tədbirli heyvan kimi
38
təqdim edilir. Bu da mövzunun başlanğıcında vurğuladığı-
mız millilik məsələsinin önəmini bir daha ortaya qoymuş
olur.
Nağılın maraqlı cəhəti həm də ondan ibarətdir ki, hər
iki variantda keçi məhz dəmirçinin sayəsində güclənir. Qur-
da qalib gəlir. Nəzərə alsaq ki, dəmirçilik qədim türklərdə
müqəddəs sayılırdı, onda keçinin dəmirçinin sayəsində qalib
gəlməsində də mistik bir gücün varlığından söhbət gedir.
Çünki qurd keçidən təbiətcə üstün heyvandır. Ancaq nağıl-
da bunun əksinə, qurdun keçidən qorxduğu qeyd edilir. Bu
da mistik güclərin rolu ilə mümkün olur. Mistik güc isə
əsasən, dəmirçinin sayəsində gerçəkləşir. Dəmirin beşinci
müqəddəs maddə olaraq qəbul edildiyi türk mifologiyasın-
da məhz dəmirçinin sayəsində zəifin güclüyə qalib gəlməsi
təsadüf sayılmamalıdır. D.Kaya dəmirçilik haqqında yazır:
“...Dəmirçilik də onlar (Türklər – A.Q.) üçün müqəddəs iş
və məşğələ idi” (Türk halk edebiyatı terimleri..., 2007:
79). Bu nağılın keçinin üstünlüyü ilə bitməsinin digər səbə-
bini də Azərbaycan və qumuq folklorunda keçi və qurda
münasibətinin əksi kimi görə bilərik. Bildiyimiz kimi, Azər-
baycan və qumuq türkləri heyvandarlıqla məşğul olmuşlar.
Mal-qara üçün də ən təhlükəli heyvan təbii ki, qurddur.
Qurddan xəta, təhlükə görən qədim insan qurd haqqında
müxtəlif nağıllar, rəvayətlər uyduraraq ondan özünü qoru-
mağa çalışmışdır. Ancaq keçi süd, yun, bala verir. Yəni sa-
hibinə xeyir verir. Deməli, qədim insanın təfəkküründə ke-
çinin dəmirçidən yardım alması və qurdun keçiyə məğlub
olması heç də təsadüf deyil, qanunauyğunluğun bir parçası-
39
dır. Qısaca qeyd edək ki, bu nağılın obrazları heyvanlar
aləmini təmsil edir.
Oruc Əliyev bildirir ki, “Sehrli nağılların qəhrəman-
ları Məlikməmməd, Tapdıq, Ayğır Həsən, Kəl Həsən, Can-
tiq və başqaları ideal qəhrəmanlardır. Onlar şər qüvvələri
məhv etməklə insanları ölümdən, fəlakətdən qurtarırlar. Be-
lə qəhrəmanlar imkansız olan xeyir əməlləri həyata keçirirlər.
Sehrli nağılların məntiqinə görə, yalnız qarşıya qoyulan
şərti yerinə yetirə bilənlər istəklərinə yetirlər, bunu bacar-
mayanlar isə əsir alınır, qula çevrilir, bəzən də ölümə məh-
kum olurlar. Sehrli nağılların qəhrəmanları belə şərtləri yerinə
yetirməklə öz istəklərinə layiq olduqlarını göstərirlər.
Bu cəhət heyvanlar haqqındakı nağıllar üçün səciyyə-
vi hal kimi özünü göstərmir. Bunun başlıca səbəblərindən
biri heyvanlar aləmindən bəhs edən nağıllarin “heyvani sər-
bəstliyə” əsaslanmasıdır. Bu cəhəti nəzərə alan Muxtar Ka-
zımoğlu göstərir ki, burada “heyvan-insan” münasibətinin
“heyvan-heyvan” münasibəti şəklində ifadəsinin əlamətlə-
ri duyulur. Bu əlamətlər “Xoruz və Padşah”, “Tülkü baba
və Hacıleylək”, “Tülkünün kələyi” kimi nağıllarda daha
qabarıq şəkildə üzə çıxır (Kazımoğlu, 2006:19).
Vəhşi heyvanların, ev heyvanlarının və insanların yer
aldığı bir çox nağıllarda heyvanla yanaşı, insanların da
iştirakı təbii şəkildə özünü göstərir. Bu nağılların bəzisin-
də heyvanlar deyil, insanlar çıxılmaz vəziyyətə düşür, alda-
dılır. “Tülkünün kələyi” nağılı bu cəhətdən diqqəti cəlb
edir. Bu nağılda ovçu ilə tülkü qarşı-qarşıya gətirilir. Tül-
külər Oçu Pirimin toyuq hininə gəlib girir. Ovçu Pirim
üçüncü gün tülküləri yaxalaya bilir (htpp: Əliyev O.,).
40
Heyvanlar haqqında nağıllarda süjet xətti sadə qurulur,
obrazlar heyvanlardan ibarət olur. Bu tərz nağılların xarak-
terik xüsusiyyətləri məhz bunlardır.
Dostları ilə paylaş: |